abunə ol: Yazılar | Şərhlər | Еmail

Manuel Qarsia – Üsyanın qaydaları

Şərh

Hüquqları pozulanlar üçün: Əgər azadlıq istəyirsinizsə bunu özünüz əldə etməlisiniz. Bu yolda köməyə ehtiyac duysanız, demək, azadlığa layiq deyilsiniz. Deyilənləri bütün incəliklərilə qavrasanız, bunun beynəlxalq münasibətlərin təşkilində istifadə olunan ən mühüm siyasi qanunlardan olduğunu görəcəksiniz.
Hökumət tərəfindən təzyiqlərə məruz qalırsınızsa: diktatura, monarxiya və ya ədalətsizliklərlə dolu bir idarəetmə formasına malik dövlətin sakinisinizsə və hakimiyyəti devirmək, sizi istismar edənləri cəzalandırmaq, bütün tələblərinizi qarşılayacaq hökumət qurmaq, siyasi azadlığınızı əldə etmək və digər hüquqi imtiyazlar əldə etmək istəyirsinizsə, bunun ancaq sizin özünüzdən asılı olduğunu unutmayın. Ətraf qüvvələrdən kömək gözləməyə dəyməz.
Bunun səbəbi sizin azadlığınızın digər dünya dövlətləri üçün təhlükəli olmasıdır. Bu dövlətlərdə də sizdəki mövcud rejim hakimdir. Qarşılıqlı əlaqələrdə ola biləcək hər hansı bir nizamsızlıq, onların istəyinə uyğun olmayacaq, qonşu ölkələrin planlarının pozulmasına gətirib çıxaracaqdır. Sizin dövlətinizin digər dövlətlər arasında “yaxşı” ya da “pis” imicə sahib olması vacib deyil, sadəcə, onlar mövcud qarşılıqlı təsir protokollarını təqdim etməyə, normal müəssisə xərcinin pozulmasına və gələcəklə bağlı qayğılar yaratmağa vərdişkardırlar.
Başqa sözlə, əgər istismarçı rejiminizi yıxmaq istəyirsinizsə, xarici əlaqələrinizin pozulmasını minimuma endirmək üçün bunu sürətli bir şəkildə etmək məcburiyyətindəsiniz. Daha dəqiq desək, dövlətinizin qısa müddət ərzində və tamamilə dəyişməsi, cəmiyyətin böyük bir hissəsinin sizin üsyanınınızı dəstəkləyəcəyi halda ola bilər.Əgər “tiran”-ı uğurla hakimiyyətdən uzaqlaşdırmaq və beynəlxalq aləmdə hökumətin qanuni varisi olaraq qəbul edilməyi arzulayırsınızsa, problemi, təcrübə və əzici inqilabi gücü birləşdirməklə, gizli şəkildə, əvvəldən axıra kimi təkbaşına, bütünlüklə və müvəffqiyyətlə həll etmək lazımdır.
İctimaiyyətdəki ədalətsizliklərə göz yuma bilməyən insanlar var. Onlar sürətli və inamlı şəkildə bütün haqsızlıqlara qarşı çıxırlar. Əgər bəxtləri gətirməsə onlar “tiran” tərəfindən təcrid edilər və üsyanın qarşısı tezliklə alınar. Yox, əgər uğur onlarla olsa, ucqar bölgələrdə gizli partizan dəstələri şəklində fəaliyyət göstərə bilərlər. Bu cür partizan hərəkatları rejimlərin devrilməsinə qarşı dövlətin güclərindən bütünlükdə istifadə etməsinə mane olur. Digər dövlətlərin bu dəstələri terrorist adlandırması və onların məhv edilməsi üçün dəstək ğöstərməsi halı qaçınılmazdır, çünki bu dəstələrin varlığı xarici dövlətlərin bölgədəki maraqlarına zərbə vurur və onların narahatlığına səbəb olur. Beynəlxalq aləm, bu üsyançı hərəkatlara, xüsusilə də silahlıdılarsa və şiddətdən istifadə edirlərsə müsbət reaksiya göstərmir. Və sizi səbəblərinizə görə deyil əməllərinizə görə mühakimə edir.
Əgər bir xalq, rejimin ədalətsizliklərinə qarşı çıxmaq, bu yolda mübarizə aparmaq iqtidarında deyilsə və xarici müdaxiləyə arxalanırsa, siyasi azadlığını elan etmək şansını itirəcəkdir. Həmin andan etibarən, ona kömək edən xarici dövlətlərin oyuncağına çevriləcək, hökumət qurmasına baxmayaraq öz azad siyasətini yürüdə bilməyəcək, daim müdaxilələrlə üzləşəcəkdir.
Əgər bir xalqın fikri, siyasi azadlığı üçün yalnız öz arzusu əsasında yüksəlməkdirsə, kritik vəziyyət və sonrasında, hər hansı bir qüvvənin təmin etdiyi vəsaiti qəbul etsə, müvəffəqiyyətli bir inqilabdan sonra ona minnətdar olacaq; əcnəbilərin köməklərini nəzakətlə rədd etsə və tam müstəqil bir milli hökumət qursa ümumi olaraq “yola gediləsi” çətin bir rəhbərlik olaraq qəbul ediləcəkdir. Əgər konkret şərtlər çərçivəsində inqilab etməyi düşünürsünüzsə, əks arqumentsiz və təkzibsiz nə olur olsun, “ləkəsiz dəstəkli bir inqilabın mümkünsüzlüyü” qanun kimi qəbul edilə bilməz. Bu “mümkünsüzlük prinsipi” inqilabların xarici dövlətlər tərfindən “özəlləşdirilməsi”-nə gətirib çıxarar, əcnəbilərin bu dövlətlərə “humanitar müdaxilələr” təşkil etmək adı altında onlara gizlicə nəzarət edər və zəiflətməyə çalışar. Tətbiq olunması asandır: əgər sizə müdaxilə edən əcnəbilər varsa onlar işğalçılardırlar və imperialist məqsədləri ölçüsündə, ev sahibi olan ölkə, dünyanın güc iyerarxiyasında öz mövqeyinə görə asanca dəyərləndirilir. Məsələn, bir Afrika ölkəsi öz qüvvələrini “sülhməramlı” kimi digər bir Afrika ölkəsinə göndərirsə, bunu həmin bölgədə öz təsir gücünü artırmaq üçün edir; ABŞ-ın hər hansı bəhanə ilə bir Afrika ölkəsinə öz kəşfiyyat və hərbi qüvvələrinin bir hissəsini göndərməsi aşkar şəkildə burdakı maraqlarından xəbər verir.
Dünya ictimaiyyətinin rəğbətini gözləyən hər bir inqilab “ləkəsiz dəstəkli bir inqilabın mümkünsüzlüyü” qanununa əsasən hərəkət etməyəcək, rejimi yalnız özü dağıdacaq(beləliklə,gələcək üçün,yıxılacaq olan rejimi istismarçı, zalım, diktator kimi tanıdılması haqqını əldə edəcək). Xarici müdaxiləni qəbuledilməz saymayan hər bir yarımçıq inqilab, “ləkəsiz dəstəkli bir inqilabın mümkünsüzlüyü” prinsipinin maskasına çevrilər və dünayanın bu inqilabın iştirakçıları üçün narahat olmağına dəyməz. Çünki onlar mütləq imperializmin cəsusları və xainləridirlər. İşdir tam püxtələşməmiş bir xalq, hər hansı bir səbəbə görə, diqqətli və uzun müddətli bir hazırlıq keçmədən və plansız şəkildə hakimiyyətə olan nifrətinə görə üsyana başlarsa bütün bu sadaladıqlarımızı onlara da bildirmək, xarici dövlətlərin onlara kömək təkliflərini qəbul etməmələri barədə maarifləndirmək lazımdır. “Ləkəsizliy”-ini qoruyan hər bir uğursuz inqilab insanlıq üçün xidmətlərini davam etdirəcəkdir. Yer kürəsində daima imperializmə qarşı uğurla mübarizə aparanlar var olacaqdır.
Bu son fikir çox əhəmiyyətlidir. Çünki dünyada ən əhəmiyyətli siyasi məqsəd, Birləşmiş Millətlər Təşkilatının qoruduğu, NATO-nun hərbi kompleksinin müdafiəsində olan və sənayeləşmiş ölkələrin qatıldığı, ABŞ və Qərbi Avropanın liderliyindəki kapitalist imperializminə mane olmaqdır. Bu, istismarçı hökumətləri devirmək arzusunda olan yerli xalqları, imperatorluğun mərkəzinin gizli idarəsi altına yerləşən və hədəf ölkələrin milli müstəqilliyini zəiflədən “rəngli inqilablar”-a və “humanitar müdaxilələrə” yenidən aldanmasının qarşısını almaq üçün çox əhəmiyyətlidir.
İnqilabınızın, imperializmin sadiq bir rəqibini zəiflədib zəiflətməyəcəyini, “Vaşinqton konsensusu” imperializmini məğlub etmək üçün ölkəndə və bölgəndəki indiki cəhdlərinlə onun diqqətini dağıdıb dağıtmayacağını təyin etməlisiniz. Əgər rejiminiz anti-imperializmin bir çempionu olsa, sizin insani vəzifəniz, üsyan üçün öz eqoistliyinizi bir kənara qoymaqdır.Bəzi hallarda sərt idarə oluna bilərsiniz, bunu, dünya səviyyəsində anti-imperialist həmrəyliyi bölüşmək nəticəsində hiss edəcəyiniz qürur ilə kompensasiya edə bilərsiniz.

Ona görə də bu məsələlərdə öz eqonuzu kənara tullamalı və bu məsələlərə real qiymət verməyi bacarmalısınız.Etmək istədiyiniz inqilab nəticəsində ölkənizi başqa maraqları olan ölkələrə satacaqsanızsa, o inqilab bütün dünya ziyalıları və vicdanlı insanları tərəfindən ən geci bir gün sonra tənqid olunacaq.
Beləliklə seçim sizindir

 

Tərcümə: Novruz Bəylərzadə                                     (c)SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:8583