abunə ol: Yazılar | Şərhlər | Еmail

Roger Waters – İfa etməyi rədd edirik

Şərh

 

Pink Floyd qrupunun qurucusu Roger Waters musiqi dünyasının fələstinlilərin haqlarını dəstəkləməsini və insani olmayan divara qarşı olmasını istədi.

Pink Floyd musiqi qrupunun qurucusu Roger Waters İngiltərənin Guardian qəzetində çap olunan məqaləsində, sözlərini yazdığı “Another Brick in the Wall-Part 2” mahnısının 1980-ci ildə Cənubi Afrikalı uşaqlar tərəfindən bərabər təhsil hüququnu tələb edərkən istifadə etməsi səbəbindən, o zamanın Cənubi Afrika hökumətinin “mədəniyyət blokadası” tətbiq edərək mahnını qadağan etdiyini xatırlatdı.

Roger Waters 25 il sonra 2005-ci ildə eyni mahnının İordan çayının qərb sahilində təşkil olunan bir festivalda fələstinli uşaqlar tərəfindən, İsrailin Qərb Sahilində inşa etdiyi divara etiraz etmək üçün “İşğala ehtiyacımız yoxdur. İrqçi divara ehtiyacımız yoxdur” şuarları ilə istifadə etdiyini bildirdi.

 

DİVARI GÖRMƏK İSTƏDİ

Bundan bir il sonra Tel Əvivdə konsert vermək üçün müqavilə bağladığına gorə İsrailə akademik ve mədəni səviyyədə boykotu mudafiə edən fələstinli bir hərəkatın ona bu qərarını yenidən nəzərdən keçirməsi üçün müraciət etdiyini istinad edən Roger Waters, o anda mədəniyyət blokadasının atılacaq düzgün addım olacağından əmin olmadığını qeyd etdi.

Waters boykot qərarını verməmişdən qabaq Qərb Sahilindəki divarı görmək istədiyini, bunu qəbul edərək BMT cangüdəni ile Qüds və Beytüllahimi ziyarət etdiyini qeyd etdi.

 

“XARİCİ BİR İNSANDA BU HİSSLƏRİ OYADIRSA…”

Roger Waters gördükləri qarşısında hiss etdiklərini “Heç bir şey o gün gördüklərimə məni hazırlaya bilməzdi. Divar görülməli olan çox böyük bir tikilidir. Başqa bir dünyadan, başqa bir ölkədən olan mənə qarşı hörmətsizcə rəftar edən gənc İsrail əsgərləri tərəfindən qorunur” sözləri ilə ifadə etdi.

“Bir əcnəbidə bu hissləri oyadan divarın fələstinlilər üçün nə demək olduğunu düşünün” deyən Waters, o gün həyatları İsrail işğalı ilə hər gün əzilən fələstinlilərin talelərindən qaça bilməyəcəyini başa düşdüyünü yazdı.

 

“EDİLƏN ZÜLMÜ DÜZGÜN GÖSTƏRƏ BİLƏR…”

Waters fələstinlilərlə həmrəy olduğunu göstərmək üçün divara “Sərt nəzarətə ehtiyacımız yoxdur” yazdığını və Tel Əvivdə səhnəyə çıxmasının istəməyərək də olsa fələstinlilərin məruz qaldığı zülmü haqlı göstərəcəyini anlayaraq, konsert yerini Tel Əvivdəki bir stadiondan, özlərini fərqli inanclar arasında əməkdaşlığa həsr etmiş ərəb və yəhudi kəndlələrin birlikdə yaşadığı Neve Şaloma dəyişdirdiyini bəyan etdi.

Bu konsertin gözlənilənlərin əksinə 60000 nəfərin iştirakı ilə İsrailin qısa tarixindəki ən böyük musiqi festivallarından biri olduğunu bildirən Roger Waters, konsertin sonunda İsrail hökumətinin qonşuları ilə sülh bağlamasını və İsraildə yaşayan fələstinlilərin vətəndaşlıq haqlarına hörmət etməsini tələb etmələrini nəsihət etdiyi israilli gənclərlə görüşdüyünü qeyd etdi.

 

MƏDƏNİ BOYKOTA ÇAĞIRIŞ

Roger Waters bu günə qədər İsrail hökumətinin israilli ərəblərin haqlarını müəyyən edən hər hansı bir qanun hazırlamaq təşəbbüsü etmədiyini, divarın Qərb sahilinin qanunsuz olaraq daha da çox ilhaq edərək böyüdüyünə, Qəzza xalqının fatiki həbsxanada bağlı qalaraq haqsızlıqlara daha çox məruz qaldığını dedi.

Təməl insani hüquqlara malik olmanın hər insanın haqqı olduğunu bildirən Waters, yazısının İsrail xalqına yönəlmədiyini, eyni zamanda musiqi dünyasındakı digər kolleqalarına boykota qatılmaları üçün çağırış etdi.

Roger Waters yazısını “Musiqiçilər aparteid yıxılana və ağdərililərlə qaradərililər bərabər hüquqlardan faydalanana qədər Cənubi Afrika Respublikasının Sun City şəhərində ifa etməməkdə haqlı idi. İşğal divarı yıxılana qədər və fələstinlilər israillilərlə haqqları olan sülh, müstəqillik, ədalət və etibarla birlikdə yaşamağa başlayana qədər – heç şübhəsiz ki, o gün gələcək – İsraildə ifa etməmək haqqımızdır” sözləri ilə bitirdi.

 

Tərcümə : Elşad Müzəffərov                                          (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7333