abunə ol: Yazılar | Şərhlər | Еmail

19 aprel 1943: Varşava Gettosu üsyanı başladı

Şərh

 

Nasistlər işğal etdikləri Polşanın paytaxtı Varşavada 1940 – cı ilin sonunda təxminən 450 min yəhudini hündürlüyü 4 metrə çatan, uzunluğu 15 km  olan divarlarla əhatələdikləri bir əraziyə topladılar. Daha əvvəl 160 min insanın yaşadığı yerdə indi 3 dəfə çox izdihamlı bir əhalinin yaşaması mümkün deyildi. Yəhudi Müqavimət Təşkilatı (ZOB) rəhbərliyi ilə başlanan müqavimət 40 gündən çox bir müddətdə qəhrəmancasına davam etdi.

Nasional Sosialist Alman İşçi Partiyasının (NSDAP) 1933 – cü ildə iqtidara gəlməsi ilə faşizm kabusu Avropa üzərində sürətlə yayılmağa başladı. 1929 – cu il “Böyük Böhran”ın təsiri Avropanı həddən artıq sarsıtmış, ölkələrin iqtisadiyyatı kağız qalalar kimi ard – arda çökməyə başlamışdı. Nəhəng şirkətlər bir – birinin ardınca müflisləşir, hər gün yüzlərlə işçi işsiz qalırdı. Belə bir şəraitdə sadəcə Almaniyada deyil, İtaliya və İspaniya kimi ölkələrdə də faşistlər orta sinfin qorxusuna əsaslanaraq onları təşkilatlandırmış, hətta işçi sinfinin bir hissəsinin özlərinə tərəf çəkmişdilər.

Nazilərin iqtidara gəlməsi ilə işçi sinfinin bütün təşkilatları dağıldı. Həmkarlar ittifaqı, sol partiyalar, dərnəklər və s. bağlandı, sendikaçılar, müxaliflər həbs olundu. Əvvəldən mövcud olan irqçilik daha da qabarıq şəkil aldı. Yəhudilər üzərində dəhşətli terror əsməyə başladı. Yəhudi məmurlar işdən çıxarıldılar, müəyyən peşələr istisna olmaqla, onları işləməsi qadağan edildi, ictimai həyatdan təcrid olunmaları üçün 1935 – ci il Nürnberq NSDAP Konfransında “İrq qanunları” qəbul edildi. İrqçilik hücumlarına məruz qalanlar sadəcə yəhudilər deyildi. Qaraçılar, zəncilər,  Nazilərin “Ari iqrinə aid” olmadığını düşündükləri bütün insanlar cəmiyyətdən təcrid olundu.

II Dünya Müharibəsinin başlaması ilə yəhudilər işğal etdikləri bölgələrdə gettolar qurdular. Gettolar əslində müəyyən şəhərlərdə yəhudilərin yaşadığı məhəllələr idi: ətrafları əsasən yüksək divarla və tikanlı tellərlə əhatələnir, ətrafda nə qədər yəhudi varsa, orada yaşamağa məcbur edilirdi və giriş – çıxışlara sərt şəkildə nəzarət edilirdi. Nazilər işğal etdikləri Polşada gettolar qurdular. Polşalı və Qərbi Avropalı yəhudilər bu gettolara göndərildilər. 1941 – ci ildə almanların Sovet İttifaqına hücumu ərəfəsində mobil qətliam qrupları bütün yəhudiləri öldürməyə başladılar. İstifadə olunan əsas qətliam üsulları – silahla vurmaq ya da qaz maşınlarında öldürmək – qısa zaman ərzində “kifayətsiz” kimi göründü və qətliamları gerçəkləşdirilənlər üzərində psixoloji bir yük olaraq dəyərləndirildi.

1942 – ci il yanvar ayında Wannsee konfransından sonra Nazilər yəhudiləri sistemlə şəkildə bütün Avropadan Polşadakı ölüm düşərgələrinə göndərilməyə başladı: Chelmno, Belzec, Sobibor, Treblinka, Auschwitz-Birkenau və Majdanek. Ölüm düşərgləri soyqırımın gerçəkləşdirilməsi üçün qurulmuş ölüm mərkəzləri idi. Təxminən 3 milyon yəhudi ölüm düşərgələrində qaz verilərək öldürüldü.

Şərqi Avropadakı gettolarda olan bir çox yəhudi Almanlara qarşı müqavimət təşkil etməyə və oğurlanmış və ya əldə qayırılmış silahlarla silahlanmaya çalışırdılar. 1941 – 1943 – cü illər arasında təxminən 100 yəhudi qrupu yeraltı müqavimət hərəkatləri yaratmışlar. Yəhudilərin almanlara qarşı ən məşhur silahlı toqquşma ilə müqavimət təşəbbüsü Varşava gettosunda yaşandı.

1942 – ci ilin yazında təxminən 300.000 yəhudi Varşavadan Terblinkaya sürgün edildi. Ölüm mərkəzində kütləvi qətliamların olması xəbəri Varşava gettosuna sızdıqda sağ qalan və çoxu gənclərdən yaranmış bir qrup Z.O.B. (Leh dilində Yəhudi Müharibə Təşkilatı mənasına gələn Zydowska Organizacja Bojowa) adlı təşkilat yaratdı. 23 yaşlı  Mordechai Anielewicz rəhbərliyi ilə Z.O.B. yəhudiləri qatar vaqonlarına getməyə qarşı müqavimət göstərməyə çağıran bir məlumat yayıldı. 1943 – cü il yanvarda Varşava gettosundakı savaşçılar, gettodan sürgün etmək üçün yeni bir qrup toplayan alman dəstələrinə atəş açdılar. Savaşçılar gettoya qaçaq olaraq gətirilmiş az miqdarda silahla savaşırdılar. Bir neçə gün sonra dəstələr geri çəkildi. Bu kiçik zəfər getto savaşçılarına gələcəkləri müqavimət üçün hazırlanma gücü verdi.

1943 – cü il 23 apreldə Alman dəstələri və polis sağ qalan sakinləri sürgün etmək üçün gettoya girdikdən sonra Varşava gettosu üsyanı başladı. 750 savaşçı ağır silahlı və yaxşı təlimli almanlara qarşı mübarizə apardı. Getto savaşçıları təxminən bir ay qədər müqavimət göstərə bildi. Amma 16 may 1943 – cü ildə üsyan başa çatdı. Almanlar müqaviməti yavaşca qırmışdılar. Tutulan 56.000 yəhudidən təxminən 7.000 – i vuruldu, qalanı isə düşərgələrə göndərildi.

Mordechai Anielewicz 1943 – cü il 23 apreldə son məktubuna bu sözlərlə başlayırdı: “Yaşadıqlarımızı sözlərlə ifadə etmək qeyri – mümkündür. Bir şey aydındır: burada olanlar ən cəsur xəyallarımızı da ötdü. Almanlar gettodan iki dəfə qaçdılar. Dəstələrimizdən biri 40 dəqiqə, digəri ilə 6 saatdan çox müqavimət göstərdi. Toqquşma sahəsinə döşənən minalar partladı. Bir neçə dəstəmiz dağılan almanlara hücum etdi. İnsan gücü itkimiz əsgəri səviyyədədir. Bu ayrı uğurumuzdur. Yechiel öldü. Maşınlı tüfəngin başında, qəhrəman kimi. Böyük şeylərin olduğunu hiss edirəm; öhdəmizə götürdüyümüz işin böyük, çox böyük önəmi var…”

Savaşdan sonra Polşa məhkəməsində mühakimə olunan və gettonun yanında asılan alman dəstələri komandiri Stroop “Varşava gettosu artıq yoxdur” hesabatında bunları yazırdı: “Əməliyyat başlayan kimi yəhudilərin və quldurların güclü və koordinasiyalı atəşinə  məruz qaldıq. Bir tank və iki zirehli maşına Molotov kokteylləri atıldı. Düşmənin qarşı hücumuna görə geri çəkilməyə məcbur olduq. 17.30 radələrində bir bölümdə maşınlı tüfəng atəşi də daxil olmaqla, çox güclü müqavimətlə qarşılaşdıq. Xüsusi bir hücum qrupu düşməni məğlub etdi, amma müqavimət göstələnləri ələ keçirmək mümkün olmadı. Yəhudilər zirzəmidən zirzəmiyə keçərək müqavimət göstərdilər və həmişə son anda əlimizdən qaçdılar.  İlk hücumda 12 itki oldu.”

Varşava gettosu müqaviməti faşizmə qarşı yazılan bir dastandır. Bir ovuc insan özlərindən çox daha üstün faşist güclərə qarşı qəhrəmancasına müqavimət göstərərək faşizmə qarşı müqavimətin mümkün ola biləcəyini bütün dünyaya göstərdi. Avropada faşizm kabusu 1949 – cu ildə sob tapdı, amma müxtəlif formalarda yaşayır və qarşımıza çıxmağa davam edir. Bu gün Selendidə romanlara, başqa gün Maraşda aləvilərə hücum edir, bir başqa gün qan üç aypara olur, bir başqa gün “ya sev, ya tərk et” şüarı…

Faşizm ideologiya deyil. Faşizm düşüncə tərzi də deyil. Düşüncə azadlığı çərçivəsində faşizm təbliğatına icazə vermək əsla mümkün deyil. Faşizm cinayətdir. İnsanlığa qarşı işlənmiş bir cinayət. Görüldüyü hər yerdə aşkar edilməli və başı əzilməlidir. Bu günədək yaşanmış olanlar işçi sinfinin güclü bir şəkildə küçəyə çıxması ilə faşistlərin geri çəkildiyini göstərir. Buna görə də hər cür işçi nümayişinə qatılmaq, orada iştirak etmək, onu qabağa çəkməyə çalışmaq eyni zamanda faşizmlə mübarizə aparmaq deməkdir. Yaşananların bir daha yaşanmaması üçün…

 

 


Oxşar yazılar:

Baxış sayı:9736