abunə ol: Yazılar | Şərhlər | Еmail

RAF – Qırmızı Ordu Fraksiyası

Şərh

Rote Armee Fraktion-Qırmızı Ordu Fraksiyası.

Çox da böyük olmayan və lazımi dərəcədə təşkilatlanmış şəhər gerillası sərəncamında silahlı güc, ordu, xüsusi təyinatlı qüvvələri, polis və praktiki tükənməz maliyyə və insan resursu olan dövlət aparatına qarşı effektiv nəticə əldə etməyə qadirdir. Bu formatda mübarizənin üstünlüklərini 30 il ərzində 300 nəfərdən ibarət RAF göstərdi. RAF Avropada bu formatda yaranmış ilk birlik idi. 60-ci ilər tələbə hərəkatlarından və üsyanlarından sonra tam formalaşmış ardıcıl təşkilata çevrildi.
Pasifist xarakterli hadisələr 1968-ci ilin mayında Parisdə başlasa da, solun – şəhər gerillası modelində triumfu RAF oldu. Düzdür, bu qəbildən olan bir çox təşkilatlar və silahlı qruplar bütün Avropada, Yaponiyadan tutmuş Uruqvaya (ilk dəfə burada Tupamaros 1963cü il) qədər hər yerdə yaranmışdı. Ancaq Almaniya kimi ölkədə bu bir qədər  fərqli  oldu. Daha üzunmüddətli-ardıcıl,  mübariz nəsillər bir-birini əvəz etdi (İtalyada daha sonra oxşar proseslər gedəcək).
“Yuxarı”larda bu günəcən RAF xofu var.

Andreas Baaderin azad edilməsi ilə bağlı bəyanatdan.

“Sinfi mübarizə genişlənir                                 Die Klassenkämpfe entfalten.
Proliateriat təşkilatlanır                                  Das Proletariat organisieren
Silahlanmış müqavimətlə başlanır                   Mit dem bewaffneten Widerstand beginnen.
RAF yaranır   !                                                  Die  Rote Armee aufbauen!

Yollunu azmışlara ədalətdən danışmağın heç bir mənası yoxdur. Buna biz çox çalışdıq. ”Baaderi azad etmə aktını” biz intellektual boşboğazlara, qorxaq, ”hər şeyi bilənlərə” deyil, əksinə xalqın potensial inqilabi hissəsinə açıqlamalıyıq. Bu o deməkdir ki, onlara, hansılar ki, bu addımı anlaya bildi, çünki onlar özü məhbəsdədir. O “sol” müzakirələrə heç nə verə bilmədi, çünki nəticəsiz və hərəkətsiz qalmışdı. Bu bizi doydurdu.
Sonda deyirik, her şey arxada qaldı, Baaderin azad edilmesi başlanğıcdır! Qarşıda donuzların sonu gözlənilir! “

Pafoslu görünən bu açıqlama Agit 883-da (agitasiya və sosial təcrübə üçün kitabça, qəzet çap edən inqilabi mətbu orqan) yoldaşlarına müraciət formasında çap olunur. Bəyanatın tam mətni Almaniyadakı polis rejimi, senzuradan başlamış 3-cü dünya ölkələrinin ümumi vəziyyətinə, onların ekspluatasiyasına yaxın gələcəkdə sözdən əmələ keçmə etirazı idi.

Ulrike Meinhof

Ulrike Meinhof

 

Andreas Baader barəsində 2 aprel 1968-ci il Frankfurtun 2 ticarət mərkəzindəki yanğında iştirakına görə 3 illik həbs cəzası çıxarılmışdı. Cəza müddəti başlayana kimi Baader, Gudrun Ensslin və Thorwald Proll müvəqqəti sərbəst  buraxılmışdı. Hamburqda jurnalist Ulrike Meinhofun yanında  qalan Ensslin və Baaderlə, vəkil Horst Mahler, digərləri Latın Amerika gerilla nümunəsində (Tuparamos) ilk birliyi yaradır. Militant qrup kimi  fəaliyyətə başlamaq üçün Parisə daha sonra isə Romaya gəlir.Qərbi Almaniyaya döndükdə Baader Peter Urbach adlı satqına görə 4 aprel 1970-ci ildə ələ keçir. Tutulduqdan sonra  RAF ilk öncə onu azad etməyi qərarlaşdırdı. Tegel cəza evindən birbaşa qaçırmaq mümkünsüz idi.

Plan hazırlanır. Plan ondan ibarət idi ki, Ulrike Meinhof özünün jurnalist avtoritetindən istifadə edərək, həbsxana administrasiyasını məhbus Baaderin Sosial Araşdırma İnstitutunun (Deutsche Zentralinstitut für soziale Fragen) kitabxanasına həftədə bir neçə dəfə baş çəkməsinə imkan verməsinə nail olmalıdır. Səbəb kimi onun jurnalistlə birgə “Regional Gəncliyin Təşkilatı” (Organisation randständiger Jugendlicher) başlıqlı kitab yazmaları göstərilir və kitab isə payızda dərc olunmalıdır. Hüquq inspektoru tələbi rədd edir.
Yalnız 2 gün əvvəlki(12 mayda) türmə rəhbərliyi ilə vəkil Horst Mahlerin görüşündən sonra yalnız bir dəfə üçün 3 saatlığa icazə alınır.

Bir gün əvvəl, 13 may. Goergens və Schubert Berlin institunda olur.  “Kriminal gəncliyin terapiyasının mümkünlüyü” („Möglichkeiten der Therapie krimineller Jugendlicher“) mövzusunda araşdırma işi növbəti günə təxirə salınır. Bu zaman Ulrike Meinhof da institutda görünür. Baaderle görüşə hamı və hər şey hazırdır.

14 may 1970-ci il saat təqribən 9:45də. Türmə maşını Sosial Araşdırma İnstitutunun (Qərbi Berlinin imtiyazlı rayonlarından birində yerləşir) yaxınlığında dayandı.Meinhof artıq içəridə onu gözləyirdi. Baader oxu zalına daxil olanda o diqqətlə kartotekaya baxır və özünü çox sakit aparır. Nəzarətçilərdən biri ətrafa göz gəzdirir, yaxınlaşıb özünə xas tərzdə pəncərələri yoxlayır və yalnız bundan sonra məhbusun qandallarını çıxarır.
Onlar 75 dəq stol arxasında oturdular. Bu arada jurnalları vərəqləyib qeydlər edirdilər.
Qapının zəngi çalındı. 64 yaşlı kitabxanaçı Georg Linke bayırda 2 qız görür. Bu qızlar gənc RAF üzvləri Ingrid Schubert(16 yaşlı) və Irene Goergens ( 19 yaşlı) idi. Onlar Linkdə ilk baxışda qorxu yaratmadığı üçün o qızlara koridorda gözləməyə icazə verdi. Yenidən zəng çalındı. Kitabxanaçı tələsmədən qapıya yaxınlaşır. Bu vaxt Schubert və Goergens qocanı “qarşılayıb” onun önünə keçir və giriş qapısını açaraq digərlərini içəri buraxırlar.
Xarici görünüşünü dəyişdirmiş Gudrun Ensslin və əli silahlı maskalı kişilər zorla kitabxanaya girir. Linke qışqırır və sonra gizlənməyə cəhd edir. İlk atəş ona açılır. Güllə qaraciyərin nahiyəsindən həyat üçün təhlükəli yerdən Linki yaralayır. Link bir müddət əvvəl aldığı yaradan yerdə uzanır. Schubert və Goergens portfellərindən qaz tapancalarını götürür. Bu vaxt basqınçılardan dördü artıq əsas zala soxulmuşdu. Türmə mühafizə heyəti müqavimət göstərməyə çalışır. Əlbəyaxa döyüşə çıxan mühafizəçilərdən biri tapancanı qarşısındakından ala bilir amma Schubert və Goergens qaz tapancasından qaravolçunun üzünə bir neçə dəfə atəş açır. Ulrike və Andreas Baader pəncərədən tullanır. Bir neçə saniyədən sonra qaravolu silahsızlaşdırıb digərləri onların arxasınca gəlir. Onlar qapıdan qaçır və binanın küncündə mühərriki işlək sükan arxasında gözləyən Astrid Prollla uzaqlaşırlar.

8 İyunda 2 dəstə RAF üzvü İordaniyaya, FXAC-ın (Corc Həbəşin düşərgəsi – Fələstin Xalq Azadlıq Cəbhəsi) düşərgəsinə hərbi təlim keçməyə yollanır. 15 iyunda Der Spiegel Ulrike Meinhofun  “Və əlbəttə atəş açıla bilər”  fikrini  işlətdiyi  lentin yazısını dərc edir. RAFin beyni Manfred Grashof, Petra Schelm və Ali Jansen ilə birlikdə ilk dəfə bank soyğununa qoşulur.

29 sentyabr 1970-də saat 19:48də Sparkasse bankının Qərbi Berlin Altonaerküçəsindəki 22 nömrəli fillialına

Petra Schelm

başlarında yun beretlər gözlərində qara günəş eynəklərlə 4 nəfər ildırım surəti ilə daxil olur.Hücuma başçılıq edən Ulrike Grashofla birlikdə təhlükəsizliyi təmin edirdi. Soyğunçuların vəzifəsi müştəri və işçiləri tüfəng ilə nəzarət altında saxlamaq idi, amma onlardan hansısa qəhrəmanlıq etmək istəsə, atəş açılmayacaq qundaqla zərərsizləşdiriləcəkdi.

“2 iyun” üzvü Petra Schelm kassiri kənarlaşdırdıqdan sonra kassadan 8.115 alman markasını götürmüş, amma oradakı 97.000 marka fikir verməmişdi. 2 dəqiqə sonra Ulrike geri çəkilmə əmrini verir və RAFçılar oğurluq maşına doğru qaçıb hadisə yerindən uzaqlaşırlar. Hücum vaxtı Ulrikenin soyuqqanlı görsəndiyi nəzərə çarpsa da, sonradan ayaqları tir-tir əsirdi.

Paralel olaraq bu vaxtdan sonra “2 iyun hərəkatı” adını alacaq qurum “Bluesçularla” birgə Berliner Bankın Rhein küçəsindəki şöbəsini və Qərbi Berlin Südwest-Korsodakı Sparkassenin 92 nömrəli şöbəsini soyur və geriyə kağızda ismarıc şəklində “Xalq düşmənlərini milliləşdirin!” yazısını qoyurlar. Nonnendam Bulvarındakı Sparkassenin 83-cü fillialına hücum isə uğursuz olur, çünki qarşılarına bir inşaat körpüsü maneəsi çıxmışdı.

Beləliklə, üç bankdan 10 dəqiqə ərzində ümumi miqdarı 217.449 alman markası oğurlanmışdı.

Qrupun gizli evləri polis tərəfindən bilinmirdi. Avqustun ortalarında  tanış olduqları bir maşın ustası pul qarşılığında onlara oğurlanmış maşınların rəngi, mühərrikin və maşının seriya nömrələrini dəyişdirir. Horst Mahler parik taxır, digərləri günəş eynəkləri və beret geyinərək gizlənirdilər. Ulrike isə saçını kəsib sarıya boyamışdı.Ara-sıra onları tanıyanlar olurdu, lakin polisə gedib xəbərləyənlər demək olar ki yox idi.

“2 iyun hərəkatı”-1967-cı il 2 iyunda İran şahı Qərbi Berlinə ziyarət edən zaman baş verən etiraz aksiyasına 23 yaşlı tələbə-teoloq Benno Ohnesorgun vurulması hadisəsini özlərinə başlanğıc nöqtəsi kimi götürən terror qrupun adı idi. ”2 iyun hərəkatının” əsasını qoyanlar-Teufel,Kunselman, İngrid Zipman və Georg von Rauch idi. Əgər RAF-ı öz “dünyalarını” tərk edən və varlı ailələrdən çıxmış  orta yaşlı nəsl yaratmışdılarsa (Andreas Baader idealist- filosof Franz Xaver von Baaderin, Gudrun Enslin  filosof  Hegelin, Ulrike Meinhof  şair  Friedrich Hölderlin, Jan-Carl Raspe “Baron Münhazen”in müəllifi, yazıçı  Rudolf Erich Raspenin nəslindən, Horst Mahler  bəstəkar Gustav Mahlerin qohumu idi),”2 iyun hərəkatı” – tələbələr, sol kafelərdə əylənən ədabazlar, müxtəlif kommuna üzvlərindın ibarət idi və daha libertar təşkilat hesab olunurdu. RAF-da olduğu kim onlarda  mərkəzi idarəetmə və ya rəhbərlik mövcud deyildi. Onların bəzi gözəl jestləri isə qrupun zəifliklərinə çevrilmişdi. Qrup üzvləri bank soyğunları zamanı kassirlərə keks yedizdirir, Teufela məhkəmə hökmü oxunarkən əlləri üstə başı aşağı duraraq durur və məhkəməni ayaqları havada görmək istədiyini bildirirdi.

Lakin təbii ki, RAF bu hərəkatdan daha çox partlayış və ekspropriasiyalar*  təşkil edir və banklardan daha çox pul oğurlayırdı ki, bu da təşkilati baxımdan üzvlərin intellektuallardan qurulmuş olması, hər hansə digər cinayətkar bandadan daha effektli fəaliyyətin sübutudur.

Bir sonrakı “terrakt” – Maobit Cəza Məhkəməsinə bombalı hücum etməyi fikirləşirdilər və bu hücumun sol arasında böyük simpatiya qazanacağından əmin idilər. Ancaq ondan əvvəl qrupu böyütmək lazım idi, bunun üçünsə daha çox silaha və daha çox pula ehtiyacları vardı.

 

Andreas Baader və Gudrun Ensslin

Oktyabrın ilk günlərində günorta saatlarında naməlum şəxs Qərbi Berlin polisinə zəng vuraraq “Bir saatdan sonra Andreas Baader, Ulrike Meinhof və Gudrun Ensslin  Knesebeck küçəsi 89da olan Hübnerin evində görüşəcəklər” məlumatını verir. Polis evi basanda 17:40-ı göstərirdi. Əgər Brigitte Asdonk və İrene G. xəbərlərə qulaq asmış olsaydılar ələ keçirilməyəcəkdilər. Çünki artıq 18:00-dan bəri Horst Mahlerin tutulduğu xəbəri radiodan verilməyə başlamışdı və beləliklə içərisində 19 yaşlı İrene G. də daxil olmaqla artıq Qərbi Berlində radikal solun 40 nəfəri həbsdə idi.

Buna baxmayaraq 1971-ci il RAF ili kimi başlayır. Kasseldə bank soyğunu zamanı 100000 mark pul  götürülür.

1971-ci ilin 15 iyulunda saat 16:16-da  Alman Xəbər Agentliyi Ulrikenin Hamburgda polislə atışmada vurulduğu xəbərini yayır. Amma bu dezinformasiya idi, vurulan Ulrike yox “2 iyun hərəkatı”nın üzvü  Petra Schelm olur. Polisin dediyinə görə, qadın tapançasını çıxarıb onu vurmaq istəyən polisə atəş açır lakin tuşlaya bilmir. Bunu görən polis qarşılıq olaraq qadını sol gözünün altından vurur. Der Spiegel müxbiri Hamburg polisi mətbuat katibinə “niyə ayağa deyil, başına atəş açmısınız?” sualını verəndə polisin cavabı qəribə olur: “Siz heç müharibədə olmusunuz?” Beləliklə, dövlətlə RAF arasındakı müharibədən ilk ölən Petra Schelm olur.

RAF-ın ilk nəsli insanların bu və ya digər şəkildə öldürülməsinə qarşı mövqe qoymuşdular və bu manifestdə də vurğulanırdı. Lakin Hamburgda 20 yaşlı Petra Schelmin və Georg von Rauchla Thomas Weisbeckerin (“2 İyun hərəkatından”) polislər tərəfindən yaxın məsafədən və şahidlərin ifadəsinə görə canlı tutmaq istəmədən qəsdən öldürülməsinə görə onlara yönəlmiş polis vəhşiliyinə qarşı dura bilmək üçün  individual terror və qətllər törətməklə dövlət “repressiyası” ilə mübarizə üsulu seçirlər.

Xalqın RAF-a olan simpatiyası getdikcə artmaqda idi. Bu dövlət orqanlarını təəccübləndirməyə bilməzdi. O dövrün məşhur “Ulrike Meinhofa qapınızı açardınızmı?” sualına artıq xalq pozitiv cavab verirdi. Bununla da Baader-Meinhof qrupu üçün ev məsələsi asanlıqla həll olunurdu.

RAF 1971-1972-ci ilin qışında artıq təxminən 8 qrupdan ibarət idi. Ən yaxşı özək Hamburqda, Qərbi Berlində, Frankfurtda və Ştutqartda qoyulmuşdu. Bu dövr ərzində RAF-çılar müxtəlif vaxtlarda saxta pasportlarla əvvəlcədən təyin olmuş yerlərdə görüşür, vəziyyəti dəyərləndirir, həyata keçirilən həbslərə uyğun  olaraq növbəti addımlarını analiz edirdilər. Əslində, Andreas Baaderin qaçırdılmasından 2 il və silahlı mübarizə aparmaq qərarının verilməsindən 2 ildən çox keçməsinə baxmayaraq hələ bir dənə də olsun siyasi hücümlar edilməmişdi. Etdikləri yalnız özlərini qorumaq, sığınacaq və pul təminatı və bir də hazırlıq üçün idi. Nəyə hazırlıq?

2 aprel 1972-də Ulrike Meinhofla Klaus Jünschke atıcılıq təlimi üçün getdikləri Frankfurtdan yanlarında Gudrun Ensslin, Andreas Baader, Jan-Carl Raspe və Holder Meinsla Hamburqa qayıdırlar. Meşənin içindəki hasarın qıfılını qırıb daxil olduqları DEUTAG şirkətindən qaynaq maşınını və bazalt işlətmələrinin olduğu binalarından partlayıcı maddələr oğurlayırlar. Artıq demək olar ki 1972-ci il May Hücumu üçün bütün vəsaitlər hazır idi.

11 may 1972, Frankfurt: ABŞ hava qüvvələri Şimalı Vyetnamda bütün limanları minalayır, Hanoi, Haiphong və Thanh Hoa əyalətini bombalamışdı. RAF 80 kq TNT ilə hazırlanmış 3 əldəqayırma bombanı  ABŞ-ın İG-Farben-Binasında olan 5-ci qərargahını partladır. Böyük dağıntının baş verdiyi hücumda polkovnik leytenant Paul A.Bloomquist ölür və 13 nəfər yaralanır. Bu aktı RAF – “Petra Schelm komandası” öz üzərinə götürür (terraktların altına ölmüş yoldaşlarının adına yaradılmış müxtəlif alt qrupların “imzasını atırdılar”).

12 may 1972, Augsburg və Münhen: Frankfurtdakı partlayışdan düz bir gün sonra 12:15-də RAF-“Thomas Weisbecker komandası” Münhen Əyaləti Kriminal Dairəsində bir və Augsburg Təhlükəsizlik Şöbəsinə iki bombalı hücum edir. Augsburgda 5 polis yaralanır, Münhendə 60 maşın zərər görür.

16 may 1972, Karlsruhe: RAF – “Manfred Grashof komandası”, Federal yüksək məhkəmə hakimi Buddenbergin maşınını partladır. Özü maşında olmasa da, onun həyat yoldaşı orda olur və ciddi xəsarət alaraq şikəst qalır.

24 may 1972, Heidelberg: Amerikan ordusunun hissələrindən birinə hücüm edilir. Bu hərbi hissə ABŞ ordusunun Avropadakı Baş Qərargahı idi. Və bu dəfəki hücumu hazırlayanlar RAF – “15 iyul komandası” idi.

19 may 1972, Hamburg: Axel Springer Mətbuat Evinə edilən hücuma Ulrike Meinhofda qatılır. Saat 15:29 radələrində qrupdan biri ora zəng edib “15 dəqiqə içərisində iki bomba partladılacaq, oranı boşaldın” xəbərdarlığını verir. Lakin bu xəbərdarlığa ikinci telefon zəngindən sonra belə inanmırlar. 15:36da polis mətbuat evinə zəng etdiyində isə artıq gec idi. 15:55də iki bomba partlayır – ikisi ağır olmaqla 17 nəfər yaralanır. RAF- “2 iyun komandası” bu açıqlamanı verir: “Springer səhv ola biləcək bir bomba həyəcanı səbəbindən bir neçə iş saatının, yəni mənfəət itirilməsini gözə almadığından  işçilər və digərləri partlayan bombadan xəsarət almışlar. Kapitalistlər üçün mənfəət hər şeydir, onu yaradan insanlarsa zir-zibildən başqa bir şey deyildir. Hücumda işçilər və digər heyət üzvlərinin yaralandığı üçün heyfslənirik”.

1972-ci ilin 1 iyununda Andreas Baader, Holger Meins və Jan-Carl Raspe  Frankfurt polisinin böyük əməliyyatı ilə yaxalanırlar. Hofeckwegdə bir qarajda meydana gələn atışma polisin sayca çox olmasına baxmayaraq 2-3 saat çəkir. Qarşılarında 150 nəfər polis ilə atışan 3 nəfərin qurtulma şansının sıfır olmasına baxmayaraq təslim olmamaları Federal Kriminal Dairəni təəccübləndirir. Lakin bu atışma çox uzun çəkmir, polis qrup üzvlərini yaxalamağa nail olur.

7 iyunda Gudrun Ensslin Junfernsteigdəki bir butikdə jaketində olan tapanca diqqəti çəkməsinə görə həbs olunur. Ayın 9-u Qərbi Berlində Brigitte Mohnhaupt və Bernhard Braun da həbs olunur.

Çox keçmir ki, 15 iyunda Ulrike Meinhof da tutulur. Gerd Müllerlə birgə qaldığı Walsroder küçəsindəki evə edilən basqında fiziki zorakılıq görərək həbs edilir. Axtarışların son həftələrində Ulrike Meinhof 150 min polis üçün bir nömrəli dövlət düşməninə çevrilmişdi və ilk əvvəllər polisin kimi ələ keçirdiyindən xəbərləri belə yox idi.

Əməliyyat başçısı Schmidtin dediyinə görə tutulanda Ulrike Meinhof bitkin halda yəni cəmi 45 kiloqram, fiziki və psixoloji tükənmək ərəfəsində idi. Media isə polisin onların “qabağına atdığı məlumatları” zövqlə yayımlamaqda idi; Meinhof, çökmüş halda, çox bayağı davranışları ilə qabağına gələn hər kəsi söyüb acılayırmış. Halbuki, bu Meinhofa başdan bəri onun “intiharına” kimi davam edəcək psixoloji təzyiqdən başqa bir şey deyildi. Bir tərəfdən də keçmiş həyat yoldaşı Klaus Rainer Röhl Konkrete jurnalında Ulrikenin səs gətirən tutulmasından istifadə edərək reyting qazanması, onun qızları ilə  həbsxana da görüşməməsi üçün həmlələr etməsi öz təsirini göstərirdi.

16 iyunda Federal Kriminal Dairə tərəfindən Köln – Ossendorf həbsxanasına aparılarkən qadın psixiatriya şöbəsinin səssiz bölməsində – “ölü korridorların”  təkadamlıq türmə kameralarında saxlanılır. O belə ağır və dözülməz şəraitdə 9 fevral 1973-ə kimi yəni 238 gün qalmalı olacaq. 29 aprel 1974-cü ildə isə Ulrike Meinhof və Gudrun Ensslin Stuttgart – Stammheim Həbsxanasının böyük betonlarını helikopterin yaxınlaşması ilə görə bilirdilər. Artıq  həbsxananın 7-ci mərtəbəsinin yeni sakinləri onlar idi.

RAF-ın birinci nəsil nümayəndələrindən təqribən 40 nəfər həbsxanada müntəzəm olaraq saxlanılma şəraitinə etiraz olaraq aclıq aksiyaları

Ulrike həbsdə

keçirirdilər. Aclıq aksiyası zamanı  Holger Meins  vəfat  edir. Ölümündən bir gün sonra Qərbi Berlin Ali məhkəməsinin 64 yaşlı sədri Günter von Drenkmann ad gününü qeyd edirdi. Şənliyin ortasında qapı çalınır, ev sahibi qapını açır və qarşısında 2 gənc gözə qadın görür. Biri gül dəstəsini ona doğru uzadır, digəri avtomatı çıxarıb hakimin leşini yerə sərir. Bu “2 İyun Hərəkatı”ndan olan qızların Holger Meinsın ölümünə görə qisası idi.

Bundan sonrakı növbəti effektli aksiya 24 aprel 1975ci ildə saat 01:50də Qərbi Almaniyanın Stockholmdakı səfirliyinə hücum olur. 12 səfirlik işçisi,səfir Dieter Stoecker, hərbi attaşe  Andreas von Mirbach, iqtisadi məsləhətçi Heinz Hillegaart və mədəniyyət üzrə məsləhətçi Anno Elfgen də daxil olmaqla Federal Almaniyada saxlanılan 26 siyasi məhbusun azad edilməsi qarşılığında əsir götürülür. Federal Almaniya hökümətinə və İsveç krallığına “Holger Meins komandasının” müraciətinə görə tələbləri məhbusların Rhine-Main aeroportuna vəkillərinin müşaiyəti ilə buraxılması idi, orada onları yanacaqla dolu Lutfhans Boeing 707 gözləyəcəkdi.O cümlədən məhbusların hərəsinə 20.000 dollar məbləğındə pul verilməsi tələb edilirdi. Lakin tələblər yerinə yetirilmir, bu onlara 2 səfirlik işçisinin ölümünə başa gəlir. Qeyd edilməlidir ki, Qərbi Almaniyanın CDU(xristian-demokratik birliyi) lideri Peter Lorenzin uğurlu oğurlanması ilə RAF-çıların buraxılması, Dernkmannın öldürülməsi, Stockholmda səfirliyin basılması yeni terror dalğasının qalxmasına güclü təsiri olur.

Və 9 may 1976-cı il saat 8:15. Ulrike Meinhof kamerasında  4 metr hündürlukdəki pəncərə barmaqlıqlarından əldə düzəlmə nazik iplə asılmış şəkildə ölü tapılır. Hər 15 dəqiqədən bir yoxlanıldığı şəraitdə, bu hündürlükdən və çəkisini qaldıra bilməyəcək kəndirlə, boyun onurğasına zərər vermədən, həm də məhkəmədə müdafiənin uğurlu bir hücuma keçdiyi bir dövrdə…

1976-cı ilin Mart ayında bacısı ilə həbsxana görüşündə Ulrike: “Əgər bir gün intihar etdiyimi söyləsələr, bilin ki məni öldürüblər”.

 

7 illik vicdan mübarizəsindən sonra, Ulrikenin dəfni...

Tibbi ekspertiza zamanı isə üzərində sperma izlərinin hardan düşdüyünün əsaslandırmasına lüzumsuz görülməsi ayrıca mübahisə mövzusu olmaqda qalır.

Bunun qarşılığında Ulrikeni son mənzilə maskalı 4000 tələbə yola salır, bütün Almaniyada kütləvi nümayişlər keçirilir, o cümlədən İtaliya və bütün Avropada. Ənənəvi sol və liberallarsa ondan üz döndərmişdilər, analığı Renata Reimeck dəfn mərasiminə belə gəlməmişdi, qızlarına isə orda iştirak etməyə icazə verilməmişdi.

 

Növbəti hücumlar:

30 iyul 1977. Dresdner Bankı müdiri Jürgen Pontonun şəhərkənarındakı villasında öldürülməsi.

5 sentyabr 1977. Federal Almaniya İşverənlər Birliyinin sədri Hanns – Martin Schleyerın qaçırılması.

Bundan yaxşı qurban fikirləşmək mümkün deyildi – tələbə həmdə buruq fəhləsi olduğu zaman SS tələbə təşkilatıının keçmiş lideri olmuş, üzü duellərdə aldığı çapıqlarla dolu bu piyli kifir. Bu əclaf  SS faşist elitasının Qərbi Almaniyanın bazar iqtisadiyyatında inkişafını simvolizə edən şəxsiyyətlərdən idi. O, 7-8 nəfərlik qrup tərəfindən tutulur, bununla belə əlbəyaxa döyüş ustası 3 mühafizəçinin müqavimət göstərə bilmədən tələbə-RAFçılar tərəfindən öldürülür.

13 oktyabr 1977. Lufthansa təyyarəsinin Moqadişu-Somaliyə qaçırdılması.

Korf – Kaddum adlanan əməliyyata başçılığı milliyyətcə qarışıq fələstin-türk “terror” qruppası olan “Martyr Halimeh komandası” edirdi. Uçuş nömrəsi LH 181 olan Palma de Majorcadan Frankfurta yollanan Lufthansa  737 təyyarəsi komandanın nəzarətinə keçir. Müraciətdə qeyd olunur ki, bu əməliyyat sentyabrın 5-ində fəaliyyətə başlamış RAF-ın “Siegfried Hausner komandasının” məqsədlərini və tələblərini dəstəkləyir.Əsirlərin buraxılması qarşılığında isə onlar bir sıra “terroristlərin” o cümlədən Baaderin buraxılmasını tələb edirdilər. 18 oktyabrda İsrail  GSG-9 kontur-gerilla xüsusi xidmət dəstəsi təyyarəyə hücum təşkil edir və Moqadişuda edilən əməliyyatda təyyarəni qaçıran qrup üzvlərinin 3-ü öldürülür.

Ertəsi gün Almaniyanın ən yaxşı mühafizə olunan həbsxanasında-Stammheimda Andreas Baader, Gudrun Ensslin, Jan Carle Raspe öz kameralarında ölü tapılır. Maraqlıdır ki,ölmüş Baaderin çəkmələrinin altında Moqadişudakı səhra qumuna identik qum hissəcikləri tapılır. O cümlədən kamerada silah və radioqəbuledicilər tapılır, özüdə ən ciddi yoxlanılan bu cür həbsxana rejimində. ”Məlum olur ki” dünyanın ən sərt nəzarət edilən cinayətkarlarının əlləri altında bütöv bir silah arsenalı mövcud idi, halbuki, onları ziyaratə gələn vəkili belə az qala rentgen şüası altından keçirirdilər. Daha bir şübhəli tərəf Baaderə açılan atəş uzaqdan və arxa tərəfdən olub, həm də böyük kalibrli silahdan. Sual olunur belə intihar necə ola bilər?

 

1977-ci il dəfn mərasimi

Həmin gecədə bir nəfər özünə “qəsd eləmədi”. İmqrad Möller –bu qadına sinə nahiyyəsinə 4 bıçaq zərbəsi endirilir. Perikardı (ürək kisəsi) zədələnən Möller gözlənilməz təsadüf nəticəsində sağ qalır.

Stammheimın ”mifik” təhlükəsizliyi  bu „dövlət terroru“yla  “Alman payızı”nda sona çatdı.

 

*ekspropriasiya – mülkiyyətin zorakı yolla müsadirəsi

 

Hazırladı: Nigar Ərəbli, Şerif Abde                            (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:36182