abunə ol: Yazılar | Şərhlər | Еmail

Adbusters Harvard professorlarına qarşı

Şərh

Məşhur Sol resurs – Adbusters iqtisad elminin reform edilməsi üzrə layihə buraxıb – Kick it over.

Amerikan proqressiv düşərgəsində ekonomiksə nifrət axırıncı onillikdə get-gedə artırdı və ölkəni maliyyə böhranı bürüyəndə öz pik nöqtəsinə çatdı. Bu zaman prestijli iqtisad fakültəsinin yetirmələri fırıldağa əl atdılar, hansı ki, amerika vergi ödəyicilərinə 3 trilyon dollara başa gəldi və dünyaca milyonlarla iş yerinin ləğvınə gətirib çıxardı; dövlət administrasiyasındakı bazar “dininin” tərəfdarları isə, məsələn, Federal Rezerv Sisteminin keçmiş başçısı və Ayn Rendin böyük pərəstişkarı olan Alan Grinspen, ən sona kimi gözlənilən fəlakəti təkzib edirdilər, bu baş verdikdə isə onlardan bir çoxu heç nə olmamış kimi həmin neoklassik iqtisadi nəzəriyyəni tədris etmək üçün universitetlərə qayıtdılar.
Bununla belə iş təkcə böhranda deyil. O yalnız dissiplinin fundamental məhdudiyyətlərini üzə çıxardı. İqtisadçılar öz terminlərində sonsuz artım barədə mülahizələr edirlər, halbuki planet sonludur. İqtisad elmi onda inqilabi dəyişimlər baş verməyənə qədər bu sadə fikri dərk etməyəcək.
Ekonomiksin məntiqi və empirik əsassızlığını vurğulayaraq təkzib etmək ideyasından bezən Adbusters kollektivi onu material obyekt, akademik – ekspert maşını kimi sındırmağa qərar verdi, hansının ki, infrastrukturunu fakultələr, fondlar və s. təşkil edir.
Sındırılma iki xətt üzrə aparılır: birincisi – elmin özündə  akademik “mandarinlərlə” başa çıxacaq solçu-iqtisadçı ordusu yetişdirməyi; ikincisi – ekonomiks və başqa universitet dissiplinlərini bir-biri ilə savaşdırmaqla yeni “fakültələrarası mübahisə”ni işə salmaq.
Əvvəlki mübarizə “Homo economicus – tarixdənkənar mövcudolma yox, öz genealogiyası olan sosial konstrukt” arqumentləri ətrafında aparılırdı.
Elmi aktivistlərin yeni arqumentləri isə belədir: Sosial tədqiqatçılar, sizin, misal olaraq, homo economicus – tarixdənkənar mövcudolma kimi digər dissiplininizdən çıxmış nəticələrin ekonomiksdən tamamilə təcrid edildiyi faktına necə dözürsünüz…”
Layihənin məqsədi – iqtisad alimlərini onların səhv olduqlarını əmin etmək deyil, onları qoruyan institusional mexanizm və dissiplin məhdudiyyətlərindən istifadə edərək mühasirəyə almaq və bir həmlə ilə işğal etməkdir.
Maraqlıdır ki, eyni strategiya “İnside Job” adlı maliyyə böhranı haqqında sənədli filmdə də işlənilib. Harvard professorlarına qarşı iddialar onlara yalnış olduqlarını sübüt etməklə deyil, sadəcə cığal oyun oynamaqları ilə bağlıdır, məsələn, “İslandiyanın maliyyə stabilliyi” adlı hesabat buraxırlar orada İsland Ticarət Palatasından qonorar kimi aldığı 125 min dollar barədə söz açmadan. Və ya deyək, investisiya bankları və Buşun neoliberal höküməti arasında büsbütün maraqların zidiyyətini inkar etməklə məsləhətləşməsi.
Başqa sözlə iqtisadçılarla artıq mübahisə etmirlər, birbaşa polis çağırırlar. Amerikalılar yalnız Wall Sreet’lə deyil, artıq Harvardla da məyus olub, bəs növbədə kimdir?
Maykl Murun son filmi “Kapitalizm: bir eşq hekayəsi” adlanır. Deyəsən bu hekaya sona çatmaqdadır.

“Kick it over” qrupunun manifesti
Biz, altına imzası atılanlar, aşağıdakı ittihamı irəli sürürük: siz, neoklassik iqtisadiyyatı tədris edənlər və sizin tələbələriniz dünyanı çox böyük bir yalanla aldatmısınız.
Siz bəyan edirsiniz ki, yalnız düstur və qanunlardan ibarət saf elmlə məşğulsunuz, lakin əslində isə sizin elminiz icma xarakterlidir, özünün bütün zəifliyi və qeyri-müəyyənlikləri ilə.
Siz öz kabinetlərinizdə riyazi jarqon adı altında gizlənirsiniz – real dünyada isə eyni zamanda meşələr yer üzündən silinir, nadir heyvanların nəsli kəsilir və vicdansızca insan həyatı məhv olunur. Biz sizi dünya təsərrüfatımızın idarə edilməsində cinayət xarakterli laqeydsizlikdə ittiham edirik.
Siz əvvəldən bilirdiz ki, təklif etdiyiniz iqtisadi inkişaf ölçüsü – ümumi daxili məhsulun özülü qeyri-mükəmməl və natamamdır, buna baxmayaq demək olar ki, hər gün KİV- in məlumat ötürdüyü dünyaca qəbul edilmiş standart olmasına göz yumdunuz. Biz sizi vicdansızca inkişaf illuziyası yaymaq maddəsi ilə ittiham edirik.
Siz çox böyük ziyanlar verdiniz, lakin ömrünüzün sonuna az qalıb. Sizin sistemləriniz çökür, sizin hesabatlarınız gün keçdikcə ifşa edilir. İqtisadi inqilab başlayıb və onda insanlıq tarixinin digər inqilablarında olduğu qədər qətiyyət və ümid var. Biz iqtisadi paradiqmaların toqquşmasına, həqiqət anına nail olacağıq, hansından ki yeni iqtisadiyyat doğacaq – insan ehtiyaclarına açıq, məqsədli, təyinatlı iqtisadiyyat.
Biz, qoca qurdlar, sizi bir universitetdən digərinin dalınca qaçmağa məcbur edəcəyik. Sonrakı ay və illərdə isə sizin cəhənnəm maşınınızın yenidən proqramlaşdırılmasına başlayacağıq.
Bu manifest altından qol çək:

KİCKİTOVER.ORG

  (c) SOLFRONT

 


Oxşar yazılar:

Baxış sayı:15883