abunə ol: Yazılar | Şərhlər | Еmail

Fidel Kastronun düşüncələri. Qurultayda debatlar (Kuba Kommunist Partiyasının 16-cı qurultayı)

Şərh

SOLFRONTun qeydi: Bu yazı 19.04.2011 tarixində Azadlıq Radiosunda dərc olunan jurnalist həyasızlığına cavab üçün hazırlanıb.Birinci o yazını sonra isə qurultay barədə Fidelin fikirlərini oxusanız, məsələnin nə yerdə olduğunu özünüz anlayacaqsınız

Bu gün bazar günü mən Partiyanın Altıncı Qurultayında sahər saat 10.00 – dan nümayəndələrin debatlarını dinləyirdim.Komissiya elə böyük idi  ki, mən çıxış edənlərin hamısına qulaq asa bilmədim.

Bir çox məsələlərin müzakirəsi üzrə beş komissiya yaradılmışdı. Əlbəttə, mən də fasilələrdən istifadə edirdim ki, istirahət edim və kənd təsərrüfatı mənşəli enerji içkisi içim. Onlar öz işlərinə və yaşlarına görə, əlbəttə ki, böyük iştahla yeyirdilər.

Mən, xalqa 1961 – ci ildə yazma və oxuma öyrədənlərdən fərqli, belə yüksək  mədəni səviyyəsi olan yeni nəslin hazırlıq dərəcəsinə heyrətlənirdim, o zaman muzdlular tərəfindən idarə olunan amerikan bombardmançı təyyarələri Vətənə hücum edirdilər. Partiya qurultayınümayəndələrinin böyük hissəsi o zaman uşaq idilər və ya doğulmamışdılar.

Məni yalnız onların nə danışdığı deyil, daha çox bunu necə dedikləri maraqlandırırdı. Onlar elə savadlı və lüğətləri elə zəngin idi ki, mən onları demək olar ki, başa düşmürdüm. Onlar hər bir sözü, müəyyən abzasda vergülün olub – olmamasını da müzakirə edirdilər.

Onların vəzifəsi, bizim nəslin Birləşmiş Ştatlardan 90 dəniz mili məsafədə Kubada sosializmin elan etdiyi zamanı qarşımızda duran vəzifədən daha çətindir.

Buna görə də, mənim fikrimcə, bizim onlara verəcəyimiz vəsiyyət – inqilabi prinsipləri inadla müdafiə etməkdir. Bu anda insanlıq tarixində səhv üçün yer yoxdur. Heç kim bu reallığı unutmamalıdır.

Partiya rəhbərliyi, imperiyanın siyasətinə qarşı gələ biləcək, öz xalqının ən yaxşı siyasi bacarıqlarının məcmusu olmalıdır, bu imperiya bəşəriyyəti təhlükə altına alıb və 29 gün ərzində şərəfsiz “Sübh Odisseyası” çərçivəsində afrika ölkəsinə bombalar atmış 4 mindən çox bombardmançı uçuşunu təşkil etmiş NATO kimi cinayətkarları yaradır.

Yeni nəsil kişi və qadınların borcu – təvazökar, çalışqan rəhbər nümunəsi və yorulmaz sosializm savaşçıları olmaqdır. Şübhəsiz ki, istehlak cəmiyyətlərinin vəhşi dövründə insanda eqoist instinktlər yaradan və şövqləndirən kapitalist istehsal sistemini üstələmək çətin işdir.

Yeni nəsil tərrəddüd etmədən, dəyişdirilməli və düzəldilməli olanları dəyişdirməli və düzəltməlidir və bir daha sübut etməlidir ki, sosializm mümkün olmayanı etmək sənətidir: yoxsullar tərəfindən və yoxsullar üçün edilmiş yoxsulların İnqilabını qurmaq və onu mövcud olmuş ən qüdrətli derjava qarşısında yarım əsrdən çox müddətdə onu qorumaq.

18 aprel  2011

Fidel Kastro Rus

saat 20.30

 

 

 

                            (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:9316