abunə ol: Yazılar | Şərhlər | Еmail

Kommunist Partiyasının Manifesti

Şərh

Karl Marks, Fridrix Engels

KOMMUNİST PARTİYASININ MANİFESTİ

(1848)

yüklə manifest-az.doc

Solfront.org kommunist ideologiyanın təməl mütailə resurslarından biri olan “Kommunist” manifesti”nin elektron versiyasını təqdim edir. Əsəri həmçinin dərc olunmuş şəkildə şəhər mağazalarından əldə edə bilərsiniz.

***

“Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər.”

***

Heç elə bir müxalifətçi partiya varmı ki, hakimiyyət başında duran düşmənləri onu kommunist partiyası adlandırıb bədnam etməsinlər? Heç elə bir müxalifətçi partiya varmı ki, istər müxalifətin nisbətən qabaqcıl nümayəndələrini, istərsə də öz irticaçı düşmənlərini kommunizmdə ittiham edib damğalamasın?

Bu faktdan iki nəticə çıxır.

Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.

Artıq kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib çatmışdır.


Oxşar yazılar:

Baxış sayı:28456