abunə ol: Yazılar | Şərhlər | Еmail

Qırmızılar, Qaralar və Başqaları

Şərh

Azərbaycan multiplikasiya tarixində kreativlik, novatorluq baxımından tədqirəlayiq ekran əsəri 1969-cu ildə rejissor Rasim İsmayılovun öz ssenarisi əsasında çəkdiyi və rəssamı olduğu “Qırmızılar, qaralar və başqaları” animasiyasıdır. Süjetin əsas hissəsi simvollarla və çöp eskizlərlə təqdim edilir. Müəllif bu alleqorik multfilmi V. İ. Leninin 100 illik və Azərbaycan SSR-in yaranmasının 50 illik yubileyinə həsr etmişdi.

Rəngli cizgi filmi Karl Marksın böyük qızı Jenni Marksın gündəliyindəki suallardan birinə verdiyi cavabla başlayır.
-Ən çox sevdiyiniz rəng ?
-Qırmızı !
14 dəqiqəlik animasiyada əvvəlcə bir qədər xronika – Avropa və Amerika qitələrinin məğlubiyyətlə nəticələnən oxşar mübarizə tarixi yada salınır. Sonra fərqli gediş, “dünyanı sarsıdan on gün” -Oktyabr inqilabı ,yeni düzən -proletariat iqtidarının necə qurulması göstərilir. 1917-ci ili Leninin nitqi müşahidə edir. Daha sonra 1969-cu ilə qədərki yarıməsrlik SSRİ tarixi nümayiş olunur. Bəzi hadisələri anlatmaq üçün müəllif həmçinin Stalinin, Hitlerin səsindən, hərbi marşlardan istifadə edir. Filmdə sosialist xalqların mədəniyyəti, xususilə musiqisi çatdırılır. Və nəhayətdə qırmızılar qaralar və başqaları üzərində tam qəti qələbə çalır, xalqlar dostluğu, kommunizm bərqərar olur. Sonuncu epizodda göyərçin , müharibələrin bitdiyi planetdən ayrılan kosmik gəmi və bu fonda başdan başa qırmızı insanlarla – sülh, qardaşlıq dünyasına dönüşən Yer kürəsi təsviri verilib .

“Qırmızılar, Qaralar və Başqaları ” televiziya cizgi filminin müəllifi Rasim İsmayılov “Prometey-69” (1969 cu il) kinofestivalında “ən yaxşı rejissor işinə və inqilabi mövzunun həllində yeni təsvir vasitələri axtarışına görə” münsiflər heyətinin diplomu ilə təltif olunmuşdu.


Oxşar yazılar:

Baxış sayı:7561