abunə ol: Yazılar | Şərhlər | Еmail

Roza Luksemburq – “May bayramı necə yarandı?”

Şərh

Təqvimdə 1 May qırmızı bayramdır. Hər il manifestasiyalarla bu günün beynəlxalq əməkçilər bayramı kimi anılması qərarı ilk dəfə 2-ci İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris konqresində verilmişdi. Haymarket üsyanı,anarxistlərin edamı – qırmızıya qanla boyanmış gün və hadisələrin sonrakı xronikası solun şərəfli tarixidir. Bugün, konstutsiya və əmək məcəllələrində qanunlarla təsbit edilmiş əmək hüququ, sosial qarantiya, səkkiz saatlıq iş günü (bizim kimi ölkələrdə hələki kağız üzərində!) irticanın təzyiq və istismarına ,cüzi maaş müqabilində bəzən 14-18 saata çatan gündəlik iş rejiminə,uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Solfront bugünlə əlaqədar Roza Luksemburqun tarixi məqaləsini təqdim edir:

May bayramı necə yarandı?”

»Sprawa Robotnicza« qəzeti  Paris, fevral 1894-cü il
Azad düşüncə – səkkiz saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və istirahət ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar. Bu bayram günü 21 aprelə təyin edildi. Əvvəl, 1856-cı ildə Avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş etmək barəsində düşünürdü. Ancaq bu ilkin bayram Avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma və ruh halı yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.

Həqiqətən, işçi kütlələrə şəxsi iradələrindən kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və belə bir cəsarəti nə verə bilərdi?! Nə daha fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, güc verə bilər?! Və beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi , Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi.

Avstraliyalı işçilərin bu nümunəsini ilk amerkalılar təkrarladı. Onlar 1886-cı ildə “1 May ümumi istirahət günü” kimi qərarını qəbul etdilər. Bu gün 8 saatlıq iş rejimi tələbi ilə onlardan 200.000i iş yerlərini tərk etdi. Daha sonralar dövlətin gizli təqib və təzyiqi bir neçə il işçilərə bu manifestasiyanı təkrarən keçirməyə mane oldu. 1888-ci ildə qərar buna baxmayaraq yeniləndi və 1890-cı ilin 1 Mayını növbəti dəfə bayram təyin etdilər.

Bu arada Avropada işçi hərəkatı güclü inkişaf etdi və canlandı. Bu hərəkat 1889-cu ildə özünün güc ifadəsini İşçilərin beynəlmiləl Konqresi ilə tapdı.Sözü gedən konqresə 400 nümayəndə toplanmışdı, əvvəlcə səkkiz saatlıq iş günü tələbi haqda qərar verildi. Fransız həmkarlar ittifaqının üzvü, Bordolu işçi Lavigne təklif irəli sürdü, hər bir ölkə ümumi əmək bayramı günü adı altında bu tələbi ortaya qoysun. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890ci ilin 1 Mayla bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə konqres təqvimdə ümumi proletar bayram gününü müəyyən etdi.

İşçilər əslində bu halda da 30 il öncə Avstaliyada olduğu kimi yalnız bir günlük manifestasiya haqda düşünürdü. Konqres qərarlaşdırmışdı ki, 1 Mayda (1890-ci il) bütün ölkələrin proletariatları səkkiz saaatlıq işgünü tələbi ilə birlikdə nümayiş etsin. Növbəti illər bayramın təkrar keçirilməsi müzakirədə səslənmədi. Heç kim təbii ki qabaqcadan fikrin belə parlaq reallaşmasını və tez bir zamanda işçi sinfi arasında yayılacağını görə bilməzdi. Və 1890-cı May bayramının bir dəfə qeyd edilməsi dərhal hər kəsin qavraması və hiss etməsi üçün bəs etdi, May bayramı hər il və davamlı təşkil olunmalıdır.

1 May səkkiz saaatlıq iş günü çağırışları edildi. Amma məqsədə nail olduqdan sonra da May bayramı bitmədi. Nə qədər ki işçilərin burjaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, May bayramı – hər il bu tələblərin səsləndiyi tribuna  olacaq. Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram keçirəcək.

Almancadan tərcümə etdi: Scherif Abde (c) SOLFRONT



Oxşar yazılar:

Baxış sayı:12875