abunə ol: Yazılar | Şərhlər | Еmail

Soros patentli “insan haqları” imperializmi

Şərh

 

Liviya və Fil Dişi Sahilində yaşanan hadisələrdən sonra Birləşmiş Millətlər Təşkilatının “humanitar müdaxilə” qərarları beynəlxalq hüquq nəzər nöqtəsindən nəzəri mübahisələrə səbəb olur. İmperializm “müstəqillik” qavramını yenidən kodlaşdırmağa çalışır.

Eric Waldberg`in Interdaily-də dərc olunmuş məqaləsi bir müddət davam edən nəzəri mübahisəni təkrar alovlandırdı. Fildişi Sahilində getçəkləşdirilən hərbi müdaxilə nəticəsində prezident Laurent Gbagbo geri çəkilməyə məcbur edilərkən, daha əvvəl ölkəyə birbaşa müdaxilə etmiş imperialist ölkələrin, beynəlxalq hüququn əsas subyekti olan “dövləti” və onun iradəsini heçə bərabər edən müdaxilələr böyük bir mübahisəyə səbəb olub.

Müstəqillik haqq deyil, məcburiyyətdir

Adı hər zaman George Sorosla birlikdə səslənən R2P (Responsibility to Protect)  – Mühafizə Məsuliyyəti doktrinasına görə, beynəlxalq arenada müstəqillik müstəmləkəçi və feodal dövrlərdən qalan arxaik bir termindir və indiki zamanda anaxronik olaraq istifadə olunur. Yeni dünyanın çevik və sərbəst qaydalarında fərdlər daha da önə çıxmışlar və bu tip regional kodlaşmalar tarix olmağa məhkumdur. Son təhlildə insan haqları kimi əsas hüquq normaları, hüququn bu iradəsi özündən fərqli qurucu süjetdən saha vacibdir və insan haqlarının qoruya bilmədiyi nisbətdə özünə də hər hansı bir müdaxilə qanunidir.

Dünyaca tanınmış bankir və spekulyant George Soros`un irəli sürdüyü və indi də bütün qərb ölkələrinin izlədiyi bu doktrinaya görə, dünya eyni çarxlar içində dönən bir sistemin hissəsidir və bu sistemi problem olmadan davam etdirmək isə beynəlxalq hüququn ən əsas vəzifəsidir.

Doktrina 90 – cı illərdə imperialist işğalın bir nömrəli əsası idi

Doktrina, Sovet İttifaqının devrilməsi ilə bu mövzudakı inhisarı ələ almağa başladığı 1990 – cı illərdə istifadə edildi. Yuqoslaviyanın işğalında, Latın Amerikası ölkələrinə hazırlanan müdaxilələrdə, ölkələrin iradəsi olmadan torpaqlarına hücum bu yolla təmin edildi. İlk dönəmdə diqqət çəkən xüsusiyyət, BMT – nin təsdiqi zəruri olması ikən, Ruandada yaşanan qətliama qarşı BMT – nin ancaq tamaşaçı olması mübahisəni fərqli bir müstəviyə daşıdı. BMT – nin beynəlxalq müdaxilələr üçün “gücsüz” qalması fikri müdafiə olunmağa başlandı.

Xüsusilə də Yuqoslaviyanın parçalanması dövründə NATO – nun hücumu bu narahatlığı ilk dağıdan ünsür oldu.

Bu müddət ərzində işə başladığına görə, Koffi Annan`ın adı ilə “Annan Doktrinası” olaraq da yayılmış bu nəzər nöqtəsi ölkələrin lazım gördükləri nisbətdə hər cür müdaxiləni gerçəkləşdirə biləcəklərini irəli sürür.

Dünya jandarması və rəngli inqilablar

Sorosun bu mövzudakı ikinci müdaxiləsi dünyaya bir “polis” lazım olduğu fikri idi. İlk əvvəl sadəcə hadisələrə müdaxilə edib onların böyüməsinin qarşısını alan polis daha sonra rəngli inqilablar dövrü ilə də “müdafiə və mühafizə” xarakteri qazanmış oldu. Amma bu polisin W.Bush kimi “pis polis” olmasının yaratdığı problemlər Sorosu “yaxşı polis” axtarmağa vadar etdi. Waldberg`ə görə, Obama və Klinton hökuməti Bush hökumətindən fərqlidir, bu liderlər sadəcə “dünya intizamını qorumaqla” yetinməyib, dünyada yaşayanlara “etimad” bəxş edirlər…

Liviya və Fildişi ilə gələn çarəsiz dövr

Xüsusilə ilk dəfə qəbul edildikdən sonra, bu müdaxilə haqqının kim tərəfindən və necə istifadə ediləcəyi mövzusu hələ də imperialist ölkələrin tam olaraq qanunilik təmin etmədiyi bir problem olaraq qalmaqdadır. Əvvəlcə Liviyaya müdaxiləyə səbəb olaraq mülkilərə qarşı göstərilən zorakılıq haqqında heç bir sübutun tapıla bilməməsi, daha sonra Fildişi Sahilində yaşanan daxili müharibədə xalqın iradəsindən asılı olmadan Fransanın ani və birbaşa müdaxiləsinin ölkənin taleyini öz istəkləri istiqamətində dəyişdirməsi, “humanitar müdaxilə” ifadəsini öz sadəlövh mənasından ayıraraq bir işğal kəliməsi olaraq qəbul edilmə nəticəsini doğurmağa başlayır.

haber.sol.org.tr

                 (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:8015