abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov-İnqilabı Qramşidən öyrənək

Şərh

Dünyanı bürüyən yeni İnqilab dalğası Marks, Lenin ilə bərabər həm də Antonio Qramşinin irsini aktuallaşdırdı. Maksist təhlilə “Mədəni hegemoniya” və “Molekulyar aqressiya” anlayışlarını gətirmiş bu parlaq inqilabçı-filosof 21-ci əsr inqilabları üçün də öyrəniləsi fikirlər qoyub gedib.

İtaliya kommunist partiyasının yaradıcısı, məşhur “Türmə dəftərləri”nin müəllifi, ideyalarında, yaşamında və əqidəyə sədaqətində kristal saf Qramşinin irsi də, ömrü də böyük tədqiqat mövzusudur. Ömrünün son 11 ilini Mussolini məhbəslərində keçirən bu xəstə vücudlu şəxsin kamerasında və məhbəs xəstəxanasında yazdıqları xəstə orqanizmdən əlahiddə iradə tələb edirdi. Qramşi bunu bacardı. Baxmayaraq ki, ölüm “Türmə dəftərləri”ni bitirməyə macal vermədi.

Sardiniyada doğulub Turində təhsil almış Qramşi 1922-ci ildə İtaliya kompartiyasını yaradır, 2 il sonra parlamentə deputat seçilir, 1926-cı ildə isə faşistlər tərəfindən həbs olunub 20 illik cəzaya məhkum edilir. 1931-ci ildə ağciyər xəstəliyi kritik həddə çatanda beynəlxalq ictimaiyyətin, o cümlədən, Romen Rollan, Anri Barbüs və Maksim Qorki kimi yazıçıların tələbi sayəsində türmə klinikasına köçürülür. 1937-ci ilin 21 aprelində amnistiyaya düşür, ancaq azadlıqda cəmisi 6 gün yaşayır və aprelin 7-də 46 yaşında vəfat edir.

Onun “Türmə dəftərləri” elm, cəmiyyət, siyasət, incsənətə dair biliklərin həcmi ilə oxucunu heyran edə bilər. Qramşi senzuraya görə əksər fikirlərini maskalanmış şəkildə, alleqoriyalarla yazsa da (məsələn, “praktika fəlsəfəsi” yazanda o, marksizmi nəzərdə tutur), bu sirlilikdən əsər udur ki, uduzmur. Müəllifin standart marksist terminologiyadan imtina etməyə məcbur olması, nə qədər paradoksal da səslənsə, yazdıqlarını geniş auditoriya üçün daha anlaşılan edib.

Bu gün də mübahisələr səngimir – Qramşini marksizmin hansı istiqamətinə aid etməli? O, leninçidir, yoxsa Dyerd Lukaç və Karl Korşla bərabər “Qərb marksizmi”nin banisidir? İnqilabı yeganə çıxış yolu sayırdı, yoxsa son illərində islahatçılığa meyl edirdi? Bunun da əsas səbəbi “Türmə dəftərləri”nin kamuflyaj olunmuş formada yazılmasıdır.

Ancaq bir fakt danılmazdır – Qramşi marksizmə insan faktoru gətirdi, insan iradəsinin, psixologiyasının rolunu reabilitasiya etdi.

1910-cu illərdə İtaliya marksistləri ekonomizm və “iqtisadi determinizm”ə üstünlük verirdi. Yəni, ictimai inkişafın əsas və həlledici faktoru iqtisadi qanunauyğunluqlardır. Pozitivistlər daha da uzağa gedərək cəmiyyətin inkişafına təbiət qanunlarını tətbiq edirdi. İnsan faktoru və onun iradəsinin rolu unudulmuşdu. Marksistlər Kroçe və Centile öz əsərləri ilə bu fikirləri korrektə edə, ekonomizmə zərbə vura bilsələr də, burada da əsas rolunu Antinio Qramşinin yazıları oynadı.

Qramşi hamıdan daha aydın anlayırdı ki, kommunizmə keçid də, sinifsiz cəmiyyətin mümkünlüyü də özü-özlüyündə iqtisadi inkişafın obyektiv qanunla ilə qarantiyalanmayıb. İnsan iradəsi və şüurundan kənarda tarixdə heç nə baş vermir. İnsan iradəsi isə iqtisadi proseslərin sadəcə törəməsi deyil. Bir sözlə, marksizmi iqtisadi tərəfi ilə məhdudlaşdırmaq olmaz.

Əlbət, Marksın da insan konsepsiyası var və məşhur Erix Fromm bu mövzuya ayrıca “Marksın insan konsepsiyası” adlı çox mükəmməl əsər də həsr edib (bu, 1960-cı illərdə olacaqdı). Lakin Qramşiyə qədər heç kim tarixi inkişafda və marksist mübarizədə insan iradəsinin rolunu qabartmamış, “iqtisadi determinizm”in şah hakimiyyətini azaltmamışdı.

Siyasi fəaliyyətinin ilk illərində İtaliya Sosialist partyasında və onun çap orqanı olan “Avanti!” qəzetində fəaliyyət göstərən Qramşi 1916-cı ildə fikirləriin illüstrasiyası olan “İnqilab və mədəniyyət” yazısını dərc etdirir. Yazıdan sitat: “İnsan ilk növbədə təbiət deyil, tarixin yaratdığıdır. Əks halda izah etmək olmur ki, niyə həmişə istismarçıların və istismar olunanların mövcud olduğu cəmiyyətdə indiyədək sosializm reallaşmayıb. Məsələ ondadır ki, insan addım-addım, qat-qat öz dəyərinin dərkinə gəlib çatıb və sxemlərdən asılı olmayaraq yaşamaq hüququnu qazanıb. Və bu idrak fizioloji tələbatların kobud təzyiqi altında yox, əvvəlcə bir neçə adamın, sonra bütöv bir sinfin istismar faktorunu hansı yolla etiraza və sosial dəyişiklik üçün stimula çevirmək haqda düşüncələri nəticəsində formalaşıb”.

Qramşi misal kimi Böyük Fransa İnqilabını göstərir. Onun baş verməsinə qədər intensiv mədəni hazırlıq getmişdi – maarifçilər, ensiklopedistlər, Russo, Volter, d`Alamber, Monteskyö… Və Qramşinin fikrincə, sosializmə münasibətdə də oxşarlıq təkrarlanmalıdır.

Qramşi siyasi fəaliyyətinin ilk vaxtlarından aşağıların yaradıcı axtarışının ləhinə və “istehsalı, paylaşdırmanı monopolizasiyaya alan dövlət”in əleyhinədir. O, “dövlətçilik kultu səpən qaba mərkəzləşmə rejimi”ni tənqid edir. Qramşi əvvəldən razılaşır – yol uzundur və “Tarixin bir ili” (1918) məqaləsində yazır: “Cəmiyyəti sehirli çubuğun köməyi ilə bir anın içində yenidən qurmaq olmaz, çünki, dünənin şəri – karton evcik deyil ki, bir saniyənin içində yandırasan”. Həmin yazını o, bolşevik inqilabından dərhal “Yer cənnəti” tələb edənlərin əleyhinə yazmışdı.

Qramşinin analiz etdiyim digər maraqlı yazısı “İnqilab “Kapital”a qarşı” adlanır və Rusiyadakı Oktyabr inqilabının səhərisi gün yazılıb. Burada da Qramşi ehkamlardan uzaq, tənqidi düşüncə sahibi kimi çıxış edir. Onun fikrincə, bolşevik inqilabı “Kapital”da yazılanlarla ziddiyyətdədir və Marksı təəccübləndirərdi. Çünki, “iqtisadi determinizm”ə qalsa, Rusiya hələ kapitalist formasiyasını keçməli və burjua sinfi feodallar üzərində qələbədən sonra uzun illər hakimiyyətdə olmalıydılar. Ancaq buyur, sosialist inqilabı proletar yox, kəndli ölkəsində baş verdi. Səbəb?

Səbəb o idi ki, bolşeviklər marksizmə bir ehkam kimi baxmırdılar. Əgər burjua inqilabı nə vaxtsa İngiltərədə, Fransada baş veribsə və bundan sonra 100 illərlə kapitalizm inkişaf edibsə, niyə Rusiya da bu qədər vaxt gözləməlidir? Hazır nümunə varsa, sadəcə ondan maksimum yararlanmaq lazımdır. Və Qramşinin nəzərində Oktyabr inqilabı – insan iradəsinin “iqtisadi determinizm” üzərində daha bir qələbəsiydi.

1919-1920-ci illər İtaliyada kəskin ictimai-iqtisadi böhran və dərinləşən siyasi mübarizə dövrü idi. Bir tərəfdə güclü fəhlə hərəkatı, digər qütbdə Mussolininin baş qaldıran “qaraköynəklilər”i, ortada isə sosialistlər qaydasız oyun oynayırlarmış kimi bir-birini zəiflətməyə çalışırdı. Ölkədə Sol ideya dominantdı. Və şərait sözdən işə keçmək üçün əlverişliydi.

Həmfikirləri Tolyatti, Terraçini və Taska ilə birlikdə kommunist partiyasını quran və həftəlik “Ordine nuovo” (“Yeni quruluş”) qəzetini təsis edən Qramşi farik-zavod şuraları (sovetlər) yaratmaq ideyasını irəli sürür. Fəhlələr ideyanı həvəslə qarşılayır və Turin başda olmaqla bir çox iri şəhərlərdə reallaşdırır.

İnsanlar öz təcrübələrində “istehsalçıların özünüidarəsi” (termin Marksın “Fransada vətəndaş müharibəsi” əsərindəndir) ideyasının tamamilə realistik olduğunu görürlər. Heç də zərur deyilmiş ki, biriləri mütləq əmr etməli, digərləri isə itaətdə olmalıdır. Qramşinin özü üçün isə bu,  insan faktorunun, psixoloji faktorun ictimai inkişafda əhəmiyyətinin əyani illüstrasiyası olur. O faktorun ki, marksist nəzəriyyədə layiq olduğu qiymətini almayıb.

1922-ci ildə mübarizə uduzulur – “Qaraköynəklilər” Romaya yürüş edir kral Emmanuel faşist lideri Mussoliniyə hökuməti qurmağı tapşırır. Qramşi faşist təhlükəsinin ciddiliyini əvvəldən görə bilmiş azsaylı mütəfəkkirlərdəndi. Hələ 1920-ci ildə o, faşizmin sosial bazasını təhlil edib nəticəyə gəlmişdi – bu, adi burjua reaksiyası deyil, faşizm – iri və xırda burjuaziyanın ittifaqıdır və onunla bacarmaq çətin olacaq.

Repressiyalardan sonra antifaşist müxalifət zəif və pərakəndəydi. Hətta 1925-ci ilin yayında populyar sosialist deputat Matteottinin qətlə yetirilməsindən sonra yaranan siyasi böhrandan da müxalifət tam istifadə edə bilmədi. Halbuki, faktdır – həmin günlərdə Mussolini öz hakimiyyətinin ən qeyri-stabil dövrlərindən birini yaşayırdı və “Duçe” məğlubiyyəti gözünün altına almışdı.

Nəticədə isə faşizm əks-hücuma keçdi. Aşkar totalitar diktatura quruldu. 1926-nın noyabrında bütün müxalifət partiyaları ləğv olundu və rəhbərləri tutuldu. İtaliya parlamentinin deputatı olan Antonio Qramşi kommunist partiyasının bir çox rəhbər üzvləri ilə bərabər həbs edilərək 20 illik cəzaya məhkum olundu.

Beləliklə, “Türmə dəftərləri” dövrü başladı. O, 11 il davam etdi.

“Ekonomizmin iradənin təzahürlərinə, aktiv fəaliyyətə, siyasi təşəbbüslərə münasibəti ən azından qəribədir”, – Qramşi “Türmə dəftərləri”ndə yazırdı – “Onlar sanki iqtisadi zərurətin üzvi törəmələri deyil və hətta iqtisadiyyatın yeganə fəaliyyət təzahürləri deyillər”.  Engelsə istinad edərək, Qramşi dəqiqləşdirir: iqtisadiyyat tarixin inkişafının ən son halda hərəkətverici qüvvəsidir. Yəni, daha mühümü – insan faktorudur, onun iradəsidir, psixologiyasıdır. Və Qramşiyə görə, iqtisadiyyatda  yaranan münaqişələri insanlar ideoloji formada qavrayır. Və bu son tezis “psixoloji və ya mənəvi yox, üzvi, qnoseoloji xarakter daşıyır”.

Əgər Qramşinin bir qədər sirli və mücərrəd görünən bu mülahizəsini açmağa çalışaq. İdeologiya cəmiyyət üçün zəruri olan ayrılmaz sahədir. Bu sahədə insanlar öz maraqlarını dərk edir və dərk etdikcə də, hərəkətə keçərək bu və ya digər məqsəd uğrunda siyasi mübarizə aparırlar. Dərk etmək və bilmək – kortəbii, avtomatik proses deyil. Onun öz problem və qanunauyğunluqları var.

Qramşiyə görə, əgər iqtisadiyyat cəmiyyətin anatomiyası, skeletidirsə, ideologiya – onun dərisidir. Və ideologiyasız cəmiyyət öz funksiyalarını yerinə yetirə bilməz.

Bizim illərimiz üçün bu, çox aktual nəticədir. Çünki, hazırkı iqtisadi durum ekonomistlərin mülahizələrinə görə çoxdan inqilaba səbəb olmalıydı. Ancaq heç nə baş vermir. Çünki, ideologiya yoxdur. İnsan faktoru, iradəsi, psixoloji durum sükunəti davamlı edib.

Bununla da Qramşi tarixdə şüurun və iradənin aktiv rolunu əsaslandırır.

İlk dəfə 1940-ların sonunda nəşr olunan “Türmə dəftərləri” geniş auditoriyaya əyilməz ruhu ilə fiziki zəifliyini ram edə bilmiş qəhrəman şəxsiyyət obrazı bəxş etdi. Dünya Qramşini tanıdı. Onun yazdıqları isə bu gün də (və xüsusilə bu gün) axtarış üçün təkan, düşüncə üçün qidadır.

“Kommunistsənsə – yaşamağa dəyər” – bu da Qramşinin sözləridir…

Həmfikirləri Tolyatti, Terraçini və Taska ilə birlikdə kommunist partiyasını quran və həftəlik \”Ordine nuovo\” (\”Yeni quruluş\”) qəzetini təsis edən Qramşi farik-zavod şuraları (sovetlər) yaratmaq ideyasını irəli sürür. Fəhlələr ideyanı həvəslə qarşılayır və Turin başda olmaqla bir çox iri şəhərlərdə reallaşdırır.

Oxşar yazılar:

Baxış sayı:11196