abunə ol: Yazılar | Şərhlər | Еmail

Helene Grillet – İspaniya, əzilənlərin rəddi

Şərh

“Şikayətçilərin” etirazı davam edir

error 404...Demokratiya Tapılmadı

Bugünki adıyla 15-M (15 May) hərəkatı, İspaniyada həyat verən bir hava tənəffüs etdirdi və Xalq Partiyasının sağ, Sosialist Partiyanın sol siyasətçilərindən başqa, yeni bir səs eşidildi.

Ölkədə 150-dən çox bölgədə, əksəriyyəti gənclər olan qruplar meydanları işğal etdi və  “düşərgə sahələri”nə çevirdilər. İki böyük partiyanı da rədd etdiklərini eşitdirdilər. Cəmiyyətdəki ədalətsizliklər xüsusilə də işsizlik və səfaləti ifşa etməklə birlikdə “Gerçək demokratiya, indi” şüarını səsləndirdilər. Seçkinin olduğu həftəsonu boyunca və ardından bir həftə daha, sahələri işğal etməyi bacardılar.

Xüsusilə Madriddəki La Puerta del Sol meydanı, xalqın əksəriyyətinin düşən həyat səviyyəsi və işçi sinifinə qarşı edilən hücumlarla şəkillənən tündxasiyyət seçki mühitində; görmək, mübahisə aparmaq, azadlıq və üsyan havası almaq üçün gələn minlərlə gəncin maraq mərkəzi olmağı davam etdirir.

İspaniyada işsizlik, diplomu olan və ya olmayan ən çox gəncləri iflic edir. Bir çox gənc ailələriylə yaşayır və işsiz qaldıqdan sonra ya da maaşların ödənilməməyə başlamasının ardından, otuzlu yaşlarında ailələrinin yanına dönənlərin sayı da az deyil. Gələcək, iki partiyanın növbələşən iqtidarlarında eyni büdcə kəsirlərinə gətirib çıxaran siyasətlə, eyni maliyyə skandalları və eyni hakim çürüntülüklə daha da qaranlıq görünür. İki mərkəzi həmkarlar ittifaqına gəlincə, CCOO (Conféderacion sindical da comisiones obreras/işçi komissiyaları peşə federasiyası) və UGT (Union General da Trabajadores/Birləşmiş Ümumi Fəhlə İttifaqı) hökumətlə işçi-əleyhdarı islahatlar mövzusunda əməkdaşlıq etməkdən başqa bir şey etmir.

Keçən Aprel ayında, bəzi gənclər “gələcəksiz gənclik” adıyla bütün hirslərini ifadə etdilər. İnternetdə, Ərəb ölkələrində son hərəkatlara təkan verən və 15 May hərəkatına çağırış edən, “əsl demokratiyanı indi istəyirik” tələbiylə şəbəkələr quruldu. O gün minlərlə gənc “Hirslən”, “İş yox, ev yox, təqaüdçülük yox, qorxu yox” şüarlarıyla irəlilədilər. Həmin gün bu qışqırıqları eşidə bildik: “PPSOE, onlara səs vermə” (onlara səs vermə deyiminin qısaldılmış forması) ya da “bizlər siyasətçilərin və bankların əllərində oyuncaq deyilik.”

Bu sözlərin xarakterindəki bağlılıq, hər kəsə onun məzmununu öz seçimləriylə doldurmasına imkan verir. Bütün iştirakçılar üçün, bütün şəhərlərdə olmaq və seçkilərə qədər bölgələri işğal etmək bir müvəffəqiyyət və cəsarət nümunəsi idi. Polislə kiçik qarşıdurmalar yaşandı və seçki komitəsi şənbə gününə planlaşdırılan mitinqi qadağan etdi, ancaq “etiraz günü”(seçki günü) heç bir qüvvə onları yerlərindən ayırmağa cəsarət edə bilmədi.

Madriddə, Barselonada, Sevilyada düşərgə sahələri, stendlər, müzakirə forumları, hər növdən komissiyalar, internetdən geniş şəkildə yayılan çağırışlar və qərarlarla təşkil edildi. La Puerta del Sol, “şikayətçilər”in qayğılarını ifadə etdiyi bir “həll bölgəsi”nə çevrildi. Madriddəki hərəkatda BVF, Avropa Mərkəzi Bankı, qeyd agentlikləri “alçaqlar/namussuzlar” olaraq təsvir edildi… Ancaq nə etməli? Şikayətçilər seçki qanununda “vətəndaş iştirakına alternativlər” axtaran bir islahat istəyirlər və İslandiya nümunəsinə istinad etməyi də unutmurlar.

Siyasi partiyaların rəddiylə özünü göstərən və vətəndaş müdaxiləsini təklif edən 15-M hərəkatı, hələlik, hədəfləri məhdud olan  bir konsensüs arxasındadır. Halbuki, gerçək mübahisə bu suallarla başlamaqdan keçir: bankların verdiyi zərərlərə necə maneə törədə bilərik?  İşsizliyi necə bitirə bilərik?  Bu cəmiyyəti necə dəyişdirə bilərik?  Bütün sərvətləri, sinif mübarizəsini və ictimai mübarizələri törədən işçi sinifinin rolu nə olacaq? Bu suallar, hərəkatın nümayəndələri üçün naməlumluğunu qoruyur.

Hər halda, minlərlə insanın, minlərlə əməkçinin “gənclər” dediyi bu üsyan qığılcımı, illərdir zərbələrə məruz qalan və özünü gücsüz, zəif hiss edənləri sarsıtdı. Bu üsyan, böhrana boyun əymək istəməyənlər və hirsini gerçək məsullardan yəni kapitalistlərdən çıxarmaq istəyənlər üçün bir ümid qığılcımı oldu.

 

Lutte Ouvriviere magazine            May, 2011

 

İspaniyada 27 may mitinqində baş verənlər

Etirazların növbəti dalğası 13 iyun tarixində yenidən başladı.

 

Hazırladı : Seymur Elyazlı                                        (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:17652