abunə ol: Yazılar | Şərhlər | Еmail

Alen Badyu- Şərq küləyi qərb lovğalığını dağıdır

Şərh

Şərq küləyi qərb küləyinə qalib gəlir. İndiyə kimi avara və alatoran Qərb, özünü dünyanın sahibləri sayanların “beynəlxalq ictimaiyyəti” bütün dünyaya idarəetmə və yaxşı rəftar dərsləri verəcəklər? Məgər gülməli deyil ki, bir dəstə intellektual kapital – parlamentarizmin – bizim soyulmuş cənnətin – dağıdılmış ordusunun əsgərlərinin çağırışı ilə möhtəşəm xalqlara – tunislilərə və misirlilərə – özlərini fəda edirlər ki, bu vəhşilərə “demokratiyanın” əlifbasını öyrətsinlər? Müstəmləkə təkəbbürünün necə də miskin inadkarlığıdır! Məgər aydın deyil ki, bizim artıq üç onillik müddətində olduğumuz acınacaqlı siyasi vəziyyətdə biz indiki xalq üsyanlarından dərs almalıyıq? Məgər biz bacardığımız qədər tez və mümkün qədər təfərrüatla oliqarxik korrupsiyalaşmış hökumətləri – bundan başqa və ya xüsusilə də qərb dövlətlərindən asılı olaraq alçaldıcı vəziyyəti yıxmaq üçün kollektiv hərəkətlə kömək edə biləcək hər şeyi öyrənməməliyik?

Bəli, biz bu hərəkatların axmaq öyüdçüləri deyil, tələbələri olmalıyıq. Çünki öz kəşflərinin dahiyanəliyində onlar bir neçə çoxdan köhnəlmiş, biz inandırmağa çalışdıqları siyasət psinsiplərə yeni həyat verirlər. Xüsusilə də o prinsipə ki, onun haqqında Marat yorulmadan xatırladırdı: söhbət azadlıqdan, bərabərlikdən, emansipasiyadan getdikdə, biz hər şeyə görə xalq üsyanlarına borcluyuq.

Qiyam – doğru işdir. Bizim dövlətlərimiz və ondan istifadə edənlər (partiyalar, həmkarlar ittifaqı, xidmətçi intellektuallar) siyasətə idarəetməni tərcih etdikləri kimi, onlar üsyana da tələblərin bəyan edilməsini, istənilən parçalanmaya isə – “tərcidi keçidi” tərcih edirlər. Misir və tunis xalqları bizə xatırladırlar ki, dövlət hakimiyyətinin biabırçı qəsbinin ümumi halına uyğun olan yeganə hərəkət – xalq səfərbərliyidir. Və bu halda kütləni təşkil edən müxtəlif elementləri birləşdirə bilən yeganə şüar – “Ey, ordakı, rədd ol!” sözləridir. Bu halda üsyanın müstəsna əhəmiyyəti, onun kritik gücü ondan ibarətdir ki, milyonlar tərəfindən təkrarlanan bu şüar ilk şübhəsiz, sarsılmaz qələbə – işarə edilən insanın getməsi üçün imkan verir. Və gələcəkdə nə olmasından asılı olmayaraq, bu, öz təbiətinə görə qanunsuz olan xalq hətəkatı zəfəri həmişə qələbə olaraq qalacaq. Amma üsyanın dövlət hakimiyyətinə qarşı qalib olacağı – universal prinsipdir. Bu qələbə həmişə elə bir üfüqü müəyyən edir ki, bu üfüqdə qanunun hakimiyyətinə tabe olmayan hər bir kollektiv fəaliyyət müəyyən olunur, Marks bunu “dövlətin tədricən ölməsi” adlandırmışdı.

Məhz o ki, nə vaxtsa öz yaradıcı qüvvəsinin realizasiyası üçün azad şəkildə birləşmiş xalqlar dövlətin istismarçı məcburiyyəti olmadan mövcud ola biləcəklər. Bu halda, bu yekun ideyanın işığında bərqərar olmuş hakimiyyəti ləğv edəcək üsyan bütün dünyada hədsiz vəcd yaradır.

Qığılcımdan alov yaranacaq. Hər şey o insanın yandırdığı alovdan başlanır ki, o işsizliyə məhkumdur, ona yaşayış üçün pul qazandığı xırda ticarəti qadağan edirlər və ona qadın polis sillə çəkir ki, dəyişməz reallığı başa düşsün. Bir neçə gün, bir neçə həftə ərzində bu hərəkət yayılır və artıq miyonlarda insan uzaq şəhər meydanında sevinclə qışqırırlar, görkəmli hökmdarlar isə tələsik qaçırlar. Bu möcüzəvi genişlənmə haradan gəlir? Jan – Mari Qlezin etik ifadəsinə görə, “inqilabı hərəkat yoluxma yolu ilə deyil, rezonans sayəsində genişlənir. Burada yaranan bir şey başqa yerdə yaranan digər şeyin zərbə dalğası ilə rezonans edir”. Bu rezonansı hadisə adlandıraq. Hadisə qəfil haldır – yeni reallığın deyil, yeni imkanlar çoxluğunun.

Onlardan heç biri artıq məlum olanın təkrarı deyil. Məhz buna görə obskurantizm – “bu hərəkat demokratiya tələb edir” (bizim Qərbdə istifadə etdiyimizi nəzərdə tutaraq) və ya “bu hərəkat sosial şəraitin yaxşılaşmasını tələb edir” (bizim xırda burjuanın orta dərəcədə inkişafını nəzərdə tutaraq) söyləməkdir. Demək olar ki, sıfırdan başlayaraq, hər yerdə rezonans edərək xalq hiddəti bütün dünya üçün görülməmiş imkanlar açır. Misirdə “demokratiya” sözünü heç demirlər. Orada “yeni Misirdən”, “həqiqi misir xalqından”, təsis yığıncağı, həyatın tamamilə yenidən qurulması, əvvəl görülməmiş, olmamış imkanlardan danışırlar. Söhbət, üsyan qığılcımı ilə alovlanmış şeylərin yerini alacaq yeniliklərdən gedir. Bu, yeni gələn hakim qüvvələrin devrilməsinin bəyan edilməsi və öz üzərinə yeni vəzifələrin götürülməsinin elan edilməsi arasındadır. Gənc tunislinin sözləri: “Bizlər, işçi və kəndlilərin övladları cinayətkarlardan güclüyük” və gənc misirlinin sözləri: “Bu gündən, 25 yanvardan başlayaraq mən ölkəmin işlərini öz əlimə alıram”.

Dünya tarixinin yaradıcısı – xalqdır və yalnız odur. Təəccüblüdür ki, bizdə Qərbdə hökumətlər və KİV üçün qahirə meydanındakı üsyançılar  – elə “Misir xalqıdır”. Bəs necə axı? Məgər xalq, yeganə şüurlu və qanuni xalq adətən bu insanlar üçün sorğularda çoxluğa və ya seçkilərin nəticələri üzrə çoxluğa gətirilmir? Necə alındı ki, qəflətən yüz minlərlə üsyançı xalqın nümayəndələri oldular ki, bu xalqın sayı – səksən milyondur? Bu unudulmamalı dərsdir və biz onu unutmayacağıq.

Qərarlılığın, inadkarlığın və cəsarətin müəyyən həddi keçildikdən sonra xalq həqiqətdə öz mövcudluğunu bir meydanda, bir prospektdə, bir neçə zavodda, bir universitetdə toplaya bilər… Axı məsələ ondadır ki, bütün dünya bu cəsarətin və ən əsası, bununla əlaqədar olan heyrətləndirici ixtiraların şahidi olacaq. Misirli nümayişçilərdən birinin dediyi kimi, “əvvəllər mən televizora baxırdım, indi televiziya mənə baxır”.

Dövlətin köməyi olmadan problemləri həll etmək

Hadisələr zamanı xalq problemləri həll edə bilənlərdən, onlar qarşısında hadisələri qoyanlardan təşkil olunur. Ərazinin zəbtində də elədir: qida, yatmaq üçün yer, mühafizə, transparantlar, dualar, müdafiə döyüşləri – hər şeyin baş verdiyi, artıq simvola çevrilmiş yer istənilən halda xalqın olsun deyə. Hər yerdən axışıb gəlmiş yüz minlərlə insan miqyasında bu məsələ həlli olmayan kimi görünür, özü də bu meydanda dövlət yoxdur. Həll olunmayan məsələləri dövlət olmadan həll etmək – hadisənin taleyidir. Və bunun sayəsində xalq – toplandığı yerdə qəflətən və qeyri – müəyyən zaman üçün mövcud olur.

Kommunist hərəkatı olmadan kommunizm yoxdur. Bizim bəhs etdiyimiz xalq hiddətinin heç bir partiyası, hegemon – təşkilatı, tanınmış lideri yoxdur. Bizim, bunun güc və ya zəiflik olduğunu bilməyimiz üçün hələ vaxtımız olacaq. İstənilən halda, məhz bunun sayəsində o, hərəkat kimi kommunizm adlandırılan hərəkatın bütün cizgilərinin – güman ki, Paris kommunası dövründən sonra ən xalis surətdə – xalis formasına malik olur. “Kommunizm” burada ortaq şəkildə kollektiv talenin yaradılmasıdır. Birincisi, o nəsildir və bir yerdə bütün bəşəriyyəti təmsil edir. Bu yerdə xalqın təşkil olunduğu kateqoriyalardan insanlar toplanır, bütün fikirlər dinlənilir, bütün təkliflər nəzərdən keçirilir, bütün problemlər lazımi şəkildə həll olunur. İkincisi, o, bütün əsas ziddiyyətləri dəf edir ki, onların həllində dövlətin unikal rolu iddiası mövcuddur, amma əslində onları heç vaxt sonuna qədər həll etmir: əqli və fiziki əmək işçiləri, qadınlar və kişilər, yoxsullar və varlılar, müsəlmanlar və koptlar, əyalət və paytaxt sakinləri arasındakı ziddiyyətlər…

Hər bir an bu ziddiyyətlərlə əlaqədar olan minlərlə yeni imkandan yaranır – amma dövlət – istənilən dövlət – onlara qarşı tamamilə kordur. Biz gənc qadın həkimlərin yaralılara necə yardım etdiyini və onların ümidsiz gənc oğlanların dairəsində yatdığını görürük – və bu zaman onlar hər zaman olduqlarından daha sakitdirlər, onlar bilirlər ki, başlarından bir tük də əksik olmayacaq. Biz həm də görürük ki, şəhər kənarından olan gənclərə mühəndislər təşkilatı müraciət edir və onlardan meydanı saxlamağı, hərəkatı öz döyüş enerjisi ilə müdafiə etməyi xahiş edirlər. Biz xristian zəncirini də görürük, onlar dua edən müsəlmanları qorumaq üçün keşik çəkirlər. Biz görürük ki, tacirlər işsizləri və yoxsulları yedirdirlər. Biz görürük ki, hər kəs yanında dayanmış tanımadığı insanla danışır. Biz, böyük Tarixin hamı uğrunda hər kəsin həyatının ümumi ilə birləşdiyi plakatlar oxuyuruq. Bu vəziyyətlərin, ixtiraların cəmi hərəkat kimi kommunizmi təşkil edir. Artıq iki əsrdir ki, siyasətin yeganə sualı belə səslənir: kommunizmin hərəkat kimi kəşflərini zaman ərzində necə möhkəmləndirməli? Və irticaçının yeganə cavabı budur: “bu mümkün deyil və hətta zərərlidir. Dövlətə güvənək”. Bizə həqiqi yeganə siyasi borcumuzu – dövlət qarşısında hərəkat kimi kommunizmə mütəşəkkil sadiqliyi xatırladan tunis və misir xalqlarına eşq olsun.

Biz müharibə istəmirik, biz ondan qorxuruq. Hər yerdə minlərlə nümayişçinin sülh xarakterindən və sakitliyindən danışırdılar və bu sakitliyi, hərəkata aid etdikləri seçmə demokratiya idealı ilə əlaqələndirirdilər. Qeyd edək ki, yüzlərlə insan ölüb və indi də hər gün ölməyə davam edir. Çox hallarda bu qurbanlar hərəkatın başlaması uğrunda döyüşçülər və şəhidlər, sonra isə onun müdafiəçiləri idilər. Üsyanın siyasi və simvolik mərkəzləri qeyri – nizami ordu və təhlükə altında olan rejimlərin polisləri ilə sərt toqquşlamarda qorunmalı idilər. Bəs bunun üçün öz həyatından keçənlər kimlər idi, əhalinin ən kasıb təbəqələrindən olan gənclərdən başqa? Bizim nə deyəcəyi əvvəlcədən bilinməyən, cari hadisələrin həllinin “orta sinif”dən asılı olduğunu deyən Mişel Allio – Marinin xatırlayar ki, həlledici məqamda üsyanın davam etməsi yalnız xalq qruplarının hədsiz fədakarlığı hesabına mümkün oldu. Özünü müdafiə çərçivəsində zorakılıq qaçılmazdır. O, belə ki, çətin şəraitdə, gənc əyalət fəalları öz yoxsul mövcudluğuna qayıdandan sonra da Tunisdə davam edir.

Ciddi şəkildə necə düşünmək olar ki, bu saysız təşəbbüslərin və qurbanların əsas məqsədi yalnız odur ki, insanları Süleyman və əl – Baradeyi arasında “seçimə” aparmaqdır, necə ki, biz də Sarkozi və Stross – Kan arasındakı miskin seçimlə razılaşırıq? Məgər bu möhtəşəm epizodun verdiyi dərs belə olmalıdır?

Yox, min dəfə yox! Tunis və Misir xalqları bizə deyirlər: qalx, kommunizmin hərəkat kimi ictimai yerini qur, ardıcıl fəaliyyət mərhələləri quraraq onu bütün mümkün üsullarla müdafiə et – emansipasiyanın xalq siyasəti reallığı məhz budur. Əlbəttə, yalnız ərəb dövlətləri anti – xalq xarakterli və mahiyyətcə – orada seçkilərin olub – olmaması vacib deyil – qeyri – legitim deyillər. Tunis və misir üsyanlarının nəyə gətirib – çıxarmasından asılı olmadan onlar universal əhəmiyyətə malikdirlər. Onlar bütün dünya üçün əhəmiyyətli olan yeni imkanlar təqdim edirlər.

19 fevral 2011 – ci il

Le Monde qəzetində dərc olunub

   (c) SOLFRONT

 


Oxşar yazılar:

Baxış sayı:10295