abunə ol: Yazılar | Şərhlər | Еmail

Venesuela faktlarda

Şərh

Venesuela faktlarda

Son illərdə Venesuela planetimizin ən müxtəlif  guşələrində artan marağa səbəb olur.  Daxili həyatı, hətta onun oliqarxik təbəqələrini zənginləşdirən neft bumu zamanı da dünyanı maraqlandırmayan adi periferik ölkə indi teleekranlardan və beynəlxalq kütləvi informasiya vasitələrinin dilindən düşmür.  Liberal tənqidçilər Çavezin şəxsiyyətinə fasiləsiz olaraq hücum edirlər, hansı ki, KİV üçün Venesuelanın inkişafında yeni dövrü personifikasiya edir.  Buna görə də xəritədə Venesuelanı çox güman ki, heç axtarmayan Rusiya və ya Ukraynanın orta statistik obıvateli bu ölkəni putin Rusiyasının latınamerikan filialı, amma kazarma “sosializmin”, KİV – də senzura və siyasi azadlıqlara qadağaların olduğu ölkə kimi təsəvvür edir.  Liberalların bu şərəfsiz tənqidi, onların bizdən belə uzaq olan Venesuelanın inqilabı proses təcrübəsini nə qədər çətin qəbul etdiyini göstərir.  Amma Çavez rejiminin siyasətini ideallaşdıran onun tərəfdarları da, həqiqətdə onun həqiqi nailiyyətləri və daha az olmayan real problemləri haqqında təsəvvürə malik deyillər.

Bolivarian respublikasındakı vəziyyət haqqında kəskin məlumat çatışmazlığı tamamlanmalıdır – bu məsələdə bizə SSRİ – dən gəlmiş, Karakasda Simon Bolivar adına Universitetdə statistika kafedrasının aspirantı vəzifəsində çalışan Dmitriy Ştraus kömək etməyə razılıq vermişdir ki, onunla müsahibəni xüsusilə Рабкор.ру üçün Andrey Mançuk hazırlamışdır.

Dmitri ilə biz 2005 – ci ildə, Karakasa səfərim ərəfəsində mən Venesuela haqqında məlumat toplayarkən, sonra isə şəxsən tanış olmuşam.  O zamandan bəri onun obyektiv təhlili bizə liberal mətbuatın təqdim etdiyi xəbərləri anlamağa dəfələrlə kömək etmişdir.  Vəziyyəti heç vaxt bəzəməyən Dmitri, bununla bərabər, hadisələrin və ya proseslərin həqiqi mənzərəsini göstərir – və, aşağıda görəcəyimiz kimi, bu mənzərə,  təbliğatın bizə yeritmək istədiyi geniş yayılmış stereotiplərdən kifayət qədər fərqlənirdi.

Dmitri, Venesuelada indi sosial – iqtisadi vəziyyət necədir? İqtisadi böhran əhaliyə nə dərəcədə təsir etmişdir?

Böhran, əlbəttə ki, Venesuelaya da təsir etmişdir.  Dövlətin neft satışından əldə etdiyi gəlirlər azalmışdır və bununla əlaqədar olaraq neft şirkəti podratçıların ödənişlərini ləngitmiş və cüzi miqdarda qovulmalar gerçəkləşdirmişdir.  Digər tərəfdən, Rusiyada olduğu kimi, əmək haqqlarının kütləvi ixtisarı baş verməmişdir.  İnflyasiya Venesuelada 25% – ə  çatmışdır.  Amma, Çavezin seçkilərdəki birinci qələbəsindən əvvəlki liberal onilliyə – 1989-cu ildən 1998 – ci ilədək nəzər salsaq, görərik ki, inflyasiya (illərə görə) 81%, 36,5%, 31%, 31,9%, 45,9%, 70,8%, 56,6%, 103,2%(!), 37,6% və 29,9% təşkil etmişdir.  Məgər o zamanlar rus qəzetlərində bu barədə yazırdılar? Digər tərəfdən, dövlət müntəzəm şəkildə minimal əmək haqqını qaldırır.  Buna görə də real gəlirlərin azalması mövcud olsa da, çox azdır.  Yeri gəlmişkən, Venesuelada, digər ölkələrdən fərqli olaraq, böhran zamanı paytaxtda yaşayış qiymətlərinin aşağı düşməsi müşahidə olunmadı.  Əksinə, qiymətlər artmaqda davam edir.  Bu, əlbəttə ki, ilk dəfə mənzil alanlar üçün pisdir.  Amma, digər tərəfdən, bu onun göstəricisidir ki, böhran əhalinin alıcılıq qabiliyyətinə böyük təsir göstərməmişdir, həmçinin Venesuelada və onun xaricində haqqında çox danışılan, orta sinfin digər ölkələrə axını müşahidə olunmur.

Əsas qida məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir.  Olurdu ki, onlardan bəziləri mağaza piştaxtalarından yox olurdular.  Düyü, lobya, duru yağ, qeyri – tozşəkilli süd əsas defisit idi – indi isə bunlarla heç bir problem yoxdur.  Müəyyən müddət əvvəl şəkər olmurdu, indi vəziyyət dövlət mağazalarında daha yaxşıdır.  Vaxtaşırı o, şəxsi supermarketlərdə olur ki, burada bir adama iki qutu verilir. Bir həftə əvvəl isə piştaxtalardan qarğıdalı unu – ölkədə əsas qida məhsulu yox olmuşdur.  Amma dövlətin müəyyən tədbirlərindən sonra o yenə var.

Söhbət sabotajdan gedir?

Bəli, hakimiyyət tərəfdarları sahibkarları günahlandırırlar, hansıları ki, mütləq yüksək gəlir əldə etməlidirlər, həmçinin müxalifət tərəfindən birbaşa sabotajdan da danışılır.  Müxalifət, təbii ki, iddia edir ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bu və ya digər qida məhsulları istehsalını səmərəsiz edir, bununla əlaqədar da o, mağazalardan yoxa çıxır.  Çünki Venesuela hökumətinin bürokratiya maşını mükəmməllikdən uzaqdır.  Həqiqətən də, inflyasiyanın nəzərə alınması ilə, qiymətlərinə uzun müddət ərzində yenidən baxılmayan məhsulların satışı qeyri – sərfəli ola bilər.  Deyək ki, uzun müddət satışda qatı süd yox idi, tozşəkilli süd isə demək olar ki həmişə var idi.  Amma keçən il iyuldan başlayaraq qatı südün qiyməti iki dəfə qaldırılmışdır, tozşəkilli südün isə – qalxmamışdır. Nəticədə, indi mağazalarda tozşəkilli süd nadir hallarda, qatı süd isə tez – tez olur.

Biz Venesuelada olanda, orada kofe ilə əlaqədar defisit başladı.  Çavist qubetnator telekameralar qarşısında treyderlərdən müsadirə edilmiş, gizlədilmiş kofe torbalarını göstərirdi.  Bildiyim qədərilə, sonralar daha kofe satışı ilə bağlı fasilə olmadı. İndi də sabotajla analoji mübarizə gedir?

Artıq dediyim kimi, 2009 – cu ildə Venesuelada düyü ilə bağlı problemlər var idi – şirkətlər əsasən “dada malik” düyü istehsal edirdilər ki, bu adi, tənzimlənən düyüdən daha 2 – 3 dəfə bahadır. Buna cavab olaraq, hökumət düyü emalı üzrə fabriklərdən birini milliləşdirdi və digərlərini də, əgər adi, bahalı olmayan düyünün minimal zəruri miqdarını istehsal etməsələr, eyni şeyi etməklə hədələdi. Təbii ki, müəyyən müddət düyü ümumiyyətlə mağazalardan yoxa çıxdı.  Təxminən həmin müddətdə mən “Qlobalvisyon” – da növbəti “mütəxəssis”in, dünya böhranı və neft qiymətlərinin aşağı düşməsi ilə dərinləşən, Çavez hakimiyyətinin dəhşətli iqtisadi siyasəti ilə əlaqədər Venesuelanın dağılması haqqında şərhini eşitdim. Amma düyü hakimiyyət və şirkət sahibləri arasındakı münaqişə ilə əlaqədar yox olmuşdu, əvvəl südün yox olduğu kimi – halbuki həmin vaxt neftin qiyməti çox yüksək idi.  Nəticədə dövlət 150 milyon neft dollarına “Los Andes” kombinatını satın aldı – o, Venesuelanın daxili bazarının 30% – ni süd məhsulları ilə təmin edir, başlanmış modernizasiyadan sonra isə daha güclü olacaq.

Bəs indi necədir? Bütün supermarketlərdə düyü var – həm, bahalı, emal olunmuş, həm də ucuz, adi, sadəcə 2 bolivara.  Dövlət tərəfindən nümayiş etdirilmiş möhkəmlik özünü doğrultdu.

Gizlədilmiş məhsulları isə indi də müsadirə edirlər.  O, intensiv şəkildə Kubaya keçirilir – həm çantalarla, həm avtomobillərlə, həm yük maşınları ilə, bu zaman göründüyü kimi, vəzifəsi kontrabanda  ilə mübarizə aparmaq olan hərbçiləri pulla satın alırlar.  Bu, çox böyük problemdir.

İndicə xəbərlərdə var idi – Koçe topdan bazarında ticarət obyektlərinin gözlənilməyən yoxlaması keçirildi. Nəticədə 300 ton şəkət, lobya, tozşəkilli süd, konservləşdirilmiş tunes, digər tənzimlənən məhsullar müsadirə olundu. Onlara zəruri sənədlər yox idi və onları, küçə tacirlərinin sonradan dövlətin təyin etdiyi qiymətdən iki dəfə baha satmaq üçün satırdılar.

Bəs bolivarın devalvasiyası necə keçdi?

Milli valyutanın çoxdan düşünülən devalvasiyası növbəti şəkildə keçirildi: dollar başına 2,15 bolivardan 2,60 bolivara qədər – məhsulların, dərmanları idxalı və xaricdə yaşayan qohumlara pul köçürmələri üçün.  Və digər valyuta əməliyyatları üçün – dollar başına 4,50 bolivar.  Beləliklə, bir tərəfdən, məhsul və dərmanların qiymətinin artımı   məhdudlaşdırılır, digər tərəfdən, milli istehsal stimullaşdırılır. Ölçü mübahisəsiz deyil, amma məntiqidir.

Ölkəyə gələn turistlər üçün də dolları 4,30 kursu ilə mübadilə edirlər.  Amma xarici turist rəsmi olaraq dollar ala bilməz –2003 – cü ildən bəri bolivar artıq sərbərt konvertasiya olunan valyuta deyil.  Venesuelalılar və mənim kimi leqal rezident – vətəndaş olmayanlara valyuta satılır, amma məhdud miqdarda.  Xaricə çıxış zamanı – bu, kredit kartı ilə 3000 dollara və nağd şəkildə 4,30 kursu ilə 500 dollara qədərdir (ölkədən və səfərin müddətindən asılı olaraq). Qohumlara köçürmələr zamanı ayda adambaşına 300 dollardan artıq  köçürmək olmaz.  Bundan başqa, istənilən venesuelalı xaricdən internetlə ildə 400 dollara əmtəə və xidmətlər sifariş edə bilər.  İndi aviabiletlər bolivarla 4,30 kursu ilə satılır.  Bu ilin yanvarına qədər, həm biletlər, həm dollarlar ölkədən gedənlər üçün 2,15 kursu ilə satılırdı – və bu spesifik problem yaratdı. Nəzərə alınsa ki, bundan əvvəl devalvasiya artıq 3 il idi ki, olmamışdı, minimal və orta əmək haqqı isə həmişə artırdı, biletlərin satışının bu kursu xaricə səyahəti heç vaxt olmayan qədər əlçatan etdi. Mən  cüzi əmək haqqı alan insanları tanıyıram ki, onlar inişildə okeanın digər tayındakı qohumlarını ziyarət etmişlər.  On beş, on il əvvəl bu ağlasığmaz idi.  Yüz minlərlə imkansız venesuelalı Çavezin hakimiyyəti illərində “yaxın xaricdə” – Panamada, Arubada, Kolumbiyada oldular.  Valyuta xaricə gedirdi, onu səfər zamanı tamamilə xərcləməyənlər isə Venesuelaya qayıdırdılar və dollarları qara bazarda satırdılar.  Bu da həmçinin yuxarıda qeyd edilən ucuz məhsulların Kolumbiyaya keçirilməsini gücləndirirdi. Təbii ki, kurs 2,15 göstəricisində olanda (“qara kurs”da dollara 5 – 6 bolivar), kontrabanda daha çox gəlirli məşğuliyyət idi.

Postsovet liberalları deməkdən usanmırlar ki, Çavezin “sosializmi” ölkəni susuz qoymuşdur. Su böhranı aşılıb və onun səbəbləri nə idi?

Venesuelada su ilə bağlı böhran Çavezdən əvvəl də tez – tez baş verirdi.  Sadəcə  yenə də, buna qədər venesuelalılardan başqa heç kimə maraqlı deyildi. Demək olmaz ki, Karakası susuz qoymuşdular.  Bu, çox şişirdilmiş ifadədir.  Rayonların çoxunda suyu həftədə bir dəfə, maksimum – 2 dəfə vermirlər.  Digər günlər isə su olur.  Bunu səbəbi yeganədir – bu, su anbarlarında suyun səviyyəsini azaltmış quraqlıqlardır.  Keçən il Venesuelada ümumiyyətlə yağışlar mövsümü olmadı.  Aprelin ortasından yağışlar müntəzəm olaraq ölkə ərazisinin böyük bir hissəsinə yağdı və su anbarlarında suyun səviyyəsi tədricən qalxmağa başladı.  Əgər bu tendensiya davam etsə, normalaşdırma zərurəti də aradan qalxacaq. Bu arada, məhz Çavez zamanı Venesuelanın, əsasən yoxsul şəhər rayonlarında və kənd yerlərindək milyondan çox sakin su kəməri suyuna çıxış əldə etdilər.

Beləliklə, Çavezi yalnız onda günahlandırmırlar ki, o, Venesuela əyalətlərini susuz qoymuşdur.Новaя Газетa” – nın liberal eksperti Yevgeni Bay iddia edir ki, son on bir ildə Venesuela monoistehsalçıya çevrilmişdir və guya indi neftdən başqa heç nə istehsal etmir.

Doğrudan da, Venesuela məhz Çavezin qələbəsindən əvvəlki qırx illik vəhşi kapitalizmdə monoistehsalçıya çevrildi. Çaves isə, əksinə, ölkədə istehsalı hər üsulla inkişaf etdirməyə və diversifikasiya etməyə çalışır.  Öz qüvvələri ilə qida sənayesi üzrə – qarğıdalı unu, şəkər, balıq konservləri və s. üzrə dövlət müəssisələri tikilmişdir. Həmçinin Argentina və İranla birlikdə avto- və traktoryığıcı fabriklər tikilmişdir. Rusiya və Belorusiya ilə razılaşma ilə traktor, yük və minik avtomobillərinin yığma istehsalları tikiləcək. Rus müəssisələri Venesuela tərsanə və rels istehsalı üzrə zavod tikəcəklər – bu arada, Cənubi Amerikada ilk dəfə. Bu zavod sifariş qıtlığından əziyyət çəkməyəcək, belə ki, Venesuela dəmir yolları şəbəkəsi tikir ki, o, onillik ərzində Venesuelanın böyük bir hissəsini əhatə etməlidir. Bu, yüklərin daşınmasını ucuzlaşdıracaq və ölkənin daxili rayonların inkişafına imkan yaradacaq. Və hətta ikinci venesuela peyki (birincisi tamamilə Çində layihələndirilmiş və tikilmişdir) Venesuelada çinli mütəxəssisələrin iştirakı ilə yığılacaq. Qeyd etmək lazımdır ki, xarici şirkətlər ilə sənaye müəssisələri haqqındakı danışıqlarda venesuela tərəfi təkid edir ki, texnologiya və hazırlıq öz mütəxəssislərinə verilsin. Gərək Venesueladakı vəziyyəti ümumiyyətlə təsvir etməyəsən ya da yalançı olasan ki, Çavez hakimiyyətini “qeyri – sənayeləşmədə” ittiham edəsən.

İyirminci əsrin ikinci yarısında Venesuela öz mülayim iqlimi ilə kənd təsərrüfatı məhsulu idxalçısına çevrildi. Bu ona görə baş verdi ki, əvvəlki hökumətlər bu işi tamamilə buraxmışdılar.  Əgər iri şəhərlərdə hər hansı infrastruktur yaradılırdısa (yollar, Karakas metrosu və s), həmçinin hər hansı sosial proqramlar mövcud idilərsə də, kənd təsərrüfatı yerləri tamamilə özbaşına buraxılmışdı. Torpaq sahibi kəndlilər nəqliyyatın olmaması və pis yollar səbəbindən öz məhsullarını su qiymətinə alıcılara satmalı olurdular ki, bu alıcılar həm də bu və ya digər ərazidə inhisarçı idilər. Torpaqsız kəndlilərə isə latifundistlər üçün işləmək qalırdı.  Şəhər və kəndin gəlirləri arasındakı dəhşətli uçurum kəndlilərin şəhərlərə kütləvi axınına və öz – özünə tikilən rayonların – barriosların sürətli artımına gətirib çıxardı.

Digər tərəfdən, Çavez öz çıxışlarından birində qeyd etdi ki, əvvəllər bəzi venesuela nazirləri eyni zamanda iri biznesmenlər, ərzaq imperatorları idilər ki, onlar təbii ki, idxala imtiyazlar tətbiq edir və milli kənd təsərrüfatının inkişafında maraqlı deyildilər.  Və, nəhayət, latifundistlərin mülkiyyətində torpağın konsentrasiyası ilə idxal birlikdə ona gətirib çıxardı ki, torpaqların böyük bir hissəsi becərilmirdi. Özəl mülkiyyətdə çox böyük ərazilər kapital qoyuluşu və ov əyləncəsi üçün istifadə edilirdi.

Amma Çavezin hakimiyyəti illərində xırda və orta kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi ilə Venesuelada bir çox bitkilərin becərilməsi artmışdır. Mənim həyat yoldaşımın qohumları kəndlidirlər və  onlar Çavezin arxasında dağ kimi dayanırlar, çünki hökumət onlardan kofeni möhkəm qiymətlər üzrə alır, kəndə yol və tibb məntəqələri tikir. Bu barədə “Новaя газетa” müxbiri heç səsini də çıxarmır.

Yeri gəlmişkən, Venesuela haqqında digər rus liberallarından daha çox yazan həmin Yevgeni Bay hesab edir ki, Çavez silahı Kolumbiya müharibəyə başlamaq üçün alır.

Ekspert sakitcə bunun üstündən keçmişdir ki, Rusiya ilə silah çatdırılması müqaviləsini də daxil etməklə, Venesuelanın hərçi büdcəsi ABŞ – dan silah alan Kolumbiyanın hərbi büdcəsindən 2 – 3 dəfə azdır.  Bu cür qüvvələr nisbətində – hətta Kolumbiya ordusunun Venesuela ordusundan dəfələrlə böyük olduğunu nəzərə alsaq – soruşmağa dəyər: Venesuela aqressor rolunda necə çıxış edə bilər? Hətta hipotetik belə olsa?

Yerli özünüidarənin iştirak orqanları inkişaf edir?

Əsasən, yoxsul rayonlarda. Orada yaradılan kommunal (icma) şuraları zibilin yığışdırılması, infrastrukturun təmiri, asayişin qorunması kimi vacib problemlərin həllini öz üzərlərinə götürürlər.

Bəs Çavezin sosial proqramlarının nəticələri necədir? Savadsızlıq aradan qaldırılıb? Ödənişsiz ali təhsillə bağlı vəziyyət necədir? Səhiyyə daha əlçatandır? Yaşayış tikintisində vəziyyət necədir?

Venesuelada savadsızlıq rəsmi olaraq bir neçə il əvvəl aradan qaldırılıb.  Ali təhlil Çavezə qədər də ödənişsiz idi,  amma bundan əsasən özəl məktəblərin məzunları istifadə edirdilər ki, onlar üçün ən yaxşı universitetlərə qəbul olmaq dəfələrlə daha asan idi.  İndi tələbələrin sayı yeni universitetlərin hesabına xeyli artmışdır, ənənəvi universitetlərdə isə (rəhbərliyi müxalif olan) dövlətin təzyiqi ilə dövlət məktəbləri məzunlarının qəbulunu asanlaşdıran proqramlar tətbiq edilir. Onların nəticələri haqqında danışmaq hələ tezdir.  “Barrio adentro” səhiyyə proqramı – sözsüz ki, Çavezin ən uğurlu təcrübələrindən biridir ki, hətta müxalif analitiklərin də fikrincə, 2004 – cü ildə geri çağırılma referendumunda ona qələbə gətirdi.  Bütün ölkədə yayılmış tibb məntəqələri şəbəkəsi kənd və yoxsul şəhər rayonlarında əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırdı.  Bu arada, özəl tibb sahəsi də daha əlçatan olub – belə ki, hökumət eyni zamanda yeni özəl klinikaların açılması prosedurunu xeyli asanlaşdırdı ki, bu, ödənişli tibbi xidmətin qiymətini müəyyən qədər aşağı saldı.  İctimai  yaşayış yerləri mərkəzi və yerli hökumətlər (harda ki, hakimiyyətdə Çavez tərəfdarlarıdırlar) tərəfindən tikilir, amma proses çox yavaş və problemlidir.  Tikintinin indiki miqyası gözdən keçirilən gələcək zamanda yaşayış problemini həll etməyə imkan verməyəcək.  Podratçı –şirkətlər tez – tez hökumətə həqiqi dəyərindən artıq hesablar təqdim edirlər (korrupsiya venesuela cəmiyyətinin ən ciddi problem idi və elə də qalır), tikilmiş yaşayış yerlərinin keyfiyyəti isə yüksək deyil.  Birbaşa tikinti ilə məşğul olan hakimiyyət strukturları hələ yaradılır.  Ölkədə sement defisiti müşahidə olunur: yolların, körpülərin, metro və digər infrastrukturun intensiv şəkildə tikilməsi onun defisitinə gətirib çıxarmışdır və hökumət sement idxalını qadağan etməyə məcbur olmuşdur.

Nə də olsa, müsbət nəticələr də var: Karakas ətrafında və əyalətlərdə artıq yeni ictimai yaşayış yerləri rayonları tikilmişdir, kiçik şəhərlərin tikintisi davam edir, həmçinin Belorusiyanın iştirakı ilə. Müxalif mətbuatda, Çavez zamanında əvvəlki hökumətdə olduğundan daha az yaşayış yeri tikildiyinə dair məlumatlar nəşr edilsə də, mənim üçün ölkə üzrə səyahət edən bir Venesuela sakini kimi, aydındır ki, bu zaman manipulyasiyaya yer verilir.  Mən ümumiyyətlə Çavezin hakimiyyətə gəlməsindən əvvəlki onilliklərə aid ictimai yaşayış binaları və ya rayonları görməmişəm.  İndi isə, hökumətin sifarişi ilə yerinə yetirilən tikintilər həm Karakas ətrafına, həm də əyalətlərə səfər zamanı nəzərə çarpır.

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:13045