abunə ol: Yazılar | Şərhlər | Еmail

“Molotov-Ribbentrop Paktı”nın əhəmiyyətinə dair

Şərh

Biz bu suala toxunmağı zəruri saydıq, belə ki, bir neçə il keçməsinə baxmayaraq, hələ də insanlar var ki, qərb KİV-inin təsiri altına düşərək, ölkəmizi bu paktı bağlamağa məcbur etmiş səbəbləri başa düşmürlər.

Məsələ ondadır ki, bizim tarixə qara yaxmış liberal yazarlar hər imkanla Sovet İttifaqını II dünya müharibəsinin səbəbkarı kimi göstərməyə çalışırlar. Bunun üçün istifadə olunan ən sevimli arqumentlərdən biri 1939-cu il 23 avqustda Almaniya ilə Sovet İttifaqı arasında hücum etməmə razılaşması, daha çox “Molotov–Ribbentrop paktı” kimi tanınan bədnam razılaşmadır. Hər bir əlverişli və qeyri-əlverişli vəziyyətdə qərb KİV mütərəqqi insanlığa qarşı bu dəhşətli cinayətə qarşı ritual harayı qaldırırlar.

İstənilən vicdanlı tədqiqatçı bilir ki, tarixi faktları təcrid olunmuş halda deyil, o dövrdə baş verənlərin ümumi kontekstində nəzərdən keçirmək lazımdır. Buna görə də baxılan dövrdə tarixi vəziyyətin bilinməməsi, SSRİ xarici siyasətinə səhv qiymət verilməsinə sadəlövh inamın səbəbi olur. Buna görə də bu məqalə motivləri tamamilə aydın olan manipulyatorların (məsələn, ATƏT-də oturanlar) “maarifləndirilməsi” üçün deyil, o adamlar üçündür ki, XX əsrində 30–40-cı illərində ölkəmizin olduğu vəziyyətin mürəkkəbliyini başa düşməyərək onların təsiri altına düşür.

Bəs nə baş vermişdi?

Məlumdur ki, nasizm əvvəlcə Böyük Britaniya, ABŞ tərəfindən Sovet İttifaqına qarşı silah kimi nəzərdən keçirilirdi. Onlar düşünürdülər ki, sovet–alman müharibəsi sosialist dövlətini zəiflədəcək və ya yer üzündən siləcək, bununla da faşist Almaniyasının iqtisadiyyatını dağıdacaq. Və dünya ağalığında əsas rəqib kimi onu aradan götürəcək. Buna görə də amerikan və ingilis inhisarçılarının alman iqtisadiyyatına kapital qoyuluşları təəccüb doğurmur, onlar Almaniyaya imkan verdilər ki, ağır və hərbi sənayeni yaratsın və sonra sürətlə inkişaf etdirsin. Əminliklə demək olar ki, amerikan dollarları və ingilis funt sterlinqləri olmadan Almaniya qısa zaman ərzində inkişaf etmiş hərbi sənayeni yarada və böyük ordunun fəaliyyətini təmin edə bilməzdi. Burada qeyd etmək lazımdır ki, Almaniya və Qərbin digər ölkələri arasında həmçinin ziddiyyətlər yaranmışdır ki, onlar SSRİ tərəfindən “qırmızı təhlükə” qarşısında “ikinci plana” keçirdilər. Britaniyanın, Fransanın sonrakı siyasəti bunu təsdiq edir.

“Antikomintern paktı”

1936–cı il 25 noyabrda Berlində Yaponiya və Almaniya arasında “Antikomintern paktı” bağlanır. Növbəti ilin noyabrında bu paktı faşist İtaliyası, sonra – Macarıstan, İspaniya, Finlandiya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Danimarka, Slovakiya, yəni hitler nasizmi və italyan faşizminin ideologiyasını bölüşən və ya SSRİ–yə və ümumilikdə kommunizmə mənfi müasibət göstərən hökumətlərin hakimiyyətə gəldiyi bir sıra ölkələr imzaladılar.

Paktın məqsədi: dünyada sovet təsirinin genişlənməsinə yol verməmək, ümumilikdə kommunist hərəkatına qarşı mübarizə idi.

Paralel olaraq Britaniya və Almaniya qarşılıqlı hücum etməmə haqqında müqavilə imzalayırlar.

Həmçinin maraqlıdır ki, Britaniya və Fransa bunu “təbii” bir şey kimi qəbul etdilər, bununla da bu ölkələrin pakta daxil olmasını planlaşdırdılar. Məhz bu pakt əyani olaraq göstərir ki, faşizm məhz Sovet İttifaqına qarşı silah idi.

Beləliklə, 30-cu illərin sonunda Sovet İttifaqına qarşı vahid qərb koalisiyasının yaranmasının real təhlükəsi yaranır.

Yuxarıda deyilənlərlə əlaqədar olaraq Britaniya və Fransanın SSRİ-yə münasibətdə mövqeyini ayrıca nəzərdən keçirmək lazımdır.

Fransa və Böyük Britaniyanın antisovet siyasəti

Çemberlen (Böyük Britaniyanın baş naziri) 1938-ci il 12 sentyabrda Hitlerlə görüşü ərəfəsində qeyd etmişdir: “Almaniya və İngiltərə avropa dünyasının iki sütunu və kommunizmə qarşı əsas dayaqlarıdırlar, buna görə də sülh yolu ilə indiki çətinliklərimizin öhdəsindən gəlməliyik… Yəqin, Rusiyadan başqa hamı üçün uyğun olan həll tapmaq mümkün olacaq” (Böhran ili, 1938 – 1939, Sənədlər və materiallar…C 1. Səh.6).

Buna oxşar mövqeni Fransa da paylaşırdı, xarici işlər naziri (Jorj Bonne) 6 dekabr 1938-ci ildə İoaxim Ribbentropla (alman reyxinin xarici işlər naziri) frank – german bəyannaməsini imzalayır.

Bu zamana qədər artıq britaniyalı baş nazir Çemberlenlə Hitler arasında hücum etməmə bəyannaməsi imzalanmışdı (30 sentyabr, 1938 – ci il).

Britaniya və Fransanın faşist aqressiyasına göz yummasının əyani misalı, ümid edərək ki, bu aqressiya SSRİ-yə qarşı yönələcək, həmçinin “Münxen sözləşməsi” və “Qəribə müharibə” olmuşlar. Buna görə də sovet – alman razılaşmasını təhlil edərkən, bundan bir il əvvəl Münxendə bağlanmış razılaşmanı unutmamaq lazımdır. Bu gün, müəyyən səbəblərə görə, Münxen razılaşmasını xatırlamamağı üstün tuturlar. Bu arada, hər iki hadisə sıx bağlıdırlar. Məhz Bavariya paytaxtında olanlar SSRİ-nin sonrakı siyasətini müəyyənləşdirdi.

13 mart 1938-ci ildə Avstriyanı Üçüncü Reyxə birləşdirərək (o zamankı “dünya ictimaiyyətinin” tam icazəsi ilə), Hitler öz nəzərlərini Çexoslovakiyaya yönəltdi.

Hələ 25 yanvar 1924-ci ildə ittifaq və dostluq haqqında müddətsiz fransız – çexoslovak razılaşması imzalandı, 16 may 1935-ci ildə isə SSRİ və Çexoslovakiya qarşılıqlı yardım haqqında müqavilə bağladılar. Bu zaman Çexoslovakiyanın təklifinə görə, belə bir şərt qoyulmuşdu ki, qarşılıqlı yardım öhdəliyi yalnız o zaman qüvvəyə minir ki, aqressiya qurbanı olan tərəfə kömək həm də Fransa tərəfindən göstəriləcək.

Yəni, əgər müharibədə Fransa iştirak etməyəcəksə, SSRİ müharibəyə daxil ola bilməz. Amma iş heç o yerə çatmamışdı, aydın oldu ki, qərb demokratiyaları heç də Praqanı müdafiə etmək istəyində deyillər. Artıq 19 sentyabrda İngiltərə və Fransadan sonra Çexoslovakiyaya hökumətlərin ortaq bəyanatını təqdim etdilər ki, əsasən sudet almanları tərəfindən məskunlaşmış rayonları Almaniyaya vermək lazımdır ki, ümumavropa müharibəsi olmasın. Bu zaman Praqa Parisə qarşılıqlı yardım razılaşması üzrə öhdəliklərini xatırlatdı, amma fransızlar onu yerinə yetirməkdən sadəcə imtina etdilər.

Və 29-30 sentyabrda Münxendə dörd böyük derjavaların – Böyük Britaniyanın (Çemberlen), Fransanın (Daladye), Almaniyanın (Hitler) və İtaliyanın (Mussolini) – rəhbərləri sudet böhranını tənzimləyəcək razılaşma imzaladılar. Sovet İttifaqı, həmçinin Çexoslovakiya nümayəndələri bu görüşə dəvət olunmamışdı, bu da onları baş vermiş fakt qarşısında qoyurdu.

Münxen razılaşması, 1 – 10 oktyabr 1938-ci ildə Sudet əyalətinin bütün tikililəri və istehkamları, fabrikləri, zavodları, xammal ehtiyatları, rabitə yolları və s. ilə birlikdə Almaniyaya verilməsini nəzərdə tuturdu. Əvəzində dörd derjava Çexoslovakiyanın yeni sərhədləri “zəmanətini” verirdi. Bu sərhədlərin nəyə başa gəldiyi, hadisələrin gələcək inkişafında görünür. 13 mart 1939-cu ildə slovak millətçi liderləri Slovakiyanın “müstəqilliyini” elan etdilər və yardım üçün Almaniyaya müraciət etdilər, iki sutka sonra isə alman ordusu Praqaya daxil oldu. “Zaminlər” zəif etirazlarla məhdudlaşaraq, Çexoslovakiyanı xilas etmək üçün cəhd belə etmədilər.

Bundan əlavə, Böyük Britaniya rəhbərliyi Çexoslovakiyanın likvidasiyası xəbərini aşkar rahatlanma ilə qəbul etdi. Həmin gün britaniyalı xarici işlər narizi Eduard Qalifaks Londondakı Fransa səfirinə dedi ki, İngiltərə və Fransa “kompensasiya edici üstünlük” əldə etdilər, bu üstünlük o idi ki, Praqaya təqdim olunan zəmanət öhdəliyi “təbii yolla” sona çatdı, bu öhdəlik “hər iki ölkə üçün bir qədər ağır idi” (İkinci dünya müharibəsi ərəfəsi sənədləri və materialları. 1937-1939. C.2. Yanvar-avqust 1939-cu il, Moskvar 1981. Səh. 352).

Britaniya və İngiltərə tərəfindən bu cür satqınlıq onların digər müttəfiqinə qarşı – Polşaya qarşı edilmişdi. 31 mart 1939-cu ildə, ictimai palatada çıxış edərkən, Böyük Britaniyanın baş naziri Nevill Çemberlen açıq şəkildə dedi: “…. Polşanın müstəqilliyini təhdid edən və müvafiq olaraq Polşa hökumətinin öz hərbi qüvvələri ilə müqavimət göstərməli olduğu istənilən aksiyada Əlahəzrət hökuməti, polşa hökumətinə gücü çatacaq bütün dəstəyi göstərməkdə özünü borclu bilir. O, Polşa hökumətinə bu təminatı vermişdir. Mən əlavə edə bilrəm ki, fransız hökuməti mənə demək səlahiyyəti vermişdir ki, o, bu məsələdə Əlahəzrət hökumətinin tutduğu mövqeni tutur” (Böhan ili, 1938 – 1939-cu il, M., 1990. Səh. 351).

14-19 may frank – polşa danışıqları zamanı Fransa, Hitlerin Polşaya hücumu halında “mobilizasiyanın 15-ci günündə öz ordusunun əsas qüvvələri ilə Almaniyaya qarşı hücuma başlamaq” vədini verdi. 23-30 may ingilis – polşa danışıqları ona gətirib çıxardı ki, London, Varşavaya Polşa HHQ üçün 1300 hərbi təyyarə vermək və müharibə olarsa, Almaniyanın havadan bombalanması hazırlığını bəyan etdi.

Gələcək hadisələrin göstərdiyi kimi, bu səxavətli vədlər məlum yalan idi. Alman qüvvələrinin Polşaya hücumundan sonra Fransa mobilizasiya elan etməsinə baxmayaraq, o, Britaniya kimi, Polşaya Almaniyaya qarşı müharibədə kömək etmədi. Təbii ki, gözləyirdi ki, Polşanın zəbtindən sonra Hitler Sovet İttifaqına hücum edəcək.

Bunu, Sovet İttifaqında da başa düşürdülər.

Aydındır ki, Avropada baş vermiş hadisələr, xüsusilə Almaniyanın artan aqressivliyi, sovet rəhbərliyini biganə qoya bilməzdi. Elə gəlir ki, Hitlerin qarşısını almaq üçün qərb demokratiyaları ilə ittifaqa getmək lazım idi. Amma, Vinston Çörçilin haqlı olaraq qeyd etdiyi kimi: “Münxen və başqa bir çox şey Sovet İttifaqını inandırdı ki, nə İngiltərə, nə də Fransa onlara hücum edilmədikcə savaşmayacaqlar və hətta bu halda belə, onlardan az xeyir olacaq” (Çörçil V. İkinci dünya müharibəsi. C.1: Yaxınlaşan fırtına. M., 1997. C 173).

Əslində, Münxenin göstərdiyi kimi, İngiltərə və Fransa tərəfindən bağlanmış razılaşmaları “boş kağız” kimi qiymətləndirmək olar, çünki bu dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bundan əlavə, Çexoslovakiya respublikası Antantanın sevimli övladı idi, Şərqi Avropada yeganə demokratik ölkə, Paris və Londonun sadiq və vəfalı müttəfiqi idi. Əgər onu belə asanlıqla Hitlerin parçalamasına icazə verdilərsə, daha asanlıqla istənilən anda bizə “ata” bilərdilər.

Münxen sövdələşməsinin motivləri sevindirmirdi. Kifayət qədər aydın idi ki, qərb derjavaları tərəfindən aparılan, Hitlerin “qane edilməsi” siyasətinin məqsədi – Almaniyanın aqressiyasını Şərqə, yəni son nəticədə SSRİ-yə qarşı yönəltmək idi.

Təəccüblənməyə dəyərmi ki, bu vəziyyətdə sovet rəhbərliyi təbii olan bir nəticə çıxardı: əgər ən kritik anda satılmış olmaq istəmirsənsə, Qərbin sözünə inanmaq olmaz. İngiltərə və Fransa ilə əməkdaşlıq etmək o halda olar ki, tərəflərin öhdəlikləri aydın və birmənalı şəkildə yazılmış hərbi razılaşma olsun və yeni “müttəfiqlər” onların yerinə yetirilməsindən boyun qaçıra bilməsinlər.

1939-cu il 17 apreldə Moskva aşağıdakı məzmunda ingilis – frank – sovet razılaşmasını bağlamağı təklif etdi:

“1. İngiltərə, Fransa, SSRİ öz aralarında 5-10 il müddəti üçün, Avropada razılaşma tərəflərinin hər birinə qarşı aqressiya halında bir-birlərinə hərbi yardım daxil olmaqla, hər cür kömək göstərmək öhdəliyi haqqında razılaşma bağlayırlar.

2. İngiltərə, Fransa, SSRİ, hərbi yardım daxil olmaqla, bir-birlərinə və Baltiklə Qara dəniz arasında yerləşən və SSRİ ilə sərhəddə olan şərqi avropa ölkələrinə, onlara qarşı aqressiya olacağı təqdirdə, hər cür kömək edəcəklərinə dair saziş imzalayırlar.

3. İngiltərə, Fransa və SSRİ ən qısa müddətdə, 1 və 2 yerinə yetirilməsi üçün hər bir ölkə tərəfindən göstəriləcək hərbi yardımın ölçüsü və formasını müzakirə etmək və müəyyən etməyi öhdəliyə götürürlər.

4. İngilis hökuməti aydınlaşdırır ki, Polşaya vəd etdiyi yardım ancaq Almaniya tərəfindən aqressiya zamanı nəzərdə tutulur.

5. Polşa və Rumıniya arasında mövcud olan razılaşma Polşa və Rumıniyaya qarşı istənilən aqressiya zamanı həqiqi hesab olunur və ya SSRİ-yə qarşı yönəlmiş olduğundan, tamamilə ləğv olunur.

6. İngiltərə, Fransa və SSRİ hərbi əməliyyatların açılmasından sonra hər hansı danışıqlara girməmək və ayrı-ayrılıqda və hər üç derjavanın razılığı olmadan aqressorlarla sülh bağlamamaq öhdəliyi götürürlər…” ( Böhran ili, 1938-1939: Sənədlər və materiallar… C.1. Səh. 386 – 387).

Amma qərb “partnoylarını” sualın bu cür qoyuluşu aşkar şəkildə təmin etmirdi. Bunun əvəzində İngiltərə və Fransa Sovet İttifaqından birtərəfli öhdəliklər əldə etməyə ümid edirdilər. Belə ki, 3 mayda nazirlər kabinetinin iclasında Qalifaks dedi ki, o Rusiyadan soruşacaq: “o, Polşa və Rumıniya üçün uyğun olacaq formada və vaxtda kömək göstərəcəyi haqqında birtərəfli bəyanat etməyə hazırdırmı” (Böhran ili, 1938 – 1939: Sənədlər və materiallar… C. 2. Səh. 391).

Ancaq 25 iyulda ingilis, 26 iyulda isə fransız hökumətləri SSRİ-nin hərbi konvensiya bağlamaq üçün danışıqlara başlamaq təklifini qəbul etdilər və öz nümayəndələrini Moskvaya göndərməyə hazır olduqlarını dedilər. Danışıqlar 12 avqustda başladı. Dərhal aydın oldu ki, general J.Dumenkin rəhbərliyi altında fransız deleqasiyası razılaşmanın imzalanmasına deyil, sadəcə danışıqların aparılması səlahiyyətinə malikdirlər, Recinald Draksın rəhbərliyi altında ingilis deleqasiyası isə ümumiyyətlə heç bir yazılı səlahiyyətə malik deyil.

Təbii ki, məsələ müvafiq sənədləri rəsmiləşdirməyi unutmuş britaniyalı DİN-nin fikir dağınıqlığında deyildi. Sadəcə olaraq, Çemberlen rəhbərliyindəki ingilis hökuməti hələ də Hitlerlə xoşluqla razılaşmağa ümid edirdi və Sovet İttifaqı ilə əlaqəni sadəcə Berlinə təzyiq vasitəsi kimi nəzərdən keçirirdi.

Təəccüblü deyil ki, Moskvaya göndərilmiş britaniyalı deleqasiya üçün təlimat açıq şəkildə “danışıqları çox yavaşca” aparmağa göstəriş verir (İkinci dünya mübaribəsi ərəfəsi sənədləri və materialları… C.2. səh.168), bununla konkret öhdəliklərdən qaçmağa çalışırdı:

“Britaniya hökuməti, müəyyən vəziyyətdə bizim əllərimizi bağlaya biləcək hər hansı bir müəyyən öhdəliyə cəlb olunmaq arzusunda deyil. Buna görə hərbi razılaşma münasibətində mümkün qədər ümumi formullara səy göstərmək lazımdır (Orada, səh. 169).

Sovet hökumətinin mövqeyi tamam fərqli idi. Belə ki, fransız deleqasiyanın rəhbəri general Dumenk moskva danışıqlarının gedişi haqqında 17 avqust 1939-cu il teleqramında Fransa səfirliyində hesabatında demişdir: “Şübhə yoxdur ki, SSRİ hərbi pakt bağlamaq istəyir və istəmir ki, biz konkret əhəmiyyəti olmayan hər hansı bir sənədi ona təqdim edək” (Böhran ili, 1938 – 1939: Sənədlər və materiallar…C.2. səh. 267).

Gördüyümüz kimi, yalnız SSRİ həqiqətən də antihitler koalisiyası yaratmaq istəyirdi ki, bu qərb ölkələrinin planlarına daxil deyildi…

SSRİ-nin addımları

İngiltərə və Fransadan heç nəyə nail olmadıqdan sonra SSRİ Almaniya ilə hücum etməmə haqqında razılaşma bağladı.

Sovet İttifaqı, qərb derjavaları tərəfindən aqressora güzəşt edilməsi üzündən, onların antisovet yönümlü siyasəti üzündən mürəkkəb beynəlxalq vəziyyətə düşürdü: o, Avropada faşist Almaniyası ilə üz-üzə qalırdı. Vəziyyət o zaman daha da mürəkkəbləşdi ki, 24 iyul 1939-cu ildə Tokioda belə bir razılaşma imzalandı, onun əsasında, İngiltərə Yaponiyanın Çindəki zəbtlərini tanıyırdı və yapon hərbi qüvvələrinin Çindəki məqsədlərinə çatmasına əngəl törətməmək öhdəliyini götürürdü. Başqa cür desək, zəbt edilmiş çin torpaqlarında yapon qüvvələrinin cəbhə arxası təmin olunurdu ki, buradan SSRİ və MXR-na qarşı hərbi əməliyyatlar aparılırdı. Bu, “uzaq şərqi Münxendən” başqa bir şey deyildi, bununla qərb derjavaları yapon militaristlərinin antisovet meyllərini ruhlandırmağa səy göstərirdilər. Əgər həqiqətə baxsaq, görmək çətin deyil: ikinci dünya müharibəsinin başlamasından bir qədər əvvəl Sovet İttifaqı beynəlxalq təcrid vəziyyətində, qərb və şərqdən imperialist aqressorların zərbə təhlükəsi altında qaldı. Yaranmış vəziyyətdə mümkün olduğu qədər SSRİ-yə hücumu ertələmək üçün, Sovet hökuməti Almaniyanın təklifini qəbul etməyə və onunla 23 avqust 1939-cu ildə hücum etməmə haqqında razılaşma imzalamağa məcbur idi. Tarix bu addımın doğruluğunu sübut etdi. SSRİ-yə qarşı imperialist dövlətlərin vahid cəbhəsini yaratmaq cəhdləri dağıldı. SSRİ öz müdafiə qabiliyyətini möhkəmlətmək üçün iki ilə qədər dinc zaman qazandı.

Əgər, artıq sözləri atsaq, bu addımı açıb göstərənləri arqumentasiyası iki məqama: əxlaqi və praktik nüanslara gətirilir. Birincisinə toxunsaq, hər şey kifayət qədər aşkardır. Beynəlxalq siyasətdə əxlaq tələbinin yersiz olması bir qırağa, söhbət düşmüşkən soruşmaq lazımdır – bəs hakimlər kimdir? Bizim indi gördüyümüz kimi, nə öz müttəfiqləri Çexoslovakiyanı Hitlerə təslim etmiş qərb demokratiyalarının, nə də onun bölünməsində iştirak etmiş Polşanın bizi mühakimə etməyə haqqı yoxdur.

İndi isə Stalinin hərəkətlərinin praktiki məqsədəuyğunluğu məsələsini nəzərdən keçirək.

1930-cu illərin sonuna yaxın aydın oldu ki, yeni dünya müharibəsi istənilən halda baş tutacaq. Bu zaman onun potensial iştirakçıları üç qrupa bölünürdülər: birincisi, İngiltərə, Fransa və perspektivdə ABŞ; ikincisi, Almaniya və müttəfiqləri; üçüncüsü, SSRİ. Buradan görünürdü ki, gələcək döyüşdə ikisi birinə hücum edəcək və onun vəziyyəti yaxşı olmayacaq. Bundan başqa, birinci dünya müharibəsində ABŞ-da nümayiş etdirilmiş misal əyani olaraq göstərdi: müharibəyə digərlərindən daha gec daxil olan, əhəmiyyətli üstünlüklər əldə edəcək. Həm Hitler, həm qərb demokratiyalarının çoxu ümid edirdilər ki, onlar birlikdə SSRİ-yə qarşı müharibə aparacaqlar.

Aydındır ki, bu şəraitdə sovet diplomatiyasının vəzifəsi qərb dövlətlərinin birləşmiş qüvvələri ilə müharibəyə yol verməmək idi. Tarixin paradoksu ondan ibarətdir ki, bu məsələni Polşa – SSRİ-nin ən qatı düşməni həll etməyə kömək etdi. Daha dəqiq desək, Polşa rəhbərlərinin təkəbbürü. Onlar, Hitlerin kiçik partnyoru olmağı qəbul eməklə bir az reallıq hissini göstərən kimi, hadisələr məcrasını dəyişdi. 1930-cu illərin qarşıdakı müharibə haqqında olan bir çox sovet kitablarına və filmlərinə uyğun olaraq, bizim ölkəni polşa – alman qüvvələrinin hücumu gözləyirdi. Sadəcə olaraq, real həyatda onu dəf etmək filmdə olduğundan daha çətin idi. Amma Varşavanın güzəştə getməməsi öz işini gördü. Alman – polşa müharibəsi daha da qaçılmaz oldu, çünki onu hər iki tərəf arzulayırdı. Bu şəraitdə Stalin hücum etməmə haqqında pakt bağladı. SSRİ-yə qarşı blok yaratmağın yerinə, Almaniya və Fransa ilə İngiltərə öz aralarında müharibəyə başladılar. Bu demək idi ki, Sovet İttifaqı eyni zamanda hər iki tərəflə müharibə aparmalıdır. Bundan əlavə, SSRİ müharibəyə digər iştirakçılardan daha sonra girmək imkanını qazandı.

Stalin də buna güvənirdi, Komintern rəhbərliyi ilə söhbətdə 7 sentyabr 1939-cu ildə açıq şəkildə demişdi:

“Müharibə iki qrup kapitalist ölkəsi arasında… dünyanın yenidən bölüşdürülməsi, dünya üzərində ağalıq uğrunda gedir! Biz etiraz etmirik ki, onların yaxşıca vuruşsunlar və bir-birlərini zəiflətsinlər… Biz manevr edə, bir tərəfi digərinə qarşı itələyə bilərik ki, daha yaxşıca didişsinlər” (1941-ci il: Kitab 2/ Tərtibat. L.Y.Reşin və digərləri. M., 1998. Səh.584).

Amma bu hələ son deyil. 1939-cu ilin yayında bizim qüvvələr Xalxin – Qol çayında yaponlarla ağır savaş aparırdılar. Antikomintern paktına əsasən, Yaponiya Almaniyanın müttəfiqi olduğu üçün, sovet – alman razılaşmasının bağlanması Tokio tərəfindən satqınlıq kimi qiymətləndirildi. Nəticədə Üçüncü Reyx və onun uzaq şərqli müttəfiqi arasındakı münasibətlər kifayət qədər pozuldu. Yaponiya Almaniyaya etirazını bildirdi ki, sovet – alman razılaşması Antikomintern paktına ziddir, uyğun olaraq onu imzalayan tərəflər “hər iki tərəfin razılığı olmadan SSRİ ilə heç bir siyasi müqavilə bağlamamaq” öhdəliyi götürmüşlər (Zimonin V.P. XX əsrin dünya müharibələri haqqında yeni əsər // Vətən tarixi. 2004. Səh. 162). SSRİ-yə qarşı ortaq yapon – alman müharibəsinin tərəfdarı olan Kiirito Xiranumanın rəhbərliyi altındakı yapon nazirlər kabineti 28 avqust 1939-cu ildə istefaya getmək məcburiyyətində qaldı. Məhz Ribbentrop – Molotov paktına görə Yaponiyanın rəhbər dairələri, İngiltərə və ABŞ-la müharibəni nəzərdə tutan “Cənub variantı”nın xeyrinə seçim etdilər. Məlum olduğu kimi, Almaniyanın SSRİ-yə hücumundan sonra Yaponiya bizim ölkəyə qarşı müharibəyə qoşulmadı. Beləliklə, demək mübaliğə olmaz ki, Ribbentrop – Molotov paktı bizim gələcəkdə müharibədəki qəbələmiz üçün zəmin yaratdı.

Nəticələr çıxaraq:

SSRİ və Almaniya arasında müqavilə, 1939-cu ildə SSRİ, İngiltərə və Fransa dövlətləri arasında, qarşılıqlı yardım (müqavilə layihəsi Sovet hökuməti tərəfindən 2 iyun tarixində təqdim edilmişdir) və Avropada kollektiv təhlükəsizliyin təmin edilməsi üzrə konkret hərbi tədbirləri nəzərdə tutan üçtərəfli müqavilənin bağlanması məqsədilə aparılan Moskva danışıqlarının iflasından sonra imzalanmışdı.

Danışıqların gedişində İngiltərə Fransanın konkret hərbi öhdəliklər götürmək və mümkün alman aqressiyasına qarşı durmaq üçün real hərbi planlar işləyib – hazırlamaq istəksizliyi aşkar olundu. Bundan əlavə, moskva danışıqları ilə paralel olaraq, ingilis hökuməti Londonda təsir sferasının məhdudlaşdırılmasına dair alman nümayəndələri ilə də danışıqlar aparırdı. Və bu sovet hökumətinin qayğılarını gücləndirdi ki, onun qərb partnyorları, “Münxen sövdələşməsinə” və Çexoslovakiyanın parçalanmasına gətirib çıxarmış Hitler aqressiyasını şərqə yönəltmək istəyirlər. Moskva danışıqlarının iflasından sonra SSRİ qərb derjavaları ilə hərbi koalisiya yaratmaq ümidini itirdi və düşmənlərlə əhatələnmiş vəziyyətə düşdü ki, bu zaman onun potensial rəqibləri həm “sanitar kordon” dövlətləri, həm də Almaniya idi, şərqdə isə aqressor kimi militarist Yaponiya çıxış edirdi. Bu şəraitdə SSRİ, qarşılıqlı hücum etməmə haqqında müqavilə bağlanması danışıqlarının başlaması haqqında Almaniyanın təklifi ilə razılaşmağa məcbur idi.

Sovet hökumətinin alternativi var idimi? Tarix göstərdi ki, Stalin Qərbin SSRİ-yə qarşı silahını, Britaniya və ABŞ-ı məhz SSRİ-nin müttəfiqləri olmağa vadar edərək Qərbin özünə qarşı çevirməyi və beləliklə, bəşəriyyət tarixində ən dəhşətli müharibədə qalib gəlməyi bacardı.

Bu məsələyə münasibətdə Solların vəzifəsi 30-cu illərin real həqiqətinin obyektiv nəzərdən keçirilməsi, SSRİ-nin olduğu mürəkkəb vəziyyətin dərk edilməsi və sovet rəhbərliyinin bu və ya digər hərəkətlərinin, tariximizin göstərilən dövründə mövcud şəraitin nəzərə alınması ilə qiymətləndirilməsidir…

AKM Baku-nun nəzəri materiallarından

Hazırladı:  Fərid Bakunin

(c)  SOLFRONT

(c)SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:16530