abunə ol: Yazılar | Şərhlər | Еmail

Ceyms Petras – “Sosial demokratiya”

Şərh

Mən cavan olanda, orta məktəbdəki çox müdrik (və yaxud da mən belə düşünürdüm) və cəsur (1950-ci illərin əvvəllərində) olan yaşlı sosial elmlər müəllimim qızğıncasına “Üçüncü yolu” müdafiə edirdi.

O kommunizm tiranlığına və kapitalizm mərhəmətsizliyinə qarşı olan sosial-demokratiyanın sadiq müdafiəçisi idi. Baxmayaraq ki, bəzilərimiz müəyyən namünasib hadisələrin təsirindən çaşqınlıqda idik, lakin bizim, Bostonun şimalında çirkli sənaye şəhərində böyüyüb yaşayanlar üçün bu, çox cəlbedici bir inanclar dəsti idi. Heç birimiz həqiqi sosial-demokratiya məvhumu haqqında soruşmurduq, nadir hallarda 1-2 nəfər yersiz sual verərdi.

Ən zirək və yaxşı olanlarımızdan biri soruşdu: “Niyə Sosial-Demokratik Fəhlə Partiyası hökümətinə sahib olan İngiltərə Rusiyanı yox, ABŞ-ı dəstəkləyir, “Üçüncü yolu” tutmaq yerinə?”

Sevimli müəllimimiz eynəyini çıxardı, ayağa qalxdı və irəli addım ataraq danışmağa başladı: “İdeal dünyada yaşasaydıq bu yaxşı sual olardı. Real dünyada isə biz praktik seçimlər etməliyik və aydındır ki, sosial-demokratiyanın totalitar kommunizmdən daha çox kapitalist demokratiya ilə ortaq cəhətləri var. Öhm…” – deyə boğazını təmizlədi. “Bəzən sosial-demokratiya kompromisə getməli olur. Öhm… Əlbəttə ki, başlıca məqsədləri olan hamı üçün azadlıq və bərabərliyə nail olmaq yolunda olunan taktiki güzəştlər”.

Başqa bir gün isə, sosial-demokratiyanın Dünyada Sülhün əldə olunmasında oynadığı həyati rol haqqında danışarkən sevimli müəllimimizə Avropalı sosial-demokratların Koreya müharibəsini dəstəkləyib-dəstəkləmədikləri soruşuldu.

“Əlbəttə ki, BMT icazə vermişdi. Yəni Təhlükəsizlik Şurası. Sosial-demokratiya müharibələrə qarşı deyil, o yalnız ədalətsiz müharibələrə qarşı çıxır – koreyalıların Koreyaya müdaxiləsi kimi. Öhm… Şimalı Koreya Cənuba hücum edir”.

Sonra inandırıcı və çox aydın şəkildə ədalətli və ədalətsiz müharibələr arasındakı fərqi müəyyənləşdirməyə davam etdi. Məzun olduqdan sonra çətinliklərlə qarşılaşacaq fəhlə sinfindən olan bəzi tələbələr, bu açıqlamadan çox təsirlənmiş, qalstuk taxacaq və universitetə gedəcək, ən yaxşı və zirək olan tələbələrdən fərqli olaraq razı qalmamışdılar.

Beləliklə, həyatla üzləşdikdə artıq praktiki məşğələ, klassik təhsil və indi “insani dəyərlər” adlandırılan dəstdən ibarət məlumatlarım var idi. Buna baxmayaraq universiteti qurtardıqdan sonra sürətlə biznes dünyasına girdim və çoxsaylı aşırı öhdəçilik və məişət məsuliyyətlərinin içinə hopduruldum. Sevimli orta məktəb müəllimimin “Üçüncü yol” haqqında öyrətdiklərini izləməyə çox vaxtım olmasa da, heç vaxt tamamilə “yaxşı cəmiyyət” haqqındakı mənəvi qınaqlarını unutmurdum. Lakin həyatımın sonrakı illərində, məhz 1990-ci illərin əvvəllərində işlərim məni Şərqi Avropa və Rusiyaya apardı. Buralar avantürist və “çox vasvası olmayan” iş adamları üçün qısa zamanda gözəl gəlirlər təklif edirdi.

Açıq-aydın yaxşı təhsil görmüş (əminəm ki, Soros fondu tərəfindən maliyyələşdirilən ilk MBA-lardan biri idi) və öz “əziz prezidenti” (bilmədim sevgisinin dərəcəsini nəzərdə tuturdu, yoxsa bu sırf arsızlıq idi) Vatslav “Grovel” Havel (rəqibləri Vaşinqtona yönələn təmtəraqlı, lakin nəticə etibarilə boş yaltaqlıqlarına görə onu belə adlandırırdılar) kimi genişqəlbli olan yüksəkrütbəli bir Çex məmuru ilə nahar edirdim. Üçüncü qədəhdən sonra ondan “Üçüncü yol” haqqında nə düşündüyünü soruşmağa cürət etdim.

“Bu yaxşı fikirdir” – o gülümsəyərək dedi. “Bizim öz versiyamız var, bilirsiz. İqtisadiyyatdakı alman inhisarlaşması ilə hərbi obyektlərin Amerika inhisarlaşmasını birləşdiririk. İki ucu, ABŞ müştəriləri ilə Berlin vassallarını birləşdirərək “Üçüncü yolun” Çexiya versiyasını yaratdıq, ikisinin də müştərisiyik.” Onun oynaq gülüşü var idi və gözləri işıldayırdı. “Üçüncü yol biznes üçün çox yaxşıdır”.

Günortanın alkoqollu mühitində mən köhnə müəllimimin tam məşğulluq, ümümi səhiyyə və digər sosial təminatlar haqqında dediklərini xatırladım. Çexiyalı kolleqamdan Ümumi rifah dövlətinin Çexiya Üçüncü yolunun bir hissəsi olub-olmadığını soruşdum.

O dərin bir nəfəs aldı. “Bu “Üçüncü yol” deyil. Bu Köhnə yoldur. Kommunist yolu. Demək olar ki, yarım əsr boyunca bizi qarışqa kimi yaşamağa məcbur etməyə çalışdılar, ye-yat. Fərdi təşəbbüs və Qərb təcrübəsini boğdular. “Üçüncü yol” yox idi, ya kommunistlərlə olmalıydın, ya da Qərblə”. Əsnədi. Siesta vaxtının yaxınlaşdığını düşündüm. “Əvvəllər, bilirsən ki, rifah dövlətində fəhlələr özlərini işləyirmiş kimi aparırdılar, biz də onlara pul verirmişik kimi”. Susdu. Ona görə də mən sorğu-sualıma davam etmədim, belə ki, “Üçüncü yol” fikri ya yeni məna qazanmışdı, ya da ki, “Grovelin” yüksək ikili müştərilik sintezi ilə həll olunmuşdu.

Lakin mən artıq “Üçüncü yol” fikri ilə yatıb-dururdum. Təhsilimin yeniyetmə dövrlərini, “dəyərlərə” olan dərin hörmətimi xatırlayırdım. ABŞ-a qayıdarkən Barclay’s-də işləyən baş bankirlə görüşərək bəzi maliyyə məsələlərini müzakirə etmək üçün Londonda dayandım.

İşdən sonra şəxsi pabında məni içməyə dəvət etdi. Bəxtimdən bankir sosial-demokrat, “Yeni Fəhlə Partiyasının” üzvü, London Şəhər Maliyyəçilər Lokalının başçısı idi.

“Ceyms, həqiqətən də son on ildə ingilis siyasətindən biraz uzaq qalmışdın, elə deyil?” Onun nəşəli bir tərzdə mənim tipik məlumatsız amerikalı biznesmen olduğuma işarə etmək tərzi var idi.

“Elə bilirdim Fəhlə Partiyası bankirlərdən yox, işçilərdən ibarət olur” – deyərək boğazımı təmizlədim.

“Doğrudan? Biz, maliyyə investorları da işçilərik, sizin çoxunuzun fiziki əmək işçiləri adlandırdıqlarınızdan çox işləyirik. Diqqətini partiyanın indi “Yeni Fəhlə Partiyası” adlanmasına yönəltmək istəyirəm, bütün o sinfi statusları kənara atdıq, biz indi əhatəedici bir partiyayıq. Ləyaqət partiyası”. Sonra orta məktəbdəki sosial elmlər müəlliminin tərzində davam etdi.

“Hələ də “Üçüncü yolu” izləyirsiz?” Ümidsizlik içində soruşdum.

“Əlbəttə. Toninin nitq köçürücüsü Üçüncü yol haqqında ideologiyamızı izah edən kitab da çıxarıb.”

“Hələ də ümümi səhiyyə, qarışıq iqtisadiyyat, tam məşğulluq kimi hədəfləri müdafiə edirsiz?” Bir anlıq nəhayət ki, işin mahiyyətinə vara bildiyimi düşündüm.

“Ah əlbəttə ki, yox! O tip ideoloji ilham baqajını bir müddət əvvəl atdıq. Yeni Fəhlə Partiyası özəl-ictimai səhiyyə idarəetməsinin və dövlətin iqtisadiyyatdan cəhənnəm olmasının tərəfdarıdır. Beləcə sahibkarlıq şirələri də rahatca axar. Tam məşğulluq mümkün olan şey deyil. Bunlar köhnə utopik doqmaların bir hissəsidir. Bizim marağımız istehsalatı artırmaqdır və səmərəli miqdarda işsizlik yaxşı şeydir. Bu onları daha çox işləməyə, daha az deyinməyə və çay fasiləsi haqqında unutmağa vadar edir. “O öz qədəhini qaldırdı. “Şərəfə”.

“Şərəfə” – cavab verdim. “Bu sosial-demokratiyanı “Üçüncü yoldan” daha çox, ABŞ kapitalizminə oxşadır”.

“Qulaq as, Ceyms”. Gözləri biraz böyümüşdü və ağır-ağır nəfəs alırdı. “Qlobalizasiya ilə yalnız “Bir yol” var, alternativ yoxdur. Biz qloballaşmış bir dünyada yaşayırıq, yalnız bir yol var, Toni B. ilə getdiyimiz yol. Yeni Fəhlə Partiyası maliyyə məsləhətçisi üçün daha yaxşıdır, deməyə cəsarət edirəm”.

“Köhnə Fəhlə Partiyasını” “Yenisiylə” necə uzlaşdırırsız?” İndi də britaniyalı müəllimimin axmaq, dəyişilmiş şagirdi olaraq soruşdum.

“Yeni vaxtlar üçün yeni ideyalar: elmi-texniki inqilab, modernizasiya, kompyuterləşmə, yeni xidmət iqtisadiyyatı. Əmək bazarındakı dəyişikliklərə uyğunlaşmaq üçün yeni partiyaya ehtiyac var”. Financial Times-ın bir çox şeyi ləğv etmişkən hələ də “…ləşmələr” litaniyası ilə danışan icmalçılarına bənzəyirdi. “Hətta bir az, çox az kupon kəsənimiz də ehtiyatda var. Bilirsən, onlar həftədə bir dəfə maliyyə səhifələrinə baxmaq işi icra edirlər, bu da əmək sayılır”. Özü öz zarafatına güldü.

Şən əhvalını müşayiət etmək üçün mən də gülümsədim.

Otelə qayıdanda məyus və qane olmamış halda idi. Sevimli orta məktəb müəllimim bizə “Üçüncü yolun”, sosial-demokratik alternativin olduğunu demişdi. Mən də onu pis vəziyyətdə qoymağa hazırlaşmırdım. Mənim missiyam, düşkünlüyüm ona bəraət qazandırmaq idi. Parisə təyyarə bileti aldım və ticarət üzrə bir əməkdaşımla görüşdüm.

“Dürüst bir sosial-demokratla, məni mövzu barəsində maarifləndirə biləcək qədər dərin biliyə sahib bir insanla görüşmək istərdim” – deyə vurğuladım.

“Problem yoxdur. İT şəbəkələrimizi idarə edən bir neçə nəfər var. Sabaha bir görüş təşkil edə bilərik.”

“Çox sağ olun, səbirsizliklə sosial-demokratiyanın kontinental, Cənubi Avropa versiyası ilə tanışlığımı gözləyirəm.”

“Bəli, Mr. Ceyms, mən Sosialist Partiyanın kartlı üzvüyəm, amma bizim bir çox tendensiyalarımız var, mən əsas cərəyana daxiləm.”

“Yaxşı, gəlin daxili mübahisələrinizi ötürək. “Üçüncü yol” haqqında nə düşünürsüz?” – ümidlə soruşdum.

“Biz Fransada liderik. Vəhşi Anqlo-Sakson kapitalizminə də, dövlətçi kollektivizmə də qarşı alternativ olduğumuza inanırıq. Biz, Fransa Avropa Birliyinin ABŞ-ın qlobal ambisiyalarının əleyhinə olan müstəqilliyini təmsil edirik.”

“Bunların hamısı çox yaxşıdır” – deyə sözünü kəsdim. “Bəs rifah dövləti, tam məşğulluq, ictimai müəssisələr, qarışıq iqtisadiyyat haqqında nə deyə bilərsiz?”

“Ahhh” – deyə qaşlarını qaldırdı. “O sosial-demokratiyanın “İkinci dalğası” idi.”

“Bəs “Birinci Dalğa” nə idi?” – deyə soruşdum.

“Dövlət iqtisadiyyatı, kollektivist utopiya, XIX əsrdə sosial-demokratiyanın banilərinin bəzilərinin inqilabi xəyalları. “İkinci dalğa” “Fordizmin” sosializmi idi: sərmayənin sosial rifah üçün ödəniş etməsi. O 20-ci əsrdə idi. İndi biz “Üçüncü dalğanı” yaşayırıq: elmi-texniki post- “Fordist”, post-industrial inqilabi səviyyə. Biz, sosialistlər modernləşmə yoluna rəhbərlik edənlərik, biz Fransa tarixində bütün əvvəlki rejimlərdən daha artıq ictimai müəssisəni özəlləşdirdik.” Onun gözləri post-inqilabi bir atəşlə parladı. “Bunu ancaq biz edə bildik. Çünki işçilər və ya ən azında Həmkarlar İttifaqının rəhbərləri bizə etibar edirlər və bəziləri də “yenidən iş öyrətmək” proqramları üzrə hökümətdən kifayət qədər  pul vəsaiti alırlar.”

“Müəllimimin rifah dövləti hara getdi?” – deyə qeyri-ixtiyari olaraq yüksək səslə özümdən soruşdum.

“Rifah asılılıq, passivlik, təşəbbüsün yoxluğunu yaradır. Buna görə də işsizlik ödənişlərini azaltdıq, başqa işləri öyrənmək üçün stimul yaratdıq, əmək bazarı nə təqdim edirsə, onu da qəbul edəcəksiz. Sosial liberalizm 21-ci əsrin inqilabi ideyasıdır.”

“Mənə ABŞ sağının “ictimai işlər  rifahın yerini alır” doktrinası kimi gəldi” – deyərək onun Fransa nəzəri yaradıcılığına dair təriflərini kəsdim.

“Yox, yox, yox. Biz kapitalizmin dövlət müdaxiləsi yolu ilə deyil, vətəndaş cəmiyyətinin fəaliyyəti nəticəsində aradan qalxacağına inanırıq, “Üçüncü Qüvvə”… QHT-lər, İT, AB, biz yeni iqtisadiyyat yaradırıq, ləyaqət və iştirakçılığa əsaslanan yeni imperiya, milli sədləri dağıdan və bütün insanları birləşdirən imperiya.”

“Bunun “Üçüncü yolla” nə əlaqəsi var?” – deyə onun özündənrazı mənalandırmalarından bezmiş bir şəkildə soruşdum.

“Hər şey! Köhnə imperalizm və milliyətçiliyi rədd edirik. İkisinin arasında “Üçüncü yol”, vətəndaş cəmiyyəti var və bu da Birjanın bəşəriyyətin rifahı üçün işləməsinə xidmət edir.”

“Yenə də başladı” – deyə düşündüm. “Çox sağ olun. Mənə “Üçüncü yolun” mənasını başa salmaq üçün bu qədər vaxt ayırdığınız üçün çox lütfkarsız.”

“Buyurun, Ceyms.”

Qapıdan həyəcanla çıxdım. Müəllimimin mənə sosial-demokratiya barəsində danışdıqları ilə heç bir əlaqəsi yox idi. Hər şey yox oldu. Hamısı bazarlar, işsizlik, özəl xəstəxanalar və kupon kəsənlərə çevrilmişdi. Sosial-demokratiya hara yox olmuşdu? “ Champ D`Elysses-də gedə-gedə öz-özümə deyinirdim.

Yanımdan keçənlər mənə fond birjasında pul uduzmuş biri kimi baxırdılar.

Nyu-Yorkda bir dostum, rus-israilli bir biznesmen mənə İsraili sınamağı məsləhət gördü.

İsrailə uçdum və Fəhlə Partiyasının baş rəsmilərindən biri, mənə vaxtının 1 saatını ayıracaq qədər səxavətli biriylə görüşdüm.Mənə köhnə Fəhlə Partiyası,19-cu əsrin ilk mühacirləri, Sionist Fəhlə Partiyası, Kibbutsniklər, tam məşğulluğa inam, ümümi səhiyyə sistemi, işçi həmrəyliyi haqqında danışdı.

“Bunlardan bütün işçilər fayda görürdü mü?”- deyə soruşdum.

“Tamamilə!” – deyərək əlini yellədi. “Biz demokratik sosialist hərəkat idik və indi də eləyik. Əşkinazi, Səfərad, Efiopiya yəhudilərini təşkil etdik. Bütün irqləri təqdir edirik.”

“Bəs yəhudi olmayanlar, fələstinlilər?” – deyə soruşdum.

“Bu bir yəhudi dövlətidir. Biz demokratik Yəhudi dövlətiyik. Ərəblər bunu qəbul etmirlər. Biz də onları qəbul etmirik. Qoy onlar da öz rifah dövlətlərini qursunlar. Qoy İordaniyaya getsinlər.” Dayandı. “Bəzi ittifaqlarımıza İsrail ərəblərini daxil edirik və keçmişdə partiyamıza səs də vermişdilər. Amma ki, rifah dövləti, necə ki siz onu adlandırırsız, çox bahalıdır və bura gələn yəhudilər, xüsusilə də Rusiyadan gələnlər hər şeyin dövlət tərəfindən verilməsini gözləyirlər. Buna görə də maliyyə böhranındayıq. Bütün demokratik dövlətlərdə olduğu kimi seçim etməliyik: Biz də əvvəlcə yəhudilər üçün rifah proqramlarını maliyyələşdirməyi seçirik.”

“Bir növ aparteid rifah dövləti?” – deyə məsumluq içində soruşdum.

“Sən nə, anti-semitsən?” – deyərək soyuqqanlılığını itirdi.

Növbəti gün təyyarəyə mindim, lakin soyundurularaq yoxlanıldıqdan, bütün sənədlərim bir-bir incələndikdən, barmaq izim götürüldükdən və üç ölçülü şəklim çəkildikdən sonra.

Birbaşa Latın Amerikasına uçdum. Vaxt məhdudiyyətlərini nəzərə alaraq strateji bir seçim etdim. Qitənin mərkəzinə getməyə qərar verdim: Boliviyaya, Sosialist İnternasionalın yaxşı ada malik olan üzvü, çox məşhur “İnqilabi Sol Hərəkatı” və ya MİR adı ilə tanınan partiya tərəfindən idarə olunan sosial-demokratik höküməti olan Boliviyaya. Ortada heç nə qalmamışdı: Rəhbərləri narkotik qaçaqçılığında təqsirləndirilir, qalay şaxtalarını bağlamağı və bütün şaxtaçıları işdən çıxarmağı nəzərdə tutan BVF-nin planını dəstəkləyirdi, onun əsas iş üsulunu dövlət xəzinəsini həmkarlar ittifaqının üzüyola üzvlərini satın almağa və kasıb kəndliləri mitinqə yığmaq üçün avtobuslara xərcləmək və onlara sistem leyhinə şüarlar qışqırtdıqdan sonra ödəməni ət parçası və pivə ilə etmək təşkil edirdi.

ABŞ-a qayıdarkən müəllimimin təsvir etdiyi kimi bir sosial-demokratiyanın mövcud olmadığını qəbul etmişdim. O dəyişdirilmiş, yenilənmiş, təhrif olunmuş, üstələnmiş ya da yeni ideoloqlar onu necə birkalamaq istəyiblərsə, elə də olmuşdu. Sosial-demokratiya investisiya qoyan bankirlər, texnokratlar, spekulyantlar, irqçilər və narkotik alverçiləri üçün həqiqətən də bugün və həmişə yaşamaqda olan bir vasitə olub. O artıq kommunizmlə rəqabətə girə bilməz, yalnız liberallarla bacarar.

“İşin mahiyyətinə vara bildim mi?” – deyə öz-özümdən soruşdum.

24 yanvar 2004

İngiliscə orijinalı
Tərcümə:  Elmira Quliyeva                                 (c) SOLFRONT

Когда я был подростком, мой школьный учитель обществоведения, старый мудрец (по крайней мере, таковым я его считал) и отважный человек (дело было в начале 50-х) пламенно отстаивал ценности «Третьего Пути». Он был горячим защитником социал-демократии против тирании коммунизма и бессердечности капитализма. Для тех из нас, кто родился и вырос в мрачном промышленном городе к северу от Бостона, его взгляды были весьма заманчивы, хотя некоторые странные события и смущали нас. Никто на самом деле не ставил под сомнение идеи социал-демократии, но иногда кто-нибудь из нас задавал неуместный вопрос.

«Почему,» – спрашивал один из наших отличников, «Англия, которой управляет социал-демократическое лейбористское правительство, поддерживает США против России, вместо того, чтобы следовать «Третьим Путем»?

Наш обожаемый учитель снимал очки, вставал и начинал прохаживаться, говоря: «Хороший вопрос, если бы мы жили в идеальном мире. Но в реальном мире мы должны делать практический выбор, и ясно, что социал-демократия имеет больше общего с капиталистической демократией, чем с тоталитарным коммунизмом. Кхм..»- он прочищал горло. «Иногда социал-демократия вынуждена идти на компромиссы. Кхм…Тактические, конечно, ради конечной цели – всеобщей свободы и равенства.»

В другой раз, когда наш обожаемый учитель рассказывал о жизненно важной роли, которую социал-демократия играет в достижении Мира во всем Мире, его спросили, поддерживают ли европейские социал-демократы войну в Корее.

«Ну конечно, ООН одобрила ее. Ну, Совет Безопасности одобрил. Социал-демократия не против справедливых войн, она только против несправедливых – как нападение корейцев на Корею. Кхм. Северные корейцы нападают на Юг».

Затем он энергично и абсолютно ясно определил разницу между справедливыми и несправедливыми войнами, хотя кое-кто из студентов из рабочих семей – в основном те, кого ожидал призыв после окончания школы – были не полностью убеждены, в отличие от цвета класса, которые носили галстуки и собирались в университеты, их его эрудиция глубоко потрясла.

Так что я вышел в жизнь, вооруженный практическими знаниями, классическим образованием и тем, что нынче зовется «общечеловеческими ценностями». Тем не менее, окончив университет, я тут же попал в мир бизнеса, и, поглощенный частыми заграничными командировками и домашними делами, не имел достаточно свободного времени, чтобы следовать учению «Третьего Пути» моего любимого учителя, хотя я никогда полностью не забыл его моральные прописи насчет «хорошего общества». Однако уже много лет спустя, в начале 90-х, дела привели меня в Восточную Европу и Россию. Там предприимчивым и «не слишком щепитильным» деловым людям предоставлялись возможности получить большие и быстрые деньги.

Я обедал с крупным чешским чиновником, явно хорошо образованным (думаю, он был одним из первых стипендиатов Сороса), с такими же широкими взглядами, как и у его «дорогого президента» (не уверен, и впямь ли он так считал, или это был просто цинизм) Вацлав «Пресмыкающийся» Гавел (как его называли враги, за его высокопарное, но совершенно тупое лакейство перед Вашингтоном). После третьей рюмки я спросил его, что он думает о «Третьем Пути».

«Очаровательная идея,»- улыбнулся он. «У нас, как вы знаете, есть свой вариант. Мы сочетаем немецкое господство в нашей экономикке с американским господством в нашей армии – мы создали чешский вариант третьего пути, соединив две крайности – лакей США и вассал Берлина, мы служим обоим.» Он игриво улыбнулся и глаза его заблестели. «Третий Путь полезен для бизнеса.»

Сквозь винные пары я вспомнил, как мой старинный наставник говорил о полной занятости, общедоступном здравоохранении и других социальных благах. Я спросил своего чешского коллегу, включает ли чешский третий путь государство всеобщего благоденствия.

Он глубоко вздохнул. «Это – не «Третий Путь» . Это – старый путь. Коммунистический путь. Почти полвека они пытались навязать нам муравьиную жизнь, работай да спи. Они душили частную инициативу и не давали нам воспользоваться западными консультациями. Не было никакого «Третьего Пути» – ты или с коммунистами, или с Западом.» Он подавил зевок. Я понял, что приближается время его послеобеденного сна. «Раньше, знаете, рабочие притворялись, что работают, а мы притворялись, что платим им.» Он заржал. Так что я не стал настаивать на продолжении. Очевидно, «Третий Путь» приобрел новое значение, или получил разрешение в высшем синтезе двойного прислужничества «Пресмыкающегося».

Но теперь меня заинтриговала идея «Третьего Пути». Я вспомнил мои детские годы, мое преклонение перед «ценностями». На обратном пути я остановился в Лондоне ради встречи с банкиром из «Баркли», обсудить кое-какие финансовые вопросы.

После переговоров он пригласил меня выпить в частный клуб. К моему великому изумлению, банкир оказался социал-демократом, «новым лейбористом», главой местного отделения лейбористской партии в Сити.

«Джеймс, вы явно не в курсе английской политики за последнее десятилетие, не так ли?» Он любил жизнерадостно намекнуть, что я – типичный невежественный американский бизнесмен.

«Ну, я думал, что «партия труда» состоит из рабочих, а не из банкиров,» – попытался я оправдаться.

«Да ну? Мы, советники по инвестициям – «рабочие», черт побери, наш рабочий день длиннее, чем у многих из тех, кого вы, я полагаю, именуете «работягами». Прошу обратить внимание, что наша партия теперь именуется «Новой Рабочей», мы порвали со всем этим лицемерием насчет классовой принадлежности, наша партия сейчас открыта для любого. Партия наилучших.» Он продолжил в духе учителя обществоведения.

«Вы все еще следуете «Третьему Пути»?»- спросил я в отчаянии.

«Конечно. Составитель речей для Тони состряпал книгу о «Третьем Пути», навести идеологический глянец на нашу политику.»

«Так что вы до сих пор за общедоступное медицинское обслуживание, смешанную экономику, полную занятость?» На минуту мне покзалось, что я нащупал твердую почву.

«О боже, нет, конечно! Мы вышвырнули этот идеологический балласт давным-давно. Новый лейборизм – за общественно-частное управление медицинским обслуживанием и освобождает государство от экономических глупостей, чтобы предпринимательские соки могли течь без помех. Полная занятость невозможна. Это – часть старых утопических догм. Нам нужен рост производительности, и разумная доза безработицы – отличная вещь. Это заставляет их работать усерднее, ворчать меньше, и забыть о перерывах на чай.» Он поднял бокал : «Ваше здоровье!»

«Ваше здоровье», – ответил я. «Но тогда социал-демократия больше похожа на американский капитализм, а не на «Третий Путь».»

«Послушай, Джеймс». Он дышал с трудом, глаза слегка вылезли из орбит. «Глобализация предлагает только «один путь», «альтернативы нет» (знаменитые слова Маргарет Тэтчер -пер.). Мы живем в глобальном мире. Есть только один путь, тот путь, которым мы идем с Тони. Новый лейборизм вполне хорош для работающих финансовых советников, могу вас заверить.»

«Ну, а как вы сочетаете «старый» лейборизм с «новым»?», -спросил я, понятливый ученик моего английского наставника.

«Новые идеи для новых времен: НТР, модернизация, компьютеризация, новая экономика услуг. Нужна новая, открытая для всех партия, чтобы приспособиться к изменениям на рынке труда». Он говорил точь-в-точь как автор Файнешинал Таймс, слегка на взводе, но вполне способный продолжать поток «заций». «У нас есть даже несколько, совсем немного, рантье. Вы знаете, они тоже работают – раз в неделю просматривают финансовые страницы в газете, это тоже можно сказать работа», – он засмеялся над собственной шуткой.

Я улыбнулся, чтобы не портить ему веселого настроения.

В гостиницу я вернулся разочарованным и огорченным. Мой любимый учитель говорил нам, что существует «Третий Путь», социал-демократическая альтернатива. И я не хотел его подводить. Я твердо решил во что бы то ни стало доказать его правоту. Так что я полетел в Париж и позвонил коллеге.

«Мне бы хотелось поговорить с настоящим социал-демократом, хорошо подкованным, который мог бы просветить меня в этом вопросе, « – подчеркнул я.

«Без проблем. У нас есть несколько таких – по части информационных технологий. Я организую тебе встречу завтра.»

«Благодарю. С нетерпением ожидаю знакомства с континетальным южноевропейским вариантом социал-демократии».

«Да, мистер Джеймс. У меня есть парбилет Социалистической партии, но в ней много течений. Я принадлежу к «центристам».»

«Давайте не зацикливаться на фракционных дрязгах. Что вы думаете о Третьем Пути?» – спросил я с надеждой.

«Мы во Франции – лидеры в этом направлении. Мы считаем себя альтернативой как дикому англосаксонскому капитализму, так и огосударствленному коллективизму. Мы, французы, представляем независимость Евросоюза против глобальных амбиций США.»

«Все это отлично, «- перебил я,- «но как насчет государства всеобщего благоденствия, полной занятости, общественной собственности, смешанной экономики?»

«А-а-а,» – он поднял брови. «Это вы о «Второй Волне» социал-демократии».

«А что же было «Первой Волной»?» – спросил я.

«Государственная экономика, коллективистская утопия, революционные мечты некоторых основателей социал-демократии в 19 веке. «Вторая Волна» была социализмом «эпохи Форда» – капитал оплачивает социальные расходы. Это был 20 век. Нынче мы переживаем «Третью Волну»: научно-технологическую, послефордовскую-, послепромышленной революции – стадию. Мы социалисты прокладываем путь модернизации, мы приватизировали больше госсобственности, чем любое предыдущее правительство в истории Франции.» Глаза его блестели послереволюционной страстью. «Только мы смогли сделать это. Потому, что рабочие, или по крайней мере руководство профсоюзов доверяет нам, и в любом случае некоторые из них получают круглые суммы от государства на программы

«переподготовки рабочих».»

«Куда же делось государство всеобщего благоденствия, о котором рассказывал мой учитель?» – спросил я себя, но, к несчастью, вслух.

«Всеобщее благоденствие создает зависимость, пассивность, отсутствие инициативы. Так что мы урезали пособия по безработице и предоставили стимулы для переподготовки к другой работе, к согласию на любую работу, какую предалагет рынок. Социал-либерализм – революционная идея 21 века.»

«Но мне все это напоминает «работай, а вместо зарплаты -пособие по безработице», как говорят правые в США, прервал я его галльский гимн французским теоретическим талантам.

«Нет, нет, нет. Мы верим в то, что капиатлизм постепенно отомрет, но не в результате вмешательства государства, а в результате деятельности гражданского общества, «третьей силы». НГО, информационные технологии, Евросоюз, мы создаем новую экономику, новую империю, основанную на способностях и участии, империи, которая разрушает национальные перегородки и объединяет всех».

«А причем тут «Третий Путь»?» – спросил я, по горло сытый его самодовольным теоретическими выкрутасами.

«Да при всем! Мы отвергли старый империализм и национализм. Посреди находится «Третий Путь», гражданское общество, которое направляет биржу на путь служения благу человечества.»

«Ну вот, опять пошло-поехало,» – подумал я. «Благодарю. Было очень мило с вашей стороны уделить так много вашего времени, объясняя мне значение «Третьего Пути»».

«К вашим услугам, Джеймс».

Я ушел весьма расстроенный. Ничего общего с тем, что мой учитель рассказывал мне о социал-демократии. Все кончилось. Остались только рынки, безработица, частные больницы и рантье. «Куда девалась социал-демократия?» – завопил я, проходя по шикарным Елисейским Полям. Прохожие смотрели на меня с таким видом, как будто я только что проиграл состояние на бирже.

Мой нью-йоркский друг, русско-израильский бизнесмен, посоветовал мне попытать счастья в Израиле.

Я прилетел в Израиль и встретился с руководством партии Труда (Авода), один из которых щедро уделил мне целый час своего дорогого времени. Он говорил о Ранней Аводе, о первоначальных поселенцах конца 19 века, лейбористах-сионистах, кибуцниках, вере в полную занятость, общественное здравоохранение, рабочую солидарность.

«Эта солидарность всех рабочих?» – спросил я.

«Конечно!», – он взмахнул рукой, -«Мы были и остаемся демократическим социалистическим движением. Мы организуем евреев с Запада, с Востока, эфиопских евреев. Мы приглашаем все расы.»

«А как насчет нееврев, палестинцев?» – спросил я.

«Это – еврейское государство. Мы – демократическое еврейское государство. Арабы с эитм не согласны. Так что мы их не принимаем. Пусть устаривают свое собственное государство всеобщего благоденствия. Пусть убираются в Иорданию.» Он остановился. «Мы принимаем израильских арабов в некоторые из наших профсоюзов и они голосовали за нашу партию. Но государство всеобщего благоденствия, как вы это называете – вещь дорогая, и евреи, которые приезжают сюда, особенно из России, ожидают, что государство предоставит им все. Так что у нас бюджетный кризис. Нам приходится выбирать, как большинству демократических государств – и мы сделали приоритетом социальные программы для евреев».

«Своего рода апартеид всеобщего благоденствия?» – невинно спросил я.

«Вы что, антисемит?» – вышел он из себя.

(Поскольку статья эта написана несколько лет назад, могу добавить, что с тех пор власти Израиля пошли по логическому «третьему пути» и сокращют социальные выплаты и для евреев – хотя они все равно получают больше, чем неевреи, одновременно снижая налоги на сверхбогатых -пер.).

На следующий день я сел в самолет, но сначала меня обыскали, раздев догола, проверили все отверстия на моем теле, сняли отпечатки пальцев и сфотографировали во всех возможных ракурсах.

Я полетел прямо в Латинскую Америку. Поскольку время поджимало, я должен был сделать единственно правильный выбор. Я решил отправиться в самый центр – в Боливию, где как раз правила социал-демократическая партия, уважаемый член Социнтерна, с невероятным именем : Революционное Левое Движение (РЛД). На самом деле, ничем таким и не пахло. Руководителя партии обвиняли в торговле наркотиками, партия поддерживала план МВФ закрыть оловянные рудники и уволить всех шахтеров, а в политике использовались методы вроде использования госказны для подкупа послушных профсоюзных руководителей, подвозе автобусами бедных крестьян на митинги, с оплатой харчами и пивом за скандирование лозунгов в поддержку властей.

Летя назад в США, я признал очевидное – описанная моим учителем социал-демократия больше не существовала. Она была переделана, подорвана, обойдена или как бы это не называли новые идеологи. Реальная социал-демократия сегодня и навсегда – орудие банкиров, технократов, биржевых спекулянтов, расистов и наркоторговцев. И состязаться ей уже приходилось не с коммунистами, а с либералами.

«Интересно, – спросил я себя, – возможно ли пасть ниже?»

Оригинал опубликован на http://www.rebelion.org/petras/english/040129story.htm

Перевод Аллы Никоновой.

left.ru

Oxşar yazılar:

Baxış sayı:45211