abunə ol: Yazılar | Şərhlər | Еmail

Herbert Markuze – “Utopiyanın sonu”

Şərh

Bu gün konkret dünyanın, insan həyatının istənilən forması, texniki və təbii əhatənin istənilən dəyişməsi imkanlardan ibarətdir və bu imkanlar tarixi xarakterlidir. Bu gün biz dünyanı cəhənnəmə çevirə bilərik və biz artıq bu yoldayıq. Eyni zamanda onu cəhənnəmin əksinə də çevirə bilərik. Bu, utopiyanın sonu, daha doğrusu, müəyyən sosial–tarixi imkanları mühakimə edən utopiya haqqında ideya və nəzəriyyələrinin təkzib olunması olardı. “Utopiyanın sonu”nu həm də “tarixin sonu” kimi də başa düşmək olar, bu mənada ki, insan cəmiyyətinin və onu əhatə edən mühitin yeni imkanları artıq nə köhnənin, nə də hətta özləri ilə eyni tarixi kontinuumda mövcud olanların davamı hesab edilə bilməz. Daha çox onlar tarixi kontinuumla uyğunsuzluq təşkil edir; onlar azad cəmiyyət və əvvəlki kimi azad olmayan cəmiyyətlər arasındakı keyfiyyət fərqini təşkil edir. Marksa görə, bu fərq hazırkı vaxta qədər olan bütün tarixi, bəşəriyyətin yalnız tarixdən əvvəlki dövrünə çevirir.

Amma mən hesab edirəm ki, hətta Marksın sosializm ideyaları kapitalizmin hələ və ya artıq qətiyyətlə inkarı demək deyildi. Yəni utopiyanın sonu anlayışı bu gün sosializmin yeni tərifinin ümumi müzakirəsini tələb edir. Belə bir müzakirənin əsasında sosializmin əsas anlayışlarının istehsal qüvvələrinin köhnəlmiş indiki inkişaf mərhələsinə aidlik məsələsi dayanmalıdır. Köhnəlik, mənim fikrimcə, daha aydın azadlıq və zərurilik hökmranlıqları arasındakı fərqdə özünü göstərir. Azadlığın hökmranlığı  ̶ mövcudluğu və dərk olunması zəruriliyin hökmranlığından ayrı, onun sərhədlərindən kənarda mümkündür. Belə bölünmə onu nəzərdə tutur ki, zərurilik hökmranlığı yadlaşmış əmək  hökmranlığı mənasında qalır və deməli, Marksa görə, bu halda yalnız əməyin rasional təşkili və onun maksimal ixtisar olunması mümkündür. Amma bu əmək əvvəlki kimi zəruriliyin hökmranlığına aiddir və bu o deməkdir ki, azad deyil. Mən düşünürəm ki, azad və azad olmayan cəmiyyət arasındakı keyfiyyət fərqi ilə əlaqəli yeni imkanlardan biri də azadlıq hökmranlığının zərurilik hökmranlığında  ̶ məhz əməyin özündə, ondan kənarda yox  ̶ yaranması mümkünlüyüdür. Bu spekulyativ ideyaya provokasion forma əlavə edərək demək istəyirəm ki, biz sosializmə gedən yolun utopiyadan elmə doğru yox, elmdən utopiyaya doğru ola biləcəyini etiraf etməliyik. [1]

Utopiya  ̶ tarixi anlayışdır. Bu qeyri-mümkün hesab edilən sosial dəyişiklik layihələrinə aiddir. Nəyə görə qeyri-mümkün? Utopiya haqqında ənənəvi təsəvvürlərə uyğun olaraq, yeni cəmiyyət layihələrinin həyata keçirilməsi o vaxt qeyri-mümkündür ki, bu dəyişikliklərə ictimai mühitin subyektiv və obyektiv amilləri mane olurlar  ̶  yəni sosial vəziyyətin qeyri-yetkinlik halı. Böyük Fransa İnqilabı dövründə kommunist layihələr, və ola bilər ki, daha çox inkişaf etmiş kapitalist dövlətlərdəki sosializm subyektiv və obyektiv amillərin həqiqi və xəyali yoxluğuna nümunələrdir, bunlar göründüyü kimi, onların həyata keçməsini qeyri-mümkün edir.

Sosial dəyişiklik layihəsinin həyata keçirilməsi həm də ona görə qeyri-mümkün hesab oluna bilər ki, o, müəyyən elmi qəbul olunmuş qanunlara, bioloji qanunlara, fiziki qanunlara ziddir; məsələn, daimi cavanlıq ideyası və ya xəyali qızıl əsrə qayıtmaq ideyası kimi layihələr. Düşünürəm ki, indi biz utopiya haqda yalnız sonuncu mənada danışa bilərik, daha dəqiq desək, o mənada ki, sosial dəyişiklik layihəsi mövcud təbiət qanunlarına ziddir. Yalnız belə layihə sözün əsl mənasında utopik xarakterlidir, yəni tarixə münasibətdə kənardadır, amma hətta bu  “qeyri-tarixilik” tarixi hüdudlara malikdir.

Subyektiv və obyektiv amillərin yoxluğuna görə qeyri-mümkün olan digər qrup layihələr ən yaxşı halda “müvəqqəti” qeyri-mümkün adlandırıla bilərlər. Belə layihələrin Karl Manheym [2] tərəfindən müəyyən edilən qeyri-mümkünlük meyarları bir neçə sadə səbəbə görə qaneedici deyil, birincisi, onların qeyri-mümkünlüyü yalnız vaxt keçdikdən sonra məlum olur. Və təəccüblü deyil ki, sosial dəyişiklik layihələri ona görə həyata keçməmiş adlandırılır ki, onlar tarixdə yerinə yetirilməyib. İkincisi, meyarlar ona görə qaneedici deyil ki, belə bir vəziyyət tamamilə mümkündür ki, inqilabi layihənin həyata keçirilməsinə məhz inqilabın gedişi zamanı aradan qaldırılan əks qüvvələr və tendensiyalar mane olurlar. Ona görə də, müəyyən subyektiv və obyektiv amillərin yoxluğunu böyük dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyünə qarşı sübut qəbul etmək  şübhəlidir. Xüsusilə, burada bizi bu məsələ maraqlandırır ki, texniki baxımdan daha çox inkişaf etmiş kapitalist dövlətlərdə inqilabi sinfi ayırmağın mümkün olmaması faktı marksizmin utopikliyi demək deyil. Marksa görə, inqilabın sosial agentləri  yalnız dəyişikliklərin gedişində formalaşırlar və ona ümid etmək olmaz ki, inqilabi hərəkatın əvvəlində inqilabi qüvvələr mövcuddur, hətta belə demək mümkünsə, tamamilə hazırdır. Amma mənim fikrimcə, yalnız bir etibarlı meyar mövcuddur  ̶   dəyişikliklər üçün material və intellektual qüvvələrin olması, amma onların rasional istifadəsinə istehsal qüvvələrinin mövcud təşkili mane olur. Və bu mənada, fikirləşirəm ki, bu gün, doğrudan da, utopiyanın sonu haqqında danışa bilərik.

Azad cəmiyyətin yaradılması üçün lazım ola biləcək bütün maddi və intellektual qüvvələr mövcuddur, amma onların bu məqsədə çatmaq üçün istifadə olunmaması cəmiyyətin öz azad olma potensialına qarşı total mobilizasiyası ilə izah olunur. Amma bu vəziyyət heç bir halda köklü dəyişikliklər ideyasının özünü utopik etmir.

Bu mənada yoxsulluq və səfalətin likvidasiyası yadlaşmış əməyin və mənim adlandırdığım “əlavə susdurulma”-nın aradan qaldırılması ilə mümkündür. Hətta burjua iqtisad elmində çox çətinliklə ciddi alim və ya tədqiqatçı tapılar ki, aclıq və ehtiyacları artıq mövcud olan istehsal qüvvələri şəraitdə aradan qaldırılmasının mümkünlüyünü və bu gün baş verənləri repressiv cəmiyyətin qlobal siyasəti ilə izah olunmasını inkar etsin. Baxmayaraq ki, biz bununla razıyıq, hələ də aclıq, səfalət və əməyin likvidasiyasının texniki imkanlarının tam olaraq mənası aydın deyil.[3] Nəzərdə tutulur ki, bu tarixi imkanlar əvvəlki tarixin davamı yox, ondan ayrılma, onun inkarı, inkişafı yox, ziddiyyəti formalarında başa düşülməlidir. Bunlar maddi əsasların, tələbatların tam dəyişilməsi deməkdir.

Yeni ideya  ̶̶  yalnız nəzəriyyə kimi yox, həm də mövcud olma üsulu kimi  ̶  təhlükə qarşısındadır:  həyat tələbatlarının azadlıqda və azadlığın  ̶  hansı ki, artıq yadlaşmış əməyin çatışmazlığına və vacibliyinə əsaslanmır və onunla hüdudlanmır  ̶  həyat tələbatlarının yaranması və inkişafı ideyası. İnsanların keyfiyyətcə yeni tələbatlarının inkişafı bioloji zərurət kimi özünü göstərir: onlar sözün tam bioloji mənasında tələbatlardırlar. Belə ki, inkişaf etmiş kapitalist dövlətlərin manipulyasiya olunmuş əhalisinin çox hissəsi üçün azadlığa tələbat həyati vacib, zəruri tələbat deyil və ya artıq belə qəbul olunmur. Bu həyati vacib tələbatlarla yanaşı, yeni nəzəriyyə həm də indiyə qədər də qərb sivilizasiya tarixinin müəyyən olunduğu nəsildən-nəsilə ötürülən yahudi-xristian dəyərlərin inkar olunması ilə yeni dəyərlərin yaranmasını tələb edir. Repressiv cəmiyyətdə inkişaf edən və təmin olunan tələbatların məhz yeni nəsillərə ötürülməsi belə cəmiyyəti yenidən və yenidən fərdlərin özündə təkrarlayır. Fərdlər repressiv cəmiyyəti öz tələbatlarında əks etdirirlər, hansılar ki, hətta inqilabın gedişində də saxlanılır və məhz bu ötürülmə hələ də sərbəst cəmiyyətin kəmiyyətdən keyfiyyətə keçidinə mane olur. Yeni ideya göstərir ki, insan tələbatları tarixi xarakterlidir. Bütün tələbatlar, seksuallıq da daxil olmaqla, heyvanlar aləmindən kənardadır. Onlar tarixlə müəyyən olunur və onun inkişafı dövründə dəyişilir. Tələbatların ötürülməsinin dayanmasının, fərdin özündə artıq mövcud olanları yox etməsinin, keyfiyyət fərqinə keçidin nəticəsi sadə deyil, bu məhz istehsal qüvvələrinin inkişafının ayrılmaz xüsusiyyətini təşkil edir. Bu inkişaf elə bir səviyyəyə çatıb ki, öz potensial imkanlarını göstərə bilməsi üçün, doğrudan da, yeni həyat tələbatlarına ehtiyacı var.

Kəmiyyətdən keyfiyyətə keçidi təmin edə biləcək istehsal qüvvələrinin hansı tendensiyaları var? Hər şeydən əvvəl, texnizasiya qoyulan əsasları dağıdır. Daimi olaraq istehsal prosesində (maddi istehsal prosesi) fiziki əməyin ixtisara salınması və onun zehni əməklə əvəz olunması ictimai zəruri əməyin mütəxəssislər, alimlər, mühəndislər və s. tərəfində mərkəzləşməsinə səbəb olur. Bu yadlaşmış əməkdən xilas olmaq imkanı deməkdir. Təbii ki, söhbət yalnız tendensiyalardan gedir, o tendensiyalar ki, kapitalist cəmiyyətin inkişafına və davam edən mövcudluğuna əsaslanır. Əgər kapitalizm istehsal qüvvələrinin bu yeni imkanlarının istifadəsini və təşklini bacarmasa, əməyin effektivliyi tələb olunan səviyyədən aşağı düşəcək. Və əgər kapitalizm bunu nəzərə alıb, yenə də avtomatizasiyanı davam etdirsə, o, özünün daxili sərhədləri ilə toqquşacaq: cəmiyyətdə mübadiləni saxlamaq üçün əlavə dəyər mənbələri tükənəcək.

Marks “1857-1859-cu illərin iqtisadi əlyazmaları”-da göstərib ki, ictimai zəruri əməyin tam avtomatizasiyası kapitalizmlə eyni mühitdə mümkün deyil. Avtomatizasiya  ̶  bu yalnız tendensiyanın adıdır, nəticəsində isə zəruri fiziki əməyin, yadlaşmış əməyin maddi istehsal prosesindən qeyri-presedent ayrılması həyata keçir. Belə tendensiya kapitalist istehsal zəncirlərindən azad olarsa, istehsal qüvvələri ilə yaradıcı eksperimentlər etməyə imkan verər. Əgər yoxsulluq da aradan qaldırılsa idi, bu tendensiya ictimai əməyin insan və təbiətin potensial imkanları ilə oyuna [4] çevrilməsi demək olardı.Yaradıcı fantaziya material istehsal qüvvələrinin uyğun inkişaf  səviyyəsinə əsaslanaraq sərbəst insan mövcudluğunun imkanlarını təsvir edən konkret strukturlaşmış istehsal qüvvəsinə çevrilərdi. Amma belə texniki imkanların əzmə, repressiya imkanına çevrilməməsi üçün, öz azadedici funksiyasını yerinə yetirə bilməsi üçün onlar azad etməyə yönələn və təmin edə biləcək tələbatlara əsaslanmalıdırlar.

Yadlaşmış əməyin aradan qaldırılmasına həyati tələbat olmadıqda, əksinə, əməyin saxlanılmasına və genişləndirilməsinə tələbat var olduqda, hətta o vaxt ki, o öz ictimai zəruriliyini itirir; təmiz vicdanla xoşbəxtliyə tələbat olmadıqda, amma mümkün ola biləcək hər şeydən qazanc yaratmağa inanılmaz aciz tələbat olduqda; göstərilən həyati tələbatlar olmadıqda və ya onlar repressiv tələbatlarla boğulduqda, yalnız gözləmək qalır ki, yeni texniki imkanlar bunları dayandıra biləcək gücə malik olan yeni imkanlara çevriləcək.

Artıq bilirik ki, kibernetika və kompyuterlar insan həyatı üzərində hərtərəfli idarəetmə təmin edə bilər. Mövcud tələbatları qətiyyətlə inkar edən yeni tələbatlar doğrudan da, əvvəlcə məhz mövcud hökmran sistemə əsaslanan tələbatların və bunların əsaslandığı dəyərlərin inkarı kimi özünü göstərir: məsələn, mövcud olma uğrunda mübarizə  tələbatının inkarı (bu ümumi fikrə görə zəruridir. Amma mövcud olma uğrunda mübarizənin aradan qaldırılmasının mümkünlüyünü deyən ideya və fantaziyalar bununla insan mövcudluğunun təbii və ictimai şərtlərinə də etiraz edirlər); yaşamaq üçün işləmək tələbatının inkarı; əməyin effektivlik prinsipinin, rəqabətin inkarı; dağıdıcı, məhvedici istehsal tələbatının inkarı; və instinktlərin ikiüzlü yatırılmasına olan həyati tələbatın inkarı. Belə tələbatları bioloji tələbatlar inkar edərdi, hansılar ki, bu gün çoxluğa aid tələbatlar, sakitliyə tələbat, özü ilə tək və ya öz seçdiyi insanlarla birlikdə olmaq tələbatı, gözəlliyə, “layiq olmayan” xoşbəxtliyə tələbat deyil  ̶  və bütün bunlar yalnız fərdi tələbatlar şəklində yox, həm də ictimai istehsal qüvvələri şəklində, istehsal qüvvələri ilə idarə olunmaqla və onların təsiri altında aktivləşən sosial tələbatlar şəklindədirlər.

Əgər bu yeni həyat tələbatları cəmiyyətin istehsal qüvvəsi olsa idi, onda bunlar dünyanın tam texniki cəhətdən yenidən təşkilini mümkün edərdilər, və mən düşünürəm ki, yeni ictimai münasibətlər, insanlar arasında yeni əlaqələr yalnız bu yenidən qurulmuş dünyada mümkündür. Texniki cəhətdən yenidən təşkil etmə danışdıqda mən daha çox inkişaf etmiş kapitalist dövlətləri nəzərdə tuturam, harada ki, belə struktur yenidənqurulması kapitalist sənayeləşmə və kommersiyalaşmanın dəhşətlərindən azad olunma, şəhərlərin tam yenidən qurulması və təbiətin bərpası deməkdir. Kapitalist sənayeləşmə dəhşətlərindən xilas olma dedikdə, ümid edirəm, aydındır ki, mən texnologiyadan romantik imtina tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, texnologiya və sənayeləşmənin faydasını göstərə biləcək potensial kapitalist sənayeləşmə və kapitalist texnologiyaya son qoyulmayana qədər real və nəzərə çarpan olmayacaq.

Mənim burada qeyd etdiyim azadlıq xüsusiyyətlərinə  ̶  bunlara sosializmə aid müasir fikirlərdə hələ də lazımlı səviyyədə diqqət verilməyib. Hətta sol fikirlərdə sosializm anlayışına  daha çox istehsal qüvvələrinin inkişafı, əməyin effektivliyinin artırılması istiqamətində baxılıb. Bu gün biz  ̶  heç bir sərhəd olmadan, hətta gülməli də görünə bilər  ̶  azad cəmiyyət kimi sosialist cəmiyyətlə mövcud cəmiyyət arasındakı keyfiyyət fərqini müzakirə və təyin etməyə çalışmalıyıq [5]. Və məhz burda, əgər sosialist cəmiyyətin keyfiyyət fərqini ifadə edə biləcək anlayışı tapırıqsa, istənilən halda, ağlıma mövcudluğun estetik-erotik tərəfi gəlir. Burda “estetik” anlayışı öz ilkin mənasındadır, yəni həssaslıq forması kimi, konkret yaşam forması kimi. “Estetikliyin” belə izahında texnologiya və incəsənətin, iş və oyunun yaxınlaşması nəzərdə tutulur. Təsadufi deyil ki, Furyenin işləri avanqardist sol intelligensiya arasında yenidən aktual olmağa başlayır. Marks və Engelsə görə, yalnız Furye sərbəst və qeyri-sərbəst cəmiyyət arasındakı keyfiyyət fərqini dəqiq təyin edə bilib. Və o, Marksdan fərqli olaraq, işin oyuna çevrildiyi, ictimai zəruri əməyin insanların həqiqi tələbatları ilə harmoniyada təşkil oluna biləcəyi cəmiyyətin mövcud ola bilməsinin mümkünlüyü sözündə qalıb.

Sonda daha bir fikrimi bildirirəm. Mən artıq qeyd etmişəm ki, əgər hələ də Marksın qarşısında borclu olan tənqidi nəzəriyyə yalnız mövcud olanların hazırkı vəziyyətini yaxşılaşdırmaqla məhdudlaşmaq istəmirsə, o,  özündə azadlığın burada ən kobud formada göstərilən bütün mümkün imkanlarını, keyfiyyət fərqinin skandal faktını əks etdirməlidir. Marksizm azadlığa elə bir izah verməyə cəsarət göstərməlidir ki, insanlar başa düşsün və elə qəbul etsin ki, belə azadlıq artıq heç bir yerdə mövcud deyil. Və məhz buna görə də, utopik adlandırılan imkanlar heç də utopik deyillər, amma mövcud olanların qətiyyətlə sosial-tarixi inkarını əks etdirirlər, hansı ki, bizdən tamamilə real və praqmatik əks fəaliyyət tələb edir ki, həm biz özümüz, həm də başqaları bu imkanların və onların həyata keçməsinə mane olan qüvvələrin mövcudluğunu başa düşsünlər. Belə müqavimət bütün illyuziyalardan, həmçinin məğlubiyyətçilikdən azad olmağı tələb edir, çünki məğlubiyyətçilik hər şeyi olduğu kimi saxlamaq üçün azadlığın mümkünlüyünə mane olur.

 

 

Qeydlər

 

1. Frankfurt məktəbi üçün tipik ironiyaya münasibət  ̶  “provokasionluq” burda yalnız Engelsin “Sosializmin utopiyadan elmə doğru inkişafı” məqalələr toplusuna yönəlib. Amma əgər “utopiya” terminini Markuzenin təklif etdiyi kimi  ̶  gələcək ictimai quruluşun pozitiv layihəsi kimi  ̶  istifadə etsək, onda ideya tamamilə “qanuni” elmi forma əldə edir.

2. Xatırladım ki, Manheym üçün hətta “fəaliyyət göstərən utopiya” (hansı ki, sosial dəyişiklərin əlaməti kimi özünü göstərə bilir) belə istismar olunan sosial təbəqəyə aid yalançı düşüncə variantından başqa bir şey deyil, necə ki, idarə edən təbəqə ideologiya daşıyıcıları olurlar(hansı ki, Manheym Marksı sadə başa düşərək yalançı düşüncə ilə eyniləşdirib). Yəni utopiya onun üçün neqativ ideologiyadır, və istismar olunan təbəqə hakimiyyətə gəldiyi zaman hər şeyi qaydada saxlamaq üçün utopiya adi ideologiyaya çevrilir. Belə yanaşmada kommunist (sosialist) utopiya ümumiyyətlə qeyri-mümkündür, belə ki, “fəaliyyət göstərən utopiyanın” daşıyıcıları konkret sosial təbəqədir, amma kommunist cəmiyyətində, tərifinə görə, ictimai sinif və təbəqələr yoxdur. Belə halda, bizi Manheymə yönəldərək Markuze göstərmək istəyir ki, sosialist inqilabı üçün inqilabi sinfin axtarılması marksizm yox, sadələşdirilmiş marksizm(Manheymə görə) nöqteyi nəzərindəndir.

3. Burda və qalan yerlərdə “iş” yadlaşmış əmək, ölü əmək, zorla qəbul olunmuş əmək fəaliyyəti mənalarındadır.

4. Burda və qalan yerlərdə “oyun” “yaradıcılıq” anlayışının sinonimi kimi işlənir.

5. Markuze “mövcud cəmiyyət dedikdə”, təbii ki, öz dövründəki “real sosializm” ölkələrini də nəzərdə tutur, hansılarının ki, sosialist strukturunu haqlı olaraq inkar edirdi.

Tərcümə: Nigar Əhmədova                                (c) SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:19671

Şərhlər

  1. samaritan deyir:

    Siz meqaleni tercume edibsiz,amma zennimce sizin tercumenin de tercume edlimeye ehtiyaci var!

    1. məsələn yazının hansı hissəsini nümunə göstərə bilərsiz?

      1. vuqar deyir:

        Nədən tərcüməni dərc etmirsiniz? Markuzedən olan “İnqilaba yeni baxış” məqaləsinin tərcümənisini nəzərdə tututar. Axı siz anlamalısınız ki, solu inhisarda saxlaya bilməzsiniz. Bu heç kimin dədəsinin dükanı deyil.

  2. vuqar deyir:

    İnqilab anlayışına yeni baxış. Herbert Markuze. “İnqilab anlayışına yeni baxış” məqaləsi, 1968 il Paris üsyanı ərəfəsi
    19 İyul 2013, saat 15:44
    İnqilab anlayışına yeni baxış.
    Herbert Markuze. “İnqilab anlayışına yeni baxış” məqaləsi, 1968 il Paris üsyanı ərəfəsi
    Marksist nəzəriyəsində inqilab konsepti bütöv bir tarixi mərhələni əhatə edir: kapitalizmin son fazasını, proletariatın diktaturasının keçid mərhələsini və sosializmin ilkin stadiyasını. Bu sözün ciddi mənasında, gerçək içtimai dəyişiklikləri əks etdirən, tarixi konsepsiyadır; həm də bu konsepsiya dialektikdir, müvafiq tarixi mərhələ çərçivəsində -bu mərhələyə xas olan dərəcədə tərs meylləri əks etdirən. Bu meyllər və əksmeyllər məhz, marksist nəzəriyəsinin və praktikasının özlərinin ayrılmaz tərkib hissəsi olan təzahürləridir. Marksist nəzəriyəsinin özü tarixi mübarizə qüvvəsidir, və, onun praktika dilinə “çevrilən” anlayışları, müqavimət, dəyişiklik və transformasiya qüvvələrinə dönüşən ölçüdə, taleyin keşməkeşlərini özlərində sınayırlar, onları əhatə və əks edərək, ama tabe etməyərək. Ona görə də “yenidən nəzərdən keçirilmə” inqilab konseptinin öz ünsürüdür, bu konseptin daxili inkişafının tərkib hissəsi.
    Bu qeydlərdə[*], bu yeni nəzərlə bağlı, ancaq bəzi problemlər qaldırılır. Əvvəlcə qısaca olaraq, marksist konseptinin {indiki} görünüşü barədə, bir xatırlatma etmək istərdim.
    1) Sosialist inqilabını, kapitalizmin məhvini, istehsal vasitələrinə kollektiv mülkiyətin tətbiqi və “bilavasitə istehsalçılar” tərəfindən idarəolunmanı.
    2) Sənayə baxımından inkişaf etmiş cəmiyətlərdə başlanır( kapitalizmin bu mərhələsində daxili ziddiyətlərin aşırı kəskinləşməsi, eləcə də sosializmin “ hər kəsə- tələbatına görə” prinsipinin gerçəkləşdirilməsi imkanının yaranması ucundan) ; birinci mərhələ mümkün qədər tez keçilməlidir, əks halda repressiyalardan qaçmaq mümkün olmayacaq;
    3) Dövlətin təstiq olunmuş qaydalarını zəiflətmiş iqtisadi böhran zamanı baş verir;
    4) Işçi sinfinin genişmiqyaslı (təşkil olunmuş) kütləvi çıxışları halında baş verir, nəticəsində keçid dövrü üçün proletariatın diktaturası qurulur.
    Konsepsiya aşağıdakı demokratik önşərtlərdən qaynaqlanır:
    a) Inqilab -əksəriyətin işidir; və
    b) Demokratiya sinfi şüurun təşkili və tərbiyəsi üçün ən əlverişli şərait təmin edir.
    Bu önşərtlərdə “ subyektiv amil” qeyd olunur: inqilabın önşərtləri kimi istismar faktının dərk olunması və istismarın dəf edilməsinin yollarının məlum olması, dözülməz şəraitlərdə mövcudluğ təcrübəsinin və dəyişikliklərdə həyati ehtiyacın olmaları.
    Lakin inqilabın marksist nəzəriyəsi dəyişikliklərin sürəkliliyini nəzərdə tutur: kapitalizmin yaratdığı istehsal qüvvələrinin təzə istehsalçılar tərəfindən yeni texnoloqiyalara və idarə aparatına yiyələnməsi ilə inkişaf etdirilməsi.
    {İnqilaba} təklif olunan yeni nəzərdə əsas olan nədir? Nəinki hadisələrin faktiki inkişafı ilə həqiqətə uyğun olmayan kimi ifşa edilən, başlanğıc önşərtlərinin aşkar olunması və sadalanması, ama bütünlükdə inqilab konseptinin özünə elə bir münasibət ki, onun bütün ünsürləri bir –biri ilə qarşılıqlı bağlıdırlar. Bu kapitalizmlə sosializm arasında olan qarşılıqlı əlaqənin marksist təsəvvürünün strukturunun yenidən nəzərdən keçirilməsinə gətirir, aşağıdakı kimi:
    1) “keçid” problemi: sosializm kapitalizmlə birgə mövcud olur, ya da ona qalib gəlir(ona varislik edir)?
    2) Sosializmin qlobal inkişafın tarixi mərhələsinə uyğun “yeni tərifi”, və məhz: sosializmin bir quruluş kimi radikal surətdə kapitalizmi inkar edən xüsusiyəti nədən ibarətdir?
    Bu yeni baxışın sərhədləri marksist nəzəriyəsinin özü tərəfindən cızılıb, yəni onun dialektik anlayışlarının təyinatının sosial gerçəyin təhlili şəraitində açılmasına ehtiyacı ilə şərtlənib. Kapitalizmin korporativ stadiyası, onun, marksizmin {inqilabı} konseptinin əsası onların təhlili üzərində qurulan, əvvəlki stadiyalarından nə ilə seçilir, eləcə də, kapitalizmin inkişafının sosializmin inkişafının “istiqamətini dəyişməsi” qədərini müəyyənləşməsi [1]və, əksinə, düz hansı qədərində inqilab konseptinin “yeni” olması. Və eynən necə ki, kapitalizmin və sosializmin {indi} keçdiyi inkişaf stadiyası, əvvəlki stadiyaları müəyyən edən iqtisadi və siyasi qüvvələrin onlara təsirinin nəticəsi kimi çıxış edirlər, eləcə də {inqilabın} yeni konsepsiyası köhnənin daxili inkişafı olacaq. Sonrakı bölümlərdə konsepsiyanın işləmələrinin ancaq bəzi istiqamətləri təklif olunur.
    Qlobal kontekst.
    Yəqin ki, təklif olunan yeni nəzərin ən ümumi yeri, potensial inqilabın sosial bazasının dəyişikliyini əks etdirən və bu bazanı genişləndirən, eynən inqilabı saxlamaq və onu məğlub etmək kimi, nəzəri sxemdə olan dəyişiklikdir. Bu nəzəri sxem, eynən “təxribatçı” fəaliyətin əsaslandırılması qədər kürəsəl məna daşımağa başladı: beynəlxalq vəziyəti nəzərə almadan baxmalı və ya dəyərləndirməli anlayışlar, hərəkətlər və strateqiyalar üçün yer qalmamışdır. Eynən necəki, Vyetnam korporativ kapitalizmin ayrılmaz hissəsidir, eləcə də milli-qurtuluş hərəkatları potensial sosialist inqilabının ayrılmaz hissəsidirlər. Və “üçüncü dünyanın” qurtuluşunun inqilabi təsirinin qüvvəsi kapitalist metropoliyalarının daxili zəifləməsinin dərəcəsindən asılıdır. Buna etiraz etmək olar: marksist nəzəriyəsi həmişə “beynəlmiləl” olub, həmçin təşkilatçılıq səviyəsində də. Bu doğrudur; ama bu “beynəlmiləlçilik” sənayə kapitalizminin daxilində inqilabi qüvvə kimi sənayə proletariatına istiqamətlənmişdir; hansı ki o artıq belə qüvvə kimi çıxış etmir. Marksist nəzəriyə heç vaxt dünyanın müstəmləkə və geriyə qalmış regionlarını unutmamışdır, ama bu xalqlara, əsasən, tarixin əsas aparıcı hərəkətverici qüvvəsinə bir köməkçi, müttəfiq, “rezervuar”(Leninin təbirincə)kimi yer ayrılıb. “Üçüncü dünya” tam nəzəri və strateji tanınmasına İkinci Dünya Müharibəsindən sonra nail olmuşdur-və elə o zaman saatın kəfkiri əks tərəfə yellənmişdir. Bu gün milli-qurtuluş hərəkatını əsas -əgər yeganə deyilsə, inqilabi qüvvə kimi qəbul etmək meyli güclüdür; və həm də əksinə-san ki, bu hərəkatlara, metropoliyalarda işlənmiş və tətbiq edilmiş(məsələn, şəhərin aparıcı rolu, mərkəzi partiya aparatı, milli burjuaziya ilə ittifaqlar, sövdələşmələr)nəzəri və təşkilati sxemlərin tətbiq edilməsi meyli var.
    Əslində vəziyət dünyanı mexanistik olaraq “üçüncü dünyaya” və başqalarına bölünməsinə etiraz edir. Daha doğrusu biz tarixi qüvvələrin, həm” birinci dünyanın”, həm “ikinci” həm də “üçüncünün”sərhədləri ilə kəsişən, üç qrupa ayrılması ilə qarşılaşırıq. Sosializmin kapitalizmlə yarışı “üçüncü dünyanı” bölür, və yeni tarixi qüvvə keyfiyətində orada,- həm kapitalist, həm də mövcud sosialist cəmiyətlərinə alternativ adlandırıla biləcək–və “yeni sollar” tərəfindən artıq adlandırılan, məhz: sosialist quruculuğunun müxtəlif yolları uğrunda, “yeni aşağının” əsası üzərində, əski cəmiyətlərin dəyərlər sisteminə introyeksiya olunmayan, aşağıdan quruculuq -əməkdaşlıq və həmrəylik sosializmi, hansı ki kişilərin və qadınların kollektiv surətdə öz tələbatlarını və məqsədlərini, öz prioritetlərini, həm də “modernizasiyanın” üsulunu və tempini müəyyən edən, dünya uğrunda mübarizəsini aparır.
    Metropoliyadaki müxalifət.
    Və bu potensial alternativ ( sonsuzluğa qədər uzanan “birinci mərhələ” üstündən bir tullanma şansı, kontinuum və basılmanı qırma şansı) sənayecə inkişaf etmiş ölkələrdə radikal müxalifəti alovlandırdı və intensivləşdirdi (həm Şərqdə, həm də Qərbdə), ama ən çox kapitalist imperiyasının mərkəzində[2]. Bu müxalifət dəyişikliklərin katalizatoru ola bilər. {Inqilabın} marksist konsepsiyası öncül kapitalist ölkələrində yeni məna kəsb etməyə başlayır, və -əksinin sübutlarının olmasına baxmayaraq – inqilabın (dünya inqilabı kimi)talehi, çox da ola bilər ki, metropoliyalarda həll olunsun. Ancaq ən güclü bəndin ən zəif bəndə çevrilməsi milli-qurtuluş hərəkatlarına, onları dünya inqilabı qüvvəsinə çevirən, impuls verə bilər. Korporativ kapitalizmin mərkəzindəki müxalifət cəmiyətin iki əks qütblərində cəmləşməsi ilə səciyələnir: (əhalisi özü özlüyündə yekcins olmayan) qettolarda və ziyalılardan –orta sinifdən, xüsusən tələbələr arasından çıxmışlar. Bu bir biri ilə fərqli və çox vaxt mübahisəli qrupların ortaq cəhəti imtinanın və qiyamın total səciyəsindədir:
    1)basılmanın və istismarın sürəkliliyinin qırılmasına təkidli – kimin adından gerçəkləşdirilməsindən asılı olmayaraq; nəinki yeni təsisatların, həm də özgürlüyün təkidli tələbi;
    2) Artıq ideoloqiyaya çevrilmiş, sosializm daxil, bütün ideoloqiyalara etibarsızlıq;
    3) korporativ kapitalizmi dəstəkləyən yalançı-demokratik əsnanın qəbul edilməməsi.
    Müxalifətin bu “qeyri-ortodoksal” xasiyəti özü-özlüyündə korporativ kapitalizmin əks-edilməsidir( məhz içtimai ehramın özülündə dayanan əhalinin əksəriyətinin ona “inteqrasialaşması”). Göstərilən müxalif qrupların heç biri içtimai istehsal əsnasının “insanı bazisi” deyil, hansı ki Marks üçün inqilabi qüvvələrin səciyələndirməsində mütləq idi.
    Onlar əhalinin əksəriyətini təmsil etmirlər. Onlar təşkil olunmuş işçi sinfi tərəfindən (hansı ki hələ də kapitalist istehsalının bazisi və izafi dəyərin yaradıcısı , və deməli mümkün inqilabin potensial hərəkətverici qüvvəsi olaraq qalır); onlar həqiqətən nə milli, nə də beynəlxalq səviyədə təşkil olunmayıblar.

    İşçi sinifi və inqilab.

    Müxalifəti, özlüyündə, radikal dəyişikliklərin hərəkətverici qüvvəsi hesab etmək olmaz –bu cür o, ancaq, onu həmin bu (sistemə) inteqrasiya edən bürokratik sendikaların (həmkarlar ittifaqlarının) və partiya aparatının buxovlarından qurtulmuş işçi sinifi tərəfindən dəstəklənməsi şərti ilə, ola bilər. Əgər müxalifət və işçi sinifi arasında olan bu ittifaq gerçəkləşməyəcəksə, sonuncu, lap belə qismən olsa da, neofaşist rejimin bazası ola bilər.
    Nəticə: əslində içtimaişədirilməsi bundan başlanan, istismar olunan kütlələrin əksəriyət tərəfindən həyata keçirilən və özünün kulminasiyası kimi “hakimiyətin ələ keçirilməsi” olan və proletariatın diktaturasının qurulmasına gətirən inqilabın inqilab kimi marksist konsepsiyası, tarixi inkişafdan “geri” qalıb – kapitalist istehsalının və təşkilinin keçmiş mərhələsinə aiddir, ama indiki, özündə daha da dəhşətli dağıdıcı vasitələri istehsal edən və gələcək hakimiyətin əlində daha da dəhşətli məhvetmə və ideoloji emal yarağlarını olmasını ehtiva edən, daha yüksək kapitalist istehsal fazasına cavab vermir.
    Buna baxmayaraq, {inqilabın} marksist konsepsiyasının bu “qeyri-gerçək” tanınması autentikdir və dəqiq Aufhebung {götürülməsi}: məvhumun məhzi qorunur və təkrarən, tarixi inkişafın faktiki nail olduğu səviyədə, təstiq olunur. İnqilabi proletariat dəyişikliyin hərəkətverici qüvvəsi olaraq o yerdə çıxış edir ki, orada o hələ də içtimai istehsal əsnasının bazısi olaraq qalır, və məhz: əsasən “üçüncü dünyanın kənd yerlərində”, harada ki o milli qurtuluş cəbhələrinə geniş dəstək verir.
    Və bu rayonlar, və bu qüvvələr heç də kapitalist sisteminə nisbətdə xarici sayılmırlar. Onlar dünya istismar əsnasının vacib hissəsini təmsil edirlər, hansı ki, sistem özünə onu boşlamağa qoymur, onların orbitlərini(sosialist ya da kommunist orbitə) dəyişməsinə qoymur , neçə ki sistem ancaq o halda sağ qala bilər ki, əgər onların genişlənməsi hər- hansı nüfuzlu qüvvə ilə bloklanmış olsun. Milli-qurtuluş hərəkatları kapitalist sisteminin daxili ziddiyətlərinin təzahürüdür. Lakin məhz inqilabların “dışarıdan” və bilavasitə metropoliyalarda olan münasibətləri ucbatından, qurtuluş hərəkatlarının perspektivləri ilə metropoliyalardakı siyasi dəyişikliyin perspektivləri arasında takeyüklü əlaqə qalır. {Sistemi} “inkar edən” “xarici” qüvvələr öz hərəkətlərini {metropoliyaların} daxili qüvvələri ilə “sinxronlaşdırmalıdırlar”, və bu sinxronlaşdırma heç vaxt ancaq {süni} təşkilatlanmanın nəticəsində əmələ gələ bilməz, gərək onun korporativ kapitalizmin iqtisadi və siyasi əsnaları daxilində obyektiv bazisi olsun:
    1) Tədrici avtomatizasiya qarşısında qorxudan yaranan, daimi işsizliklə müşayət olunan, rəqabət ehtiyacı, hansı ki, getdikcə işçilərin daha çox sayını istehsaldan kənar, iqtisadiyatın parazitik sahələrinə keçirilməsini tələb edir;
    2) Neokolonial müharibələrin və korrupsialaşmış diktaturaların nəzarətinin qiymətinin artması;
    3) Istehsal əsnasında işçi qüvvəsinin iştirakının daimi azalması nəticəsində gəlir normasının düşməsi;
    4) Kapitalizmdə işləmək ehtiyacından yaranan mənəvi və intizami tələbatla ziddiyət təşkil edən tələbatların ödənməsinə yaranan ehtiyac; ehtiyac xanədanlığına artıq lazımsız olan şeylər qopur, texniki yeniliklər və cah-cəlallı “devayslar” daimi yoxsulluq və ehtiyacla yan-yana mövcud olurlar, mövcudluq uğrunda mübarizədə “aşırılıqlar” ilkin tələbat əşyalarına çevrilirlər.
    Əgər bu meyllər qalırsa, nəhəng içtimai sərvətlə onun qeyri-rasional və dağıdıcı istifadəsi arasında olan daha da çox aşkara çıxan ziddiyətlər, qurtuluş potensialı ilə onun basılması faktı arasında olan, yadlaşmış əməyin dəf edilməsi imkanı ilə onun saxlanmasının kapitalist tələbatı arasında olan ziddiyətlər qalırsa tamamilə mümkündür ki cəmiyətin yaşamaq qabiliyətini tədricən itirilməsinə, adi hallarda gündəlik işdə və ondan kənarda {sosial} gərəkli davranış modellərinin təmin edən mənəviyatın dağılmasına gətirsin. Bu, texniki tərəqqinin {sinfi} ağalıq aləti olması faktının dərk edilməsinə yardım edə bilər.
    Fransanın may-iyun hadisələri göstərdi ki, hansı dərəcədə, stabil cəmiyətdə, nizamsızlıq kapitalist və sendika(həmkarlar ittifaqları) inteqrasiyalaşması buxovlarını qıra bilər və {fəal} işçi qrupları ilə döyüşçü ziyalılar arasında ittifaqlara yardım edə bilər.
    İnqilab konsepsiyası sistemin, bu(ilk baxışda “kortəbii”)dezinteqrasiya və mübahisə ehtimalını nəzərə almalıdır, onun tədricən bütövlüyünü itirməsini – hansı ki yadlaşmış əməyin obyektiv köhnəlməsi kimi təzahür edər, insanın istehsal əsnasının iştirakçısı(və nökəri) funksiyasından qurtulmağına qəti çağırış yaranmasına çevrilə bilər; inqilabı cah-cəlal və “rifah” içində üzən sistemin böhranı kimi müşahidə etmək olar.

    Dəyişikliklərin hərəkətverici qüvvələri.

    Belə böhran vəziyətində, heç bir ənənəvi siniflə bağlı olmayan, dəyişikliyin tarixi gərəkli hərəkətverici qüvvələri aşkarlanacaq. Lakin bu qüvvələrin həll ediləsi məsələyə “uyğunluğu”nu, öyrəndiyimiz marksist konseptinin, bəlkə, ən vacib bəndini yadımıza salmaqla dəyərləndirmək olar, məhz tarixi inqilabi subyektin sistemi “tam inkar” edən kimi həm də o mənada ki, bu subyekt içtimai sinif olmalıdır, istismarşı tələbatlardan və kapitalist maraqlardan qurtulmuş, yəni onlarla yoluxmamış, yəni prinsipial olaraq alayı, “humanistik” tələbatların və dəyərlərin daşıyıcısı.
    Belə təsəvvür ağalıqın sürəkliliyinin qırılmasını nəzərdə tutur, sosializmin yeni formasiya və yeni(əvvəlkilərdən) həyati düzüm kimi keyfiyyət fərqini, nəinki məhsuldar qüvvələrin rasional inkişafını, ama həm də tərəqqinin mövcudluq uğrunda mübarizənin dayandırılması istiqamətini, nəinki yoxsulluğun və əziyyətli əməyin ləğvini, lakin həm də sosial və təbii mühitin dinc, gözəl kainat kimi bərpasını –dəyərlərin tam yenidən qiymətləndirilməsini, tələblərin və məqsədlərin yenidən baxılmasını. Bu, inqilab konseptinə daha bir dəyişikliyin əlavə olunması deməkdir: istehsalın texniki aparatı ənənəsi ilə qırılmasını, hansı ki, Marksa görə, (kapitalist sui-istifadəsindən təmizlənmiş halda) sosialist cəmiyətə keçir.
    Belə “texnoloji” sürəklilik sosializmlə kapitalizmin əlaqəsinin ölümcül edə bilər, çünki texniki aparat öz strukturu və qiyasına görə nəzarət və ağalıq aparatına çevrilib. Bu əlaqənin qırılması yuvarlanma, tənəzzül deyil, ama texniki aparatın, öz ağlı və duyğuları, öz muxtariyatı ilə idarə olunan azad insanların tələbatına uyğun yenidənqurma olardı. Bu muxtariyat mərkəzləşdirilməmiş səmərəli aparatın idarəsini tələb edəcək, həm də daha kiçik ölçülərdə -kiçik, neçə ki innən belə o istismar olunan tələbatlarla, aqresiv işğalçı siyasətlə və rəqabətlə şişirdilməyəcək, ama öz əsasında həmrəylik və əməkdaşlıq bulacaq.
    İndi özümüzdən soruşaq: bu aşkar “utopik” təsəvvür mövcud sosial-siyasi qüvvələrə görədirmi – o qüvvələrə ki, onları keyfiyət dəyişikliklərinin hərəkətverici qüvvəsi hesab etmək olar?
    İnqilabın marksist konsepti nə utopik nə də romantik deyil: o hakimiyətin gerçək əsasına təkid edir, obyektiv və subyektiv amillərin olmasına – ancaq elə bu keyfiyət dəyişiklikləri barədə təsəvvürləri xəyalı gerçəklik kimi qəbul etməkdən üstün səviyəyə qaldıra bilər. Və bu əsas sənayəcə gəlişmiş ölkələrdə hələ ki var.
    {Gəlişmiş} kapitalist ölkələrində içtimai alternativin qüvvələri, san ki, ancaq yuxarıda qeyd olunan “marjinal” qruplar mühitində cəmləşiblər: aydınlar mühitində müxalifət, özəlliklə tələbələr arasında, və siyasi önyarğılı və fəal zəhmətkeşlərin qrupları arasında.
    Həm bu, həm də o biriləri nəinki bütünlüklə sistemi və “mövcud strukturlar çərçivəsində” sistemin istənilən yenidənqurulmasını inkar edirlər –onlar həm də açıqcasına özlərinin yeni və keyfiyətçə alayı dəyərlər və mətləblər sisteminə sədaqətləri barədə bəyan edirlər.
    Bu qrupların zəifliyi qüvvələrin, inqilabın (yeni) qavramını müəyyən edən, yeni tarixi tarazlığına dəlalət edir:
    1) içində “bilavasitə istehsalçılar” olmaqla, (sistemə) inteqrə olmuş əksəriyətinin maraqlarına qarşı; 2) daxilində nə inqilabi, nə də heç inqilaböncəsi durumun alınmadığı, uğurla işləyən, çiçəklənən cəmiyətə qarşı.
    Bu şəraitlərdə müxalifətin rolu ancaq hazırlaşdırıcı olur: onun tapşırığı radikal marifləndirməkdən(nəzəri və praktik), kadrların yetişdirilməsindən və dünya kapitalist strukturuna qarşı mübarizənin özəklərinin yaradılmasından ibarətdir.
    Neçəki məhz bu dünya strukturunda daxili ziddiyətlər bəyan edirlər: neomüstəmləkəçi ağalığa daim müqavimətdə, keyfiyətcə yeni cəmiyətin qurulmasına təpərli cəhdlərdə -Kubada, Çin mədəni inqilabında[8] və son növbədə deyil – Sovet ittifaqı ilə azdan-çoxdan “dinc” həmmövcudluq şəraitində:
    Burada həm də iki antaqonist meylin dinamikası qaynaqlanır.

    1) “malik millətlərin” qüvvələrinin etibarsız tarazlığı şəraitində, beynəlxalq üsyanı qarşısında ümumi marağı;
    2) fərqli içtimai sistemlərin ziddiyətli maraqları, bununla belə hər iki sistem öz siyasi-stratejik təsir çevrələrini qorumağa çalışır.
    Nəticə.
    İnqilabın marksist anlayışı kapitalizmin miqyasında və sosial strukturunda olan dəyişikliyi və, bütün dünyada kapitalizmin indiki fazasına xas ziddiyətlərin yeni formalarını hesaba almalıdır. (İnqilabın) marksist anlayışına gətirilən deyişikliklər, beləliklə, ona yadmənşəli müdaxilə və düzəliş deyil, ama marksist nəzəriyəsinin özünün daha da təkmilləşdirilməsidir.
    Bir bənd, oxşayır, bu yanaşma ilə tutmur. Marksda, səmərələşdirici ya da hətta pozitivist qərəz adlandıra bilən bir uzatma var, və məhz: onun “bəşəriyətin daha ali inkişaf pilləsinə” keçməsinin qaçılmaz olmasına və bu keçidin son nəticəsinin uğurlu olmasına inam.
    Hərçənd ki Marks yetərincə uğursuzluq, yenilmə və satqınlıq imkanını dərk edirdi, “sosializm yoxsa barbarlıq” onun inqilab qavramının ayrılmaz hissəsi deyildi. Ama o belə hissə olmalıdır: insanın onun əmək alətlərinə, hər şeyi əhatə edən total istehsal və məhv aparatına boyun əyməsi məhdudiyətsiz və nəzarətsiz hakimiyət nöqtəsinə çatmışdır; “milli maraqlar” adına texnoloqiyalar və səfərbərliklərin müdafiyəsi altında, əşyalaşan, verdinglicht, bu, oxşayır, yetərincə özündənrazı iqtidar ideoloji cəhətdən emal olunan və sistemə enteqrə olunan insanları öz müttəfiqlərinə çevirir. O birinci olaraq ölümcül zərbə endirməyə qadırdir, o ana qədər ki, ona qarşıhərəkət edən qüvvələr yetərincə təpərli olacaqlar ki, bu zərbənin qarşısını alsınlar, yəni ki daxili ziddiyətlər partlayışını təhrik etsinlər. Bu isə inqilab anlayışının istənilən yeni baxışının sadəcə mücərrədlik və spekulyasiyaya çevirməyə qadirdir. Belə təhdidin dərk olunması müxalifəti bütün hərəkətlərində birləşdirməli və möhkəmləndirməlidir. Ümid yalnız bunadır.
    Çevirdi Vüqar Xəzaralı