abunə ol: Yazılar | Şərhlər | Еmail

“Hakimiyyət Xalqa”- Con Lennon və Yoko Ono

Şərh

“Hakimiyyət Xalqa” John Lennon ve Yoko Ono ilə müsahibə – Tarık Əli, Robin Blackburn

Tarık Əli və Robin Blackburn-ün 21 Yanvar 1971-ci ildə John Lennondan aldığı ve Yoko Ononun da qatıldığı müsahibənin qısa bir hissəsi. Lennonu “Power to People” (İqtidar Xalqa) mahnısını yazmaga məcbur edən müsahibə, Qırmızı Köstəbək (The Red Mole) jurnalında yayımlanmışdı.

“Tək yol işçilərin bədbəxtliklərinin fərqinə varmalarını təmin etməklə, ətraflarını bürüyən xəyalları qırmaqla ola bilər. Maşınları və televizorları var və həyatda daha artıq şeylərinin ola biləcəyini düşünmək istəmirlər. Qaraların və İrlandiyalıların zülmə məruz qaldıqlarını və bir sonrakının özləri olacağının fərqinə varmalıdırlar.”

Tarık Əli: Son albomunuz və ictimaiyyətə verdiyiniz açıqlamalar fikirlərinizin getdikcə radikallaşdığını və siyasiləşdiyini göstərir. Nə zamandır bu şəkildə düşünürsünüz?

John Lennon: Mövcud vəziyyətə qarşı hər zaman siyasi olmuşam. Siz də polisin təbii bir düşmən olduğu və ya  ordunun insanları harasa aparıb öldürdüyünü görsəydiniz, siz də belə olardınız. Qısacası bu işçı sinfinin içindən çıxmaqla əlaqəlidir; daha sonra yaşlanır, bir ailə sahibi olur və sistem tərəfindən həzm olunursunuz. 1965-66-ci illər ərəfəsində məlum superstar axmaqlıqlarına görə heç siyasi deyildim. Fəqət bu sadəcə mənim üçün özümdən qaçmağın bir yolu idi. “Həyatda bundan başqa şey yoxdurmu? Şübhəsiz hamısı bu deyil” deyə düşündüm. Lakin bir şəkildə həmişə siyasi oldum. Yazdığım iki kitabda da dinlə bağlı bir çox ismarıc var və bunların birinə işçi ilə kapitalist haqqında yazdığım bir oyunu əlavə etdim. Uşaqlığımdan bəri sistemi tənqid edirəm. Sanki çiynimdə əlavə bir beyin varmış kimi sinif tapşırıqlarına hər zaman şüurlu yanaşmışam.Çünki nə olduğunu, üstümüzə gələn sinfi istismarın nə olduğunu bilirdim, ancaq Beatles fırtınası təəssüf ki, məni bir müddət həqiqətdən aralı saxladı.

TƏ: Sizcə yazdığınız musiqinin uğurlu olmasının səbəbi nədir?

JL: O vaxtlar işçilərin mübarizə apardıqları düşünülürdü.Ancaq indi keçmişə nəzər salanda qaraların atlet, boksyor və ya şoumen olmalarına icazə verildiyi kimi, bu işçilərə də sadəcə müəyyən səviyyədə etiraz etmə azadlığının verildiyini görürəm.Yenə də, bunların icazə verdiyi Working Class Hero albomunda dediyim kimi: Bu gün qaçmağın ən yaxşı yolu pop ulduz olmaqdır.

 

“Rolling Stone” jurnalına da eyni şeyi demişəm.İqtidar sahibi hələ də eyni insanlardır və sinfi quruluşu heç dəyişməmiş saymaq olar. Gözəl  paltarlarıyla bir çox uzun saçlı, son dəb orta sinif uşaqları ortalıqda fırlanır. Heç bir şey dəyişməyib.Sadəcə bir az geyim tərzini dəyişdirmişik. Göründüyü kimi də, eyni alçaqlar hər şeyi idarə etməyə davam edirlər.

TƏ: Təbii ki sinfi istismar hələ Amerikan rok qruplarının diqqətindən kənarda qalan bir mövzudur.

JL: Amerikan rok qrupları hamısı orta sinif və burjuaziyadı. Bunu da bəlli etmək istəmirlər. İşçilərdən qorxurlar, çünki Amerikadakı işçilərin siyasi olaraq sağda olduqlarını və sadəcə öz mənafelərini düşündüklərini zənn edirlər. Ancaq bu orta sinfi təmsil edən qruplar nələr baş verdiyinin, sinfi quruluşun nələrə gətirib çıxaracağının fərqinə varacaqları təqdirdə bütün bu burjua axmaqlıqlarından canlarını qurtara bilərlər.

TƏ: Bir Beatles üzvü olaraq sizə yüklənən roldan sıyrılmağa necə başladınız?

JL: Beatlesın ən parlaq zamanlarında belə buna qarşı çıxmağa çalışdım. Bir neçə dəfə Amerikaya getdik və bizə Vyetnam barəsində heç bir söz söyləməməyimiz tənbeh edildi. Bir müddət sonra bizdən bunu bir daha istədiklərində “müharibə istəmədiyimizi və ABŞ-ın dərhal geri çəkilməli olduğunu” söyləməyə qərar verdik və bu cür də etdik. O zamanlar üçün bu xeyli radikal bir hərəkət idi. Ətrafınızdakı hərkəs sizə Sezar kimi davranıb nə qədər möhtəşəm olduğunuzu söylədiyi zaman “kral yox, gerçək olmaq istəyirəm” demək çox çətindir. Buna görə də nümayişkəranə ikinci siyasi münasibət “Beatles İsadan böyükdür” demək oldu. Bu mövcud olan mənzərəni həqiqətən dəyişdirdi. Amerikada az qalsın öldürüləcəkdim. Bu hadisə bizim dinləyicilərimizi böyük bir travmaya salmışdı. Bundan sonra bizdən belə “həssas” sualları cavab verməməyimiz istənildi. Bütün qəzetləri oxuyurdum, amma olan şeylərə sizin də bildiyiniz kimi səssiz qalırdım. Hadisələri başa düşüb danışmadığıma görə çox utanırdım. Bu oyunu artıq davam etdirə bilmirdim.Çünki, bu mənim üçün çox ağır idi. Xüsusən müharibə davam etdiyinə görə amerikaya getməyimiz mənim qüruruma toxunurdu. Troya atına dönmüşdük.  “Əfsanəvi dördlük”  zirvədə idi.Narkotik və seks haqqında mahnılar oxuyurduq. Sonra daha da ağır maddələr istifadə etməyə başladım. Bunlardan sonra artıq bizi dəyərsizləşdirdilər.

TƏ: İnqilabı amansızca tənqid edərkən də siyasi fikirlər daşıyırdınızmı?

JL: Bəli, əlbətdə. “Revolution.” Bu mahnının iki fərqli versiyası var idi, lakin illeqal sol yalnız “məni unut” sözləri ilə yayınlanan 45-liklə maraqlandı. Mahnının albomdakı original versiyasında isə “məni hesaba qat” sözlərinə yer verilmişdi. Səslərlə inqilabın şəklini çəkdiyimi düşünürdüm. Fəqət səhv etmişəm, bu bir inqilab deyilmiş. 45-lik versiyasında “əgər yox etməkdən danışırsansa məni unut” deyirdim. Öldürmək istəyirdim. Maoistləri çox tanımırdım yalnız çox az olduqlarını, özlərini yaşıla boyadıqlarını və polisin qarşısında durub həbs olunmalarını gözlədiklərini bilirdim. Gerçək kommunist inqilabçıların daha yaxşı təşkilatlandıqlarını və sadəcə ortalıqda bağırıb çağırmadıqlarını düşünürdüm. Belə hiss etmişdim, həqiqətən bir sual verirdim özümə. Kapitalist bir oyunu davam etdirməyimə baxmayaraq, işçi sinifinin bir mənsubu olaraq hər zaman Rusiya , Çin  və işçi sinifinə bağlı hər şeylə maraqlanırdım.

Robin Blackburn: Yoko sənin albomun modern avanqard musiqisi ilə rok musiqisini bir araya gətirir. Bütün səsləri bir araya gətirirsən. Məsələn bir Qatar səsini muzikal halına salırsan. Bununla nəzərdə tutduğun gündəlik həyatın estetik bir həcmi olduğu və sənətin muzeylərə, qalereyalara həbs edlilməməli olduğudurmu?

Yoko Ono: Təbii ki. Yaşadıqları təhkimçilikdən xilas olmaq üçün çalışan və yaradıcı birşeylər ortaya qoyaraq insanları qıcıqlandırmaq istəyirəm. Özlərini yaratmaqdan qorxmamalıdırlar. Təməl olaraq dünyada iki növ insan var. Yaratmaq üçün lazımi qabiliyyətə malik olduğu üçün özünə etibarı olanlar və özlərinin yaradıcı qabiliyyətləri olmadığından, sadəcə verilən əmrləri yerinə yetirəbiləcəkləri üçün demoralizə olan və özlərinə inamlarını itirənlər. Hakim sistem məsuliyyət götürməyən və özünə hörmət etməyən insanları sevir.

RB: Deyəsən işçi nəzarəti tamamilə bununla əlaqədardır.

JL: Belə bir şeyi Yuqoslaviyada sınamadılarmı? Ruslardan aslı deyildilər. Ora gedib necə işlədiyini görmək istəyərdim.

TƏ: Bəli, sınadılar. Stalinizmdən qopmağa çalışdılar. Özünü məhdudlaşdırmayan bir işçi idarəsinə icazə vermək yerinə, yüksək səviyyədə bir siyasi bürokratiya yaratdılar. Nəticə olaraq işçilərin təşəbbüsünü boğdular və bütün sistemi fərqli bölgələr arasında yeni bərabərsizlikər yaradan bir bazar mexanizmi ilə idarə etdilər.

JL: Bütün inqilablar bir şəxsiyyət kultu ilə sona çatır – hətta Çinlilər – belə bir ata fiqura ehtiyac duydular. Bunun Fidel və Che ilə birlikdə Kubada ortaya çıxacağını düşünürəm. Qərb tərzi kommunizmdə bir ata fiqur olaraq az qala xəyali bir işçi imici yaratmaq məcburiyyətində qalır.

RB: Bu xeyli iddialı bir düşüncədir.Yəni  “işçi sinifi” öz “qəhrəmanı” halına gəlir. Xüsusilə, yeni bir təsəlli verici illuziya yaşanmadığı, həqiqi işçi iqtidarı olmadığı müddətdə. Kapitalist ya da bürokrat həyatınızı idarə etdiyi müddətdə bu illuzyaları yaşamaq məcburiyyətindəsiniz.

YO: İnsanlar özlərinə inanmalıdırlar…

TƏ: Bu nöqtə önəmlidi; işçi sinifinə özünə inam aşılanmalıdır. Bu sadəcə təbliğatla olmaz. İşçiləri hərəkətə gətirməli, fabrikləri ələ keçirməli və kapitalistləri qudurana qədər hirsləndirmək lazımdır. 1968-in Mayında Fransada olanlar buna misal idi. İşçilər öz güclərini hissetməyə başlamışdılar.

JL: Lakin Kommunist Partiyası bu yönümdə deyildi, elə deyilmi?

RB: Bəli. Tətildəki 10 milyon işçi ilə birlikdə Parisin mərkəzində reallaşan nəhəng nümayişləri hökumət binalarının və rəsmi orqanların işğalına çevirə bilər. “De Gaulle”yi yıxıb Paris Komunası və ya sovetlər kimi məşhur bir iqtidar qura bilərdilər. Bu həqiqi bir inqilabı başladardı, lakin Fransız Kommunist Partiyası bundan qorxdu. İşçilərin təşəbbüsündən istifadə etmək və onları cəsarətləndirmək əvəzinə yuxarılarla konsensus axtarışını seçdilər.

JL: Bütün inqilablar; Fidel, Marks ya da Lenin kimi intelektualların hər hansı birinin, işçilərə çata bildiyi təqdirdə baş verir. Önəmli insanları bir araya gətirirlər və işçilər əsarət altında yaşadıqlarını anlamağa başlayırlar. Lakin tam olaraq fərqinə varmırlar və hələ avtomobillərin, televizorların problemin həlli olduğunu düşünürlər. Solçu tələbələrin işçilərlə danışmasını, bu uşaqların “Qırmızı Köstəbək”lə əlaqəyə girməsini təmin etməlisiniz.

TƏ: Tarix boyunca heç bir suveren sinif öz iqtidarını könüllü surətdə yıxmamışdır və bunun dəyişəcəyinə dair bir dəlil də yoxdur.

YO: Amma bilirsən şiddət yalnız nəzəri bir şey deyil. Vyetnamdan qayıdan gənc əsgərlərlə bağlı bir proqram gördüm, birinin beldən aşağı hissəsi yox idi. Əslində yalnız bir ət parçası olmasına baxmayaraq “güman edirəm ki, başıma gələn ən yaxşı bir təcrübə idi” deyirdi.

JL: Həqiqətlə üzləşmək istəmir və bütün yaşadıqlarının boş bir şey olduğunu düşünmək istəmirdi.

RB: Lakin Yoko zülmə qarşı mübarizə aparanlar, özlərini heç bir şeyin dəyişməməsində mənfəətləri olanlar və öz iqtidar və rifahlarını, qorumaq istəyənlər tərəfindən hücuma məruz qalarkən tapırlar. Şimali İrlandiyadakı “Bogsi” və “Falls Road”a bax.Hüquqlarına görə aksiya etdikləri üçün  xüsusi polisin vəhşicəsinə hücumuna məruz qalırlar. 1969-cu ilin Avqust gecələrinin birində  yeddi adam vurularaq öldürüldü və minlərlə insan evlərindən məhrum oldu. Bu insanların özlərini müdafiə hüquqları belə yox idi.

YO: Elə buna görə də bu problemlərə bənzər vəziyyətlərlə qarşılaşmazdan əvvəl mübarizə aparmaq lazımdır.

RB: Əsas təhlükə, inqilabi vəziyyət bir dəfə yaradıldığında yeni mühafizəkar bir bürokratiyanın dərhal onun ətrafını formalaşdırmağa girişməsidir. İnqilab imperializm tərəfindən təcrid edilmişsə və maddi yoxsulluqlar da varsa, bu təhlükə artan tempdə inkişaf edir.

JL: Yeni güc formalaşmağa başladıqdan sonra, fabrikləri və qatarları işlək halda saxlamaq üçün yeni bir vəziyyət yaratmaq məcburiyyətindədirlər.

RB: Bəli amma, kapitalist demokratiya fabrik və qatarları işçilərin inqilabi demokratiya sistemində işlədəbiləcəklərindən daha yaxşı işlətməyəcək! İngiltərədə kütlələr tərəfindən nəzarət edilən və kütlələrin təlabatına cavab verə biləcək yeni bir məşhur iqtidar yarada bilərik.Burada söhbət sadəcə işçilərin iqtidarından gedir. Bu səbəbdən inqilabi cəbhənin ön sırasına qoşulmalıyıq. Burjua dövlətini ancaq həqiqətən dərin köklərə malik bir işçi iqtidarı yox edə bilər.

YO: Buna görə də yeni nəsil işi ələ alandan sonra çox şey dəyişəcək.

JL: Zənnimcə gəncliyi bura cəlb etmək problem deyil. Onları universitetlərdə çox iş görmüş  tələbələr kimi yerli birliklərə və məktəb müdiriyyətlərinə hücum etməkdə sərbəst olduqlarını hiss etmələrini təmin edə bilərsiniz. Bu onsuz da olur. İnsanlar daha çox yan-yana gəlməlidirlər. Qadınlar da, çox vacibdirlər. Qadınlar olmayan və onları müstəqilləşdirməyəcək bir inqilab ola bilməz. Kişi üstünlüyünün sizə öyrətdiyi yol çox hiyləgər bir yoldur. Mənim kişiliyimin bəzi sahələrinin məni Yokoya  bağladığının görmək mənim çox vaxtımı aldı. Mən sadəcə onun, təbii davrandığımı zənn edərkən əslində səhv yolda olduğumu göstərməkdə xeyli cəld davranan qırmızı, radikal bir azadlıqçı olduğunu gördüm. Bu səbəbdan radikal müdaxiləçi olmaq iddiasında olan insanlar hər zaman diqqətimi çəkib.

RB: Kişi şovinizmi solda hər zaman daha çoxdur. Qadınların müstəqilləşmə hərəkatının doğuşu bunun yox edilməsinə kömək edəcək.

JL: Axmaqlıqdır. İnsanları və xalqı ikiyə bölərək xalqın iqtidarından danışa bilməzsən.

YO: Bərabər mövqedə olmadığın birini sevə bilməzsən. Bir çox qadın kişilərə qorxu və etibarsızlıqlarına görə bağlanmaq məcburiyyətində qalır və bu sevgi deyil. Bu sadəcə qadınların kişilərdən nifrət etmələrinin əsl səbəbidir.

TƏ: Səncə İngiltərədəki bu kapitalizmi necə yıxa bilərik Con?

JL: Məncə bunun tək yolu işçilərin bədbəxtliklərinin fərqinə varmalarını təmin etmək, ətraflarını bürüyən xəyalları qırmaq ola bilər. Möhtəşəm, insanlar özlərini sərbəst ifadə etdikləri bir ölkədə yaşadıqlarını güman edirlər. Maşınları və televizorları var və həyatda daha artıq şeylərinin ola biləcəyini düşünmək istəmirlər. Uşaqların məktəbdə sıraya düzüldüyünü görmək, müdirlərin onları idarə eləmələrini asanlaşdırır. Özlərinin belə olmayan, başqalarının yuxularını görürlər. Qaraların və İrlandiyalıların zülmə məruz qaldıqlarını və bir sonrakının özləri olacağının fərqinə varmalıdırlar.

Bütün bunları hiss etməyə həqiqətən başladıqlarında nəsə etməyə də başlayacaqlar. İşçilər rəhbərliyə üsyan etməyi ancaq belə bacara bilərlər. Eyniylə Marksın dediyi kimi: “Hər kəsə ehtiyacı qədər”. Məncə bu burada çox gözəl işləyər. Amma orduya da nüfuz etməliyik. Çünki hamımızı öldürmək üçün çox yaxşı təlim almış vəziyyətdədirlər. Bütün bunlara məruz qaldığımız yerdən başlamalıyıq. Öz ehtiyacların hədsiz ola-ola başqalarına nə isə verməyin bir səhvdir, və çox səthidir. Fikir sadəcə insanların rahatlığını təmin etmək, onları yaxşı hiss etdirmək üçün deyil, əksinə onların daha da pis hiss etmələrini təmin etməlidir. İnsanların məvacib dedikləri şeyi əldə etmək üçün xəyanət edildikləri və alçaldıldıqları davamlı olaraq vurğulanmalıdır.

 

 

[material sdyeniyol.org ünvanındakı  yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]


Tərcümə: Mehdiyev Məmmədhüseyn

Redaktə: Rüfət Abbasov

(c) SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:18541

Şərhlər

  1. Scherif Abde deyir:

    Working Class Hero (John Lennon) …

    John Lennon : “Məncə bunun tək yolu işçilərin bədbəxtliklərinin fərqinə varmalarını təmin etmək, ətraflarını bürüyən xəyalları qırmaq ola bilər. Möhtəşəm, insanlar özlərini sərbəst ifadə etdikləri bir ölkədə yaşadıqlarını güman edirlər. Maşınları və televizorları var və həyatda daha artıq şeylərinin ola biləcəyini düşünmək istəmirlər. Uşaqların məktəbdə sıraya düzüldüyünü görmək, müdirlərin onları idarə eləmələrini asanlaşdırır. Özlərinin belə olmayan, başqalarının yuxularını görürlər.”

    http://www.youtube.com/watch?v=njG7p6CSbCU