abunə ol: Yazılar | Şərhlər | Еmail

Nobel Sülh Mükafatına layiq görülən 9 cinayətkar

Şərh

Nobel Sülh Mükafatına layiq görülən 9 cinayətkar – Carlos Rivero Collado

10 dekabr 2009

– Roosevelt, Wilson, Cordell Hull, Marshall, Kissinger, Begin, Rabín, Peres ve Obama  Nobel Sülh Mükafatına layiq görüldü… Kimin şərəfinə, dinamiti kəşf edənin mi, yoxsa onu odlayanınmı?

Bu gün, 10 dekabr 2009 Cümə axşamı, Nobel Komitəsinin norveçli başçısı Thorbjorn Jaglend  tarixin ən sülh düşməni  imperiyasının şefi Barak Obamaya Sülh Mükafatını verdi.

Axmaqlıqdanmı? Xeyr. Tarix xroniki axmaqlığın sonsuzluğudur.

İmperialistin sülh adamına çevriləcəyinə inanmaq bir sülh imperiyasının ola biləcəyinə inanmaqdır. Bu mükafatın onu təşviq edəcəyini fərz etsək belə, Obama, imperatorluğu sülhsevər edəcəkmi? Bu optimizm deyil, həddindən artıq cəhalətdir.

Bu nəzakətli mükafatın sahib olduğu qorxunc keçmişinə, ona sahib olan üç İsrailli və altı Amerikalının “əsərlərinə” və həyatlarına çox qısa bir xülasə edərək baxaq (bu məqalənin cib  ensiklopediyasına çevrilməməsi üçün bir çox məlumatdan imtina etmək məcburiyyətində olduğumu da bildirirəm).

1.   Theodor Ruzvelt (1906-cı ildə Nobel Sülh Mükafatını aldı):

1858-ci ildə, New Yorkun zərif Gamercy məhəlləsində anadan olub. Kəskin astma xəstəliyinin olmasına baxmayaraq, hiperaktiv bir uşaq idi. Döyüşə, təbiət elmlərinə, yəni ölüm və həyata sürətli bir şəkildə paradoksal maraq göstərirdi. Yetkinlik dövründən etibarən zövq üçün heyvanları öldürmə idmanına özünü həsr etdi. Sonra post dolduran birinə çevrildi. Yəni əvvəl onların içini boşaltdı, sonra da doldurdu. Ayrıca idman olaraq boksla məşğul oldu. Onsuz da uşaqlığından bəri imperiyaya və qana çox maraq göstərirdi.

Amerika Dəniz Qüvvələri Katib Köməkçisi və NyuYork polis komissarlığında işə düzəldi. 1898 Döyüşündə “Rough Riders” adlı və köhnə cinayətkarlardan, macərapərəstlərdən, pullu əsgərlərdən və Nyu Yorklu digər ünsürlərdən təşkil olunmuş Birləşmiş Dövlətlər Birinci Süvari alayının Şefi olaraq Kubada döyüşdü. Konqres silahlı hərəkətləri səbəbiylə ona, ölkənin ən yüksək mükafatı olan Şərəf Medalını verdi.

Döyüş bitdikdən iki ay sonra New York qubernatoru seçildi. 1900-cü ildə, ABŞ Prezidenti Köməkçisi McKinley vuruldu və dörd ay sonra Ruzvelt ölkə tarixinin ən gənc idarəçisi oldu. 1904-cü ildə prezident seçildi; 1908-ci ildə namizəd olmaq istəmədi və 1912-də Professor Wilson və Taft-a qarşı döyüşmək üçün Qabaqcıl Partiyanı qurdu və mübarizəni qazandı. 1918-ci ildə altmış yaşında vəfat edib.

İndi, onun ehtiraslı tarixinə baxaq:

A) Katib köməkçisi olmasına baxmayaraq, dəniz qüvvələrini o idarə edirdi. KatibJohn D. Long yalnız fiqur idi. Vəzifəyə gələn kimi: “Döyüşə, xoş gəldin deyərəm, çünki bu ölkənin döyüşə ehtiyacı olduğuna inanıram” şərhini verdi. 1897-ci ilin sonlarında, Maine Dəniz zirehlisinin yanacaq anbarlarının ağzına qədər kömür ilə doldurulmasını istəyən də o idi. Halbuki əvvəlki iki il içində, bu kömürün özbaşına yanma xüsusiyyəti üzündən yanğınlar olmuş və bir neçə döyüş gəmisi az qala yox olma nöqtəsinə gəlmişdi. Əgər Maine bu səbəblə və ya bir hücum nəticəsində partlayış yaratsaydı, günahkarın Ruzvelt olduğuna inanılacaqdı. 260 Amerikalı dənizçinin parçalanaraq ölməsi hadisəsindən sonra İspaniyaya döyüş elan edilməsi üçün Prezident Makkinliyə, konqresə və mətbuata ən çox təsir edən yenə də o olmuşdu.

B) Prezident dövründə, okeanlar arası kanalın hər iki sahilinin də ABŞ-ın olması üçün imperatorluğun bir qrup pullu əsgərini üsyan etdirərək Panamanı Kolumbiyadan ayırdı. Kolumbiya Konqresi, ABŞ-ın kanalı tikməsini və idarə etməsini qəbul etdi lakin hər iki tərəfdəki sərhədin xaricilərin torpağı olmasını istəmədi. Bu Kolumbiyaya qarşı üsyan etmənin səbəbi oldu. Qələbə qazanmanın tək yolu isə, imperatorluğun döyüş gəmilərinin (Great White Fleet – Böyük Ağ Flot) Panamaya əsgər daşıyan Kolumbiya gəmilərinə maneə törətmək idi, çünki Darien bataqlıq bölgəsindən keçə bilmirdilər.

C) Rooseveltin ən mühafizəkar tətbiqi, Corolario Roosevelt deyə adlandırılan Monroe Doktrinası oldu. Bu doktrinaya görə, Latın Amerika ölkələrindən hər hansı biri əgər bir Avropa gücü tərəfindən təhdid edilirsə, ABŞ təhdid edilən bu ölkəni işğal edə bilər. Yenə Corolarioya görə, əgər bir ölkənin sabitliyi imperatorluğun sərmayələrini təsir edərsə, imperatorluq bu ölkəni işğal edə bilər.

D) Dəstəklədiyi McKinleyin xainliyindən sonra prezident olan Roosevelt dövründə, Prezident Emilio Aguinaldonun öndərliyində, Filipinli vətənpərvərlərin müstəqillik döyüşündə, imperatorluq, yüz minlərlə günahsız vətəndaşın ölümünə səbəb oldu. İmperatorluğun, ilk dəfə waterboarding* (boğulma simulyasiyası) işgəncəsini, vətənpərvərlərə tətbiqə başladığı döyüş bu döyüş idi.

Döyüş cinayətləri səbəbiylə, 1906-cı ildə, Nobel Sülh Mükafatına layiq görüldü.

2.  Thomas Woodrow Wilson (1919-cu ildə Nobel Sülh Mükafatını aldı):

1856-cı ildə, Virginia/Stauntonda anadan olmuşdu və 1924-cü ildə Vaşinqtonda vəfat etdi. Kəskin olmasa da uşaqlığında Disleksi (öyrənmə çətinliyi) narahatlığı keçirdi. Oxuma-yazmağı 11 yaşında öyrəndi, amma otuz yaşı olmamışdan əvvəl vəkil, tarix və siyasət elmi doktor oldu. 1902-ci ildə, Princeton Universitetinə başçı olaraq təyin edildi. On il sonra New Jerseyi qubernatoru, 1914-cü ildə də başçı seçildi.

“Sülhsevər” olmasına baxmayaraq, tarixin ən qanlı döyüşlərinə səbəb olan bu adamın sicilinə baxaq.

A) 22 Fevral 1913-cü ildə, Meksikada, Başçı Maderoya və Başçı Köməkçisi Pino Suárez’ə işgəncə edildi və öldürüldü. ABŞ səfiri Henry Lane Wilson, General Victoriano Huertadan bu iki cinayətin reallaşdırılmasının istəndiyi bilinirdi. Səfir Wilson Taftın, ya da heç olmasa seçilmiş və on iki gün sonra başçı olacaq Woodrow Wilsonun təsdiqi olmadan bunu etməyəcəkdi. Və Maderonun qətl edilməsi Meksikada vətəndaş müharibəsinin də başlanğıcı olmuşdu.

B) Lusitania Liverpuldan New Yorka yolçu daşıyan böyük gəmi idi. Avropada 1914-cü ildə başlayan qarşıdurmalarda, ABŞ tərəfsiz qalmışdı. Lakin ordu sənaye kompleks, Wilsona döyüşə girməsi üçün nəşr edirdilər. ABŞ hökumətinin, Böyük Britanya hökuməti ilə dünyanın ən böyüklərindən biri olan Lusitanianın da aralarında olduğu reys gəmiləriylə, bu ölkəyə böyük silah yükləri göndərmə mövzusunda gizlicə razılaşdığı da bilinirdi. Vaşinqtondakı Almaniya səfiri, əgər Lusitania ilə döyüş vəsaitləri daşınsa, bunu bir döyüş gəmisi olaraq qəbul edəcəklərini və hücum edə biləcəkləri mövzusunda bir xəbərdarlıq etdi. Almaniya səfiri, The New York Times qəzetinə bir elan verərək bu xəbərdarlığı yayınlatdı. Amma Lusitania, yüksək partlayış gücünə malik patlayıcılar qədər döyüş vəsaiti daşıması üçün bir dəfə daha istifadə edildi. 7 May 1915 tarixində, partlayıcılar anbarına girən tək bir Alman U-20 torpedası tərəfindən gəmi batırıldı. Gəmi 18 dəqiqə batdı və aralarında 125 Amerikalının da olmaqla 2080 yolçusundan 1195-i öldü. Lusitanianın bir döyüş gəmisi kimi istifadə edilməsi üçün Wilsonun təsdiqi vardı.

Lusitania faciəsi, xalqının döyüşə qarşı olduğu bir ölkəni döyüşə daşımaq üçün kafi bir səbəb olmadı. Sosializmin dünyada böyük həyəcan yaratdığı illər idi ki, bu ölkədə imperatorluğun şefləri tərəfindən qan və atəş ilə əzildi. Ordu sənaye kompleksi arzu etdiyi böyük sərvəti qazanmaq üçün daha çox cinayətə ehtiyac duyurdu. Onsuz da İngiltərə, Fransa… və bunların düşmənlərinə silah sataraq qazanmışdılar. Daha sonra, İngilis ordu kəşfiyyatı, döyüş elan etmək üçün Meksika ilə Almaniyanın vəhşi bir ittifaq meydana gətirdiklərini və döyüşü qazanmaları vəziyyətində Teksas, New Meksika və Arizonanı geri istəyəcəkləri kimi bir dəlilik kəşf etdi və bu ssenari üzərində Amerikan kəşfiyyatıyla razılaşdı. Bu, Telegrama Zimmermannın məşhur sirrinin səbəbi oldu. Çox uşaqcasına bir məlikməmməd nağılı idi və həm də 1917-ci ildə, Meksikada vətəndaş müharibəsi bütün gücüylə hələ hökm sürməkdə idi.

C) Wilson hökuməti, imperatorluğun ən mürtəce hökumətlərindən biriydi. Kiçik və orta ölçülü sənaye və ticarətə qarşı Wall Streetin zənginlərinə kömək etdi. Uşaq əməyinin istismar edilməsini ortadan qaldırmaq istəyən Owen-Keating Act qanununa qarşı çıxdı. Ağ irqdən olmayanların Princeton Universitetində və hökumətdə məsuliyyət almasını qadağan etdi. Partiyasında populist qanadı idarə edən William Jennings Bryan ilə zidd düşdü. 1917 Casusluq Qanunu və 1918 üsyana Təşviq Qanunu vasitəsilə döyüşə qarşı çıxanlara və xüsusilə də sosialistlərə və onların lideri Eugene Debsə zülm edib həbs etdirdi.

D) Osmanlı, avstriya-Macarıstan və Alman imperatorluqlarının xalqlarına, İngiltərə və Fransa hökumətləri daha mərhəmətsiz davranmasına baxmayaraq Birinci Dünya döyüşündən bu hökumətlər məsul tutulmadılar çünki cinayət yalnız imperatorluqların idi. Ayrıca Wilson, Alman xalqının ödəmək məcburiyyətində qaldığı böyük miqdardakı qızıl təzminatı səbəbiylə döyüş sonrasında Almaniyada yaşanan tragediyanın günahkarı idi. Bu vəziyyət İkinci Dünya Döyüşünə və 1933-cü ildə Adolf Hitlerin iqtidara gəlişinə də gətirib çıxardı.

E) Wilsonun prezident dövründə imperatorluq, Rus İnqilabına qarşı mübarizə etmək üçün Rusiyaya hücum etdi və Arcángel, Vladivostock şəhərlərini işğal etdi. Haiti və Nikaraguanı zəbt edərək bir çox Latın Amerika ölkəsinin daxili işlərinə qarışdı. Yanki imperatorluğunun Rusiyanın şərqindəki varlığı, vətəndaş müharibəsini genişlətdi və bu, Rus xalqına on minlərlə daha çox ölümə səbəb oldu.

Bu qədər çox qanın qarşılığı olaraq da 1919-cu ildə, Nobel Sülh Mükafatını aldı.

3.  Cordell Hull (1945-ci ildə Nobel Sülh Mükafatını aldı)

1871-ci ildə, Tennessee/Olympusda anadan olmuşdu və 1955-ci ildə Vaşinqtonda öldü. 1933-cü ildən 1944-cü ilə qədər Xarici İşlər Nazirliyində işlədi, 11 il, ən uzun davamlı etdiyi iş bu idi.

Onun sevimli keçmişinə baxaq.

A) 1898-ci ildə, Kuba döyüşü əsnasında Tennesseeli könüllü əsgər birliyininə şeflik vəzifəsini boynuna aldı.

B) Xarici İşlər Nazirliyi dövründə, imperatorluğun Pearl Harbora yaxınlaşan Yapon hücumunu əvvəldən bilən şeflərindən biriydi. Bu məlumatı, “Casus Müəyyən”** kimi istifadə etmək üçün saxladı. Bundan ötəri 7 dekabr 1941 tarixində, ABŞ-ın 2600 əsgərinin qətl edilməsindən eynilə Roosevelt kimi o da bilavasitə olaraq məsuliyyət daşıyırdı.

C) Nasist zülmündən San Luis gəmisiylə qaçan yüzlərlə Yəhudinin ölümündə də bilavasitə olaraq günahkardır. 1939 ili May ayında bu gəmi, 939 Yəhudi mühacir ilə Kubaya hərəkət etdi. Batista tərəfindən idarə olunan Laredo Brú hökuməti, Kubaya qanuni olaraq girmələri üçün onlara söz vermişdi. Eyni ilin İyul ayında Kubaya gəldiklərində, Köç Bürosu müdiri polkovnik Manual Benítez, turist olaraq onları içəri ala bilməsi üçün hər birinin 150 dollar ödəməsini istəyərək bu yazıq insanları çarəsiz bir vəziyyətə saldı. Az qala heç biri bu məbləği ödəyə bilmədi, çünki nasist Almaniyasında işlərini və mal varlıqlarını itirmişdilər. Onsuz da San Luisin bilet ödənişini güc-bəlayla ödəyə bilmişdilər. Laredo Brú, mühacirlərin Kubadan çıxışını əmr etmiş və gəmi ABŞ-a yönəlmişdi. Hullun tövsiyəsi səbəbiylə Roosevelt onların girişinə maneə törətdi. Mühacirlər Avropaya geri dönmək məcburiyyətində qaldı və az qala hamısı müharibə müddətində nasist zülmünün qurbanı oldu.

Cordell Hulla, 1945-ci ildə, Nobel Sülh mükafatı verildi.

4.  George C. Marshall (1953-cü ildə Nobel Sülh Mükafatını aldı)

(Bu məqaləni daha çox uzadaraq oxunmaz bir hala çevirməmək üçün edilən döyüşlərin, sırasıyla qısa bir xülasəsini edəcəyəm)

Marshall, 1880-ci ilin dekabr ayında doğuldu və Oktyabr 1959-da öldü. O həyatını tamamilə döyüşə və qırğınlara həsr etdi.

A) 1899-dan 1901-ci ilə qədər Filipini müstəmləkəsi etmək üçün onun xalqıyla döyüşdü. Yüz minlərlə günahsız vətəndaş, imperatorluq tərəfindən öldürüldü. Hətta 1901-ci ildə, döyüşün rəsmi olaraq sona çatmasından sonra belə on minlərlə döyüşçü mübarizəyə davam etdi.

B) Meuse-Argonne / Fransaya hücum etdi (Birinci Dünya Döyüşü).

C) 1919-cu ildə, General Pershingin köməkçisi oldu. 1920-ci ildən 1942-ci ilə qədər çox sayda ordu fəaliyyəti reallaşdırdı.

D) Fort Screven Georgianın komandiri olaraq, McArthur, Eisehower və Patton tərəfindən təklif edilən, Başçı Hoover tərəfindən əmr edilən, qazilərin döyüş təhvillərinin özlərinə ödənməsi tələbinin Vaşinqtonda maneə törədilməsini dəstəklədi.

E) Almaniyanın Polşanı “işğal etdiyi” gün, Roosevelt onu Baş qərargah Başçısı olaraq təyin etdi (əslində, Versay razılaşması ilə ölkənin beşiği Prusyanın on minlərlə kvadrat metr torpağını işğal edərək Almaniyanı işğal edən Polşa idi).

F) 1944-cü ildə, ABŞ-ın ilk beş ulduzlu generalı oldu və Baş qərargahı (Combined Chiefs of Staff) koordinasiya etdi.

G) 1947-ci ildə, Başçı Truman, onu xarici işlər naziri olaraq təyin etdi. Bütün dünyada və hətta öz ölkəsində milliyyətçilər, populistlər və sosialist hərəkətlər üçün bir günahkar və aktiv müxalifətin “Truman” olaraq adlandırdığı doktrinanın da memarı oldu.

İ) Onun “lehinə” deyilə biləcək şey də, 1200 ildən çox zamandır müsəlman ərəblərin olan torpaqlarda İsrail Dövlətinin yaradılmasına qarşı duruşu oldu.

H) İmperatorluğun əsgərlərinin, bir çox cinayət törətdiyi Koreya döyüşünün başlanğıcında Müdafiə Naziri idi.

Qana həsr etdiyi 55 illik həyatdan sonra, 1953-cü ildə, Nobel Sülh Mükafatı qazandı.

 

5.  Henry Kissinger (1973-cü ildə Nobel Sülh Mükafatını aldı)

Bir neçə gün əvvəl, bu döyüş günahkarı haqqında iki məqalə yazdım. Orada, ehtimalla özlərinə zərər verdikləri 11 Sentyabr hadisəsindən sonra bu insanın, Ağ Evdə Corc Buşu nizamlı ziyarət etdiyini və 2003-cü ilin martında, İraqın işğal edilməsini israrla təklif edənlərdən biri olduğunu yazmağı unutdum. Son yazılarımda açıqlanan, bu adamın cinayət çıxaran keçmişini yenidən təkrarlamağa ehtiyac yoxdur.

Bu adam Vyetnam, Kamboca, Şərqi Timor, Çili, Argentina, Uruqvay və digər ölkələrdəki böyük qırğınlardan tam olaraq günahkardır.

Və o da, 1973-cü ildə, Nobel Sülh Mükafatına layiq görüldü.

 

6.  Menachem Begin (1978-ci ildə Nobel Sülh Barış Mükafatını aldı)

1913-cü ildə Belarusiyada doğuldu. 1992-ci ilin mart ayında, Fələstində – Sionistlərin İsrail deyə adlandırdıqları bölgədə – öldü. 1977 İyunundan 1983 Oktyabrına qədər baş nazirlik etdi. 1935-ci ildə Varşava Universitetindən vəkil olaraq məzun oldu, amma peşəsi üzrə işləmədi.

İndi də, onun həyatının sevimli səhifələrinə baxaq:

A) Çox gənc yaşından etibarən “Revizyonist Sionizm” deyilən terrorist təşkilatın üzvü və Vladimir Jabotinskyin müridi oldu. Polşa və Çexoslovakiyada, bu qrupun gənclik qolunu idarə etdi, amma Almaniyanın, 1939-cu ildəki “təcavüzü” qarşısında qaçmaq məcburiyyətində qaldı.

B) 1940-cı ildə, Daxili İşlər Nazirliyi Xalq Komissarlığı (Sovetlər; çn) NKVD tərəfindən, İngilis Hökuməti casusu olmaq günahıyla həbs olundu. Səkkiz il həbs cəzasi çəkdi lakin daha sonra sərbəst buraxıldı və Koridor Farsa vasitəsilə Fələstinə göndərildi. 1942-ci ilin Avqust ayında orada idi.

C) “Müqəddəs torpaqlara” çatınca, Fələstində qanlı terror üsulları istifadə edərək İngilis rəhbərliyinə qarşı mübarizə edən ultraterrorist qrup İrgún’e*** qatıldı.

D) 1944-cü ildən 1948-ə qədər, İngilislərə və tək İngilislərə deyil, bəzən də ölkənin sülhsevər xalqına qarşı çox sayda terrorist hücum reallaşdıran İrgún təşkilatını idarə etdi. Bu nümunədə olduğu kimi onun hərəkətlərinin birində, 22 İyul 1946-cı ildə, King David Otelinə edilən hücumda, prospektdə ya da oteldə aralarında yəhudi və fələstinli  günahsız vətəndaşların da olduğu 91 adamı öldü. Otelin bir qisimini məhv edən terroristlər, əmri Begindən almışdılar.

E) İrgún’un ən pis hərəkətlərindən biri, 1948 ilin aprel ayında, fələstinli kəndlilərə qarşı reallaşdırdığı Deir Yasin qırğını idi.

F) “Müstəqillikdən” sonra, 1948-ci ilin may ayında, Begin digər sağçı qruplara qatılaraq Azadlıq Partiyası Herutu qurdu.

G) Herut, 1948-dən 1977-ci ilə qədər müxalifətdə qaldı və bu əsnada Begin ilə Mən Gurión arasındakı fərdi düşmənlik artdı. Liberal və Herut partiyaları, Gahalı qurmaq üçün Beginin öndərliyində birləşdi və daha sonra da Likutu qurmaq üçün digər hərəkətlərlə bir araya gəldi.

H) Begin, 1977 iyun ayında İraqdakı Osirak nüvə zavodlarına hava hücumu əmrini verdi və zavodlar dağıdıldı. O zamanlar İsrail, onlarla nüvə bombasına sahib idi. Halbuki İraq bunu, enerjini inkişaf etdirmə məqsədiylə planlayırdı. Sionistlər, İraqı illərdən bəri “kütləvi qırğın silahlarına” sahib olmaqla günahlandırdılar. Buş, 2003-cü ildə, bu ölkəni işğal etmək üçün eyni yalanı istifadə etdi. Bu silahlar heç vaxt var olmadı.

J) Begin, 6 İyun 1982-ci ildə, Livanın işğal edilməsini əmr etdi. Eyni ilin Sentyabr ayında, Ariel Sharonun idarə etdiyi İsrail işğal birlikləriylə doğrudan cinayətə şəriklik edərək Səbrə və Şatilla Fələstin mühacir düşərgələrində böyük qırğınlar törətdi. Aralarında onlarla uşağın da olduğu, yüzlərlə günahsız vətəndaşı soyuqqanlılıqla qətl etdilər. Sionist olmayan, altmış mindən çox İsrailli – imperatorluğun etməyə alışqın olduğu qırğınlara çox bənzəyən bu vəhşiliyi etiraz etdi. Bu, ölkə tarixinin ən böyük xalq etirazı idi. Sharon istefa vermək məcburiyyətində qaldı və bir il sonra da Begin hökumətdən çəkildi.

K) Gördüyümüz kimi, Sionist rejimin ən pis cinayətləri Camp David razılaşmasıyla davam etdirildi və 10 dekabr 1978 günü, Begin və Ənver Sədat, Nobel Sülh Mükafatına layiq görüldü. Mükafatını aldığı gün, Beginin saysız terrorist hərəkətləri səbəbiylə ölən insanların məzarlarında döndüyünü kimsə bilmir, ola bilərmi?

7.  İzak Rabin (1994-cü ildə Nobel Sülh Mükafatını aldı)

1922-ci ilin martında Qüdsdə doğuldu və 1995 noyabrında vurularaq öldürüldü. Onun da sülhə verdiyi töhfəsinə baxaq.

A) 19 yaşında, eyni İrgun kimi bir terrorist təşkilat olan Haganahın Palmach qisminə qatıldı. Min ildən daha çox bir zamandır, müsəlman və ərəb Fələstinlilərin yaşadığı torpaqlarda bir Yəhudi dövləti qurmaq üçün Fələstindəki İngilis mangasına qarşı döyüşdü.

B) “Müstəqillikdən” sonra, 1948 ərəb-İsral döyüşlərində, misirlilərə qarşı döyüşən briqadaya komandirlik etdi.

C) Məhəmmədin zamanından bəri atalarının yaşadığı torpaqlardan, 70 min adamın məcburi köç etməsinə səbəb olan Ramla və Lydda şəhərlərinə edilən hücumlara, digər bir briqadanın komandiri olaraq qatıldı.

D) 1964-cü ildə, Baş nazir Levi Eshkol tərəfindən İsrail Müdafiə  Qüvvələri Komandirliyinə təyin edildi.

E) 1967 Altı Gün Döyüşündə, hücumlara və əksəriyyətlə Fələstinlilərin yaşadığı Qüds şəhərinin işğal edilməsinə qatıldı. İsrail, 1948-ci ildən bəri davam edən digər döyüşlərdə olduğu kimi bu döyüşdə də yanki imperatorluğunun döyüş vəsaiti və pul dəstəyinə sahib oldu.

F) 1968-ci ildən 1973-cü ilə qədər ABŞ-da İsrail Səfirliyində işlədi. O zaman İmperatorluğun, İsrailə etdiyi iqtisadi və böyük ordu köməklərini artırmağı bacardı. Bu köməklər olmasaydı bu ölkə var olmayacaqdı.

G) 3 İyun 1974 günü, baş nazirliyə təyin edildi. Yoldaşının bir skandala qarışması və dörd ədəd F-15 döyüş təyyarəsinin ABŞ-dan İsrailə Şabat günü gətirilməsinin dini bir skandala səbəb olması nəticəsi iqtidardakı koalisiya bölündü və Rabin 1977- ci ildə istefa vermək məcburiyyətində qaldı.

H) İsrailli birliklərin, Livan və Fələstində, fələstinlilərə qarşı cinayət törətməyə davam etdiyi illərdə, 1984-dən 1990-a qədər Müdafiə Naziri vəzifəsində işlədi. Birinci İntifada əsnasında, İsraildə sülhsevərlik nümayiş etdirən fələstinliləri həddindən artıq güc istifadə etdi. Daha sonra nümayişçilərə qarşı istifadə etdiyi üsullar səbəbiylə ona, “sümük qıran Rabin” deyildi.

İ) Oslo Razılaşmaları səbəbiylə, 1994-cü ildə, Rabín, Şimón Peres və Yaser Ərafata Nobel Sülh Mükafatı verildi. On bir ay sonra Rabín, özündən daha az terrorist olan bir Yəhudi tərəfindən vurularaq öldürüldü.

8.  Şimon Peres (1994-cü ildə Nobel Sülh Mükafatını aldı)

1923-cü ilin avqust ayında, indi Belarusiyaya  aid olan bir Polşa şəhərində doğuldu. 86 yaşıyla, mövcud İsrail Respublika prezidenti. New York, Greenwich Villagedə oxudu, amma az. On bir yaşında Fələstinə gəldi və bir kibutz**** birliyində əkinçiliklə maraqlandı.

Onun sülhsevər siyasətinin bir hissəsinə baxaq.

A) 1947-ci ildə, İsrail Müdafiə Qüvvələrinin atası olan Haganah terrorist briqadasına qatıldı. Qrupun yalnız 22 yaşında olan bu üzvünü, Ben Gurión silah və partlayıcı alma məsulu olaraq təyin etdi.

B) 29 yaşında, Müdafiə Nazirliyi Ümumi Müdiri oldu. Ölkə onun liderliyində, daha sonra atom bombası inkişaf etdirmək üçün istifadə edəcəyi və bu anda istifadə etməkdə olduğu nüvə reaktor dinamoyu imperatorluqdan aldı.

C) 1995 və 1996 illərində iki dəfə baş nazir oldu.

D) İsraildə, hər iki intifad əsnasında və də Qəzzə və Livanda, “Müdafiə  Qüvvələri” tərəfindən reallaşdırılan bütün cinayətlərı dəstəklədi. Sharon ilə birləşdikdən sonra da Livandakı Sabra və Şatilla düşərgələrində, fələstinlilərin qətl edilməsini müdafiə etdi –baxmayaraq ki, İsrailin öz qanunları tərəfindən belə qatillər günahlandırılır.

E) 2005-ci ildə, bir dəfə daha Ariel Sharon ilə Kadima partiyasında birlikdə oldu.

F) Yanki yanlısı məhkum rejim Türkiyənin Erməni qırğınını reallaşdırdığını rədd etdi.

G) İranın sülhsevər məqsədlər üçün nüvə enerji inkişaf etdirməsinə, imperatorluğun tutumuna uyğun davranaraq qarşı çıxdı. 2006-cı ildə, “İran Respublika prezidenti, ölkəsinin xəritədən silinə biləcəyini bilməli” deyərək və üstü bağlı bir şəkildə, bu ölkəyə, imperatorluğun və İsrailin birlikdə bir nüvə hücum edə biləcəklərini bəyan etdi. Bundan iki il sonra da Hillary Clinton, başçılığa namizəd olduğu zaman eyni şeyi söylədi.

Oslo Razılaşmalarındakı səylərindən ötəri 1994-cü ildə, Nobel Sülh Mükafatını qazandı.

9.  Barak Obama (2009-cu ildə Nobel Sülh Mükafatını aldı)

1961-ci ildə Havay adalarında doğulub. Harvard Universitetində hüquq təhsili aldı. Mədəni haqlar müdafiəçisi bir vəkil və Chicago Universitetində Konstitutsiya Hüququ professoru idi. 1997-2004 illəri arası Illinois əyalət senatorluğu və 2004-2008 arası Amerikan senatoru idi. Keçən il noyabr ayında böyük bir fərqlə başçı seçildi.

Seçki kampaniyasında, Orta şərqdə barışı yaradacağına, qaçaq immiqrantları qoruyacağına, Kubaya tətbiq olunan blokadanı qaldıracağına, hər kəsi sağlamlıq sığortası əhatəsinə alacağına, Wall Street təkəllərinin və ən şanslıların, ədalətsiz istismarı qarşısında orta sinfi müdafiə edəcəyinə söz verdi. Vəzifəyə gəlməsi az qala bir il olur, amma bu sözlərin birini belə yerinə yetirmədi. Bu sözləri verməsəydi seçilə bilməyəcəkdi. 2009-da Nobel Sülh Mükafatı aldı.

Onun sülhsevər siyasətinin nə qədər şiddət ehtiva etdiyinə baxaq:

A) Nə Kubaya tətbiq olunan blokadanı qaldırdı, nə də yeni məlumatlara görə məhbuslara hələ psixoloji işgəncə tətbiq olunmaqda olan, alçaq Quantanamo həbsxanasını bağladı. Kuba ilə sülhsever bir əlaqə axtarmaq yerinə sələflərinin siyasətini öz cəhdi kimi davam etdirməkdədir. NED (Amerikanın Milli Demokratiya Vəqfi) vasitəsilə, Kuba hökumətinin düşmənlərini maliyyə etməyi davam etdirməkdə və beynəlxalq nəşr razılaşmalarını pozan Martı TV və Radiosunun nəşrlərini davam etdirməkdədir. Şəbəkə üzərindən, axmaqlıqlar və yalanlarla təbliğat aparan, Kuba siyasi sisteminin düşmənləri ilə danışıqlar və məktublar vasitəsilə qurulan  əlaqələri dəstəkləməkdə (Obamanın, Kuba xalqının yüzdə 97-si tərəfindən təsdiqlənən, 1976 Sosialist Konstitusiyasının bir nəticəsi olan və Kubada yaşanan siyasi-iqtisadi-ictimai sistemi bilmədiyi görülür… Halbuki ABŞ Konstitusiyası, 1787-ci ildə, xalqın yüzdə 8-dən bir az çoxunun səsi ilə təsdiqlənmişdi).

B) Bu ölkədə, hərəkəti bir diktatorluq qurmaq üçün Buş tərəfindən təsdiqlənən, Vətənpərvərlik Qanunu (Patriot Act) hələ etibarlıdır. Bu qanun, ABŞ tarixində yaşanmış ən böyük konstitusiya haqq pozuntusudur. Bu qanun, XIX əsrdən bəri bütün mədəni ölkələr tərəfindən hörmət edilən, “habeas corpus” (haqsız həbsi qadağan edən qanun) qanununu tanımır. İfadə azadlığını məhdudlaşdırır, sülhsevər vətəndaşlara qarşı casusluğu haqlı göstərir, qanunların tətbiq olunmasında mühakimə yoxlamasını qaldırır.

C) Orta Şərqə sülh gətirməkdən uzaq. Əfqanıstana edilən hücumları artırdı, İraq hücumlarına davam edir. Pakistanı hava hücumları etməklə təhdid edir.

Bütün dünyanı aldadan bu bəy üzərinə əlbəttə çox daha çox şey deyilə bilər, amma bunları sonrakı məqalələrdə görəcəyik.

Sülh mükafatı verən Norveç Nobel Komitəsinin, döyüşçülərdən meydana gəldiyi dair şübhələrim var.

 

Qeydlər:

*waterboarding işgəncəsi: sorğulanan adamda suda boğulma hissi yaradan ABŞ-ın ən çox istifadə etdiyi işgəncə metodu.

** Casus müəyyən: “döyüş səbəbi” olaraq çevrilə biləcək latınca bir ifadə olub, bir ölkənin döyüşə girmə səbəbini ifadə etmək üçün istifadə edilir.

***Irgún (İsrail Milli Ordu Təşkilatı): Gizli  Yəhudi təşkilatıdır. 1931-ci ildə Fələstində revizionist partiya tərəfindən qurulub. Irgún həm Fələstinli Ərəblərə həm xüsusilə Səfər Abıvanın (Ağ Kitab) nümayiş etməsindən sonra Böyük Britanyaya qarşı aktivist bir siyasət icra etdi və Fələstində gizli köç şəbəkələri meydana gətirdi.

****Kibutz (“birlik” və ya “birlikdə”): İsraildə ortaq şəkildə istifadə edilən məskunlaşma bölgəsi. İsrail dövlətinin quruluşunda əhəmiyyətli təsirləri olmuşdur. Sosializm və Sionizmi praktik bir şəkildə bir araya gətirən Kibbutizm İsraildə xüsusi bir təcrübədir.

Carlos Rivero Collado

10 dekabr 2009

 

İspanca orijinalı

Tərcümə:  Sənan Məmmədov                                                  (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:14678

Şərhlər

  1. Bu sırada Mixail Qorbaçovun da adı olmalıydı, məncə.

  2. Rufat Abbasov deyir:

    Haqlısan…