abunə ol: Yazılar | Şərhlər | Еmail

28 aprel (Mikayıl Müşfiq)

Şərh

28 APREL     (Mikayıl Müşfiq)

Mən əzilən bir sinifin hayqıran,
Haq bağıran sədasından yarandım.
Ölümlərin pəncəsində hıçqıran
Məzlumların nəvasından yarandım.

İnsan oğlu, uzaqlaşma, gəl yaxın;
Başqa yoldan alınmasın sorağın.
Bir günəşin, bir məsləkin, bir aşqın
Ən həqiqi mənasından yarandım.

Yeni eşqi, yeni zövqü yaratan,
Yeni dünya qurmaq üçün can atan,
Yeni sazın tellərini çınlatan
Beynəlmiləl havasından yarandım.

 

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10852