abunə ol: Yazılar | Şərhlər | Еmail

Kor nasionalizm və Azərbaycan Milli Hərəkatı

Şərh

SOLFRONT.org-un təqdim etdiyi bu məqalə Cənubi Azərbaycandakı öz azadlıqları uğrunda mübarizə aparan yoldaşlarımızın bu mübarizənin tarixi, eyni zamanda Şimaldakı mübarizədən götürə biləcəkləri nümunələr və ən əsası kor nasionalizmin, milliyətçiliyin onların və şimaldakı qardaşlarının mübarizəsinə göstərdiyi mənfi təsirlərə münasibətidir. Yazıda Azərbaycan Demokratik Respublikası, onun mövcudluq şərtləri, tarixi qiymətləndirilməsi, nə dərəcədə müstəqil olması izah olunub. Həmçinin Məmməd Əmin Rəsulzadəyə və onun Musavat partiyasına obyektiv qiymət verilməyə çalışılıb. Sondakı Qaynaqlar hissəsindən yazının necə diqqətlə və əsaslandırılmış hazırlandığı aydın nəzərə çarpır. Gözüyumulu ADR və Rəsulzadə fanatı olanların oxuması xüsusilə tövsiyyə olunur. Məqaləni cənublu yoldaşlarımız hazırladığından yazıda cənub ləhcəsi hiss olunur, bəzi xırda redaktələr etsək də ümumi yazıya heç bir dəyişiklik olunmayıb. Ümid edirik bu barədə heç bir çətinliyiniz olmayacaq.

(c)SOLFRONT

KOR NASİONALİZM (milliyyətçilik) VƏ AZƏRBAYCAN MİLLİ HƏRƏKATI

Kor nasionalizmdən qəsd etdiyim Nasionalizmi bir ideoloji olaraq qəbul etməkdən ibarətdir. Nasionalizm 18-ci və 19-cu yüz illərdə ideolojik bir hərəkat olaraq ortaya çıxmışdır. O zamanlar nasionalist olmaq bir insanın ilərici olması üçün yetərli idi. O günkü Avropada nasionalizmin hədəfi çürümüş feodal egemənliyini ortadan götürmək idi və mövcud olan feodal siyasi-ekonomiyə qarşı, yeni kapitalist sistemini iləri sürüb və o sistemin üzərində milli hökumətlər qurmaq idi. Belə bir nasionalizm, əlbəttə ki, bir ideoloji yaxud bir düşüncə tərzi sayılırdı. Bu gün feodal toplumun ortadan qalxması ilə artıq Nasionalizm bir ideoloji olarak öz anlamını itirmiş sayılır. Ancaq geridə qalmış toplumlardakı feodalın yaşam tərzi yaxud ondan qalan gerici dövlətlər habelə davam edir, nasionalizm bir ideoloji olaraq hələ öz təsirini dəvam etdirməkdədir.

Bunun aydın misalı bu gün kürd toplumu və onda cərəyan edən milli hərəkatdır. Kürdüstan Demokrat Partiyasının siyasətlərini təhlil edəndə bu partiya Kürdüstan feodal və ağaların nümayəndəsi olarak qarşımıza çıxır. Keçmişdə KDP bu ağa və feodal qalıntılarının basqısı altında davamlı olaraq İslam Cumhuriyyəti ilə dialoqa girməyə məcbur qalıb və bu yolda iki başqanını itirmişdir. Kürd feodalları öz ticari işlərini məntəqədə yürütmək üçün İslam Cümhuriyyəti ilə gizli belə olsa bir cür anlaşması lazımdır, misal üçün, kürd ticari karvanları məntəqədə yolkəsənlərlə qarşılaşmasınlar. KDP yürütdüyü siyasətlərin nəticəsində bir gün İslam Cümhüriyyəti ilə anlaşır və başqa bir gün Pan İranist partiyası ilə bəyannamə buraxır.

Bunun başqa bir misalı İran dövlətçiliyıdir ki, İran toplumunun ekonomik ilərləmələrinə rəğmən və feodalizm sisteminin yox olduğu halda özünü hələ də feodalizmə uyğun bir dövlət olaraq ortaya qoymaqdan vaz keçmir və Şah-Şix hökuməti şəklində bu günkü demokratik ilkələrə davamlı qarşı çıxır ki, onlardan biri də milli haqlardır.

Bu günkü nasionalizmin ideolojik boşluğunun bəlirli bir düşüncə yaxud ideoloji ilə doldurulması qaçınılmaz və gərəkli sayılır. Ancaq bu təşəbbüsün, bilincli olaraq və dünya və məntəqə şərtlərini göz önünə alaraq edilməsi böyük bir önəm daşıyır. Əks təqdirdə, yəni  nasionalizmi bir ideoloji olarak qəbul etmək yaxud onu başqa ideolojilərdən üstün tutmaq sadəcə bir kor düşüncəyə yol açmaq deməkdir. Bu anlamda kor nasionalizm qavramı nasionalizmi bir ideoloji fərz edir, onu bilincsiz olaraq başqa düşüncələr və ideolojilərə məruz qoymaqdan başqa bir nəticə verməz. Qaldı ki,  zamanla bu düşüncələr səhv və təhlikəli ola bilər. Keçmişdə Məhəmməd Əmin Rəsulzadənin siyasi həyatı belə bir kor nasionalizmə açıq  və ibrətamiz bir misal sayılır.

Ancaq Rəsulzadəyə gəlmədən öncə, müasir kapitalist ölkələrdə nasionalizmin nə anlama gəldiyinə bir göz atmamız gərəkir. Bunun bir misalı olaraq müasir tarixdə, Güney Azərbaycanın milli hərəkatından ad çəkmək olar ki, İranda baş verən Məşrutə hərəkatından başlanır və bəlirli bir sürəcdən keçərək radikallaşmış və milli hürriyyətə dönüşmüşdür. Məşrutiyyət dövründə İranda heç  bir millətin başqasından üstünlüyü yox idi. Bu səbəbdən o hərəkatdan doğan anayasa hər hansı bir millətə qarşı olmadan, əyalət və vilayət məclisləri vasitəsilə bir federal dövlətin qurulmasını ön görmüşdi. Məşrutə hərəkatının boğulmasının ardından gələn Şeyx Məhəmməd Xiyabani hərəkatı Azərbaycanda bu təməl üzərində baş verdi. Azərbaycanın ünlü öndəri Pişəvəri də öz milli hökumətini məşrutənin bu qanununa əsaslanaraq qurmuşdur. Ancaq bu hərəkat o günkü şərtlərdə, yəni 2-ci dünya savaşından doğan vəziyyət və Sovetlərin Qızıl Ordusunun İrana girməsilə gerçəkləşmişdir.

O zamanlar Qızıl Ordunun İrana girməsi ilə bir cür siyasi balans yarandı ki,  Pişəvəri bu durumdan yararlanaraq Azərbaycan milli hökumətini qurdu. Ancaq 1945-ci ildə, Amerikanın təhdidi uzərinə Qızıl Ordunun İranı tərk etməsi ilə birlikdə Azərbaycanın milli hökuməti İranın mərkəz hökumətinin silahlı saldırısına məruz qaldı və sonunda dağıldı. Bu saldırı  əslində milli hökumətin naililiyətlərini hədəf almışdı, o cümlədən Torpaq reformu, Qadın Haqları reformlarını, kütləvi türkcə təlimatı və başqa demokratik haqları da. Bu göstərir ki,  Azərbaycanın milli hökuməti, o günkü imkanların çərçivəsində, içərdiyi demokratik ideolojisini bu istəklər təməlində ortaya qoymuşdur. Təbii ki, bu istəklər bəlirli siniflərin istəkləri idi ki, onların başında əkinçilər gəlirdi. Nəticə etibarilə, Pişəvəri hərəkatı Maşrutə İnqilabının davamı olarak və Rus İnqilabının dəyərlərini qullanaraq ortaya çıxdı, onlara qarşı gələrək yox.

Azərbaycanın milli hökumətinin əzilməsindən sonra, 30 il içində (1946-1978) hər hansı bir üsyan olmamışdır və sadəcə 1978-də İran inqilabından sonra bu hərəkat yenidən canlanmışdır. Bu inqilabdan doğan İslam Cümhuriyyətinin anayasasının 15 və 19-cu maddələri, buna baxmayaraq ki, bu günə qədər uyğulanmamışdır, bu günkü Milli hərəkata bir hədəf sayılır. Bir həqiqət ortaya çıxır ki, bu günkü milli hərəkat ölkədə olub keçənlərə tərəfsiz qalmayıb, onlardan müstəqil şəkildə inkişaf edə bilməz. Beləcə bu gün Güney Azərbaycanın milli hərəkatı İranda, ölkədə gedən Demokratiya uğrunda mücadilənin bir parçası sayılır və öz gəlişməsi üçün ölkədə başqa təməl ziddiyyət və davalardan yararlanmalıdır. Belə bir baxış Güney Azərbaycanın milli hərəkatında yeganə demokratik baxış sayılır. Bu baxış İranda millətlərin islam şovinist dövlətinə qarşı birlikdə mücadiləsini təmin edir və onun başqa demokrat hərəkat yaxud qüvvələri ilə işbirliyi aparmağına çalışır. Bu hərəkat, bu gün İranda var olan və güclənən qadın və işçilərin həmkarlar ittifaqı hərəkatı kimi hərəkatdan ibarətdir. Buna görə tək bir ideolojiyə malik olmayıb, bu təməl ilkələri dəstəkləyən hər hansı bir ideolojini öz əhatə dairəsinə alır. Ancaq bu hərəkat Azərbaycan milli dövlətinə doğru ilərlədikcə, nasionalizmin hansı ideolojini içərdiyi daha cox önəm qazanacaqdır. Demokratik baxış gələcək demokratik dövlət yaxud hökumətin tək bir zamini sayılır.

Azərbaycanın Milli Hərəkatı quzeydə də, şərtlərin fərqli olmasına baxmayaraq, habelə o günkü Rusiyada baş verən inqilabdan yararlanıb baş qaldırdı və inkişaf etdi. Ancaq İranda olduğu kimi, Quzey Azərbaycanda da milli anlayış sürəci bir islamçı düşüncəsilə başladı. 1-ci Rusiya inqilabının 1907-ci ildə yenilməsinin ardından və ondan təsirlənərək Müsavat Partiyasi 1912-də quruldu. Onun qurucularının bir çoxu Qafqazdakı Hümmət partiyasından ayrılmışdılar. Ancaq onların bir sosial demokrat keçmişləri olduğuna rəğmən, Müsavatın 8 maddəlik proqramında dünya müsəlman xalqların birliyi və bərabərliyi təbliğ edilmişdir, onların milliyətlərinə baxmayaraq. Onun 8 maddəsində bir dəfə də olsun Azərbaycan adı çəkilməmişdir. 1913-cü ildə, Məhəmməd Əmin Rəsulzadə Müsavat patiyasının başına keçdi. Ancaq Türkiyədə milliyətçilərlə tamasda olmasına rağmən, onun Seyid Cəmaləddin Əsədabadinin islamçı görüşlərini mənimsəməsinə mane olmadı. 1917-ci il Rus inqilabı ilə  Rəsulzadə yeni imkan və təcrübələr əldə edib və onlara əsaslanaraq islamçı düşüncədən ayrılıb, Azərbaycan milliyətçiliyini inşa etdi. Ondan öncə 1-ci dünya müharibəsində  Rəsulzadə və müsavat partiyasi həmişə Rus patriotizmini və Rus ordusunun nailiyyətlərini Osmanlı ordusuna qarşı dəstəkləmişdi. Belə bir dəstək, Ənvər Paşanın yenilməsinə də şamil olmuş və onun hərəkatını Mərkəz Asiya Müsəlmanlarının üsyanı adlandıraraq qınamışdı. Belə bir davranış 1917-ci ilin fevral ayından oktyabr ayına qədər davam etmişdir. Ancaq Bolşeviklərin oktyabr inqilabının nəticəsində çardan qalan Rus ordusunun zəifləməsi və məğlub olması bu davranışı dəyişdirdi və Rəsulzadə Bolşeviklərin güc qaynaqlarını formalaşdıran Sovetləri (Şuraları), Kerenski hökumətinə qarşı dəstəklədi.

1917-ci ilin Fevral inqilab ilə birlikdə Rusiyanın hər tərəfində Sovetlər (Şuralar) quruldu. Bu Şuralar şəhərlər və rayonları idarə edirdilər. Bunları təşkil edən əsas gücləri Bolşeviklər, eserlər və menşeviklərdən formalaşmışdı. Bu Şuralar habelə 1905 inqilabı zamanı menşeviklərin təşəbbüsü qurulmuşdur. Misal üçün, o zamanlar Gürcüstana aid olan Tiflis Soveti menşeviklərin vəsiləsilə idarə olunurdu. Buna görə Stalin bir bolşevik olaraq öz ölkəsi Gürcüstanı tərk edib Bakıya yerləşdi və onun bolşeviklərin təsiri altında olan sovetini öz fəaliyyət alanına çevirdi. Tam o sıralarda Rəsulzadə ilə tanış olub, əməkdaşlıq etdilər.

Müsavat partiyası və onun başında olan Rəsulzadə 1917-ci ilin oktyabr ayında Kerenski hökumətini qınayaraq Sovetləri Rusiyanın tək hakimiyyəti olduğunu qəbul etmiş və beləliklə, Oktyabr İnqilabı ilə razılaşmışdır. Habelə Xan Xoyskinin Kadetlərlə birlikdə qurduğu və DUMA-nın bir qolunu formalaşdıran Toplum Təhlükəsizlik Komitəsinə qatılmağı rədd etmişdir.

Bakı Sovetinin dekabrın 12-13-ündə keçirilən seçkilərində Müsavat Partiyası bolşeviklərə məğlub oldu və onların 51 kürsüsünə qarşı sadəcə 21 kürsünü əldə etməyi bacardı. Bu seçkilər sadəcə Müsavat partiyasını istəyənləri deyil, xalqın böyük hissəsini özünü cəlb etmişdir. Bu bəhanə ilə Müsavat partiyası Bakı Sovetinin İcra Komitəsinə bir Komissar belə verməyi rədd etdi. Ancaq bunun əsas səbəbi Rəsulzadənin başqa yol seçdiyindən qaynaqlanmışdı. Necə ki, noyabr ayında erməni daşnakları ilə birlikdə Transqafqaz Federasiyasını qurmağa təşəbbüs etmişdir və o hökumətdə olan 3 erməni, 3 gürcü, 2 eser və 1 müstəqilə qarşı 2 nazir verməyi ihmal etməmişdir. Bununla birlikdə İrəvan Xanlığını da erməni hökumətinin paytaxtı olaraq onlara bəxşiş vermişdir.

Belə bir davranış, sonda Müsavat partiyası və onun başında olan Rəsulzadəni inqilabdan baş qaldıran Sovet Hökuməti ilə qarşı – qarşıya gətirdi. Bunun təməlində Müsavatın o günkü Rusiyada baş verənləri düzgün və real bir şəkildə dəyərləndirməməsi yatırdı. Hərçənd Müsavat partiyası Rusiya inqilabının bir nəticəsi olaraq ortaya çıxmışdı. Ancaq bu həqiqəti görməzlikdən gələrək, ona aid olan inqilabçı gücləri buraxaraq, əks inqilabçı güclərə qatıldı. Sonunda Rəsulzadə ziddiyyətə düşdü. Bir yandan öz sosial demokrat düşüncəsini Rus inqilabındən almışdı, misal üçün, Azərbaycan anayasasında qeyd edilən qadın seçki haqları kimi maddələr. Digər yandan bu inqilaba qarşı güclərlə əməkdaşlıq etmək istəyirdi. Rəsulzadə bu yolda öz sosial demokrat ilkələrini kor nasionalizmə qurban verdi.

Transqafqaziya hökuməti öz daxili çəkişmələrinin nəticəsinda 1918-ci ilin may ayının sonunda, Gürcülərin çıxması ilə dağıldı. Bundan belə, Rəsulzadə başqa müttəfiqlər aramağa başladı və bu yolda daha cox nasionalizmə yönəldi və habelə öz sosial demokrat düşüncəsinə qarşı yeni müttəfiqlərlə əməkdaşlıq etməyə məcbur oldu. Bu əməkdaşlıq Kadet partiyasından gələn Xan Xoyski ilə başlanmışdısa, Nuri Paşanın gerici güclərilə devam etdi. Hərçənd ki, Nuri Paşa Rəsulzadənin keçmiş sosialist fəaliyyətinə qörə onun Azərbaycan Xalq Cümhuriyyətinin Hökumətinə girməsinə razı olmadı. Bu yolda Bakı komissarlarını qurban verməsi belə yetmədi ki, Rəsulzadənin əski dostları sayılırdılar.

Brest Litovsk razılaşması ilə Nuri Paşanın əsgərləri Bakını tərk etdilər. Beləcə Osmanlılar Azərbaycandakı hökumətdən himayəsini kəsərək kimi dost və kimi düşmən saydıqlarını ortaya qoydular. Bir daha sübut oldu ki, Azərbaycanın milli hərəkatı o günkü şərtlərdə inqilabçı gücləri dost sayaraq özünü ortaya qoymalı idi.

Brest Litovsk görüşləri sürərkən 1917-ci ilin dekabr ayında ingilis və fransız hökumətlərinin arasında bu adla bir anlaşma gerçəkləşdi: L’ Accord Francois – Anglais du 23 Decembre, 1917, definissant les zone d’action francaises et anglaise. Bu anlaşmaya görə Sovet Rusiyasının toprağını öz aralarında bölməyə təşəbbüs etdilər və onda Qafqaz ingilis dövlətinə verildi. Bundan belə ortalıqda qalan Rəsulzadə, özünün yaratdığı ziddiyyətli vəziyyətdən qurtulmaq üçün var olan aşağıdakı hər imkan və gücə sarıldı. Ancaq onların heç birindən lazımi dəstək ala bilmədi:

–          General Tompsonun ordusunun pişvazına getməsinə rəğmən, ondan Azərcaycan xalq Cumhuriyyətinə heç bir dəstək gəlmədi, Azərbaycan bayrağı belə qəbul edilmədi. İngilis valisi olan General Tompson ancaq Azərbaycan Parlamentinin iclaslarının keçirildiyi günlərdə Parlament binası üzərində qaldırılmasına icazə vermişdi. Bu belə göstərir ki, Azərcaycan Xalq Cümhuüriyyəti nə bir dövlət yaxud hökumət olaraq, bəlkə bir təşkilat olaraq qəbul edilmişdi.

–          1920-ci ilin yanvar ayında müttəfiq güclər Versalda Azərcaycan Xalq Cümhuriyyətinə bir dövlət olaraq de facto qəbul etmişlər. Ancaq son qərarlarında bunu rədd edib və Qafqazın bütövlüyünü tahtül-himayə olaraq İtaliya dövlətinə verdilər.

–          Azərbaycan nümayəndə heyəti Versalda sadəcə Vilson tərəfindən qəbul edildi. Ancaq o da Azərbaycanı bir dövlət olaraq qəbul etməyib, onları bir daha Qafqaz federasiyası kimi bir tahtül-himaye dövlət qurmağa çağırdı.

–          Bu şərtlərdə Azərbaycan heyəti İran hökumətində özünə dəstək aramaya başladı və İranla bir konfederasiya qurmağı qəbul etdi. İngilis hökuməti İranın tahtül-himayə olduğu halda bununla razılaşdı. İran nümayəndə heyəti tahtül-himayə olma anlaşmasına qol çəkdi. Ancaq bu məsələ İranda böyük əks–səda doğurdu və İran azadxahları, o cümlədən Şeyx Məmməd Xiyabani bu anlaşmaya qarşı çıxdılar.

–          Azərbaycan Xalq Cümhuriyyəti 18 ay yaşamında heç zaman bağımsız bir dövlət olmamışdı: İlk başda Osmanlı Dövlətinə və sonra İngilis hökumətinə bağlı “təhtül himayə” sayılırdı. Ona görə General Tompsonun ordusunun Bakını tərk etməsi ilə və İtalyan hökuməti Qafqazı təsərruf etməsi fikrindən döndüyünə görə, Müsavat hökuməti müxalifət partiyalarının istəyi üzrə istefa etdi. Beləcə Azərcaycan Xalq Cümhuriyyəti çökdü və Qızıl Ordu bir güllə atmadan Bakı şəhərinə girdi.

Bunlara baxmayaraq, Stalin qədim yoldaşının yardımına qaçdı. Trotski bilməsin deyə, gizli şəkildə Bakıya gəldi və Rəsulzadəni alıb Moskvaya götürdü. Ancaq Rəsulzadə bu fürsəti də yaxşı dəyərləndirə bilmədi və iki il Moskvada Stalinlə işlədikdən sonra öz xülyalarının peşindən Sovetləri tərk etdi. Bundan sonra gələnlər aydın göstərdi ki, kor nasionalizm necə Rəsulzadə kimi bir sosial demokratı öz sol görüşündən tamamilə vaz keçməyə məcbur etdi və o, sonunda Hitlerin nasional sosializminin yanında yer aldı. Rəsulzadə Hitlerdən Azəbaycanı Sovetlerdən qurtarmasını istədi və bu yolda onunla əməkdaşlıq etdi.

Rəsulzadənin belə bir səhv yolu seçməsi və irqçiliyə yönəlməsinin yeganə səbəbi o vaxtın şərtlərini düzgün şəkildə dəyərləndirməməsindən qaynaqlanırdı. O günkü türk tarixi yazarları onu bir qaranlıq adam adlandırmışlar və onu ingilislərə bağlı olan Prometeus adlı bir qrupa mənsub etmişlər. Stalinin istəyi üzrə Atatürk ondan Türkiyəni tərk etməsini istədi və Rəsulzadədə sonunda Hitlerin qapısına dayandı.

İkinci Dünya savaşının sonuna doğru Rəsulzadə Almaniyanı tərk edib Türkiyəyə dönür və beləcə özünü Nürnberg kimi savaş məhkəmələrindən qurtarır. Ancaq ömrünün sonuna doğru etdiyi dəyərləndirmələri göstərir ki, kor nasionalizm elə bir dahi insanı haralara götürməyi başarmışdır. Rəsulzadə Güneydə gedən milli hərəkatı qınayarkən onun boğulması ilə razılaşır. Habelə Quzeydə qurmaya təşəbbüs etdiyi Azərbaycan Cümhuriyyətinin adını rədd edib onun yerinə Alban dövlətini tərcih etmişdir!

Ancaq bunların hamısına rəğmən, Azərbaycan Cümhuriyyəti ona uyğun olan və ona sahib çıxan Sovetlərin bünyəsində öz həyatına davam etdirdi və Sovetlərin dağılması ilə tam müstəqiliyini əldə etməyi başardı. Azərbaycan Cümhuriyyətini Məmməd Əmin Rəsulzadənin kor nasionalizmi deyil, Nəriman Nərimanov kimi vətən sevərlər ayaqda tutub bu günə qədər gətirmişlər. Bunlar Azərbaycanın kədərli günlərində Ana Vətəni tərk etməyib, Stalinin milli məsələsində kobud və zorbalıq siyasətlərinə boyun əyməmişlər. Bunlar Stalinin təşəbbus etdiyi Tək Rus dövləti yaxud 3 Rusiya, Ukrayna və Qafqaz dövlətləri kimi tezlərinə qarşı ölüm-dirim savaşı aparmışlar. Ancaq bu mücadilədə ölkəni faşistlərə satmamış və hər zaman imtahanlardan üzü ağ və alnı açıq çıxmışlar.

Sonsöz

Azərbaycan Milli Hərəkati bu gün Güneydə həmçinin kor nasionalismə məruz qalıb və bu mövzu hələ də önəmini qoruyur. Nasionalizmi bir ideoloji olarak qəbul etmək yaxud onu başqa ideolojilərdən üstün tutmaq sadəcə bir kor düşüncəyə yol açır. Azərbaycan mərkəzli düşüncə tərzinə dair idealar belə bir Kor Nasionalizmin açıq bir misalı sayılır ki, bu gün milli fəalların bir qismi özlərinə ideoloji olarak mənimsəmişlər. Belə bir düşüncə bu gerçəyi gözardı edir ki, Azərbaycanlılar fərqli prizmadan milli hərəkata yanaşırlar və hər kəs öz sinfi münasibətlərinə görə bu hərəkatdan fərqli mənfəətlər güdür. Belə bir görüş Milli Hərəkatı real politikadan yoxsul qoyur və bir çoxlarını hərəkat xaricində buraxır. Habelə nasionalizmin, hərəkatın gizlicə şəxsi mənfəətlərə məruz qalmasını gözardı edib, xalqın haqlarını şəxsi mənfəətlərinə qurban edənləri görməməzlikdən gəlir. Belə bir düşüncə sol və sağ ideolojiləri danaraq bu gerçəyi də danır ki, nasionalizmin ideolojik boşluğunun bəlirli bir düşüncə yaxud ideolojilə doldurulması qaçınılmazdır yoxsa kor nasionalizmdən qurtulmaq mümkün deyildir.

Dünya və məntəqədə olan şərtləri və keçmişdəki təcrübələri göz önünə alaraq, nasionalizmə belə bilincli yanaşmaq böyük bir önəm daşıyır. Buna görə Güney Azərbaycan milli Hərəkatı yalnız demokratik təməl üzərində başarılı ola bilər. Bu demokratik düşüncə, Milli Hərəkatı İranda gedən demokrasi uğrunda mücadilənin bir parçası sayır. İrqçi baxışlar isə başqa ideolojiləri danaraq ilk başda azərbaycanlıların içində birliyi pozur, sonra başqa millətlərlə savaşdan başqa bir yol qoymur. Demokratik mücadilənin mövcud olduğu yerdə başqa qüvvələrə, belə bir irqçi düşüncəyə yer yoxdur. Belə kor nasionalizm qadın haqları hərəkatı və işci həmkarlar ittifaqı hərəkatını millətlər arasında bölmək istəyir və beləcə onları birlik gücündən yoxsul buraxıb, onların varlığını ortadan qaldırmaq istəyir. Təbii ki, belə bir düşüncə sərtasəri təşkilatları birləşdirmək yerinə onlardan birər düşmən törədir. Halbuki düzgün siyasətləri ilə əsas şovinist düşmənə qarşı onları öz tərəfinə çəkib yaxud ən azı onları bitərəf və xünsa etmelidir. Ancaq irqçi düşüncənin milli hərəkatda tək proqramı ola bilər, düşmənlik törətmək: düşmənlik azərbaycanlıların arasında, düşmənlik İrandakı millətlər arasında və düşmənlik demokratik güclərin arasında. Buna görə irqçi düşüncə Azərbaycan milli Hərəkatını heç vaxt azadlığa götürə bilməz.

Kor nasionalizmdən doğan bu irqçi baxışa qarşı, demokratik baxış Azərbaycan milli hərəkatında tək bir çıxış yolu sayılır. Bu baxış İranda milli bir məsələnin var olduğuna ınanır. Ancaq bunun sadəcə Azərbaycan millətinə aid olmadığını və bu məsələnin başqa millətlərlə əməkdaşlıq edərək çözülməsini ön görür. Belə bir düşüncə Demokrası anlayışı ilə də uyğundur ki, hökuməti xalqa aid olan bir haqq kim tanıyır. Habelə İran xalqı bu gün bəlirli bir millətlərə bölünmüş və təşkilatlanmışdır. İranda xalq demək türk deməkdir, kürd deməkdir, ərəb, baloş və türkmən deməkdir. Belə bir durumda xalqa hökuməti devr etmək, bu millətlərin hökumətlərini qəbul etmək anlamına gəlir və bu demokratik baxış üçün vaz keçilməyən bir ilkəl sayılır.

Demokratik baxış İranda sakin olan millətləri milli mücadilənin birinci müttəfiqləri bilir. Ancaq bu mücadilənin doğru hədəfi, İslam Faşist Cümhuriyyəti olduğu üçün bu millətlərə başqa müttəfiqlər də təmin etmişdir. Bunlar İranda demokrasi uğrunda mücadilə aparan başqa hərəkatlardır ki, qadın haqları və işçilər həmkarlar ittifaqı haqlarının hərəkatları onların misalı sayılır. Bu hərəkat hökumət istəmədiyi üçün, milli hərəkatın hökumət anlayışına qarşı olmadıqları və buna görə bir təhlükə yaratmadıqları açıqca bəllidir. Onların demokratik və çağdaş istəkləri isə gələcək dövlət yaxud dövlətlərə bir təzmin sayılır.

Demokrat insanlara da bu mücadilədə yüksək dəyər verilməlidir. Ancaq bu günkü siyasi təşkilat və partiyalar milli hərəkatı öz ideolojik doqmalarına bir əngəl olaraq görürlər. “Haqe Taiine Sərneveşti” qəbul etsələr belə, onların hökumət qurmak təşəbbüsü millətlərin əgəmənliyinə tərs düşür. Bu sartasəri təşkilatlar İranın hər tərəfində və millətlərin hamısına tək bir ideoloji və sistemi önərirlər və habelə millətləri öz fərqli şərtlərinə görə müstəqil bir siyasət seçib və tətbiq etməkdən geri salırlar. Sartasəri təşkilatların bu davranışına qarşı, onları xünsa və təsirsiz hala gətirmək üçün tək yol vardır; əsas düşməni islam faşist dövlətini göstərərək onlardan millətlərin mücadiləsinə daha aktiv dəstək vermələrini istəmək. Belə bir siyasət bu partiyayaları düşmənə çevirməmək üçün tək bir yol sayılır. Azərbaycan millətinin olduqca çox düşməni vardır. Onları daha da artırmaq bizim hərəkata lazım deyildir.

İranın içində mücadilə vermək İranın bünyəsində qalmak anlamına gəlməz. Bu mücadilədə əsas ilkəl Azərbaycan millətinin əgəmənliyidir. Ancaq bu əgəmənlik mücadilənin gedişatından asılıdır və bu günkü məntəqə və dünya şərtlərini göz önünə alaraq İranın içində bir federal dövlət çərçivəsində yaxud İranın dışında bir müstəqil dövlət yarada bilərlər. İstiqlal habelə bu ilkəldən başlanır və keçmiş təcrübələrə dayanaraq mücadilənin müstəqil şəklində aparmasını təmin edir. Güney Azərbaycanın milli hərəkatı nə Brest Litovsk təcrübəsini unutmalı və nə Sovetlərin Pişəvərini tək başına qoymasını. Buna görə də İranın daxili potensialından yararlanaraq müstəqil bir siyasət əldə edilə bilər və habelə düzgün bir istiqlala yol aça bilər ki, onda hökumət atadan oğula keçməz.

London, May 2008 ALA_F www.hamraahaan.com

Qaynaqlar:

Rəsulzadəyə aid internetdə olduqca qaynaq mövcuddur. Ancaq aşağıdakı kitablardan bu mövzuda geniş bilgilər əldə etmək olar. Özəlliklə birinci kitabda, Sovetlərə qarşı aparılmış soyuq savaş zamanına dair 300-dən çox qaynaq göstərilib ki, istəyənlər üçün böyük bir imkanlar açır.

–          Tadeusz Swietochowski, Russian Azerbaijan (1905-1920)

–          David Fromkin, A Peace To End All Peace.

–          Touraj  Atabaki, Azerbaijan: Ethnicity and the Struggle for power in Iran

–          Doğan Arcıoğlu, Milli Kurtuluş Tarihi (1838 – 1995), 3cü cild

–          Misir Mərdanov və Əsgər Quliyev, Azərbaycan Respublikasının Dövlət Rəmzləri

–          Mehmet Emin Resulzade, Brest – Litovsk Muahedesi Zeyli’ni Protesto

–         AZERBAYCAN Aylık Kültür Dergisi,  Eylül – Ekim/1954 (Yıl 3, Sayı 6-7)

 

(c) SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:12267