abunə ol: Yazılar | Şərhlər | Еmail

Portuqaliya tənəzzül astanasında : Baş nazir istefa verdi.

Şərh

Portuqaliyanın iqtidarda olan sosial demokratlarının hazırladığı iqtisadi tədbirlər paketi qəbul edilmədi. Üstəlik, baş nazir Socrates istefa verdi. Tənəzzül içindəki Portuqaliyanı qurtarma iddiasını daşıyan iqtisadi islahatlar paketi işçi ödənişlərinin kəsilməsini və maaşların aşağı salınmasına çalışacaqdı .

İqtisadi böhran Avropa ölkələrini kəsib qovurmağa davam edir. Kapitalizmin düşdüyü hazırki böhrandan heç cür çıxış yolu tapa bilməyən irtica, çarəni işçi siniflərinə hücumda tapır.Yunanıstan, İspaniya, İrlandiya, Fransa, Portuqaliya kimi bir sıra ölkələrdə iqtisadi tədbirlər adı altında əmək pensiyası üçün yaş qalxır, maaşlar azadılır, işçilərin sosial haqqlarını budayırlar .

Portuqaliya da böhrandan ən çox əziyyət çəkən ölkələrdən biridir. Avroya keçdikdən sonra işsizliyin sürətlə artdığı, 11%-ə qalxdığı ölkədə, hökümətdə əsas yer alan »sosialist» partiyanın hazırladığı geniş tərkibli iqtisadi tədbirlər paketi dünən keçirilən səsvermədə parlament tərəfindən qəbul edilmədi.

Hökümət, hazırladığı paketdə təxminən 1500 avro olan orta əməkli maaşlarda 5-10% arası ixtisar aparılması, maaşların azaldılması, ictimai xərclərinin minimuma salınması kimi «tədbirlər» nəzərdə tutmuşdu.

Paketin qəbul edilmədiyi halda istefa edəcəyini bilidirən baş nazir Socrates sözünün üstündə durdu və hökumətlə birlikdə istefaya getdi.

Vəziyyət hələ qeyri-müəyyənliyini qoruyur, ancaq dəqiq olan bir şey, işçilərin kapitalizmin krizini ödəməyi qəbul etməyəcəkləridir. Portuqaliyalı İşçilər Konfederasiyası ve Baş İşçi Sendikası, ixtisarlara və işsizliyə qarşı mübarizə aparır. 2010-cu ilin noyabr ayında ölkədə 1989-cu ildən bəri ilk dəfə ümumi tətilə gedildi. Sendikalar yeni aksiyalar hazırlıqları aparır .

www.marksist.org

Oxşar yazılar:

Baxış sayı:7547