abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Borisov – Amerikasayağı Qolodomor

Şərh

Amerikan tarixində bütün xalqa qarşı edilmiş bir cinayət var – bu, həmin mənfur 1932 – 1933 – cü illərdəki Böyük Amerika Qolodomorudur ki, onun nəticəsində ABŞ – da bir necə milyondan çox əhali yoxa çıxmışdır.

«Golodomor ad usum externum»*
Amerika Birləşmiş Ştatları müntəzəm olaraq bizə sərt “qolodomor dərsləri” vermək istəyir.

“1988 – ci ildə ABŞ konqresi tərəfindən yaradılmış komissiya belə bir nəticəyə gəlmişdir ki, Qolodomor zamanı ukrayna xalqının dörddə biri – milyonlarla ukraynalılar aşağı məhsuldarlıq nəticəsində deyil, məqsədyönlü şəkildə sovet dövləti tərəfindən soyqırım yolu ilə məhv edilmişdir.”

 

“20 oktyabr 2003 – cü ildə ABŞ konqresinin nümayəndə palatası tərəfindən Ukraynadakı 1932 – 1933 – cü illər aclığına dair qətnamə qəbul edilmişdr ki, burada aclığı ukrayna xalqına qarşı yönəldilmiş terror aktı və kütləvi qətl kimi tanımışdır.”

“2005 – ci il noyabrında ABŞ konqresinin nümayəndə palatası qətnamə qəbul etmişdir ki, o, Ukrayna hökumətinə, ABŞ – da 1932 – 1933 – cü il Qolodomor qurbanlarına abidə qoymağa icazə vermişdir və onu tanımışdır.”

“2008 – ci ildə ABŞ konqresi 1932 – 1933 – cü illərdə Ukraynada Qolodomora dair yeni qətnaməyə baxa bilər”.

Belə xəbərlər dərhal xəbər agentliklərinin zolaqlarını doldurur, mətbuat tərəfindən geniş şəkildə şərh edilir, televiziya və hüquq müdafiə təşkilatları tərəfindən götürülür, informasiya inyeksiyası yolu ilə bütün dünyada milyonlarla insanın beyninə zorla daxil edilir.

Amma həmişə kadr arxasında sual qalır: ABŞ – ın 75 il əvvəlki, onlardan uzaq bir yerdəki hadisələrə belə inadkar, hətta zəhlətökən diqqəti nə ilə əlaqədardır. Nə üçün kifayət qədər məlumatlı amerikanlar o zaman, 1932 – 1933 – cü illərdə etiraz etmədilər və ancaq 55 ildən sonra bu işin ardına düşdülər? Yalnız SSRİ  ilə cari mübarizə maraqları rus xalqından malorosları (ukraynalıları) həmişəlik ayırmaq cəhdi – yenidən amerikanları 30 – cü illər nümunəsinə uyğun qebelssayağı faşist təbliğatını təkrarlamağa sövq edir ki, “milyonlarla ukraynalı məqsədyönlü şəkildə sovet dövləti tərəfindən məhv edilmişdir”.

Amerikan konqresmenlərinə xas xüsusi mərhəmət və ədalət hissi versiyası dərhal sərf nəzər edilir – ABŞ – ın yerli sakinlərinə qarşı soyqırımın səmimi şəkildə soyqırım və ya heç olmasa “kütləvi məhv” adlandırıldığı bircə (bircə, üç dənə yox) qətnamə axtarmaq kifayətdir – baxmayaraq ki, ABŞ ərazisində məskunlaşmış əhalinin böyük hissəsi təxminən 100 dəfə ixtisar edilmişdir.

Amerikan tarixində bütün xalqa qarşı edilmiş bir cinayət var – bu, həmin mənfur 1932 – 1933 – cü illərdəki Böyük Amerika Qolodomorudur ki, onun nəticəsində ABŞ – da bir neçə milyondan çox əhali yoxa çıxmışdır.

Ne York 1930-cu il. Ac insanlar yemək növbəsində

New York 1930-cu il. Ac insanlar yemək növbəsində

 

Bu barədə, yerli xalqın soyqırımı kimi, konqresin mühakimə edən heç bir qətnaməsini, amerikan siyasətçilərinin qəzəbli çıxışlarını, insanların kütləvi qırğınının il dönümündə tikilmiş “abidə nişanlarını” və ya digər xatirə işarələrini tapa bilməzsiniz. Bu hadisəyə dair yaddaş etibarlı şəkildə saxtalaşdırılmış statistika hesabatlarında, cinayət şahidlərindən təmizlənmiş arxivlərdə gizlədilmişdir, “bazarın gözünməz əli” ilə silinmişdir, prezident Ruzveltin dahiliyinə dair mədhiyyələri və onun tərəfindən xalq üçün təşkil edilmiş– mahiyyətcə, QULAQ – dan və Belomorkanalın tikilməsi epopeyasından az fərqlənən –  “ictimai işlərlə” pərdələnmişdir. Təbii ki, amerikan versiyasına görə, yalnız “Sovet İttifaqında milyonlarla kişi, qadın və uşaqlar qəddar hərəkətlərin və cinayətkar totalitar rejimin siyasətinin qurbanı olmuşlar”, bu cür ifadələr amerikan tarixi üçün qəbuledilməzdir.

Sadəcə amerikan mənbələrinə əsaslanaraq bu mifi dağıtmağa çalışaq.

 

Saxtalaşdırılmış statistika və ya Yeddi milyon insan hanı?

Bu foto 1936-cı ildə ABŞda fotoqraf Dorothy Launge tərəfindən çəkilib.Şəkil "7 uşaq anası" və ya "Qaçqın ana" adı ilə məşhurdur.Dorothy Launge bu şəklə belə şərh verib: Bu qadın 32 yaşındadır. O və onun övladları şaxtadan sonra tarlalarda qalmış tərəvəzləri və uşaqların ovladıqları quşları yeməyə məcburdurlar.Onlar bir az azuqə üçün öz qaldıqları çadırı belə satdılar.Ümumiyyətlə isə, rəsmi rəqəmlərə görə bu insanlar 4 milyon nəfərdirlər.

Bu foto 1936-cı ildə ABŞda fotoqraf Dorothy Launge tərəfindən çəkilib.Şəkil “7 uşaq anası” və ya “Qaçqın ana” adı ilə məşhurdur.Dorothy Launge bu şəklə belə şərh verib: Bu qadın 32 yaşındadır. O və onun övladları şaxtadan sonra tarlalarda qalmış tərəvəzləri və uşaqların ovladıqları quşları yeməyə məcburdurlar.Onlar bir az azuqə üçün öz qaldıqları çadırı belə satdılar.Ümumiyyətlə isə, rəsmi rəqəmlərə görə bu insanlar 4 milyon nəfərdirlər.

ABŞ – ın rəsmi demoqrafik statistikası ilə tanışlıq cəhdi lap əvvəldən heyrətləndirir: 1932 – ci il statistik məlumatları yox edilib – və ya çox etibarlı şəkildə gizlədilib. Onlar sadəcə olaraq mövcud deyillər. Səbəbi izah edilmədən. Bəli, onlar daha sonra, retrospektiv cədvəllər şəklində ortaya çıxırlar. Bu cədvəllərin öyrənilməsi həmçinin diqqətli tədqiqatçını bir qədər heyrətləndirir **.

Birincisi, amerikan statistikasına inansaq, 1931 – ci ildən 1940 – cı ilə qədərki 10 ildə ABŞ əhalisinin artım dinamikasında nə az, nə çox 8 milyon 553 min insan yox olmuşdur, özü də əhalinin artım göstəriciləri 1930/31 illər ərəfəsində dərhal, bir anda, iki dəfə (!) dəyişir, azalır və bu səviyyədə on il qalır. US Department of Commerse “Statistical Abstract of the United States” hesabatında bunun heç bir izahı verilmir, halbuki, burada yuxarıda göstərilən məsələ ilə müqayisə edilməyəcək məsələrin izahları ilə doludur.

Məsələdən sadəcə olaraq səssizliklə yan keçilmişdir. Belə bir sual yoxdur.

İstənilən məsuliyyətli demoqraf sizə deyəcək ki, əhalinin bir anda ikiqat dəyişmə göstəricisi yüzmilyonlu nəhəng bir ölkədə sadəcə əhalinin kütləvi məhvi nəticəsində baş verə bilər.

Ola bilər ki, insanlar çıxıb gediblər, emiqrasiya ediblər, Böyük Depressiyanın dəhşətli şərtlərindən qaçıblar? Digər ölkələrin məlumatları ilə kross – müqayisə ilə yoxlanıla biləcək və buna görə də etibarlı olan ABŞ  – dan avropaya immiqrasiya və əhalinin hərəkəti üzrə təfərrüatlı məlumatları götürək. Təəssüf.  İmmiqrasiya statistikası bu versiyanı təsdiq etmir. Həqiqətən də, depressiyanın ən qızğın anında, yəqin ki Amerikanın ən yeni tarixində ilk dəfə ölkəni, oraya gələnlərdən daha çox adam tərk edib. 30 – cu illər ərzində ölkə daxil olanlardan 93309 nəfər daha çox ölkəni tərk edib, ondan əvvəlki onillikdə isə əlavə olaraq 2960782 nəfər əlavə insan gəlib. Beləliklə, ABŞ – ın 30 – cu illərdəki demoqrafik itkisini 3,504 min nəfər olaraq korrektə edək***.

 

Amma, əgər biz bütün səbəbləri, həmçinin immiqrasiyanı nəzərə alırıqsa, ədalət üçün biz 30 – cu illərdə əhalı çatışmazlığına 20 – ci illərdə artmış ölkə əhalisini, demoqrafik bazanın artımını, 11,3% əlavə etməliyik.

 

Hesablamalara əsasən, 1940 – cı ildə ABŞ əhalisinin sayı, əvvəlki demoqrafik tendensiyaların saxlanması ilə, cəmdə minimum 141,856 milyon nəfər təşkil etməli idi. Əhalinin 1940 – cı ildə faktiki olaraq sayı cəmi 131,409 milyon təşkil etmişdir ki, buradan yalnız 3,504 milyonu miqrasiya dinamikasının dəyişmə dinamikası hesabına izah etmək olar.

Beləliklə, 7 milyon 394 min nəfər 1940 – cı il statistikasına görə yoxdurlar. Bu məsələyə dair heç bir rəsmi məlumat yoxdur. Fərz edirəm ki, onlar heç vaxt ortaya çıxmayacaqlar. Amma əgər belə bir ifadələr ortaya çıxsa: 1932 – ci il üçün statistik məlumatların məhv edilməsi epizodu və sonrakı hesabatların saxtalaşdırılmasının aşkar əlamətləri əvvəlcədən ABŞ hökümətini  hər hansı etibarlı bir şərh vermək hüququndan məhrum edir.

Beləliklə, amerikanlar əhalinin aclıq ucbatından itkisini gizlətməkdə və kompromat məhvində tək deyillər. Bu, anqlosakson siyasətinin kifayət qədər irsi xüsusiyyətidir və Britaniya imperiyasından əsasını götürür. Beləliklə, 1943 – cü ildə Britaniya hökuməti Benqaliyada dəhşətli aclığa yol verdi ki, onun nəticəsində 3,5 milyondan çox insan məhv oldu, bundan əvvəl isə uğurlu şəkildə İrlandiyaya aclıqla əzab verirdi.

Hindistandakı kütləvi aclığın təşkili Britaniya  hökümətinin, 1942 – ci ildəki üsyanına və əhali tərəfindən “Hindistan milli ordusu”na dəstəyinə cavabı idi. Amma siz Britaniyanın o illərdəki mənbələrində tapa bilməyəcəksiniz. Yalnız Hindistan tərəfindən müstəqilliyin qazanılması daha sonra belə materialları toplamağa və ortaya çıxarmağa imkan verdi. Əks halda, 1943 – cü ilin dəhşətli britaniya aclığı heç vaxt məlum olmazdı, hər şey etibarlı şəkildə silinər və gizlədilərdi, Böyük Depressiyanın qurbanlarına dair materiallarında olduğu kimi. Doğrusu, istənilən müstəmləkə derjavasının belə bir paxırı var.

Birləşmiş Ştatlar dağıldıqda – və yalnız o zaman – biz sizinlə ABŞ xalqının öz xalqına qarşı, materikin köklü əhalisinə qarşı cinayətləri və o faciəvi dövr haqqında çox şey öyrənəcəyik. Və, mümkündür ki, gələcək məlumatlı oxucunu müdrik Ruzveltin zalım Stalinə qarşı qoyulması təəccübləndirəcək – necə ki, indi bizi, brutal qədim zamanlardan olan bir hakimin digəri qarşısında göylərə qaldırılması səmimi şəkildə təəccübləndirir.

Amma biz bu gün yaşayırıq, burada xalqları məhv edən qəddar Stalinə qarşı “Made in USA” şəklində Xeyir Mələyi dayanır və bu mələk məqsədyönlü şəkildə məhv edilmiş milyonlar üçün ah – nalə çəkir. Bəs onlar orada, konqresdə qolodomor qurbanlarını necə hesablayırlar? Bu, sadə deyil. “Qolodomor” tədqiqatçıları tez – tez statistika azlığından, onun natamamlığından, məlumatları, bizim yuxarıda etdiyimiz kimi, hesablama yolu ilə etmək məcburiyəytindən şikayətlənirlər****. “Qolodomor qurbanlarının sayının” hesablamaları əsasında ABŞ konqresi və onun havadarları müntəzəm olaraq yeni qətnamələr qəbul edərək, SSRİ – ni, Rusiyanı və kommunizmi çoxmilyonlu qurbanlarla günahlandırırlar.

Yuxarıdakı hesablamalardan gətirilən çıxarışlar – bu prinsipin Birləşmiş Ştatların özündə dəqiq tətbiqinin yoxlanılması üçün idi. Və bu yoxlamada demokratiya və insan haqları istehkamı biabırçı şəkildə iflasa uğrayır.

 

Beləliklə, cənablar:

30 – cu illərin hesablamalarından yoxa çıxmış 7 milyon 394 min insan hanı?


Böyük Qolodomorun bekqraundu

Otuzuncu illərin əvvəli – ABŞ tarixində əsl humanitar faciədir. 1932 – ci ildə işsizlərin sayı 12,5 milyon nəfərə çatmışdır. Hələ bu –

Qəpiksiz Kaliforniya qaçqınları- Kaliforniya 1937

uşaqları və qocaları hesablasaq – Ştatların 125 milyon əhalisi üzrə. Ən yüksək səviyyə 1933 – cü ilin əvvəlinə təsadüf edir ki, bu zaman Amerikada işsizlərin sayı artıq 17 milyon idi – ailə üzvləri ilə birlikdə bu say tamamilə işsiz Fransa və ya Britaniyadır!

Dövrün portretinə kiçik bir ştrix: 30 – cu illərin əvvəllərində “Amtorq” firması SSRİ – də, orta sovet maaşına  iş üçün mütəxəssislərin seçimini elan etdi, bu vakansiyalara amerikanlardan 100 mindən (!) çox insan müraciət etmişdi. Belə təsəvvür yaranır ki, ümumiyyətlə “Amtorq”un qəzet elanını oxuyan hər ikinci adam ərizə göndərmişdi.

İqtisadi böhranın kəskinləşməsi dövründə hər üçüncü işləyən məşğulluqdan məhrum edilmişdi. Natamam məşğulluq ən böyük bəla idi. AFL (Amerika Əmək Federasiyası – Amerikan Federation of Labor) məlumatlarına görə, 1932 – ci ildə cəmi 10% işçi tam məşğul idi. Yalnız 1935 – ci ildə, böhranın başlamasından 5 il sonra, “bazara uyğunlaşmayan”ların əsas hissəsi məhv olduqdan sorna, qocalıq və işsizlik üzrə sığortanı nəzərdə tutan qanun qəbul edildi.

Amma sığorta nə fermerlərə, nə də bir sıra digər məşğulluq kateqoriyalarına toxunmadı.

 

Xatırladaq ki, krizisin qızğın çağında ölkədə belə bir milli sosial sığorta sistemi mövcud deyildi – yəni insanlar özbaşına buraxılmışdılar. İşsizlərə yalnız 1933 – cü ildən sonra kiçik yardımlar göstərilməyə başlandı. Administrasiyanın uzun müddət işsizliklə mübarizə federal proqramı da yox idi, işsizlərin problemləri isə ştatların hökumətlərinin və şəhər bələdiyyələrinin boynuna qoyulmuşdu. Amma praktiki olaraq bütün şəhərlər artıq müflis olmuşdular.

Kütləvi səfillik, yoxsulluq, kimsəsiz uşaqlar zəmanənin əlamətinə çevrilmişdilər. Tərk edilmiş şəhərlər, bütün əhalisinin yemək və iş axtarışına getdiyi kabus – şəhərlər meydana çıxdı.  Təxminən 2,5 milyon insan tamamilə yaşayış yerindən məhrum oldular və evsizlərə çevrildilər.

Aya 5 dollara işləyən “ictimai işçilər” – 1937

Amerikada aclıq başlandı, hətta ölkənin ən firavan və ən varlı şəhəri olan Nyu – Yorkda insanların kütləvi şəkildə acından ölməyə başladılar, bu da şəhər hökumətini küçələrdə pulsuz şorba paylamağa başlamağa vadar etdi.

Bir uşağın həmin illər haqqındakı həqiqi xatirələri:

“Biz öz ənənəvi sevimli yeməyimizi daha əlçatan yeməklə əvəz etdik… kələm yerinə kolluqların yarpaqlarından istifadə edirdik, qurbağa yeyirdik… bir ay ərzində mənim anam və böyük bacım öldülər…” (Jack Griffin)

Amma, bütün ştatların pulsuz şorba üçün vəsaitləri yox idi.

Hərbi – döyüş mətbəxlərinə olan uzun növbələrin fotolarını görmək təəccüblüdür: xoş simalar, yaxşı, hələ çox geyilməmiş paltarlar, tipik orta sinif. İnsanlar sanki hələ dünən öz işlərini itiriblər – və həyat cizgisindən kənarda qalıblar. Mən bilmirəm, bunu nə ilə müqayisə edim. Buna oxşar fotolar, yəqin ki, Qırmızı Ordu tərəfindən azad edilmiş Berlində var, burada “rus işğalçıları” şəhərdə sağ qalmış dinc əhaliyə yemək verirlər. Amma orada gözlər başqadır. Orada gözlərdə ümid var ki, ən qorxulu olan geridə qalmışdır. “Zorlanmış Almaniya”, bəli…

 

Aldatma mexanizmi

Demoqrafik itkilərin ümumi həcmində xüsusi yeri uşaq ölümü tutur. Pasport sistemi və yaşayış yeri üzrə qeyidiyyat olmadığına görə, uşaq ölümünü gizlətmək asandır – uçota almamaqla. ABŞ – da hətta indi də uşaq ölümü ilə bağlı vəziyyət heç də yaxşı deyil (məsələn, Kubada olduğundan daha pisdir), “çiçəklənən” 60 – cı illərdə isə 1 yaşına qədər uşaqlar arasında 1000 uşaqdan 26 – sı ölürdü. Bu zaman ağdərililərin dünyaya gətirmədiyi uşaqlar arasında ölüm 60 və daha çox idi – bu, ən firavan dövrdə idi. Maraqlıdır ki, rəsmi amerikan statistikası (keçmiş tarixlə xatırladaq) 1932/33 – cü illərsə əhali ölüm faizinin artmasını deyil, azalmasını – beş milyon qaçqın, 2,5 milyon yaşayışını itirmişlər və 17 milyon işini və yaşayış vasitələrini tamamilə itirənlərin fonunda – göstərir, bu da amerikan dövlət statistikasının həmin dövr üçün saxta xarakterini aşkar şəkildə göstərir. Amerikan hesabatlılıq saxtakarları elə çalışıblar ki, ən yüksək səviyyəli böhranlı 1932/33 – cü illərdə ölüm faizini, firavan 1928 – ci ildən daha aşağı səviyyədə göstərmişlər.

Ştatlar üzrə ölüm faizi daha səciyyəvidir: belə ki, Kolumbiya Federal Əyalətində həmin 1932 – ci ildə hər 1000 nəfərə 15,1 nəfər ölüb, həm də ölüm faizi artıb. Bu, paytaxtdır, uçot basılıb və həqiqətə oxşayır. Amma Şimali Dakotada isə ölüm faizi böhranlı 1932 – də guya 1000 nəfərə 7,5 nəfər, ölkə paytaxtında olduğundan iki dəfə az təşkil etmişdir! Və 1925 – ci ildə çiçəklənən həmin Dakotadan daha az!

Aldatma üzrə çempion, göründüyü kimi, Cənubi Kaliforniyadır: 1929 – cu ildən 1932 – ci ilədək üç il ərzində hesabatlarda göstərilən ölüm faizi 1000 nəfər əhaliyə 14,1 – dən 11,1 nəfərə enmişdir. Uşaq ölümü ilə bağlı vəziyyət ölkədə, əgər hesabata inansaq, böhranın ən yüksək səviyyəsində çiçəklənmə dövrləri ilə müqayisədə həmçinin yaxşılaşır. Uşaq ölümü göstəriciləri 1932 və 1933 – cü illərdə – ümumiyyətlə 1880 – ci ildən 1934 – cü ilədək ABŞ – da statistik müşahidələr tarixində ən yaxşı göstəricilər olmuşdur.

Siz hələ də bu rəqəmlərə inanırsınız?

 

Nə qədər uşaq tələf olmuşdur?

Beş milyon beş yüz yetmiş üç can hanı?

Daha sonrakı amerikan statistikası 1940 – cı il vəziyyətinə görə, sağ qalmış uşaqların yaş üzrə paylanması haqqında  məlumatları ehtiva edir. Əgər 1940 – cı ildə 20 – ci illərdə doğulanların sayı 24 milyon 80 min təşkil edirdisə, bu demoqrafik trendin 30 – cu illərdə qorunub saxlanması ilə 26 milyon 800 min uşaqdan az adam doğulmamalı idi. Amma 30 – cu illərdə doğulanlar nəslində 5 milyon 573 min uşaq çatışmazlığı nəzərə çarpır! Nə az, nə çox. Bəlkə doğum sayı bu qədər azalmışdır? Amma hətta 40 – cı illərdə də ikinci dünya müharibəsi ərzində, bütün itkilərə və hərbi xidmətə çağırılmış milyonlarla kişilərə baxmayaraq – doğum sayı, demək olar ki, əvvəlki qiymətlərə qədər bərpa olundu. 30 – cu illərin böyük demoqrafik itkilərini “doğum sayının azalması” ilə izah etmək mümkün deyil. Bu, nəhəng sayda əlavə ölümlərin nəticəsidir, milyonlarla tələf olmuş uşaqların izidir, Böyük amerikan aclığının qara damğasıdır.

Bu rəqəmlərdən çıxış edərək, biz həmçinin Birləşmiş Ştatların böyük nəslinin də,  30 – cu illərdə doğulmuş nəsildə say çatışmazlığı ilə ümumi əhalidəki say çatışmazlığı arasındakı fərqi hesablamaqla, aclıq nəticəsində itkilərini qiymətləndirə bilərik. Axı böyük nəsil, yəqin ki, “sadəcə doğulmaya” bilməzdi? Biz müəyyən şəkildə 10 yaşından böyük, minimum iki milyon insandan və beş milyon yarın uşaq demoqrafik itkilərinin yarısından danışa bilərik ki, bu itki ölüm sayı və doğum sayının müəyyən təbii azalması arasında bölünmüşdür *****.

Beləliklə, əmin bir şəkildə 1932/33 – cü illərdə Amerika Birləşmiş Ştatlarında təxminən 5.5 milyon aclıq qurbanlarından danışa bilərik.

Xüsusi yüksək – həddi – ölüm sayı o zaman Birləşmiş Ştatların milli azlıqlarına toxundu. Milli azlıqlar heç vaxt ABŞ – da xüsusi qayğı obyekti olmamışdılar, amma Böyük Depressiya zamanı baş verənlər birbaşa soyqırıma bərabər sayıla bilər. Əgər əsil sakinlərin XX əsrin əvvəlinə qədər sürmüş soyqırımından sonra 20 – ci illər ərzində onların sayı 40% artmışdısa, 1930 – cu ildən 1940 – cı illərə qədər onların sayı nəinki artmadı, əksinə, əhəmiyyətli dərəcədə azaldı. Bu yalnız bir mənaya gəlir: 30 – cu illərin əvvəllərində milli azlıqların diasporası bir anda ilkin əhalinin bir necə onluq faizini itirdi.

Əgər bu soyqırım deyilsə – bəs soyqırım nədir?

 

Bu şəkillər 30-cu illərin Ukraniya və Rusiyasından yox, elə həmin illərin Amerikasından çəkilib

Defarminq – amerikansayağı kəndsizləşdirilmə: qolçomaqlardan amerikan Beriyasının caynaqlarına

Rusiyada, demək olar ki, hər kəs, Svanidzenin səyləri sayəsində, kommunistlər tərəfindən köçürülmüş, köçürülmə yerlərində torpaq və ya işlə təmin olunmuş  iki milyon qolçomaqlar haqqında (“xüsusi köçürülmüşlər”) məlumata malikdirlər. Amma çox az adam məhz həmin dövrə banklar tərəfindən torpaqlarından qovulmuş, amma ABŞ hökuməti tərəfindən nə torpaq, nə iş yeri, nə sosial yardım, nə də qocalıq təqaüdü – heç nə ilə təmin olunmamış beş milyona yaxın fermerlər (təxminən bir milyon ailə) haqqında məlumata malikdir.

Bu amerikansayağı – bəlkə də, “kənd təsərrüfatı istehsalının böyüdülməsi zərurəti ilə bəraət qazandırılmış” – kəndsizləşdirmə məhz həmin illərdə tam şəkildə və şəksiz, oxşar miqyaslarda və eyni iqtisadi çağırışların – müharibədən əvvəlki dörvrə kənd təsərrüfatının əmtəə istehsalı qabiliyyətinin artımı, onun böyüdülməsi və mexanikiləşdirilməsinin həlli üçün SSRİ – də aparılmış qolçomaqlıqdan salma ilə bir sıraya qoyula bilər.

Hər altıncı amerikan fermeri aclıq bəlasına düçar oldu. Torpaqlarından, öz doğma evlərindən, mülkiyyətlərindən məhrum olmuş insanlar heç yerə – kütləvi işsizlik, aclıq və ümumi quldurluğa bürünmüş qeyri – müəyyənliyə gedirdilər.

Lazım əhali kütləsinin kanalizatorları Ruzveltin “ictimai işləri” oldu. 1933 – 1939 – cu illərdə İctimai İşlər Administrasiyası və Sivil İşlər Administrasiyası (Civil Works Administration) adı altında (buraya (belomor) kanallarınn, yolların, əsasən məskunlaşmayan və bataqlıqlı malyariya rayonlarında körpülərin tikilməsi daxildir) ümumulikdə 3,3 milyona qədər insan məşğulluqla təmin edilmişdi. Amerikan QULAQ ictimai işlərində cəmi 8,5 milyondan insan iştirak etmişdir – məhkumları saymasaq.

Bu işlərin şəraiti və ölüm sayı hələ də diqqətli tədqiqata ehtiyac duyurlar.

“İctimai işləri” təşkil etmiş yoldaş Ruzveltin müdrikliyinə heyran qalmaq – Moskva kanalının tikintisini və kommunizmin digər böyük tikilələrini təşkil etmiş yoldaş Stalinin müdrikliyinə heyran qalmaqla eynidir. Amma, iki siyasətçinin dərin sistem oxşarlıqlarına respublikaçılar hələ 40 – cı illərdə Ruzvetli “kommunizmlə” tənqid edərkən diqqət yetirmişlər.

İctimai İşlər Administasiyasının QULAQ – la demək olar ki, dəhşətli oxşarlığı bununla da bağlıdır. İctimai İşlər Administrasiyasına “amerikan Beriya” – daxili işlər naziri Q.İkes****** rəhbərlik edir ki, o, 1932 – ci ildən başlayaraq işsiz gənclər üçün düşərgələrə iki milyon insan salmışdır (!), həm də 30$ nominal əmək haqqından mütləq tutulan pul 25$ təşkil edirdi.

Malyariya bataqlığında sürgün əməyi üçün beş dollar. Azad ölkənin azad vətəndaşları üçün layiqli əmək haqqıdır.

 

Hökumət tərəfindən ərzağın məhv edilməsi: bazar üçün faydalı – aclar üçün qul əməyi

“Artıq” əhalinin kütləvi aclığı və tələf olması fonunda ABŞ hökuməti ona görə müqəssirdir ki, həmin illərdə müəyyən dairələr, daha dəqiq desək, aqrar biznes – lobbilərin xeyri üçün əhəmiyyətli miqdarda və sistemli şəkildə ölkədə ərzaq ehtiyatları məhv edilirdi. Təbii  ki, “bazar metodları” ilə. Müxtəlif şəkildə və geniş miqyasda məhv edilirdi: taxılı həm yandırır, həm də okeana atırdılar. Beləliklə, məsələn, 6,5 milyon baş donuz məhv edilmiş və 10  milyon ha. məhsullu torpaq şumlanmışdı.

Məqsəd gizlədilmirdi. O, aqro – kapitalın maraqlarında ərzağın qiymətinin iki dəfə yarımdan artıq miqdarda artımından ibarət idi. Əlbəttə, bu, iri kapitalistlərin kənd təsərrüfatı və birja ticarəti maraqları ilə üst – üstə düşürdü. Amma ac insanların xoşuna gəlmirdi. Quver dövründəki “aclıq yürüşləri” və həmçinin yürüşçülərə tutulan divan hətta amerikan paytaxtlarında da adi hala çevrildi. Amma Ruzveltin Yeni Kursu zamanı da kapitalistlər üçün mənfəət, aclar üçün isə – ictimai işlər QULAQ – ı nəzərdə tutulmuşdu. Hər kəsə özünə görə.

Amma, aclıq və öz xalqının acından tələf olması heç vaxt xüsusi olaraq ABŞ hökumətini narahat etmirdi – digər “qolodomorlardan” fərqli olaraq, onları siyasi məqsədlərdə istifadə etmək olardı.

“Mənim öz ölkəmizin gələcəyi ilə bağlı narahatlığım yoxdur. O ümidlə doludur” – prezident Quver Böyük Depressiya ərəfəsində demişdi. Bizdə isə Birləşmiş Ştatların keçmişi üçün narahatlığımız yoxdur – Birləşmiş Ştatların istehsal tarixi versiyasına görə – o, Sezarın həyat yoldaşı kimi, həmişə şübhələrdən kənardadır.

Qeyd etmək vacibdir ki, 1988 – ci ilə qədər “Ukraynadakı qolodomor” tədqiqi üzrə ABŞ konqresininin komissiyası yaradıldıqda, Birləşmiş Ştatlar bu mövzunu, Qebbels qızıl fondundan olan – Katın və “zorlanmış Almaniya” kimi digər mövzular kimi, bu mövzunu da ön plana çəkirdilər. Ştatlar aydın şəkildə başa düşürdülər ki, onların özlərinin – şkaflarında acından ölmüş skeletləri var və Sovet İttifaqının cavab olaraq ideoloji zərbəsi tez, dəqiq – və Amerika üçün məğlubedici olacaq. SSRİ və ABŞ arasında 30 – cu illərdə demoqrafik uçurumun ölçüsü tamamilə müqayisə edilə biləndir və bu nazik məsələ atrafındakı qarşılıqlı susma fiquru “soyuq müharibənin” səsləndirilməmiş kodeksinin bir hissəsi idi. Yalnız 1988 – ci ildə Vaşinqton, Kremldə Mixail Qorbaçov başda olmaqla yüksək vəzifəli təsir agentləri qrupunu ələ alaraq, ideoloji rəqibin “polad” Suslovun deyil, liberal Yakovlevin olduğunu bilərək, əvvəlcədən Sovetlər tərəfindən cavab zərbəsini gəlməyəcəyini bilərək, tədricən Ukraynadakı aclıq mövzusunu ilk plana çəkməyə başladı. Fəaliyyət anı ən uğurlu şəkildə seçilmişdi.

Biz, Ştatlar tərəfindən amerikan qolodomoru mövzusunda özünü ifşa etməsini, arxiv materialların dərc edilməsini və Qorbaçov komandası tərəfindən 80 – ci illərdə “tarixi həqiqətin bərpa edilməsi” adı altında qurulma – bəlkə də saxtalaşdırılma – etiraflarını gözləyə bilmərik. Qərbin Zülm İmperiyası dağılmayana qədər heç bir tarixi həqiqətin bərpasından söz gedə bilməz. Böyük Amerikan Qolodomoru haqqında susma – bütün həm respublikaçı, həm də demokrat amerikan siyasi elitasının konsensus qərarıdır. 30 – cu illərin böyük qurbanlarına görə həm Quverin respublikaçı administrasiyası,həm də Ruzveltin demokrat administrasiyası eyni dərəcədə məsuliyyət daşıyır. Hər ikisinin vicdanında onların soyğunçu siyasətlərinin milyonlarla qurbanı var. Məhz buna görə Birləşmiş Ştatların siyasi sistemi ABŞ – da qolodomor və onun çoxmilyonlu qurbanları faktının tamamilə inkar edilməsi məsələsində kifayət qədər möhkəmlənmişdir. Bunu, ABŞ Dövlət departamentinin balansında olan və inventar nömrəsi olan hüquq müdafiəçilərinin beşinci dəstəsi də ağzı köpüklü – köpüklü inkar edəcək. Amma tarixi həqiqət qaçılmaz olaraq ifşa ediləcək.

Adəti üzrə Rusiyaya hürməkdənsə, Birləşmiş Ştatlar öz quyruğu altını yaxşıca iyləməlidir.

Qeydlər:

*Xarici istifadə üçün Qolodomor

** Burada ABŞ hökumətinin statistika saytının skrinşotunun bir hissəsi var. “Bu il üçün statistik hesabat tərtib edilməmişdir” – imzada deyilir. Gizlətmək üçün yaxşı vasitədir. Sadəcə olaraq hesabatı tərtib etməmək.


*** Qeyd edək ki, mən aclıqdan əziyyət çəkən rayonlardan əhalinin miqrasiyasının ciddi şəkildə nəzərə alındığı heç bir qolodomor tədqiqatı görməmişəm – bütün çatışmayan əhali, 100% – “kommunizm qurbanları”na daxil edilir. Bu zaman məlumdur ki, məsələn, 2,5 milyon köçürülənlərdən 700 min insan heç bir qarşıdurmaya rast gəlmədən sakit şəkildə öz məskunlaşmalarından “axıb getdilər”.


**** Məsələn, miqyasına görə Böyük Depressiya ilə oxşar olan 1991 – 1994 – cü il Rusiya böhranında həqiqiliyi şübhə doğurmayan ölüm səviyyəsinin dəyişməsi göstəriciləri: Rusiyada kişilər arasında ölüm sayı: 1991 – ci il – 894,5 min insan, 1994 – cü il – 1226,4 min insan (ölüm sayının artımı 37% – dir).

(Rəqəmlər: Anatoliy Vişnevski, Vladimir Şkolnikov, “RUSİYADA ÖLÜM SƏVİYYƏSİ, Moskva, 1997).

 

***** Sübut olunmuş əhali çatışmazlığının ölüm səviyyəsi və doğum sayının azalması arasında bölünmə nisbətini əvvəlcədən görürəm. ABŞ məlumatlarının tam doğruluğundan əminlik olmadığına görə, analogiya metoduna müraciət etməli oluruq (beynəlxalq müqayisə). Böyük Depressiyaya analoji olan şəraitdə digər ölkələrdə (həmçinin 90 – ci illərin Rusiyasında) əhali çatışmazlığı təxminən yayıbayarı (amma geniş həddə 2:1 – dən 1:2 – yə) doğum səviyyəsinin azalması və ölüm sayının artması arasında bölünüb.Məhz bu nisbət – yarıbayarı – baza obrazı kimi qəbul olunmuşdur ki, sonra onun üzərində əsaslandırılmış dəqiqləşdirmələr aparmaq olar. Amma istənilən halda və istənilən dəqiqləşdirmələr zamanı biz bir neçə milyon tələf olmuş insan rəqəminə gəlib çıxırıq.

 

****** Bəli, bu məhz həmin Qarold Lekler İkes (Ickes, Harold LeClair, 1874–1952) amerikansayağı QULAQ təşkilatçısı, F.D.Ruzvelt və Q.Trumen (1933 – 1946) prezidentlərinin administrasiyasında daxili işlər naziri, İctimai işlər Administrasiyası (1933 – 1939) direktorudur. Məhz o, sonralar ordu ilə qarşılıqlı təsirdə şanlı şəkildə və dərhal ABŞ – ın etnik yaponlarını həbs düşərgələrinə göndərdi (1941/42). Əməliyyatın birinci mərhələsi cəmi 72 saat sürdü. Əsl peşəkar, yoldaş Yejovun, Beriya və Abakumovun layiqli kolleqası.

 

 

         (c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:37390