abunə ol: Yazılar | Şərhlər | Еmail

Salvador Alyende

Şərh

Salvador Alyende Qossens 26 iyun 1908-ci ildə Çilidə Valparaysoda varlı burjua ailəsində anadan olmuşdur. Salvador Alyendenin ailəsi siyasi baxışlarına görə liberal insanlar idi və liberal dəyərləri müdafiə edirdilər. Salvador Alyende məktəbi bitirdikdən sonra tibb universitetinə sənədlərini verir və imtahanlardan keçərək, qəbul olur. Salvador tələbəlik illərində solla maraqlanmağa başlayır və o vaxtın diktator quruluşuna qarşı tələbə hərəkatının başçısı olur. Bunun səbəbindən o bir neçə dəfə həbsədə atılıb. 1932 – ci ildə o tibb universitetindən məzun oldu və siyasi həyata atılmağa qərar verdi. Məzun olduqdan bir il sonra o sosialist partiyasının yaradılmasında iştirak edir. 1937 – ci ildə Salvador Çili Milli Konqresinə deputat seçilir, hardaki 1945 – ci ilə qədər fəaliyyət göstərmişdir.

Salvador Alyende 1939 – dan 1942-  ci ilə qədər səhiyyə naziri işləmişdir. Salvador həmişə xalqa qarşı mehriban mövqedə olub və onlar üçün pulsuz səhiyyə xidmətləridə yaradıb. Müxtəlif sosial qərarlar qəbul edibki, buda sırf xalqın naminə olub və kasıb əhali Salvadorun onlar üçün yaratdığı bu fürsətdən yararlanıblar. Ümumiyyətlə Salvador Alyende varlı burjua ailəsində tərbiyə almasına və heç bir çətinlik görməməsinə baxmayaraq, ağır vəziyyətdə olan xalqı anlayırdı və onlara kömək etməyə çalışırdı. Bunun nəticəsidir ki, o Çili Xalq Cəbhəsini yaratdı və oraya sol təşkilatları daxil etdi. Lakin 1952 – ci ildə Çilidə keçirilən prezident seçkilərində o məğlub oldu. Bundan sonra o, komunistlərlə yaxınlaşdı və sosialist kommunist alyansının yaranmasına nail oldu. Alyansa Salvadorun bundan sonrakı namizədliklərini dəstəklədi. 1969 – cu ildə Salvador koalisiyanı dahada genişləndirmək istədi və buraya sosialist, komunistlərdən əlavə, xristian demokratları da dəvət etdi. 1970 – ci ildə keçirilən seçkilərdə o, iki namizədi arxada qoysa da, lazım olan səs toplamını əldə edə bimədi. Buna görə də onun təsdiq olunub – olunmamasını konqresə göndərdilər. Konqresdə xristian – demokratlar da onun prezident seçildiyini təsdiq etdi. Beləliklə, hakimiyyətə heç bir silah gücünə, heç bir gücə güvənməyərək Salvador Alyende prezident seçildi. Salvador Alyende seçildikdən sonra müxtəlif sosial tədbirlər keçirməyə başladı. Salvador xalq üçün pulsuz xəstəxanlar, məktəblər tikdirdi. Minimum əmək haqqını, pensiyaları qaldırdı. İnsanların rifahlarını yüksəltəcək hər şeyi edirdi. Xalq həqiqətən də Salvadoru sevirdi. Salvador Kuba ilə diplomatik münasibətlər qurmağa başladı. ABŞ-ın Çiliyə olan müstəmləkəçilik münasibətinə qarşı o radikal addımlar atırdı. Bu da təbii olaraq ABŞ-ın xoşuna gəlmirdi.

1973 – cü il yayında xalqın bir hissəsi Alyendenin apardığı siyasətə qarşı çıxmağa başladı. Xalq artıq iki yerə bölünmüşdü. Alyendeni dəstəkləyənlər və ona qarşı olanlar. Alyendeyə qarşı olan sağçılar ABŞ – ın dəstəyini almışdılar. Ölkədə hərbi çevriliş etmək fikrinə düşən xuntaçılar təbliğat vasitələrində xalqa Alyendenin siyasətinin guya yanlış olduğunu anlatmağa çalışırdılar. Əslində isə onlar ölkədə diktatura rejimi qurmaq istəyirdilər və bu da Amerikanın xeyrinə idi, çünki bunun sayəsində Amerika Çilidəki dağlarda müxtəlif qızıl mədənlərini daha asan istismar edə biləcək və bu işdə onlara heç kəs maneə törətməyəcəkdi. Onların istədiyi oldu. 11 sentyabr 1973 – cü ildə hərbi çevriliş oldu və diktator Pinoçet hakimiyyətə silah gücünə gəldi. Bu silahların haradan gəlməsi sualı yaranmırmı? 1971 – ci ildə kontrabandistlər ölkəyə qeyri – qanuni olaraq silahlar gətirirdilər və onları Pinoçetə verirdilər. Bununda sayəsində o, ölkədə hərbi çevriliş etdi. Salvador Alyende prezident igamətgahından çıxmaq istədikdə isə öldürüldü. Ölkədə Pinoçet diktaturası və Amerikan neo-müstəmləkəçiliyi bərpa edildi. Salvador Allende xalqa qarşı heç vaxt silah işlətmədi. O qoymadı ki, ölkədə vətəndaş müharibəsi baş versin və xalq biri-birlərinin qanını töksün. Bu gün də Çilidə Salvadorun yaratmış olduğu Partito del Sosyalisto (Sosialist Partiyası) qalmaqda və fəaliyyət göstərməkdədir. Amma təəsüf ki, bu gün bu ölkəni Amerika istismar edir və buna qarşı duracaq bir kəs yoxdur.

 

 

 

 

 

Hazırladı: Elmar Che

Oxşar yazılar:

Baxış sayı:15244

Şərhlər

  1. AK-74 deyir:

    Heyif ən sevdiyim siyasətçilərdən biridir