abunə ol: Yazılar | Şərhlər | Еmail

Qan bahasına iPod

Şərh

Postsənaye cəmiyyəti üçün kim və nə qədər ödəyir?

“Postsənaye cəmiyyəti” ifadəsini eşitmisiniz”? Bəs “rəqəmsal iqtisadiyyat konsepsiyasını”? Bəs “kiperkorporasiya”dan xəbəriniz var? Bu elmi sözlər və innovasiya nəzəriyyələri kütləvi informasiya vasitələri sayəsində geniş yayılıb. Onlara istinad etməyi sevirlər, lovğalanırlar, tələbələr ali məktəblərdə öyrənirlər. Xüsusi qabaqcıl tələbələr dəbdə olan nəzəriyyələrin postulatlarını əzbərləyə bilərlər və hətta bilirlər ki, “e – biznes” sözü düzgün şəkildə necə deşifrə oluna bilər. Yəni, bu konsepsiyalar ictimai şüurun bir hissəsinə çevrilmişlər. Onların vəzifəsi ondan ibarətdir ki, bizi inandırsınlar: imperializmin “sənaye cəmiyyəti” keçmişdə qalıb. Biz, öz qanunları və qaydaları olan tamamilə fərqli bir dövrdə yaşayırıq. Köhnə nəzəriyyələr və baxışları zibilliyə atmaq lazımdır, “informasiya cəmiyyətində” onlar yararsızdırlar. Ah, yeni, möhtəşəm dünya! Sən artıq inadkar qoca Marksın kədərli qanunlarına tabe deyilsən. Elə deyilmi?

Bəs o zaman bu nədir?

Meqhalaya ştatının şimal – qərbində yerləşən hind əyaləti Caintiya Hillsdə minlərlə azyaşlı uşaqlar işləyirlər, onların bəzilərinin heç səkkiz yaşı da tamam olmayıb. Öz ailələrini dəstəkləmək üçün bacardıqları qədər tez pul qazanmağa çalışaraq onları məktəbi atırlar ki, şaxtalarda çox təhlükəli şəraitdə işləsinlər. Uşaq əməyi Hindistanda rəsmi olaraq qadağan olunub, amma qanunvericilikdəki boşluqlar bir çox qadağalardan yan keçməyə imkan verir.

Gənc şaxtaçılar budaqlardan toxunma pilləkənlərlə qazılmış kömür şaxtalarına enirlər, hətta diz üstdə də keçmək mümkün olmadığı “siçan deşikləri”nə soxulurlar. Böyrü üstə uzanaraq onlar primitiv alətlərlə və yalın əllərlə işləyirlər: burada insan əməyi maşın əməyindən dəfələrlə ucuzdur.

Hindistanın şimal - şərq hissəsində Caintiya Hills əyalətində Ladrimbay yaxınlığındakı kömür anbarında uşaq ((Daniel Berehulak / Getty Images)

Hindistanın şimal – şərq hissəsində Caintiya Hills əyalətində Ladrimbay yaxınlığındakı kömür anbarında uşaq (Daniel Berehulak / Getty Images)


Kxlieriat qəsəbəsi yaxınlığında 38 yaşlı Prabxat Sinxa kömür yükü ilə pilləkənlə aşağı düşür (Daniel Berehulak / Getty Images)


Kran işçiləri 90 metr dərinlikdəki şaxtadan qaldırır. (Daniel Berehulak / Getty Images)

Bir çox uşaqlar öz ailələrinə dəstək vermək üçün məktəblərini ataraq kömür şaxtalarında işləyirlər. (Daniel Berehulak / Getty Images)

Nepallı 22 yaşlı Şiam Ray şaxta tunelində “siçan yuvasında”. (Daniel Berehulak / Getty Images)


Kömür yüklü oğlan kömür anbarında. (Daniel Berehulak / Getty Images)


İşçilər körpü ilə kömürü yük maşınlarına daşıyırlar. (Daniel Berehulak / Getty Images)


14 yaşlı Çai Linqdox, kömürü 2267 kiloqramlıq tasdan boşaltdığı üçün günə 5 dollar qazanır. (Daniel Berehulak / Getty Images)


12 yaşlı Abdul Kərim xırdalanma üçün nəzərdə tutulmuş kömür ilə. (Daniel Berehulak / Getty Images)


Şaxtaçı tuneldə. (Daniel Berehulak / Getty Images)


20 yaşlı Anil Baset yoldaşı ilə kömürlə dolu arabanı tuneldən çıxarırlar. (Daniel Berehulak / Getty Images)


Şaxtaçı işlədiyi şaxtanın yanında. (Daniel Berehulak / Getty Images)


Kran şaxtaçıları şaxtana nahara qaldırır. (Daniel Berehulak / Getty Images)


Fayt adlı səkkiz yaşlı oğlan anbarda kömür qazıyır. Pulsuz təhsil imkanı verən yerli məktəblər üçün valideynləri, uşaqlarını məktəbdə saxlamağa inandırmaq çox çətindir, çünki onlar da əlavə qazanc mənbələri axtarırlar. (Daniel Berehulak / Getty Images)


İşçi kömürü daşdoğrayan maşına tökməyə hazırlaşır. (Daniel Berehulak / Getty Images)


İşçi 90 metr dərinlikdəki işdən sonra alətləri çıxarır. (Daniel Berehulak / Getty Images)


İşçilər nahara hazırlaşaraq əllərini yuyurlar. (Daniel Berehulak / Getty Images)


İşçi, onları qaldırması üçün kran operatoruna səslənir. (Daniel Berehulak / Getty Images)

İşçilər iş növbəsindən sonra evə gedirlər. (Daniel Berehulak / Getty Images)


Kömür yük maşınları və digər avtomobillər qəza ucbatından yaranan tıxacdan sonra. (Daniel Berehulak / Getty Images)

13 yaşlı Kala Rai kilsə məktəbində ingilis dili dərsində. O, yarım il şaxtada işləmiş, amma sonra məktəbə qayıtmağa müvəffəq olmuşdu. (Daniel Berehulak / Getty Images)

 

Kömür boşaldan işçilərin yanında mağazada oğlan. (Daniel Berehulak / Getty Images)

 

İşçilər bazarda zər oyunu oynayarkən. (Daniel Berehulak / Getty Images)

 

Ən adi iş – Hindistanda minlərlə uşağın əməyi belədir. Bu gənc proletarların bəzilərinin heç 8 yaşı tamam olmayıb. Öz ailələrini dəstəkləmək üçün bacardıqları qədər tez pul qazanmağa çalışaraq onları məktəbi atırlar ki, şaxtalarda çox təhlükəli şəraitdə işləsinlər.

Əvvəllər obıvatellər, belə bitərəf şəkilləri görəndə, belə sözlərlə yaxalarını qurtarırdılar ki, bütün bunlar geridə qalmış xalqların vəhşiliyi və savadsızlığı ucbatından baş verir. “İnformasiya cəmiyyəti”ndən bəhrələnmək üçün onların ağılları çatmır. İndi fə bəzən hələ də bu cür arqumentləri eşitmək mümkündür. Amma onları bizim qloballaşan dünyada tətbiq etmək getdikcə daha da çətinləşir, burada təhlil üçün hər hansı bir ölkəni ayırmaq və onu təcrid olunmuş halda nəzərdən keçirmək mümkün deyil. İqtisadiyyat və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi nəhəng miqyaslara çatmışdır. Dünyanın bütün dövlətləri bir – birləri ilə milyonlarla ticari iplərlə bağlıdırlar. Burjua professorları dünya bazar inteqrasiyasının xoş mənzərəsini təsvir edirlər. Amma dünyanı sarmış tora diqqətlə baxdıqda, onun ardında tanış cizgilər nəzərə çarpır. Gözəl sözlər və ağıllı nəzəriyyələrlə əslində neomüstəmləkəçiliyin siması pərdələnmişdir.

Neomüstəmləkəçilik yoxa çıxmayıb. Bu yırtıcı heyvan artıq yarım əsrdən çoxdur ki, yaşayır və özünü əla hiss edir. O, öz böyük qardaşı – müstəmləkəçiliyi postda əvəz edib, hansı ki, yüz milyonlarla insan qurbanlarının qanını içdikdən sonra yox olmağa məcbur idi. İndi imperialist derjavaların neomüstəmləkə siyasəti – onların rifahının dayağıdır.

“İnformasiya cəmiyyəti” haqqında sadəlövh nağıllar bir vəziyyətlə – beynəlxalq əmək bölgüsü ilə şərtlənmişdir. Keçmiş 100 ildə imperialistlər öz ölkələrindən bütün çirkli, ağır və narahat istehsalı çıxarmağa çalışırdılar. Oktyabr inqilabından sonra kapital öz işçilərini  qeyri – insani istismarla qıcıqlandırmaq istəmirdi. Bundan əlavə, xarici işçi qüvvəsi daha sərfəli idi. Ağır sənaye istehsalı yox olmadı, o, öz yerini “informasiya” cənnətinə vermədi – sadəcə olaraq dövlət sərhədləri pərdəsi arxasında gizlədildi (Bu zaman ifrata qaçmaq və düşünmək lazım deyil ki, guya ABŞ və Avropada işçi sinfi qalmamışdır, istismar və qeyri – insani davranış yoxdur. Bunların hamısı qalıb, amma keçən əsrdə daha yumşaq və mədəni şəkil alıb. Bunun səbəbi – işçilərin mütəşəkkil mübarizəsi, həmçinin inqilabi təlatümlərdən qaçmaq üçün burjuaziyanın getdiyi güzəştlər idi.). ABŞ və Avropa obıvatellərində, çoxmilyonlu istehlakçı ordusunda isə yanlış təsəvvür yaranmışdır, guya “iPhone” və “iPad”lar supermarketlərin piştaxtalarında sadəcə reklam aksiyaları və özü fəaliyyət göstərən sehrli tərəqqi nəticəsində peyda olurlar. Gözəl qadın çantası alarkən, onlar düşünmürlər ki, Malayziyada ventilyasiyası olmayan sexlərdə dəri aşılması zamanı nə qədər insan zəhərlənmişdir. “iPhone” alarkən, onlar bilmirlər ki, onun üçün metal nə bahasına əridilmişdir və onun hazırlanması zamanı ucqar çin əyalətindəki proletarlar nə qədər “peşə xəstəliyi” qazanmışlar. Bu, heç onların ağlına da gəlmir. “iPhone” – incə, gözəl, erqonomik oyuncaqdır, adama elə gəlir ki, o lap əvvəldən belə olmuşdur. Təsəvvür etmək olar ki, tər, göz yaşı və qan bu xoş əşya ilə ayrılmaz surətdə bağlıdır?

Amma imperializmin istehlak cənnəti məhz bu qan üzərində durur. Fərq sadəcə ondadır ki, əgər yüz il əvvəl hər iki zidd qütb bütün ölkələrdə toplanmışdısa, o zamandan sonra kapitalistlər canlarını qurtarmaq üçün onları maksimal dərəcədə ayırmağa çalışmışlar. Bir qütbdə – keçən əsrin yoxsulları kimi yaşayan və ölən Hindistan, Çin, Malayziya, Afrika, Tacikistan, Ukrayna işçiləri. Onlar “sivil dünya” üçün yüksək texnologiyalı oyuncaqlar hazırlayırlar, onlar uşaqlıqdan “mədəni” sakinləri geyindirir və bəsləyirlər. Bunun əvəzində onlar, əzab, məhrumiyyətlər, xəstəliklər və qazanılmış dollarlarla ac ölümlərinin vaxtını uzatmaq imkanı əldə edirlər. Digər qütbdə – tox, razı, kütbeyin obıvatellər, hansılar ki, sivilizasiyanın bütün nemətlərini təbii bir şey kimi əldə edirlər. Fransız kraliçası Mariya – Antuanettanın, çörəyin ağacda bitdiyinə inandığı kimi, bu obıvatellər də səmimi şəkildə inanırlar ki, maddi nemətlər fərqli, yeni, “postsənaye” üsulu ilə hazırlanırlar. Bu konsepsiyalar “informasiya cəmiyyətindən” “isveç sosializminə” qədər reallığa qarşı etinasızlığa, şirin nağıllara əsaslanırlar.

 

Məlum olduğu kimi, Mariya – Antuanettanın həyatına gilyotinada son qoyuldu. Kralla onu üsyan etmiş fransız xalqı edam etdi. Kəndlilər aristokratiya üçün çörək bişirərək acından ölmək istəmədilər. Bu, indiki zamanda özünə “postsənaye” nağılları ilə lay – lay deyənlərə düşünmək üçün əsas deyil?

Kapitalizm yox olmayıb. Proletariat və burjuaziya yoxa çıxmayıb. Sivilizasiyanın bütün nemətləri əvvəl olduğu kimi, istismar və Marksın siyasi iqtisad qanunları ilə əldə edilirlər. Bu nəyə gətirib çıxaracaq – yəqin ki, xatırlayırsınız.

 

Aleksandr Batov

[Məqalə original yazıdan SOLFRONT.org üçün hazırlanmışdır]

 


Oxşar yazılar:

Baxış sayı:15979