abunə ol: Yazılar | Şərhlər | Еmail

Gürcüstanda SOL

Şərh

Boris Kaqarlitskiy – Gürcüstanda SOL

Tbilisi dəvəti mənim üçün bir qədər gözlənilməz oldu. Artıq bir neçə ildir ki, Gürcüstandan gələn xəbərlər çox da ürəkaçan deyildi. Rəsmi mətbuat Mixayil Saakaşvilinin anti-Rusiya  rejiminə qarşı idi. Liberal yazarlar isə həmişə olduğu kimi Gürcüstan islahatlarının Korrupsiya üzərində nailiyyətlərinə və  güclü amerikameylli siyasətinə heyran qalmışdılar. Belə bir təəssürat yaranır ki, sanki təcavüzkar millətçilər və bunlardan da az olmayan neoliberallardan başqa burda kimsə yoxdur. Daha doğrusu siyasətdə yoxdur. Sovet İttifaqının Gürcüstan ilə olan intelektual və mədəni əlaqələri artıq məhv olmuşdur. Qısaca olaraq her şey çox məyusedici idi. Məni Gürcüstana solçular dəvət etmişdi. Mən onlardan öz güclərinə inamla yazılmış məktublar almışdım.
Etiraf etməliyəm ki, ilk baxışda Gürcüstanın paytaxtı məndə sıxıcı, ağır bir təəssürat yaratdı. Bəlkə də buna səbəb mənə günəşli Gürcüstandan daha çox Peterburqu xatırladan tutqun və günəşsiz hava idi. Bozarmış, cadar-cadar olmuş evləri və divarları (bəzi yerlərdə heç divarlara da rast gəlmək olmurdu) olan köhnə Tiflisin gözəl mənzərəsi məndə sevincdən daha çox qüssə yaratdı. Sınıq-sökük asfalt ilə köhnəlmiş sovet Jiqulisindən tutmuş onunla demək olar ki, eyni yaşda olan inomarka avtomobillərin çoxsaylı modelləri hərəkət edirdi. Hərdən küçələrdə burjuaziya möcüzəsi olan BMW-lər və Leksuslar da görünürdü. İnsanlar narahat və məyus görünürdülər. Rəsm və fotoşəkillərdə gördüyümüz kimi sanki ənənəyə uyğun olaraq qara rəngli geyimlərə daha çox üstünlük verirlər. Ancaq o geyimlər daha koloritli idi və üzlərindəki ifadə sanki dəyişmişdi. Ekzotikanı tutqunluq əvəz etmişdi, hətta avtomobillər arasında belə rəngli boyalara nadir hallarda rast gəlinirdi.
Neoliberal təbliğat 1990-ci illərin əvvəlində  bizə həyatımızı boyamağı, rəngarəng etməyi söz versə də (Çubaysın özəlləşdirmə reklamında olduğu kimi), Gürcüstanda bu təcrübə tam əks effekt vermişdi.
Bəlkə də bütün bunlara səbəb insanlarda dilxor əhval ruhiyyə yaradan havada idi? Çətin. Hətta hökümət bu problemi hiss etdiyindən gözdən pərdə asmaq üçün şəhəri rəngə boyamağa çalışdığını gözə soxur. Leninin abidəsinin yerində Cereteli tərəfindən işlənmiş, qızılı bəzədilmiş Müqəddəs George və Əjdaha abidəsi işıldayırdı. Yerli burjuaziyanın daha bir sevimli rəngi mavi-yaşıl. Yeni körpünün şüşə damı şəhərin köhnə görünüşünü məhv edirdi, sanki dağılmağa doğru gedən köhnə binalara və kilsələrə rişxənd edirdi.
Əlbəttə, heç bir iqtisadi böhran Köhnə Tiflisin şarmını poza bilməz. Hələ də Rusiyada bizim üçün yenilməz-dəyişməz olan Borjomi, qırmızı şərab, kəmşirin Xvançkara, gözəl-quru Mukuzani və Saperavinin dadı dəyişməz qalır. Tədricən şəhərin atmosferinə uyğunlaşırdım. Şəhər bir-birindən çox fərqlənən iki əks hissəyə bölünərək öz həyatını yaşayırdı. Tezliklə bahalı butikləri, təmir edilərək bəzədilmiş binaları, fransızsayağı restoranları olan burjua Tiflisini aşkar etdim. Küçənin bir tərəfində kirli, sınıq şüşələri, divarları bərbad vəziyyətdə olan səkilər, digər tərəfdə isə  kasıb qohumlarına öz etinasızlığını əks etdiren neoliberal arzusu ilə bəzədilmiş səliqəli Avropa idealı əks olunurdu. Burjuaziya azlıq təşkil etdiyi üçün butiklər demək olar ki, boş idi, qlamurlar isə çox süni görünürdü.
Neoliberal iqtisadiyyat kənd təsərrüfatının və sənayenin məhvinə gətirmişdi. Hərçənd ölkə uzun illərdir metal qırıntıları satışı ilə məşğuldur. İnternetdə Nikusha Marks ləqəbi ilə tanınan gənc iqtisadçı  Nika Kobuladze  xalq təssərüfatının sahələrindən danışarkən ixracatın bu hissəsini xüsusi vurğuladı. Metal qırıntıları heç cürə bitmir. Bəlkə də daha çox sovet hakimiyyətindən qalmışdı və ya hər gün bir şey sınıb məhv olur və ya Rusiyadan gizli şəkildə idxal olunur.
Gürcüstan  höküməti öz əmək qanunları ilə fəxr edir. Hətta ingilis biznes jurnallarının birində  investitorları ölkəyə investitsiya qoymağa çağıran bir elan oxumuşdum: “Kapitalistlər istənilən vaxt işçini heç bir səbəb və izah olmadan işdən ata bilər və məhkəmə hər zaman sahibin tərəfində olacaq.”
Qısası Mixail Proxorov və başqa adamyeyənlərin Rusiya əmək məcəlləsinə yeni layihə qoymağı arzuladığı halda, Qafqaz sıra dağlarının digər tərəfində bu artıq həyata keçib.
Nəticə, möhtəşəm investisiya mühiti və eyni zamanda istehsal investisiyalarının çatışmaması. Rəsmi şəkildə işşizlik 17%, amma xalq arasında rəy sorğularına görə 70% təşkil edir. Hökümət bununla razı deyil və öz-özlərinə məşğulları da yazırlar. Axı bağlar var və orada  nə isə becərməklə və ya mağazada yükdaşıyaraq həftədə bir neçə lari qazanmaq olar.
Saakaşvilinin korrupsiya və polis idarəsi üzərində qələbəsi rus liberallarını heyrətə salmışdı. O yeni şəffaf bir bina inşa etdi və polisi oraya qoydu ki, hər bir vətəndaş oranın necə yaxşı olduğuna heyranlıqla baxa bilsin. Belə binalardan ikisini mən özüm gördüm, düzdü bunlardan biri möhkəm pərdələrlə örtülmüşdü. Amma polis rüşvət götürmür,  bunu mənim həmyoldaşlarım da təsdiq edə bilər. Axı polis yoxsul kütlədən niyə rüşvət alsın ki, zatən milli büdcənin yarısı onların əmək haqqını təmin edir. Gürcüstanda 300$  çox yaxşı əmək haqqı sayılır, amma müəllimlərin əmək haqqı 50-70$ arasında dəyişir. Polis zabiti isə özünü çox əziyyətə salmadan 2000$,  polis rəisi isə 8000$ əmək haqqı alır. Belə polis nəinki rüşvət götürməz, hətta onun qazancını ödəyən vətandaş ilə hec bir xoşagəlməz münasibət bele yaratmaz. Polis hakim sinif üçün bahalı və etibarlı qorumadır.
Yaxın zamanlara qədər müxalifət özündə eyni sinif və eyni siyasət çərçivəsindən olan uğursuz fraksiyanı təmsil edirdi. Saakaşvili ilə yola getməyənlər, onun qovduqları və öz ambisiyalarını təmin edə bilməyənlər rejimin əleyhdarlarına çevrilərək, diktatoru devirməyə çağırırdılar ki, özləri onun yerinə keçib eyni siyasəti yürütsünlər. Təəccüblü deyil ki, kiçik bir ölkənin 200-300 minlik əhalisinin etiraz və narazılıqlarına baxmayaraq rejim hələ də qüvvədədir və heç bir alternativi yoxdur.
Məhz burjua müxalifətinin narazılıq yaradan siyasəti Tbilisi Dövlət Universitetinin görkəmli ziyalısı və ictimai xadimi, professor Gia Jorjoliani tərəfindən yeni Sosial Demokrat Partiyasının yaranmasına təkan verdi.
Partiya programını əvəz edən 16 tezisde yazılır ki: “Hakim sinif könüllü olaraq dominant  mövqeyindən vaz keçə bilməz. Bizim qarşımızda sistemi dəyişmək kimi bir tapşırıq durur. Vacib olan sistemdaxili idarə heyətinin dəyişməsi (dolayısıyla yeni idarə edən azlığın yaradılması), personal dəyişikliklər deyil, sistem dəyişiklikləridir.” Partiyanın qarşısında duran əsas məqsəd neoliberal kapitalizmə qarşı mübarizə, ictimai və kollektiv mülkiyyət sferasının genişləndirilməsi və ərazi münaqişələrinin dinc yolla həllidir: “Sistemdə radikal dəyişikliklər edilmədən ərazi bütövlüyünün bərbası məsələsinin həlli real deyil və gündəlikdən çıxarılmalıdır. Bu gün o ancaq ictimai fikrin manipulyasiyası üçün istifadə olunur. Qardaş xalqlar abxazlar və osetinlərlə münaqişələr sülh və  həmrəylik yolu ilə həll olunmalıdır.”
Bir zamanlar neoliberallara qarşı  qüvvələr yox idi, amma artıq partiyaya müxtəlif təzahürləri ilə solçu fəallar –  sosialistlər, kommunistlər, “yaşıllar”, radikal xristianlar və anarxistlər kütləvi şəkildə qoşulmağa başlayırlar. Bugün hələ də Rusiyada müzakirə olunan sosial-demokratlar Gürcüstanda praktikada Solda ön mövqedədirlər. Sürətlə əhalinin artım, ideya spektrinin genişlənməsi və daha çox gənc fəalların əmələ gəlməsi partiya qarşısında “Rebranding” məsələsini qaldırmaq üçün stimul oldu. Gürcüstanın SOL saytında qərb Solçularının, ingilisdilli marksist jurnalların həmçinin bizim Rabkorun aşkarından çox məmnunam.
Gürcüstanda kitablar, jurnallar demək olar ki, SOL ədəbiyyatı yoxdur, olanlar da Rusiyadan və qərbdən gətirilənlərdir. Lakin ədəbiyyatın olmaması özünütəhsil üçün ehtiras yaradır. Fəalların əldə etdikləri hər hansısa ədəbiyyat dərhal hamı tərəfindən oxunur. İnternet həqiqətən dünyaya bir pəncərə olur.
Solçuların bir neçə saytları, partiya ofisi (bu Tbilisi Dövlət Universitetinin yaxınlığında şəxsi mənzildir) və hətta İctimai Tədqiqat Mərkəzi olan – “think tank” mövcuddur. Burada nəzəri müzakirələr aparılır, siyasi vəzifələr və təşkilati məsələlər müzakirə müzakirə olunur.
Bir neçə il bundan qabaq Gürcüstanda açıq şəkildə sol ideyalara mənsubluğunu bildirmək, xüsusən özünə marksist adlandırmaq riskli idi. Buna görə indi də müəllimi universitetdən, işçini isə işdən qova bilərlər. Lakin hərəkatın artımı insanlara inam verir.
Nikusha hələ təhsil müddətində Marks ləqəbini almışdı, çünki bütün kursda yalnız o Kapitalı oxumuşdu. Həmçinin Keynsi də ondan başqa heç kim oxumamışdı. Nikolay Kondratyev adı iqtisadçı tələbələrə heç qeyd edilməmişdi. Yalnız iqtisadiyyatın bu səviyyədə olmasını düşünmək ədalətsizlik olardi. İncəsənət Akademiyasında da eyni problem yaşanır. Üsyançı tələbələr özləri burada, “Azad emalatxana” yaratdılar.
Biz hesab edirik ki, Rəssamlıq Akademiyası və ümumiyyətlə universitet – təcrübəli və gənc nəslin, müəllim və tələbələrin bütün səylərilə yaradıcı əməkdaşlıq şəraitində inkişaf və özünütəstiq məkanıdır. Əgər bu müəyyən etmə doğrudursa, Tbilisi Dövlət İncəsənət Akademiyası sadəcə mövcud deyil. Bu sadəcə adlandırmadır, hansının ki, arxasında öyrənmə və yaratma sevinci əvəzində bürokratik və avtoritar bir mühit mövcuddur.
Akademiyanın dağılmaqda olan binasında yerləşən “Azad emalatxanada” çıxış zamanı mən daha çox  mədəniyyət və təhsil haqqında danışmaqlarını gözləyirdim, amma tam əksinə, tələbələr  sosializm haqqında, siyasi məsuliyyət haqqında, xalq hakimiyyətinin bürokratik rejimə çevrilməməsi üçün nə etmək lazım olduğundan danışmaq istədilər.
Tbilisi Universiteti gənc solçu fəalların siyası məsələləri müzakirə etmək və kitabları mübadilə etmək yerinə çevrilir. Çoxları isə Facebook vasitəsilə tanış olub əlaqə saxlayırlar. Solçuların sayı artır. Bu hələ kütləvi təşkilat demək deyil, amma bu sadəcə olaraq ziyalı və nəzəriyyəçilərin yaratdığı bir qrup da deyil. Və ən əsası onların insanlara demək üçün və dominant ideologiya ilə müzakirə aparmağa hər zaman sözləri var.
…Moskva qonaqlarını yola salma ənənəvi gürcü qonaqlığı ilə yekunlaşdı. Bu ənənəni heç  bir neoliberalizm, kapitalizmin protestant ruhu aradan qaldıra bilməz. “İnsanlıq, şərəf və həmrəylik üçün”, “Kapital üzərində qələbə” və “müstəqil və sosialist Gürcüstanın Rusiya ilə dostluğunun şərəfinə”  nitqlər söyləndi. Mən də öz növbəmdə sağlıq dedim. “Sosialist əqidəsinin Gürcüstan cazibəsi ilə birləşməsinin şərəfinə”.

 

Rusca orijinalı

                                                             (c)SOLFRONT

 

Oxşar yazılar:

Baxış sayı:8543