abunə ol: Yazılar | Şərhlər | Еmail

Human Rights Watch Gürcüstandakı hadisələr haqqında

Şərh

Human Rights Watch Gürcüstandakı hadisələr haqqında: polis müxalifətçiləri əl və ayaqla döyürdü

Beynəlxaq hüquq müdafiə təşkilatı Human Rights Watch Gürcüstan hökumətini, 26 maya keçən gecədə keçirilən dinc aksiyanın dağıdılmasında həddən artıq və qeyri – proporsional qüvvənin tətbiq edilməsinin dərhal, təfərrüatlı şəkildə və tərəfsiz istintaqını başlamağa çağırır.

Təşkilat tərəfindən yayılmış xüsusi bəyanatda deyildiyi kimi, “OMON Gürcüstan paytaxtında hakimiyyətə qarşı etiraz aksiyasını dağıdarkən nümayişçiləri döymüşdür”. Həm də qeyd edilir ki, hakimiyyət mitinqə çıxanları aksiyanın dağıdılması haqqında xəbərdarlıq etmişdi ki, 26 may üçün planlaşdırılan hərbi parad üçün yer azad edilsin. Beynəlxalq təşkilat həmçinin xatırladır ki, hakimiyyət 25 may daxil olmaqla bu tarixə qədər mitinq keçirməyə icazə vermişdi, amma müxalifət liderləri bəyan etdilər ki, Rustaveli prospektindən getməyəcəklər və yerlərində qalacaqlar. “Səhər 00:15-də mitinqin keçirilməsi vaxtı bitdikdən sonra, OMON mitinq edənlərə qarşı fontan və gözyaşardıcı qazdan istifadə etmişdir, bir çoxları döyülmüş və saxlanmışlar” – bəyanatda deyilir.

Mitinq icazəsiz olsa belə, Human Rights Watch hesab edir ki, dinc nümayişçilərə qarşı zorakılıq istənilən halda qəbuledilməzdir və məsləhət görür ki, aksiya iştirakçılarının döyülməsində günahkar olan polislər məsuliyyətə cəlb edilsin. “Polis qaçanları izləyir, onları ayaqla döyür, rezin dubinkalardan istifadə edirdi. Polis, qonşu kinoteatrda gizlənən nümayişçiləri izləmiş və oradan çıxan kimi onları əl və ayaqla döyməyə başlamışdır” – bəyanatda deyilir.

Human Rights Watch hökumətə xatırladır ki, Gürcüstan insan haqlarının qorunması üzrə bir sıra razılaşmaların iştirakçısıdır ki, bu razılaşmalarla ölkə hökuməti insan haqları və azadlıqlarını, həmçinin toplaşma azadlığını gözləmək öhdəliyini götürür. “Hökumət nümayişçilərlə qəddar davranış faktlarının istintaqını aparmalı və onları aradan qaldırmalıdır” – bəyanatda deyilir.


Daha geniş məlumat: http://www.regnum.ru/news/polit/1409195.html#ixzz1NfJDJVie

[Məqalə original yazıdan Solftont.org üçün hazırlanmışdır] (c) Solfront.org

Fotolar: http://sandinist.livejournal.com/174251.html

Human Rights Watch о событиях в Грузии: полиция избивала оппозиционеров руками и ногами Подробности: http://www.regnum.ru/news/polit/1409195.html#ixzz1NfPTgEXX Любое использование материалов допускается только при наличии гиперссылки на ИА REGNUM


Oxşar yazılar:

Baxış sayı:14183