abunə ol: Yazılar | Şərhlər | Еmail

Çarlz Darvin

Şərh

Mixail Enqelqardın (1861-1915) “Çarlz Darvin, onun həyatı və elmi fəaliyyəti”(rus) kitabındandır.

Onun ağlı qocalmadı. İllər keçsə də, onun zehni itmədi və şübhəsiz ki, onun öz işıqlı fikirləri  kütlənin digər üzvlərinin qaranlıqda batmamasına kömək edəcəkdi.  Təbii ki, əgər ölüm onun işlərini yarımçıq kəsməsə idi. “Mən arzu edirdim ki, yenə də gənc və qüvvəli olum, çünki mən araşdırmaların hansı istiqamətdə getməli olduğunu artıq görürəm.” Bunu Darvin ölümündən bir qədər əvvəl demişdir.

1881-ci ilin dekabrından xəstəlik onun üstünə ikiqat qüvvə ilə gəlməyə başladı. 7 Mart 1882-ci ildə o sonuncu dəfə gəzintiyə çıxdı və bu gündən sonra onun vəziyyəti daha da pisləşdi. 17 Apreldə o, öz oğlunun təcrübələri ilə maraqlanır və izləyirdi. 18 Apreldə o artıq yarı ölü vəziyyətdə idi. Növbəti gün isə Çarlz Darvin öldü.

Ailəsi onu Daunda basdırmaq niyyətində idi, lakin əhalinin istəyi ilə getməli oldular. Aprelin 26-da Darvinin cəsədini Vestminister qəbirstanlığına, Nyutonun olduğu qəbrin yanında basdırdılar. Bu mərasimdə tanınmış elm adamları, hökümət nümayəndələri, universitetin elmi şuraları və rəhbər üzvləri, xarici ölkə təmsilçilərinin nümayəndələri və müxtəlif təbəqələrdən müxtəlif insanlar iştirak edirdi.

Böyük təbiətşünasın qəbrində öz adına və həyatına  layiq olan yazı yazılmışdı:

Çarlz Robert Darvin.

Doğum tarixi: 12 fevral 1809. Ölüm tarixi: 19 Aprel 1882”

“Vestminister” monastrında Çarlz Darvinin dəfni

Darvinin xəstəliyi nə idi?

Gənc Darvin “Biql” gəmisində 5 il səyahət etdi və onda hər şey qaydasında idi. İngiltərəyə qayıtdıqdan bir müddət sonra, o ölüm gününə qədər müxtəlif xəstəliklərə tutuldu. Ürəkbulanma, yuxusuzluq, qarın ağrıları, tez-tez ürəyin döyünməsi, başgicəllənmə və bundan başqa bir neçə xəstəliyi sadalamaq olar.

Darvin də daxil olmaqla, hər kəs bu xəstəliklərin təbiətini öyrənmək istəyirdilər. Bir çox tarix və tibb elminin tarixçiləri Darvinin hardasa tropiklərdə avropalıların bilmədiyi xəstəliyə tutulduğunu güman edirdilər. Müzakirəyə darvinistlərin yeni bir iddiası çıxdı. Belə ki,  Ayova universitetinin iki həkimi Tomas Barlun və Rassel Noyes belə bir iddia irəli sürdülər ki, Darvinin xəstəliyi “panika sindromudur.”

Barlun və Noyes davamlı olaraq onun bütün qeydlərini, gündəliklərini və məktublarını, həmçinin də onun tərcümeyi-halını diqqətlə araşdırırdılar.  Bir çox faktlar ortalığa çıxdı: Darvində tibb sahəsində qeydə alınan  13  “panika sindromundan” 9 əlamət var idi. Xəstəliyin başlanğıc mərhələsində insanda irrasional qorxu yaratması və onun veqetativ sinir sisteminin qusma, baş gicəllənmə və digər halsızlıqlarla reaksiya göstərməsi aiddir.

Xəstəlik ilk dəfə olaraq Darvinin 28 yaşı olduğu zaman özünü biruzə verdi. Üstündən bir il keçdikdən sonra “Biql” gəmisi ilə dünya səyahətinə çıxan zaman o yazdığı məktublarda öz dostlarına şikayətlərini bildirir. O, məktubda özünü pis hiss etdiyini, beynində hər şeyin pozulduğunu və onu qorxu və sıxıntı bürüdüyünü, heç kəsi görmək istəmədiyini və çox bərk olan ürəkdöyünmələrindən şikayətlənirdi.

Darvin, karikaturada…

Bu halsızlıqlar, əsasən də, qorxu və sıxıntı Darvini yaşadığı evə bağlayırdı. O, bütün gəzintilərdən və dostları ilə görüşdən imtina edirdi. Misal üçün, Darvin geologiya cəmiyyətindəki katib vəzifəsindən imtina etmişdi. Təbiətşünas yoldaşları bir dəfə onu Linneya cəmiyyətində söz demək üçün təkid etdilər. Darvin söz deməyə razılaşdı və çıxışını etdi, lakin o dərəcədə həyəcanlanmışdı ki, etdiyi çıxışdan sonra bütün gün boyu qusmağa başladı. 1842-ci ildə Darvin həyat yoldaşı Emma ilə sakit kənd həyatı yaşamaq üçün Londonu tərk etdilər.

20 il ərzində o, özünün “təbii seçmə vasitəsilə, növlərin mənşəyi” adlı məşhur əsərini yazdığı müddətdə o, özünü çox pis hiss edirdi. Barlun və Noyes düşünürdülər ki, Darvin özünün təkamül nəzəriyyəsini yazanda, çox həyəcanlanırdı. Sanki o elə bilirdi ki, kolleqaları onun bu əsərinə sərt tənqidlə yanaşacaqlar. Darvini həm də kabuslar çox narahat edirdi. O, hər gecə yuxusunda onu dar ağacına apardıqlarını görürdü. 1859-cu ildə kitab çıxdı və hər yerə yayılmağa başladı. Darvin bütün dünyada məşhurlaşdı və bu Darvini bir az sakitləşdirdi.

Heç kəs indiyənə kimi bilmir ki, panika sindromu nəyə görə əmələ gəlir. Nədirsə beyində heç xoşa gəlməyən və davamlı dəyişiklikdir, hansıki bu xoşagəlməz xəstəliyi ancaq ağrı kəsicilərlə azaltmaq olar. Bu kimyəvi proseslərə baxmayaraq, Darvinin xarakteri və onun şəxsiyyəti dəyişə bilməz. Belə də oldu. “Biql”da dünya səyahətinə çıxan Darvin qauçolarla birlikdə argentina prerilərinə qədər getdi. O, soyuqqanlılıqla “Biql” gəmisini böyük və dağıdıcı dalğalardan çıxarda bildi. “Biql” ilə səyahət zamanı o, bir vətəndaş müharibəsinin şahidi olur və həmin müharibədən sağ qurtula bilir. O heç nədən qorxmurdu və çətinliklərin gözünə dik və qorxmazcasına baxırdı. Geri döndükdən bir və ya iki il sonra  tamam başqa bir adama çevrildi.

Tərcümeyi-halında o yazır: “baxmayaraq ki, xəstəlik mənim həyatımdan bir neçə il aldı, mən müxtəlif ictimai işlərə və əyləncələrə baxmayaraq, öz işimi dava etdirə bildim”. Bilmək olmaz, bəlkə də bəşəriyyət “Növlərin mənşəyini” Darvinin bu xəstəliyinə borcludur.

Məmməd  Süleymanov

[material http://sandinist.livejournal.com bloqundakı  yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]

Tərcümə: Elmar Che                                               (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:12198