abunə ol: Yazılar | Şərhlər | Еmail

Maksim Qorki – “Lenin haqqında”

Şərh

Vladimir İliç Leninin anadan olmasının 141 illiyinə… (SOLFRONT)

Maksim Qorki – “Lenin haqqında”

Lenin çox əhəmiyyətli şəxsiyyət idi. Onu yalnız tarix qiymətləndirə biləcək. O, qüdrətli dövlət xadimi və böyük insan idi. Mən şərəf duyuram ki, onun dostu ola bilmişdim!

Dünya burjuaziyasının ona qarşı nifrəti aşkar və ikrah doğuracaq qədər aydındır, bu nifrət hər yerdə aydın nəzərə çarpır. Öz-özlüyündə çirkin olan bu nifrət bizə göstərir ki, bütün ölkələrin proletarlarının ruhlandırıcısı və rəhbəri – Vladimir Lenin dünya burjuaziyasının gözlərində necə də böyük və qorxuludur.

Mən bilirəm ki, böhtan və yalan – meşşan siyasətinin qanuni metodu, düşmənə qarşı adi mübarizə fəndidir. Dünyanın görkəmli şəxsiyyətləri arasında elə bir insan yoxdur ki, ona çirkab atmaq istəməsinlər. Bu hamıya məlumdur.

Bundan başqa, bütün insanlar yalnız görkəmli şəxsiyyəti öz anlama səviyyəsinə endirməyə deyil, həm də onu öz ayaqları altına, yapışqan zəhərli palçığa yıxdırmağa cəhd edirlər ki, bu palçığı onlar yaradaraq, “gündəlik həyat” adlandırmışlar.

O, uzun müddət Rusiyadan kənarda yaşayan rus insanı idi, öz ölkəsini diqqətlə izləyirdi – uzaqdan o, daha rəngarəng və parlaq görünür. O, ölkəsinin potensial gücünü – öz xalqının, zəif ifadə olunmuş,  ağır və usandırıcı tarixin hələ oyatmadığı, amma hər yerdə nəzərə çarpan, fantastik rus həyatının qaranlıq fonunda parlaq qızıl ulduzlar kimi görünən müstəsna istedadlılığını düzgün qiymətləndirirdi.

Dünyanın böyük, həqiqi insanı Vladimir Lenin – vəfat etdi. Bu ölüm onu tanıyan insanlar üçün böyük zərbə oldu, böyük zərbə!

Amma ölümün qara xətti dünyanın gözündə onun önəmini – dünyanın zəhmətkeş xalqlarının rəhbəri kimi önəmini daha da vurğulayacaq.

Əgər ona olan nifrət dumanı, onun ətrafındakı yalan və böhtan buludları daha da qatı olsa idi – fərq etmir: ağlını itirmiş dünyanın boğucu qaranlığında Leninin qaldırdığı məşəli qaraldacaq qüvvə yoxdur.

Və dünyada əbədi xatirəyə layiq olan onun kimi insan yoxdur.

Artıq on ildir ki, Sovet Sosialist Respublikaları İttifaqının şüur və iradəsinin mücəssəməsi olan bolşevik partiyası – öz güclü, məhsuldar işlərində Vladimir İliç Lenin olmadan çalışır. İşçi sinfinin inqilabi şüurunun dahi oyadıcısı həyatı tərk etdi, amma Lenin partiyasının inqilabi, mədəni – təsərrüfat fəaliyyəti ilbəil keçmişdəki yarıvəhşi kəndli ölkəsini öz rəhbərliyinin heyrətləndirici nəticələri ilə zənginləşdirir və ilbəil İliçin təşkilati işinin həcmi və əhəmiyyəti – onun cəsarətli düşüncəsi, hesablamalarının səhvsizliyi və nadir gələcəyi görmə qabiliyyəti daha parlaq şəkildə görünür.

Cırtdanların “xəyalpərəst” adlandırdıqları və nifrətlə güldükləri böyük insan – bu böyük insan nəzərlərdə daha da görkəmli olur. Dünya tarixinin ən “görkəmliləri” arasında Lenin – inqilabi əhəmiyyəti fasiləsiz artan və artmaqda davam edən ilk insandır…

                    (c) SOLFRONT

 


Oxşar yazılar:

Baxış sayı:14276