abunə ol: Yazılar | Şərhlər | Еmail

Qael Mişel – Fransada üsyan mümkündürmü?

Şərh

26 apreldə Bordo ətrafında maşın dayanacağında Frans Telekom şirkətinin adı naməlum əməkdaşı özünü diri – diri yandırdı. Onun 57 yaşı var idi, özündən sonra heç bir qeyd qoymadı, heç kimə bir kəlmə demədi. Hadisə yerinə gəlmiş təcili yardım və yanğın xidmətləri sadəcə onun ölümünü müəyyən edə bildilər. Xatırladaq ki, analoji faciəvi hadisə Tunisdəki üsyanın başlamasına təkan verdi. Əlbəttə, Fransa Tunis deyil və öz özlüyündə özünü yandırma aktı üsyanın və ya heç olmasa geniş miqyaslı vətəndaş hərəkatı kampaniyasının başlaması üçün kifayət deyil. Amma bu cür gözlənilməz analogiya istənilən halda qədim Avropa sakinlərini düşünməyə vadar etməlidir – gündəmdə olan yalnız panərəb inqilablarıdırmı.

Artıq bir neçə aydır ki, bəzi siyasi hadisələr, ayrı – ayrı informasiya bəhanələri və iki milyondan çox fransız üçün mürəkkəb sosial vəziyyət bizi, axmaqcasına səslənsə də, bu sualı verməyə vadar edir.

Beləliklə, Tunis və Misirdəki üsyanların uğurla başa çatması, Stefan Esselin “Hiddətlənin!” kitabının uğuru, Fransada “Uncut” hərəkatının inkişafı, ətraf seçkilərdə absenteizmin rekord göstəriciləri və yaxın zamanlardakı sorğuların məlumatları gələcək üsyanın əlamətləri kimi nəzərdən keçirilər bilər? Üsyan maliyyə böhranının fəsadlarına görə, hakimiyyət tərəfindən aparılan sərt iqtisadi siyasətə görə, qiymətlərin artmasına görə, bankların və TMŞ  – lərin gəlirlərinin doğurduğu hiddətə görə, həmçinin əmək haqlarının aşağı səviyyəsi və onların ixtisarına görə, həm də digər aşkar səbəblərə görə baş verə bilər.

Tunis və Misirdəki üsyanlar dünyaya çox vacib bir dərs verdi. Onlar göstərdilər ki, üsyanlar əvvəlcədən uğursuzluğa və hakimiyyət tərəfindən qanlı yatırılmaya məhkum deyillər və hətta avtoritar rejimləri də devirmək olar. Onlar bizim qarşımızda müsbət, optimist ruhda çıxış etdilər.

Qeyd edək ki, üsyanlar, sözsüz ki, hər kəs üçün əlverişli deyil və “Xalq hərəkatı ittifaqı” və Milli cəbhənin bəzi siyasətçiləri təkid edirlər ki, ciddi problemlərə də gətirib çıxara bilər, müvəqqəti emiqrasiya kimi. Bəli və Dominik Stross – Kan bizə xəbərdarlıq edir ki, Çindəki mümkün üsyan dünya iqtisadiyyatı üçün faciəvi fəsadlara gətirib çıxaracaq. Bu, daha çox azadlığa və daha ədalətli dünyaya ümid edənlər arasında ərəb üsyanlarının bütün dünyada yaratdığı ümid və rəğbət hissini qırmaq cəhdi deyilmi?

Essel optimistcəsinə düşünür. Və onun öz fikrincə, “hiddətlənməyə çağırış” olan “Hiddətlənin!” kitabının uğuru göstərir ki, mediada demək olar ki, təqdim olunmayan və bir qayda olaraq, çox məhdud auditoriyaya toxunan ideyalar bu dəfə daha geniş auditoriyanı narahat etdi və maraqlandırdı. Bu kiçik kitabda o, yalnız hiddətlənmək üçün səbəbləri: “dünya və demokratiyanı təhdid edən maliyyə bazarlarının beynəlxalq müasir diktaturası”, “kütləvi istehlakdan, zəiflərə nifrət və hər kəsin hər kəsə qarşı mübarizəsinə gəlib çıxmış ümumi amneziya mədəniyyətindən başqa heç nəyi təqdim etməyən kütləvi kommunikasiya vasitələrini” təsvir etmir – o həm də “dünya üsyanının” ümumi planını çəkir: narazılıq üçün səbəb tapmaq lazımdır, könüllü aktivist olmaq və “qeyri – zorakılığa ümid etmək” lazımdır. Bununla əlaqədar Essel, Sartrın bir ifadəsini xatırlayır ki, sanki Tunis və Misirdəki üsyanlar onun əks – sədası idilər: “Ümid həmişə inqilabların və üsyanların əsas qüvvəsi idi”. Ərəb üsyanları bu ümidi diriltməyə nail oldular.

“France Uncut” hərəkatı sanki Esseldən və onun kitabının son sözlərindən ilhamlanıb: “Yaratmaq müqavimət göstərmək deməkdir, müqavimət yaratmaq deməkdir” (çünki bu hərəkat “qeyri – zorakı, qeyri – mütəşəkkil, xalq və yaradıcı” hərəkat kimi təsvir olunur). Amma əslində bu hərəkat Böyük Britaniyada yaranmışdır, harada ki, böyük şirkətlərin vergidən yayınmasının cəzasız qalması və hakimiyyət tərəfindən büdcənin ixtisarı ilə hiddətlənmiş insanlar original və provokasion aksiyalar keçirməyə başlamışlar.

Fransada bu hərəkat hələ ciddi nüfuz qazanmamışdır, amma əgər bəzi sorğulara inansaq, Fransa xalqının müəyyən bir hissəsi onunla həmrəydir. Sorğunun keçirildiyi insanların 58% – i üsyan tərəfdarlarıdırlar, 49% düşünür ki, o mümkündür. 15 – 35 yaşlı gənclərin 85% – i demək olar ki və ya tamamilə siyasətçilərə güvənmirlər. Sorğuda iştirak edənlərin 71% – i hesab edir ki, KİV etibarlı deyil, 89% isə düşünür ki, dünyanı maliyyə bazarı idarə edir.

Bütün bunlar ən azından, siyasi, iqtisadi və informasiya səviyyələrində hakimiyyətə güvənsizliyi nümayiş etdirir. Ümumiyyətlə, ətraf ərazilərdə absenteizmin rekord göstəricilərini və 2004 – cü ildə – sağların özlərini daha yaxşı hiss etdiyi anda – sosialist partiyasının reytinqinin aşağı düşməsini başqa nə ilə izah etmək olar? Son seçimlərdə seçicilərin yalnız 17% – i sosialist namizədlərə səs verməyə hazır idi. Və bu, o cür gərgin seçki qabağı kampaniyadan sonra.

Bizim qarşımızda siyasi sistemin gözlənilən qeyri – balanslaşdırılmasının sübutları yaranır, axı əgər “Xalq birliyi naminə ittifaq” öz qeyri – populyarlığının zirvəsindədirsə, sosialist partiyası isə onu hakimiyyətdə olduqda sıxışdırıb aradan çıxarmağa qadirdirsə, o, yenə də, inandırıcı görünmür və heç kimi hərəkətə təhrik etmir. Demək lazımdır ki, sorğuda iştirak edənlərin 68% – i hesab edirlər ki, hakimiyyətdə olarkən sağçılar və solçular eyni siyasət yürüdürlər, “bu da qeyri – aydın böhran siyasətinin, CAC40 indeksinə uyğun olan, bankarın yüksək gəlirlərinin doğurduğu, solçulara qarşı etibarın çox aşağı səviyyəsini göstərir, bununla bərabər, artan qiymətlər və azalan əmək haqları ilə fransızlar üçün yaşamaq çox çətin olub.

Siyasətçilərin bu çağırışlara cavabı belə bir fikir yaradır ki, onlar, görünür ki, buludlarda gəzirlər və əmək haqlarının azalmasından və enerji və qida məhsullarının qiymətlərinin artmasından əziyyət çəkən milyonlarla fransızın gündəlik problemləri haqqında heç bir təsəvvürə malik deyillər.

Beləliklə, Sarkozi öz sərt iqtisadi siyasətini davam etdirirdi, sosialist partiyası isə aydın alternativ təqdim etmirdi və onun bəzi namizədləri artıq elan ediblər ki, eyni siyasəti yürüdəcəklər – onlar Fransua Olland və Dominik Stross – Kandır. Diqqət yetirin, Seqolen Rual və Arno Montebur sosialist partiyada yeganə insanlardır ki, iqtisadi siyasətin aydın alternativini təklif edirlər.

İstənilən halda, Avropa “avro və rəqabət qabiliyyətlilik üçün” paktı qəbul edib ki, bu Aİ üzv ölkələrini sərt iqtisadi siyasət yürütməyə məcbur edən Avropa maliyyə idarəsısini tətbiq edir.

Bu siyasət dövlət müavinatlarının azalmasını, iqtisadi artım templərinin azalmasını və işsizliyin artmasını nəzərdə tutur. Bütün bunlar maliyyə dairələrinə ona görə lazımdır ki, dövlətlər öz borclarını azaltsınlar. Amma artım templərinin azalması dövlətin vergi daxilolmalarını əhəmiyyətli dərəcədə azaldacaq, yəni, nəticədə borcları ödəmək çətinləşəcək. Həmçinin yadda saxlamaq lazımdır ki, dövlətlərin məzəmmət etdiyi borcların əhəmiyyətli hissəsi onlar tərəfindən həyata keçirilən bankların xilas edilməsi əməliyyatlarının nəticəsində əmələ gəlmişdir ki, bu əməliyyatlar bank borclarının dövlətə nəql edilməsindən ibarət idilər.

Beləliklə, dövlət borclarının, qiymətlərin artmasının (xüsusilə də qida məhsullarına – ilkin kənd təsərrüfatı məhsulları bazarlarında spekulyasiyalar hesabına), dövlət borclarının tezliklə, amma daha yaxşı olmayan ixtisarına xidmət edən sərt iqtisadi siyasətin yeridilməsinin (həmçinin BVF fəndlərinin köməyi ilə) bir səbəbi var.

Böhranın başa çatmasına hələ çox var, maliyyə sistemi isə çox kövrəkdir. Əgər onun tənzimlənməsi üçün heç nə edilməyibsə, böyük iyirmiliyin son sammitində dünya liderləri tərəfindən qəbul edilmiş qərarlar yalnız bank borclarının dövlətlərə nəqlindən ibarətdir. Başqa sözlə, dövlət borclarının artması və onların əhalinin boynuna qoyulması davam etməkdədir.

Beləliklə, borc məsələsi – Jak Attalinin bu məsələyə həsr olunmuş kitabında deyildiyi kimi, qüvvələrin nisbəti məsələsidir. Lakin hökumətlər, xüsusilə də fransız hökuməti bu qüvvələr nisbətini “hökumətləri satın alan” (Cozef Stiqlitsin birbaşa formulu üzrə) maliyyəçilərin xeyrinə olmadan dəyişmək istəyəcəklərmi yoxsa onlar öz əhalisi ilə qarşıdurma riskinə getməyi üstün tutacaqlar?

İndiki zamanda hökumətin qüvvələrin bu nisbətini dəyişməyə hazır olduğu görünmür. Buna görə də biz hadisələrin üç mümkün inkişafı qarşısındayıq: hökumətlər banklara təzyiq göstərmək üçün iğtişaşlar və kütləvi etiraz aksiyalarını gözləyəcəklər, ya etirazçıları sakitləşdirməyə çalışacaqlar ya da sadəcə olaraq Fransada üsyanın mümkün olmasına inanmırlar.

Amma vəziyyətin necə olmasına baxmayaraq, biz qeyd etməliyik ki, üsyan üçün zəmin artıq hazırlanmışdır! Əgər heç nə edilməyibsə, heç nə dəyişməyibsə və hadisələrin gedişatı qarşısıalınmaz xarakter qazanıbsa, üsyana çox qalmayıb – tez və ya gec, o, baş verəcək.

                                         (c)   Solfront.org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11061