abunə ol: Yazılar | Şərhlər | Еmail

Oğulun ataya məktubu…

Şərh

Gəlin , sizi bir məktubla tanış edim. Yalnız ona görə yox ki, bu gün 9 maydır və mən də sizləri təəccübləndirmək istəyirəm. Və həm də ona görə yox ki, o müharibənin daha bir unudulmuş Qəhrəmanını yada salaq və onun səmimiyyət dolu bu kiçicik məktubu o vaxtın insanlarının xarakterinə növbəti ştrix olsun. İlk növbədə ona görə ki, 24 yaşlı gəncin atasına məktubu Azərbaycanın son 20-30 illik tarixini də, bu günümüzü də anlamaqda yardım edəcək.
(Bu məktubu tərcümə edəndə oğlum Abdulla Şaiqin “Tülkü Həccə gedir” şeirini oxuyurdu)
Beləliklə məktub:

“Əzizim ata !
Artıq 2 ay yarımdır ki, mən öz yerimdə deyiləm və müftə çörək yeyirəm, halbuki çörək hazırda olduqca qiymətlidir, Vətənin təhlükədə olduğu, onun minlərlə övladının cəbhədə canından keçdiyi bir vaxta mən burda oturmuşam …”
Soruşacaqsız : kimdir oğul, kimdir ata? Səbrinizi sınağa çəkmirəm: Məktubu Cahangir (Vladimir) Bağırov atası Mircəfər Bağırova yazır. Tarix: 4 fevral 1943-cü il
Cahangir yaralandıqdan sonra Bakı hospitallarından birində müalicə alır.
Məktubun davamı: “Mən döyüşlərin ən qızğın yerində həm də ona görə olmalıyam ki, sənin oğlunam, ancaq arxada oturmuşam”
Yox, o yaralanmağından istifadə edib Bakıda ləngiməyib. Sadəcə, həkimlər onu cəbhəyə buraxmırlar. Yaraları hələ sağalmayıb. O isə ön xəttə can atır.
Sonra: “Xahiş edirəm, mənim cəbhəyə yollanmağımı sürətləndir və mənə adlı-sanlı təyyarələrdə vuruşmaq lazım da deyil, artıq 2 ay yarımdır gözləyirəm və hətta U-2-də də savaşmağa hazıram.
Bir həftə də gözləyə bilərəm, ondan sonra qarşıma çıxan ilk hərbi hissəyə gedib cəbhəyə yola düşəcəm…”
Elə də olur – 1 həftə sonra Cahangir Bağırov cəbhəyə yollanır.
Və məktubunun son cümləsi:
“Səbirsizliklə cəbhəyə yollanmağı gözləyirəm və sübüt edəcəmki, sənin oğlun öz atasına və öz Vətəninə layiqdir.”

 

“Vətənə layiq olmaq” – o nəslin dilində adi səmimiyyətdən xəbər verən bu söz birləşməsi indiki günlərimizdə necə pafosla səsələnir! Çünki, indi müharibədən də, qəhrəmanlıqdan da, ləyaqətdən də fərarilər danışır.
Cahangir Bağırov cəbhəyə yollandı və 4 ay sonra həlak oldu.
Azərbaycan kommunistlərinin başçısı Mircəfər Bağırovun böyük oğlu 1919-cu ildə doğulmuşdu. Bakı aeroklubunun məzunu idi. Yeysk uçuş məktəbində və Daşkənd hərbi məktəbində təlim keçmişdi. Müharibəyə Hərbi Hava Qüvvələrinin leytenantı rütbəsində başlayır. Orduya doğulduğu yerdən – Həştərxan hərbi komisarlığından çağırılır. Moskvanın müdafiəsində iştirak edir. 1942-ci ilin dekabrında Serpuxov səmasında hava döyüşündə yaralanır.
Yuxarıdakı məktub da yaralandıqdan sonra müalicə olduğu hospitalda yazılıb.

Son döyüşü o məktubdan 4 ay sonra olur. İyunun 5-də Oboyan şəhəri yaxınlığındakı hava limanına hücumu dəf edərkən 1 alman təyyarəsini məhv edir. Daha bir təyyarəni vurmağa hərbi sursatı qalmadığından tarana keçir. Yəni, kamikadzelik edir. Cahangir (Vladimir) Bağırovun cəsədi Bakıya gətirilir və burada dəfn olunur. Məzarı, indi də qulluq göstərildiyindən, yaxşı vəziyyətdədir.

Bakı. Oğul Bağırovun məzarı

1943-cü ilin 11 iyununda SSRİ Ali Sovetinin qərarı ilə ölümündən sonra Lenin ordeni ilə təltif edilir. Qısa, dolğun bir ömür. Bu mətnə nə qədər desən başqa kəlmələr, yüksək və pafoslu sözlər əlavə etmək olar. Ancaq lazımmı? Yox, lazım deyil. Hər şeyi Mircəfər Bağırova yazılan məktubunda Cahangir Bağırov özü deyib. Həm də artıqlaması ilə…

 

Məmməd Süleymanov

(c) SOLFRONT

 


Oxşar yazılar:

Baxış sayı:13508

Şərhlər

  1. Quba şəhərinin mərkəzində Cahangir Bağırovun büstünü qoyublar. İndi büstün üstündən ad silinib.

  2. nurana deyir:

    Vetenperver insanlar olub ve hemise de olacaq.Bir liderin ovladi mehz ele bu cur de hereket etmeliydi.Bize bele sheyler qeribe geldiyine gore bu mektub bu qeder tesirlidir.