abunə ol: Yazılar | Şərhlər | Еmail

Öz ölkənizə nə etdiniz, əclaflar?

Şərh

Sergey Kara-Murza:

Öz ölkənizə nə etdiniz, əclaflar?

1992-ci ilin əvvəllərində İspaniyada dünyada çox şey görmüş və eyni zamanda həyatının demək olar ki, bütün hissəsini televiziya və mətbuatdan ayrı keçirmiş bir insanla təsadüfən tanış oldum. Cavan yaşlardan saçları ağaranadək müxtəlif gəmilərdə və müxtəlif bayraqlar altında dənizçi olaraq üzüb. O vaxtlar, 1992-ci ildə ispan balıqçılıq donanmasının kapitanı idi. 6 ay dənizdə olurdu, Saraqosaya məzuniyyətə gəlmişdi (özü baskdır) və universitetə dostuna dəyməyə gəlmişdi. Orda biz tanış olduq, söhbətləşdik və tez də dostlaşdıq (indiyə qədər o mənim yaxın dostumdur). Növbəti gün mən Ueska yaxınlığında kiçik bir şəhərciyə mühazirə oxumağa getdim. Məni öz maşınında aparmağı təklif etdi, orda isə mühazirəyə də qaldı, sonra da auditoriyanın bir hissəsi restorana getdi və demək olar ki səhərədək orda söhbət etdik. Və o insanın sadə mühakimələri mənim üçün, demokratik təbliğatlarla doldurulmuş biri üçün, isti havada bir qurtum sərin su kimi idi, baxmayaraq ki, mənə xoşagəlməz şeylər dedi. Bu qurtumu sizinlə paylaşmaq istəyirəm, qısaca danışıram, amma demək olar ki, eynilə çatdırıram.

SSRİ-də baş verənlər, bütün dünyada çox insan üçün böyük dərddir, hətta bir növ kommunizmin iflasına sevinənlər üçün də – Eduardo Qarsiya Oses dedi. Və məsələ heç də siyasətdə deyil. Özünü antikommunist hesab edənlər də arxasız qaldılar. İnsanlar SSRİ-yə sinfi şüura görə ümid etmirdilər, ona görə yox ki, “Bütün dünya proletarları, birləşin”. Bu artıq çoxdan belə deyil və Qərbdəki işçi elə həmin burjuydur, amma ki, pulu yoxdur. Ümid isə ona görə edirdilər ki, sizdə deyilirdi: “İnsan insana qardaşdır”. Elə buna görə də hamı darıxır, insanlar arasında nə demələrinə baxmayaraq. Çünki burda hamı özünü yapışqan kağıza yapışmış milçək kimi hiss edir. Bu kağız şirin idi və elə bil ki, sən özün ona tərəf can atırdın, yapışdıqda sonra isə cansıxıcı oldu. Sənin qəlbinə həm mətbuat, həm reklam, həm vitrinlər vasitəsilə girən bütün bu “Yeni dünya nizamı”nın təbliğatına müqavimət göstərməyə insanın gücü yoxdur. O təslim olurdu, lakin həmişə əmin idi ki, bu dünyada şirin tələ yemi tilovuna düşməyən və kağız tələyə yapışmayan Sovetlər İttifaqı və çox mədəni Sovet xalqı var və ola bilər ki, bizə də qopmağa  kömək etdilər.

Və  biz nə görürük? Hamıdan dərin elə o xalqın özü batıb və ağla sığmaz bir yalana inanıb. Bu belədirsə, dünyada hər şey dəyişir. Bax gör insanı necə oyuncağa çevirirlər, – Eduardo dedi. Biz Nigeriyada limanda dayanmışdıq. Yanımızda Kuba gəmisi var idi. Hakimiyyət kubalıları Kubada demokratiya yox imiş deyə sahilə buraxmırdı. İnsan hüquqlarına belə həssas yanaşan kim imiş? Nigeriya hərbi rejimi, bir çox tayfaları, milyonlarla insanı, nə qədər olduqları heç dəqiq bilinmir, məhv etmiş açıq-aşkar faşistlər. Lakin onlar Buş üçün özününkülərdir və ona xidmət etməkdən məmnundurlar, necə ki, əvvəllər bütün diktatorlar özlərininki idi, istər Batista olsun, istər Somosa. Bugün eyni vəziyyət Anqoladadır. Buş, yəqin elə sizinkilər də, Anqoladan azad seçkilər tələb edirdilər. Anqolada olarkən mənə deyirdilər: “Əgər seçkilər olsa və hal-hazırdakı rejim qalib gəlsə bizi qıracaqlar”.

Elə də oldu. Savimbi Anqolada qırğın törətdi və heç bir BMT qayda-qanun yaratmaq fikrində deyildi. Axı məsələ diktatorlarda, ya da Savimbidə deyil. Budur, nigeriyalı dok fəhləsi. Onun yeganə malik olduğu şey çılpaqlığını örtmək üçün olan gişdir. Qəpik-quruş və bir qab qarğıdalı unuyla çörək qazanır. Yarpaqlardan düzəlmiş daxmada qalır, biz orda olmuşuq. Mebel əvəzi karton qutusu var idi. Uşaqlarını atıb, onları dolandıra bilmir, bir-bir ölməklərinə tamaşa etmək isə dözülməzdir. Hər gün kakao və araxis yükləyir, Nigeriyanın ən yaxşı torpaqları Amerika və Avropa üçün “işləyir”. Və o bunu başa düşür, həm də nəyə görə həyatında bir dəfə də olsun Nigeriya kakaosundan hazırlanmış şokoladın dadına baxmadığını da başa düşür. Və eyni zamanda Kuba bayrağını barmaqla göstərir: “Ah, Kastrodan qorxuram!”  Niyə qorxursan ki?  “Necə yəni, onlarda demokratiya yoxdur”. Demokratiya nədir axı, sənin üçün nə deməkdir?  “Onlarda azadlıq yoxdur!”  Cəhənnəm olsun azadlıq, sən əvvəlcə uşaqlarını yedirt, acından ölürlər. Susur, sıxılır, hiss edir ki, demokratiya haqqında olan bütün bu cəfəngiyatı onun beyninə yeridiblər və o ona uşaqlarından əziz olub. Bax elə bu dok fəhləsi SSRİ dağıldığına görə əziyyət çəkir. Vəssalam. Bütün dünyada belə qurulub ki, uşaqlar cəfəngiyatdır, həyatda ən əsas şey isə çoxpartiyalılıqdır. O isə gizlincə ümid edirdi ki, kimsə bu dünyanı baş-ayaq çevirəcək.

Və Eduardo ümidlə məndən soruşur: “Doğrudanmı sizdə, Rusiyada da insanlar bu dok fəhləsi kimi düşünürlər? Axı o heç məktəbdə də oxumayıb, sizdə isə mühəndis mühəndis üstündədir”. Ona təsəlli verə bilmədim. Bəli, bizdə də təxminən belə düşünürlər və ilk növbədə də elə o mühəndislər, -dedim. Baxmayaraq ki, bizdə uşaqlar hələ acından ölmürlər, amma lap o həddə çatsa da onlar bu demokratiyadan əl çəkməyəcəklər. Axı indi bizdə çoxpartiyalılıqdır – necə də böyük xoşbəxtlik. Bəli, çoxpartiyalılıq kim üçünsə əhəmiyyətlidir, – Eduardo razılaşdı. Siyasət azarkeşinə çevrilənlər üçün. Biri bu komandaya azarkeşlik edir, o biri başqasına – görəsən kim udacaq? Lakin görəcəksən ki, elə sizdə də tezliklə belə azarkeşlər azalacaqlar. Futbol siyasətdən həm maraqlıdır, həm də daha ədalətlidir. Ümümiyyətlə desək bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Mən bütün limanlarda olmuşam – Asiyada da, Latın Amerikasında da, Afrikada da.

Belə demokratiyanı hər yerdə qurublar, hər yerdə parlament də, çoxpartiyalılıq da var. Məgər bu birazca da olsun ölkəni talan etməyin, ya da kəndliləri güllələməyin qarşısını alırmı? Baxın görün Latın Amerikasına nə ediblər. Müharibədən sonra mən sərnişin gəmilərində üzürdüm. Biz ora dolu paroxodlar – hər ay minlərlə insan aparırdıq. Argentinaya da, Uruqvaya da. Torpaqlar çox zəngindir, əhali isə elə həmin avropalılardan ibarətdir, deməssən ki, zəncilər torpaqlarda işləyə bilmirlər. Bugün isə onların hamısı bacarsaydı okeanı Avropaya doğru geri üzərdi. İstehsalatları hər il artır, lakin onun hamısı borcu ödəməyə gedir, borc da ki artır. İndi isə eşidirik ki, SSRİ də Beynəlxalq valyuta fondunun çalasına girib. Axı artıq hamı dəqiq bilirdi ora necə qurulub – ordan çıxmaq mümkün deyil. Siz deyirsiz ki, SSRİ-də korrupsiya var idi. Siz təsəvvürünüzə belə gətirmirsiz kasıblaşmış ölkədə korrupsiya nə deməkdir. Orda hamı satılıb, başqa cür ola da bilməzdi. Limana girdikdə normal halda səni yoxlamağa 4 nəfər gəlir – limandan, polisdən, gömrükdən və sanitar xidmətindən. İndi isə Latın Amerikası, ya da Afrikada istənilən limana gir. Sən tərəfə 30-a yaxın insan üzəcək. Yeyib-içəcəklər, sonra da gərək hamısının əlinə pul qoyasan. Onlara hirslənmək də olmur – ailələrini dolandıra bilmirlər, biz isə demək olar ki, hamısı ilə uzun illərdir ki tanışıq.

Əgər demokratiyadan danışırıqsa, sənə sadə bir misal göstərim – gəmidəki həkim. Əgər cəmiyyət dənizçi və ya balıqçını işçi qüvvəsi kimi yox, şəxsiyyət kimi qiymətləndirirsə, onda pullarını həkimə xərcləyirlər, demokratiya elə budur. Ona görə də bizim ispan kapitanlarımız balıq ovu ərazisinə gəldikdə ilk əvvəl ən yaxın Kuba və Sovet gəmilərinin harda olduqlarını müəyyənləşdirirlər və çalışırlar ki, onlar həmişə əl çatan olsunlar. Çünki kubalılarda və sizdə həmişə gəmidə həkim olur, ov vaxtı isə demək olar ki, hər gün travma baş verir, ya barmaq qopur, ya qarmağa ilişir. Və insanlar biləndə ki, əgər ciddi nəsə baş versə içində kubalı həkim olan kater gələcək, o öz kiçik çamadanı ilə yuxarı qalxacaq və lazım gələrsə əməliyyat da icra edəcək, özlərini daha rahat hiss edirlər. Və pul da almayacaq – güləcək. Bugün bu sizin vecinizə deyil, amma görəcəyik sabah rus balıqçıları həkimsiz qalanda, əməliyyatları isə radio vasitəsilə konsultasiya ilə bosman icra edəndə nə deyəcəklər. Bizdə bu proqressin zirvəsidir.

Bundan əlavə, sənin üçün əhəmiyyətsiz görünəcək bir şey də deyim. Əvvəllər demək olar ki, bütün Sovet gəmilərində bioloq olurdu. Biz həmişə təəccüblənirdik ki, onlarda bu qədər alim hardandır. Bizim üçün isə yanımızda dənizi öyrənən və bizə suallar verən birinin olmağı çox vacib idi. Elə hey radio vasitəsilə Sovet kapitanları xahiş edirdilər: Salam, Eduardo, siz tərəfdə merluza var, onu yar və say gör onun qarnında nə var – bioloqumuza lazımdır. Düşünürsən ki, balıqçı üçün özünü yalnız treska qovan yox, elmi iş aparan ekipajın üzvi olaraq hiss etmək vacib deyil? Vacibdir, amma ki, siz buna məhəl qoymadınız. Və sabah sizin balıqçılarınız həm həkimsiz, həm də bioloqsuz qalacaqlar. Sabah rus balıqçıların yalnız bumu gözləyir? Nəsə onlar  heç görünmürlər. Görünəndə isə adamın ürəyi bulanır. Əvvəl sovet gəmiləri ən səliqəli və gözəl gəmilər idi. İndi isə pirat gəmilərinə oxşayır. Nə təmir edirlər, nə rəngləyirlər, heç təmizləmirlər də. Sonuncu reysdə Salernoya, İtaliyaya girdik. Yanımızda rus gəmisi durmuşdu, artıq başqa bayraq altında. Kapitanı isə çoxdan tanıyırdım. Gəmidə xuliqanlar veyillənirdilər – ruslar qaçaqmal satırdılar, amerika siqaretləri olan qutular gətirmişdilər. Sonra baxıram və gözlərimə inana bilmirəm – gəminin kanatlarını satırdılar, biri isə boya bankasını daşıyırdı. Gəmi pas içində idi, boyanı isə satırdılar. Kapitandan nə baş verdiyini soruşdum. O isə güldü. Dedi: “İstəyirsən gəmini sənə satım?” Al, Eduardo, gəmi demək olar ki, təzədir.

Ölkənizə nə etdiniz, əclaflar?

İspan dənizçinin bu sualına cavab tapmadım. Biz, əclaflar heç özümüz də hələ başa düşməmişik ölkəmizə nə etdiyimizi.

[Sergey Kara-Murzanın “Yəhudilər, dissidentlər, Avrokommunistlər” kitabından]

 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:11490

Şərhlər

  1. wtf deyir:

    Да, действительно,
    модно
    стало ругать власть,
    рифмовать
    с гордым словом
    “украсть”.
    Хомячок или лемминг,
    брызжа слюною, хрипит:
    правда – на его стороне,
    правда – победит!

    Компьютера предостаточно
    и вот он –
    встречайте –
    Глас Правосудия.
    В отличии от
    Мартина Лютера
    бессмертный,
    всегда несогласный,
    и
    не идущий на уступки
    судия.

    Действительно, модно,
    Стало
    ругать власть,
    рифмовать с оскорблениями.
    Политика, как ни странно,
    Дело
    тонкое
    достаточно.
    Но у лемминга
    все это
    искупается самомнением.

  2. Elcin deyir:

    Demeye söz tapa bilmirem bu serefsizlikde menim de payim var deye zerre qeder de olsa…

  3. Aysel deyir:

    Heqiqetende insan ne deyeceyini bilmir.