abunə ol: Yazılar | Şərhlər | Еmail

Həkimlərin etiraz aksiyaları

Şərh

 

AFP/ Francois Guillot

Parisdə fransız həkimlər yeni  limuzin təcili tibbi yardım maşınlarına   etiraz edib.”La santé n’est pas un luxe” (“Sağlamlıq təmtəraq deyil”) şüarı səslənib.

“Hipokrat kömək et! Andımızı pozurlar.”  Türkiyəli tibb işçiləri İstanbul ,Ədirnə,İzmir və başqa şəhərlərdə  33 saatlıq fasiləsiz “iş günü”,növbə icazəsinin verilməməsinə  etirazını bildirdi.Dokuz Eylül Üniversitesi klinikasının asisstent həkimlərindən sonra   Ege Üniversitesi  məzunları da aksiya keçirdi.Onlar həm də xarici tələbələrə  diqqət ayrılmalı olduğunu bildirdilər.İstanbulda pullu xidmətə qarşı çıxan  assistent həkimlər  Taksim Meydanına yürüş etdilər .”Yuxusuz həkim=Ölüm”, “Sağlamlığa qənaət ölüm deməkdir “.

Nümayişlərə dəstək olaraq  Sosyal Hizmet Emekçileri Sendikası (SES)   iştirakçılara qoşulmuşdur.”Sağlamlıq haqqdır satılmaz!”, “Asisstentlər kölə deyildir.” Səhiyyə sistemindəki neoliberal reformlara qarşı çıxan etirazçılar gündəlik iş rejiminin dəyişdirilməsini tələb edir.  İzmirdə keçirilən aksiyada etirazların qələbəyə kimi  davam edəcəyini bəyan edildi.Türkiyənin başqa şəhərlərində də oxşar  nümayişlər gözlənilir.

Oxşar yazılar:

Baxış sayı:6731