abunə ol: Yazılar | Şərhlər | Еmail

Belə sülhdən kim qorxmaz?

Şərh

Son bir ildə pakistanda minlərlə insan öldürülüb, daha artığı isə yaralanıb. Bütün bu ölümlərin arxasında isə yenə də Amerika var.

Pakistan heç bir ölkə ilə müharibə aparmır. Ölkənin ən böyük problemi terror problemlemidir. Ancaq son statistika ölkədə baş verən bu qətliamın arxasında başqa səbəblərin olduğunu meydana çıxartdı. ABŞ-ın pilotsuz təyyarələrdən etdiyi hava hücumları və siyasi cinayətlər bütün ölkəni qana bulaşdırıb.

Mülki əhali öldürülür.

Əfqanıstanın işğalından sonra Taliban qruplaşması Pakistan sərhədindəki dağlıq ərazidə özünə məskən saldı. ABŞ isə bunu bəhanə edərək əraziyə tez-tez havadan hücumlar edir. Ancaq nədənsə bu hava hücumlarının hədəfi Taliban yox mülkü əhali olur. 2010-cu ildə ancaq, pilotsuz təyyarələrdən edilən hücumlarda 957 nəfər mülki pakistanlı həyatını itirib.

ABŞ insan ölümlərini qısa üzr mesajları ilə “yola verir”, əvəzində isə hava hücumlarını 2 dəfə artırır. 2010-cu ilin ikinci yarısında birinci yarıya nisbətən 2 dəfə daha artıq hücum təşkil olunub.

Ölüm hər tərəfdə

ABŞ-ın qətlləri hava hücumları ilə yekunlaşmır. Ölkədə onlarla müxalifətçi öldürülür. Bu ölümlərin arxasından ABŞ gücləri çıxır və ölümlərdə ABŞ silahları istifadə edilir. Təkcə keçən il ərzində ölkədə 355 siyasi cinayət törədilib.

Mentalitet orda da var

Ölkədə törədilən cinayətlərin böyük bir hissəsi də “mentalitet”ə görə olub. Əksəriyyəti qadın olan 791 nəfər namus cinayətlərində öldürülüb.

2010-cu ildə Pakistanda öldürülən ümumi insan sayısı isə 12 min 580 nəfər oldu.

(c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:6943