abunə ol: Yazılar | Şərhlər | Еmail

Heymarket bombalanması

Şərh

 

1886-cı il 1 may tarixində Birləşmiş Ştatların bütün ərazisində 8 saatlıq iş günü üçün tətil və mitinqlər başlandı.Növbəti günlər ərzində 340 000-dən çox qadın və kişi öz əmək fəaliyyətlərini dayandırdı.Tətil edənlərin dörddə biri Çikaqodan idi və işverənlər işçilərin birlik nümayişindən o qədər şok olmuşdular ki,45 000 işciyə dərhal 8 saatlıq iş günü təyin etdilər.

8 saatlıq iş günü kampaniyasının təşkilatçısı İşçi Xalqların Beynəlxalq Assosasiyası (İXBA) idi.May ayının 3-ü İXBA Çikaqoda Makkormik kombayn istehsalatı dairəsində 1400 işçinin tətilə çıxdığı gün mitinq keçirdi.6000 ağackəsən fəhlə də onlara qoşularaq iş fəaliyyətlərini dayandırdılar.İXBA-nın liderlərindən biri olan Avqust Spays nitq söyləyərkən polis hadisə yerinə gəlir və kütləyə atəş açır və nəticədə 4 fəhlə ölür.

Növbəti gün “Arbeiter-Zeitung”-un redaktoru olan  Avqust Spays  ingilis və alman dillərində “Qisas!İşçilər,silahlara!” başlıqlı vərəqələr çap edir.Vərəqənin alt hissəsində deyilirdi:”Onlar zavallıları öldürdülər, çünki onların da sizin kimi öz bosslarının sonsuz istəklərinə itaətsizlik etmə cəsarəti var.Onlar o zavallıları öldürdülər, sizə-“Azad Amerika Vətəndaşlarına”  göstərsinlər ki, şefinizin sizi hər cürə mükafatlandırması ilə qane olmalısınız,əks halda öldürüləcəksiniz.Əgər siz insansınızsa, əgər  bir vaxtlar sizi azad etmək üçün qan tökən cənabların nəvələrisinizsə, öz  qüdrətinizlə yüksələcəksiniz,Herakl, və sizi məhv etməyə çalışan mənfur canavarı dağıdacaqsınız.Sizi silahlanmağa çağırırıq, silahlanmağa!”.Spays həmin axşam Heymarket meydanında kütləvi etiraza çağıran daha bir vərəqə çap etdirir.

4 may,3000 -dən çox insan Heymarket meydanına yığıldı.Avqust Spays,Albert Persons və Samuel Filden tərəfindən nitqlər söylənir.Bu zaman kapitan Con Bonfild və 180 polis hadisə yerinə gəlir.Bonfild kütləyə “dərhal və sakitcə dağılışmağı” əmr edərkən kimsə meydana gələn döngələrin birindən polis sıralarına doğru partlayıcı atır.8 nəfər ölür və 67 nəfər yaralanır.Və polis dərhal kütlə üzərinə hücum edir.200 nəfər ağır xəsarət almaqla onlarla adam ölür(dəqiq rəqəm açıqlanmır).

Bəziləri partlayıcı atan şəxsin Rudolf Şnaubelt olduğunu bildirir.O həbs edilsə də,çox keçmr ki,ittiham olunmadan azad edilir.Daha sonra Şnaubeltin hökümətə işləyən provokator olduğu müəyyənləşdirilir.Şnaubelt azad edildikdən sonra polis ingilis Samuel Fildeni və 6 alman immiqrantı-Avqust Spays, Adolf Fişer, Lui Linq, Corc Engel, Oskar Niibi və Maykl Şvabı həbs edir.Bundan başqa polis Beynəlxalq İşçi Assosasiasının lideri Albert Personsa axtarış elan edir, lakin o qaçaraq tutulmaqdan canını qurtarır. Hərçənd, məhkəmənin keçirildiyi günün səhəri Persons öz yoldaşlarına dəstək olmaq üçün məhkəməyə gəlir.

Əksəriyyəti gəlmə olan bu anarxist dəstə özünü 1886-cı il Çikaqo hücumunda sui-qəsd ilə təqsirləndirməsi o dövrün ən qəbuledilməz metaforalarından biridir.XIX əsrin son onilliyi müasır ABŞ tarixinin ən qızğın dövrü olub və Çikaqo kimi həmin dövrün transformasiyasını bu qədər kəskin yaşayan başqa şəhər olmayıb. Vətəndaş müharibəsi dövründən sonra iqtisadi böhranın olması  və sosial bərabərsizliyin gətirdiyi siyasi gərginliyi aşkara çıxaran kapital və əmək arasında konfliktin genişləməsinə görə bəzi amerikalılar üçün ölkənin gələcəyi sual altında idi.Heymarket “sui-qəsdinə” gətirib çıxardan  illər ərzində sənaye münaqişələri kəskinləşərək həmin ildə tətil edən işçi sayı 700 000-ə çatmışdı. Onilliyin sonunda təxminən 10 000 lokaut və tətillər keçirilmişdi.1880-ci illərdə ABŞ-da miqrasiya modellərinin dəyişməsi ilə ölkə boyunca “anadangəlmə ağ amerikalı” dəstələrin mənimsənilməməsi təhlükəsi və  “gəlmə” siyasi ideyalogiyanın yayılması yerlilərin ayağa qalxmasında əksini tapırdı.Nəticə etibarı ilə Heymarket bombalanmasından sonra Çikaqoda hər hansı məhşur anarxist üçün yaxşı dövr deyildi, o cümlədən də gəlmə amerikan işçiləri üçün.

Tutulan 8 şəxsdən heç birinin bu bombanı atmadığını sübut edə biləcək çox şahid vardı.Ona görə də hökümət onları da cinayətin törətilməsində əlbir olmaq maddəsi ilə məsuliyyətə cəlb etdi.Təqsirləndirmə ondan ibarət idi ki, bu insanlar nitqlər söyləyərək və məqalələr yazaraq həmin bilinməyən adama Heymarketdə polisə bomba atmağa təşviq ediblər.

Hakim heyətinə xüsusi  məhkəmə icraçısı seçilmişdi, halbuki bu seçim təsadüfi olmalı idi. O cümlədən, hakimliyə  “şəhid” olmuş polislərdən birinin qohumu da seçilmişdi.Dövlət prokuroru Jüli Grinnel hakim heyətinə: “Bu insanları təqsirli bilin və asın.Bununla da siz öz institutlarınızı qorumuş olarsız.”deyə müraciət edir.

Məhkəmədə müəyyən olunur ki,Endryu Conson-Pinkerton agentliyinin detektivi-dəstəyə nüfuz edərək bu şəxslər barədə dəlil yığırmış.Conson anarxistlərin görüşlərdə zor tətbiq etmək barədə danışıqlar apardıqları iddiasını irəli sürdü.İşçi Xalqların Beynəlxalq Assosasiyası görüşlərində iştirak edən casuslar isə təqsir olunanların “sistemi çökərtmək üçün”  zor tətbiq etmək barədə danişdıqlarını müdafiə etdilər.

İstintaqın gedişatı zamanı hakim məhkəmə iclasçılarına təqsirkarların “siyasi dəyişikliklərə nail olmaq üçün zor tətbiq ediləcəyi” qeyd olunan nitq və məqalələrinin oxunmasına icazə verdi. Hakim daha sonra məhkəmə iclasçılarına bildirir ki, əgər bu nitq və məqalələrin partlayıcının atılmasında köməyi olduğu dəlilinə inanırlarsa,o zaman müdafiə olunan tərəfi təqsirli hesab etməlidirlər.

Tutulanların hamısı cinayətdə təqsirli bilindilər.Albert Persons,Avqust Spays,Adolf Fişer, Lui Lingg və Corc Engell ölüm cəzasına məhkum edildi.Belə ki,Oskar Niibi, Samuel Filden və Maykl Şvab ömürlük həbs cəzası kəsildi.1887-ci il noyabrın 10-da Lingg dinamit başlığını ağzında partladaraq intihar etdi.Növbəti gün Persons, Spays, Fişer və Engel dar ağacına aparıldı. Kəndir boynuna keçirilərkən Spays qışqırır: “ Vaxt gələcək bizim səssizliyimiz, sizin bu gün boğduğunuz səsimizdən daha güclü olacaq!” .

Lakin çoxları bu insanlara ədalətli məhkəmə qərarının verilmədiyinə inanırdılar və 1893-ci ildə İllinoys ştatının yeni qubernatoru Oskar Niibi,Samuel Filden və Maykl Şvabı əfv edir.

 

Corc Maklin

Amerikada anarxizmin inkişafı və süqutu(1890).

Əmək sistemində 8 saatlıq iş rejimi bir müddət narahatçılıq doğururdu və 1886-cı ilin may ayının 1-i bütün həmkarlar ittifaqları tərəfindən hərəkətə keçmək üçün qoyulmuş konkret vaxt idi.Bir çoxları şübhə edirdi ki,sosialist və anaxistlərin itaətsizlik etməsi inqilab və demoralizasiyanın təməlini bərkitmək üçün, işçi sinfinin onsuzda “qıcqırmış” vəziyyətində dəyişkən və hərarətli niqtləri vasitəsilə digər dinc və ləyaqətli Çikaqo sakinləri üzərində üstünlüyü ələ alacaq.

“Makkormik”taxıl şirkətinin işçiləri əksəriyyəti gəlmə olan mindən çox işçisi tərəfindən bir neçə həftə boyunca tətil etdi və hərarətli anarxistlər bu çoşğun işçilər arasında qiyamın qalxması üçün yollar axtardılar. Əngəl yaradan element əsasən, silahlanmış və  təchizatlanmış rusiyalı nihilistlər və fransalı kommunistlər kimi təşkilatlanan dəstələrdə gizli görüşlər keçirənlərin bavariyalı, bohemiyalı, macar, alman, avstriyalı və başqa aşağı sinifdən olan savadsızlardan ibarət olması idi.

Avqust Spayz

Die Arbeiter Zeitung (18 mart 1886)

Əgər biz qanlı inqilab üçün tezliklə silkələnib özümüzə gəlməsək,biz uşaqlarımıza kasıblıq və nökərlikdən  başqa heçnə qoymayacağıq.Ona görə də özünüzü hazırlayın!Sakitcə özünüzü inqilaba hazırlayın!

Baş prokuror Jüli Grinnel.

Məhkəmə iclasçıları üçün giriş sözü (sentyabr,1887).

“Mayın 3-ü insanları iğtişaşa qaldırmaq üçün əllərindən gələni etdilər. Bu şəbəkəli hadisədən zərər çəkənlərin sayını heç təsəvvürünüzə gətirə bilməzsiniz. Bu qədər qanın tökülməsinə səbəb olan adamlar seçilib birdəfəlik məhv edilməlidirlər. Mitinqin yayıldığı anda müfəttiş Bonfild edə biləcəyi ən müdrik şeyi etdi.Əgər o növbəti axşama qədər gözləsəydi,sosialistlər daha da güclənəcəkdilər və 7 nəfər deyil,yüzlərlə insan ölmüş olacaqdı. Bu hərəkət Çikaqoda indiyə qədər edilən ən müdrik hərəkət idi. Polisin cəsarəti və gücü bu şəhəri xilas etdi.Bu insanların hərarətli çıxışları müfəttiş Bonfildə mitinqin buradaca dağıdılması qərarını verməyə vadar etdi.

Bütün o polislər içində yalnız kapitan Uordun tapancası vardı. O adi qaydada irəli addımlayaraq insanlara dağılmağı əmr etdi. Bu əmrdən sonra Filden platformadan irəli keçdi və hündürdən: “Biz sakit dayanmışıq!” dedi. Bu qeyd sanki gizli siqnal idi. Əvvəl platformada olan adam cibindən partlayıcını çıxardaraq fitili yandırdı və polis dəstəsinə doğru fırlatdı. Platformanın arxasında dayanan Filden atəş açdı və bomba atan adam yoxa çıxana qədər bir neçə dəqiqə atəş açmağa davam etdi. Orda olanlar arasında Filden yeganə adam idi ki,içində qəhrəmanlıq qığılcımı vardı. Polislərin fəaliyyəti yüksək qiymətləndirilə bilməz.Çünki yoldaşları vurulana qədər onlar tərəfindən atəş açılmamışdı.

Mən sizə partlayıcının necə atıldığını göstərməyə çalışacam və gəldiyiniz qənaətə əsasən sübut edəcəm ki, bunu edən Lingg olub. Belə vəziyyətdə bir çox mövqedən hesablamalar aparmaq olar, lakin əsas hədəf qatildir.Partlayıcını məhkəməyə atmağa ehtiyac da, yox idi.Ola bilər ki, bunlardan heç biri o bombanı atmayıb, amma onlar öz aqressiv çıxışları ilə kimlərisə bunu etməyə təşviq ediblər.”

Endryu Conson

Çikaqo anarxist dəstəsinə nüfuz etmiş Pinkerton detektivi.

Özünü yepiskop adlandıran kişi Sorell adlı qıza olan simpatiyası ilə qətnamə təqdim etdi. Yepiskop bəyan etdi ki, bu qız ev sahibi tərəfindən zorakılığa məruz qalıb. O, orderlə polisə müraciət etsə də, ev sahibinin sosial vəziyyətini nəzərə alınaraq ərizə geri çevrilib. Avqust Spayz: “Qətnamənin qəbul edilməsindən nə çıxacaq? Biz hərəkət etməli və qızın qisasını almalıyıq. Bu imkan Vaytı (qızı zorlayan ev sahibi) vurmaq üçün ən yaxşı imkandır.”

Musa Salomon

Vəkil (sentyabr 1887)

İndi,cənablar, mən istərdim ki,sizin diqqətinizi müdafiə olunan tərəfin nədə ittiham edildiyinə cəlb edim.Onlar anarxiya yaratmaq maddəsi ilə ittiham olunurlar, sosializmlə deyil; onlar sosializm və anarxizmin cəmiyyət üçün təhlükəli ya da yararlı olması faktı ilə ittiham olunmurlar; lakin hərəkət  etdiyimiz qanuna əsasən, ittihamın özü onlara qarşı olmalıdır. Yalnız bu müdafiə edilməlidir,və bu ittihamnamədəki dəlilləri götür-qoy etmək məhkəmə iclasçılarının vəzifəsidir. Cənablar ittiham burdakı aktla göstərildiyi qaydadır.

Bu ittihamnamənin tərtib edildiyi qanuna əsasən: sui-qəsd qərəzli-əvvəlcədən planlaşdırılmış və ya bildirilmiş şəkildə qeyri-qanuni olaraq sabitliyin pozulması və insan qətlidir. Qeyri-qanuni qətl zəhərləmə, atəş açma, soyuq silahla zərbə və başqa digər insan ömrünü qısaldan və ya ölümünə gətirib çıxardan üsullarla həyata keçirilə bilər. Qərəzli olmasını ifadə edən-onun düşünülmüş, qəsdən qeyri-qanuni şəkildə canlı insan həyatına son qoymasıdır, hansı ki mövcud şərtlərdə dəlillərlə sübut edilib.

Vilyam Foster

Vəkil (sentyabr 1887)

Təqsirkar Linqin Matias C.Deqanın həyatına son verən partlayıcının hazırladığına dair ittihamı sübut edəcək qədər dəlil yoxdur. O ola bilər ki, bombanın partladılması üçün kömək, məsləhət və ya təşviq etmişdir və ya qeyri-leqal digər hərəkət yaxud qeyri-qanuni leqal tərzdə etmişdir ki, nəticə etibarı ilə insidentdə partlayış baş vermiş və deyildiyi kimi Deganı öldürmüşdür. Bütün bunların arxasında məhkəmə iclasçıları adı çəkilən təqsirkarın partlayıcının hazırladığı barədə əsaslı şübhəyə dayanmalıdırlar,hərçəndki onlar Linggin partlayıcının atılmasında kömək,məsləhət,təşviq və ya təhriketmə şübhəsi ilə qane deyillər, sizin hökmünüz günahın partlayıcının hazırlanmasına cəhd kimi ona bəraət verməlidir.

Bizim bu və ya digər məqsədlər üçün partlayıcı hazırlanması sualı barədə tənqidimiz necə olursa olsun, bu dövlət qanunvericiliyi çərçivəsində belə raketlərin istehsalının ölü hökmü və ya başqa cür cəzalandırılacaq cinayət maddəsi yoxdur. Lui Lingg qətl törətməkdə ittiham oluna bilməz,çünki Silcer və arvadı tərəfindən verilən təfsilata görə Heymarketə  partlayıcının birbaşa onun əlindən və hətta Linggin köməyi, təşviq və təhriketməsi olmadan,öz məsuliyyəti ilə hərkət edən 3cü şəxslərə atıldığı aydın ola bilərdi.

Albert Persons

Məhkəmədəki çıxışından (sentyabr,1887)

Əmək məsələsi nizama salınmaya ehtiyac duyur. O,bu işə baxılmasını tələb və israr edir. Yaranmış narahatlıq nəinki  dincliyi, özlüyündə cəmiyyətin mövcudluğunu təhdid edir. İş saatının azaldılması hərəkatı təşkilatçılar da daxil olmaqla  kapitalist və işçilər arasındakı çətinliklərin dinc yolla həll edilməsi niyyətində idi. Mən həmişə hesab etmişəm ki,bu problemin həlli iki yolla ola bilər-ya dinc ya da zorakı üsullarla. 8 saatlıq iş rejimi və ya saatların azaldılması dinc yolla həll təklif idi. Bu kapitalistlər üçün vermək,işçilər üçün isə almaqdır; buna gətirib çıxardı ki, kapitalistlər 8 saat vermədilər. Niyə? Çünki əmək haqqı norması maaş ödəyən ölkələrdə yaşama ehtiyaclarına, başqa sözlə istehlak minimumuna uyğun tənzimlənir.Bu istehlak minimumunu siyasi iqtisadçılar “əmək haqqının dəmir qaydası” adlandırırlar, çünki toxunulmaz və dəyişilməzdır. Bu qanun necə işləyir?Burada: işçi günlük iş görmək üçün işə alınır. On saatlıq işin ilk iki saatında əmək haqqına bərabər əmək hasil edir;qalan 8 saatda hasil edilən əməkdən isə işverən qazanır,heçnədən. 1880-ci ilin işçi siyahıya alınması statistikası göstərir ki,işçi 10 saatlıq iş görür,lakin onun 2 saatı ödənilir. Deməli indi azaldılmış saat və ya 8 saatlıq iş rejimi o deməkdir ki, mənfəət heçnədən 8 saata yox,6 saata qazanılacaq. Bu səbəbdən işverənlər bu saatların azalmasına könüllü razı olmayacaqlar. Mən inanmıram ki,kapital  əməyin iqtisadi azadlıq əldə etməsinə dincə və sakit şəkildə icazə verəcək. Bu qəsbkar və hökmedən hakimiyyətin insanlara könüllü güzəştə getməsi bütün tarixi və insan təbiətinin nəzəriyyəsinə ziddir.Bu səbəbdən dünya kapitalistləri işçiləri silahlanmış inqilaba vadar edəcəklər. Sosialistlər bu faktı qeyd edərək işçiləri qaçılmaz olana xəbərdarlıq edir.

Avqust Spayz

Məhkəmədəki çıxışından (senytabr,1887)

Günahları yalnız həqiqəti söyləməyə cəsarət etmələri olan bu 8 nəfərin öldürülmə cəzasina məruz qalmaları milyonlarla əzabçəkənlərin gözlərini aça bilər, onların ayağa qalxmasına səbəb ola bilər. Doğurdan da,müşahidə etdim ki, bizim məhkum olunmağımız bu yolda mövuzəvi yolla işlədi.Bizim həyatımız üçün “səs-küy” salan sinif,mömin xristianlar bütün üsullarla-qazet və başqa şeylər vasitəsilə bu məsələdə gizlədilənləri aşkara çıxarmağa çalışdı. Sadəcə olaraq günahlandırılanlara “anarxist” adının verilməsi və onların yeni kəşf edilmiş tayfa yaxud adamyeyənlərin yeni növü kimi təqdim olunması və onlar haqqında müəmmalı qəsdlərin planlaşdırdıqları barədə dəhşətli və şok edən hekayələrin uydurulması bu səmimi xristianların böyük səylə çılpaq həqiqətin işçi xalqa və başqa ədalət tərəfdarlarına çatdırılmasına çalışırdılar:4 may axşamı 200 silahlanmış adamlar,bədnam quldurun başçılığı altında dinc əhalinin yığıncağına hücüm etmişdi. Nə məqsədlə? Təbii ki,onların öldürülməsi və ya bacardıqları qədər xəsarət vurulması məqsədi ilə.

 

Corc Engel

Məhkəmədəki çıxışından (sentyabr,1887)

Mənim 1873-cü ildə Almaniyanı tərk etməyimin səbəbi o fakt olmuşdur ki,hər bir insanın məcbur olduğu  kimi gələcəkdə özümü “saxlamaq” qabiliyyətində deyildim.Mən anladım ki,Almaniya da yaşamağımı təmin edə bilmirəm,çünki köhnə gildiya mexanizmi həyatıma zəmanət vermirdi.Buna görə də mənim Almaniyadan Birləşmiş Ştatlara miqrasiya etmək fikrim yüksək qiymətləndirildi.

1873-cü il yanvarın 8-i Filadelfiyaya gəldiyimdə digər emiqrantların təriflədiyi “azad ölkədə” yaşamaq gözləntisi ilə qəlbim o qədər fərəhlə dolmuşdu ki,bu ölkəyə layiq vətəndaş olmağa qərar verdim və özümü Almaniyadan ayrıldığıma görə təbrik etdim.

Həyatımda ilk dəfə Amerika ali məhkəməsi önündə dayanıram,həm də ölüm cəzasına məhkum edilərək.Və məni bu məhkəməyə gətirib çıxaran səbəblər nədir?Bu səbəblər məni Almaniyanı tərk etməyə vadar edən eyni səbəblərdir,eyni səbəblər ki,məni yaşamağa məcbur etdi.Mən öz gözlərimlə gördüm ki,bu “azad ölkədə”,necə deyərlər “dünyanın ən varlı ölkəsində” cəmiyyətdən kənarlaşdırılmış proletarlar mövcuddur.

 

Albert Parsons
Məhkəməsindəki nitqi (Sentyabr, 1887)
Mənim əcdadlarım bu ölkəyə uzun müddət əvvəl gəliblər. Mənim dostum Oscar Neebe buradakı pensilvaniyalı hollandların nəslindəndir. Hər ikimizin də bəxti gətirib və ya gətirməyib ki – bəzi insanlar buna belə yanaşarlar ki, sanki mən bilmirəm və ya buna laqeydəm – biz bu ölkədə doğulmuşuq. Mənim əcdadlarımın Müstəqillik Bəyannaməsinin yazılmasında və tərtib olunmasında müəyyən rolu olub. Mənim ulu dayım Bunker Hill döyüşündə əlini itirib. Mənim Washington at Brandywine, Monmouth və Valley Forge ilə ulu ulu dayım var idi. Düşünürəm ki, mən burada artıq kifayət qədər uzun müddət yaşayıram ki, ölkənin konstitusiyasında təmin edilən haqlara sahib olum.

Albert Parsons
Həyat yoldaşı Lucy Parsona məktubu (14 Sentyabr, 1887)
Bizim səhərki hökmümüz bütün dünyadakı tiranların qəlblərini şad edir və bu nəticə Çikaqodan Sankt – Peterburqa qədər axan şərab bayramında Kral Kapital tərəfindən qeyd ediləcək. Buna baxmayaraq, bizim ölümə düçar olmağımız nifrətin,  kinin, riyakarlığın, ədalətin ölümünün, zülmün və insanın insan üzərində ağalığının məğlub edildiyini qabaqcadan xəbər verən divardakı əl yazısıdır. Dünyanın istismar edilənləri öz qanuni zəncirlərində əzab çəkirlər. Əmək nəhəngi oyanır. Öz durğunluqlarından oyanmış kütlələr öz dar zəncirlərini, qasırğadakı qarğılar kimi sındıracaqlar.

Bizləri şərait yaradıb; biz hamımız olmalı olduğumuz kimiyik. Həqiqət günbəgün aydınlaşmağa başlayır.

Məhkum olunmuş səkkiz nəfərdən hər hansı birinin Haymarket faciəsi haqqında məlumatlı olması, təhrik etməsi və buna səbəb olması haqqında heç bir sübut yox idi. Lakin bunun əhəmiyyəti varmı? Hökmran sinif qurban tələb edir və biz, hiddətlənmiş milyonçular dəstəsinin ac bağırtılarını sakitləşdirmək üçün qurban edilirik, bu milyonçular bizim həyatlarımızdan daha azı ilə qane olmayacaqlar. İnhisar zəfər çalır! Qandallanmış əmək azadlıq və haqları uğrunda səsini ucaltmaq cəsarətini göstərdiyi üçün edam kürsüsünə qalxır!

Belə, mənim yazıq dəyərli həyat yoldaşım, mən şəxsən sənin üçün və qanımızdan olan kiçik yavrularımız üçün təəssüflənirəm.

Mən səni insanlara etibar edirəm, xalqın qadını. Səndən bir tələbim var: mən olmadıqdan sonra özünə qarşı heç bir tələsik addım atma, lakin Sosializmin böyük bayrağını, mənim qoyduğum yerdə yenidən ucalt.

Mənim övladlarım – onların ataları, uşaqların 9/10 hissəsini əmək haqqı quldarlığı və yoxsulluğunda yaşamağa məhkum etmiş cəmiyyətdə məmnun yaşamaqdansa, onların xoşbəxtliklərini və azadlıqlarını qorumaq üçün cəhd edərək ölməyi üstün tutur.

Ah, həyat yoldaşım,  ölü və ya diri, biz bir vahidik. Sənə bağlılığım əbədidir. İnsanlar üçün. Bəşəriyyət üçün. Mən məhkum olunmuş qurban hücrəsindən dönə – dönə bağırıram: Azadlıq! Ədalət! Bərabərlik!

August Spayz

Illinois qubernatoru Richard Oglesby-ə məktubunda (6 Noyabr, 1887)
Məhkəmə ərzində ittihamçının məni ölümə məhkum etmək istəyi və məni müdafiə edənlərə daha yumşaq cəza verməsi kifayət qədər aydın və bəlli idi. Mənə və sonralar bir çoxlarına elə görünürdü ki, ittihamçılar bir həyatla – mənim həyatımın qurbanı ilə qane olacaqlar. O zaman onu alın! Həyatımı alın! Mən bunu təklif edirəm ki, siz yarıvəhşi dəstənin qəzəbini təmin edəsiniz və bununla da digər yoldaşlarımı xilas edəsiniz. Mən bilirəm ki, yoldaşlarımdan hər biri, bəlkə də məndən daha çox ölməyə hazırdırlar. Mən bu təklifi onlar üçün deyil, bəşəriyyət və tərəqqi üçün, bizim nəslimizi daha yüksək və daha yaxşı sivil müstəviyə qaldırmağı qarşısına qoymuş sosial qüvvələrin – əgər mümkündürsə – sülh yolu ilə inkişafı maraqları üçün edirəm. Ölkəmizin ənənələri adına, sizə yalvarıram, məhkum yeddi insanın ölüm cəzasını ləğv edəsiniz, bu insanların yeganə günahı idealist olmaları, hamı üçün daha yaxşı gələcək arzulamalarıdır. Əgər qanuni ölüm olmalıdırsa, o zaman mənim ölümüm kifayətdir.

 

Çikaqo Deyli Nyus Hesabatı

Avqust Spayz, Adolf Fişer, Corc Engel və Albert Parsonsun edamı haqqında (12th November, 1887)
Heç bir dörd insan, heç vaxt bu gün asılan dördlük kimi qorxmazlıqla və nəzakətsizcəsinə öldürülməyib.  Hər bir nəzər biçarə qurbanların meydana çıxacağı metal bucağa zillənmişdi. Bir an sonra onların marağı mükafatlandırıldı. Sakit, əzmkar addımlarla az mantiyalı siluet qoruyucu metal ekrandan kənara addım atdı və damcının üstündə dayandı. Bu August Spies idi. Aydın idi ki, onun əlləri onun arxasında bəyaz kəfəninin altında möhkəm bağlanmışdı.

O, qətiyyətli, əzmkar addımlarla platformadan keçdi və daxil olduğu tərəfdən ən uzaq olan eşafotun kənarındakı sol ilgəyin yanında dayandı. İfadəli üzü çox solğun idi və mavi gözlərində təntənəli işıq sezilirdi. Heç nə həmin anda Avqust Spayzın üzündəki ifadədən daha çox melanxolik və eyni zamanda əzəmətli ola bilməzdi.

Spayz eşafotdakı yerini təzəcə almışdı ki, arxasınca Fişer gəlməyə başladı. O da ucları yığılmış uzun, bəyaz mantiya geyinmişdi. Onun hündür silueti Spayz üzərində bir neçə inç yüksəlirdi və o, öz ilgəyinin arxasında yerini aldıqda üzü çox solğun idi, amma dodaqlarında zəif təbəssüm var idi.

Corc Engel növbəti idi. Yaşlı anarxistin sərt üz ifadəsində sağlam parıltı var idi və o Fişerlə bir sırada durduqda qamətini düzəltdi, bu zaman onun möhkəm bədəni sanki onun daxilindəki hisslərlə doldu. Engel kütləyə gülümsədi və onu qoruyan Petersə tərəf dönərək ona minnətdarlıqla gülümsəyərək məmura nəsə dedi ki, dedikləri ona təsir etmiş kimi göründü.

Parsons ən sonda gəldi. Onun üzü solğun olsa da, çox yaraşıqlı görünürdü. Dar ağacına çıxarkən, o, qismən sallanan ilgəyə baxdı və onu durğun şəkildə, möhkəm – təəccüb və maraq dolu baxışla nəzərdən keçirdi. Sonra özünü dördüncü ilgəyə doğrultdu və bunu edərkən, iri boz gözlərini kütləyə elə dəhşətli məzəmmət və kədərlə zillədi ki, sanki oradakı ən daş qəlbin ən kövrək telini də vurdu. Bu, heç vaxt unudulmayacaq baxış idi. Sakit, bəyaz üzdə ilham ifadəsi var idi və iri, möhkəm baxış insanların ürəklərini yandırır və sual verirdi: “Mən nə etmişəm?”

Dörd insan təpədən dırnağa qədər bəyaz mantiyada eşafotda dayanmışdılar. Oraya bir anlıq ölü səssizliyi çökdü və sonra sağ tərəfdə arxadan kədərli, təmtəraqlı səs ucaldı və əzab çığırtısı və xəbərdarlıq kimi havanı böldü. Spies öz mantiyasının altından danışırdı. Sözlər alov parçaları kimi soyuq, sakit havaya atıldı. Onun dedikləri bunlardır: ”Elə bir zaman gələcək ki, bizim sakitliyimiz, bu gün sizin boğduğunuz səslərdən daha güclü olacaq.”

John Peter Altgeld
Oskar Nebe, Samuel Filden və Mixael Şvabı bombalama ittihamında nə üçün əhv etdiyi bildirişi (26 İyun, 1893)

1886 – cı il 1 mayda küçədə deyil, boş bir ərazidə dayanmış bir dəstə zəhmətkeş insan sakit şəkildə dövlətlə bağlı vəziyyəti (8 saatlıq iş rejimini təmin etmə cəhdini) müzakirə edirdilər ki, bu zaman Bonfield`in əmri ilə çoxlu polis onlara hücum etdi və dəyənəklərlə döyməyə başladı; adamlardan bəziləri qəzəblənərək hücuma müqavimət göstərdi, amma tezliklə pərən – pərən salındılar; polislərdən bəziləri qaçanlara atəş açdı və bacardıqları qədər sürətlə qaçmağa çalışanların çoxunu yaraladı; onlardan dördü vurulmuş və öldürülmüşdü; bu, əsassız və qəsdən olmayan ölümlər idi, amma orada heç bir tədqiqat aparılmadı.

Bəzi insanlar sakitcə döyüldüklərini və qardaşlarının vurulduğunu təsdiq etdikləri zaman, başqaları var idi ki, onlar nifrətlə dolaraq özləri üçün qisas almaq istəyirdilər və baş vermiş Heymarket faciəsi göstərir ki, bombanı atanlar, başqasının məsləhəti ilə hərəkət etmək əvəzinə, sadəcə döyüldükləri üçün şəxsən qisas almaq istəyənlər idi və kapitan Bonfild polis zabitlərinin ölümü üçün məsuliyyət daşıyan yeganə insandır.

Burada sonra görmək olar ki, məhkəmədə təqdim edilmiş dəlillərin çoxu xalis uydurma idi; bəzi polis zabitləri təkcə məlumatsız insanları həbsxanalara ataraq və istənilən şeyə and içmədikləri halda onlara əzab verərək onlara qarşı terror həyata keçirmirdilər, həm də bunları etməyə razılaşan insanlara pul və iş yeri təklif edirdilər. Daha sonralar isə təfərrüatı ilə saxta konspirasiyaları elə planlaşdırırdılar ki, onları aşkar edərkən şöhrət əldə etsinlər.

Mən inanıram ki, bu vəziyyətdə göstərilən səbəblərə görə hərəkət etməyə borcluyam və buna görə də mən Samuel Fielden, Oscar Niebe və Michael Schwab`ı 26 iyun 1893 – cü il günündə tamamilə əhv edirəm.

    (c) SOLFRONT

 [material http://francesfarmersrevenge.com/ saytındakı  yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]

                        


Oxşar yazılar:

Baxış sayı:11569