abunə ol: Yazılar | Şərhlər | Еmail

Eqor Putilov. Africa Unite. Müstəmləkələşdirmə 2.0

Şərh

“Burada biz fransızları sevmirik” – Bamako ətrafında evlər kvartalına və çoxlu müəssisələrə malik müvəffəqiyyətli malili Dominik mənə dedi. Dominik 40 yaşındadır. Onun 3 uşağı var, fransızca demək olar ki, aksentsiz danışır və fransızlara nifrət edir. Və, etiraf etmək lazımdır ki, əsassız deyil…

Mən Malidə düz bir ay oldum. Son 15 il ərzində nə bir çevriliş, vətəndaş müharibəsi və ya soyqırım yaşamamış sabiq fransız müstəmləkəsi, hansı ki, özlüyündə tropik Afrika ölkəsi üçün unikaldır – Afrikanın və ümumiyyətlə indiki zamanda “üçüncü dünya”nın necə olduğunu anlamaq üçün əla yer kimi gəlirdi. Mali – müstəmləkə kapitalizminin nümunəvi misalıdır: demokratik seçkilər, sosial stabillik və ildə 17% iqtisadi artım. Dünya KİV – lərinin nəzərinə çox nadir hallarda düşən bu böyük olmayan afrika ölkəsində olmaq daha da maraqlı idi. Mən buraya qlobal KİV maşını tərəfindən yaxşıca yeridilmiş, Afrika haqqındakı adi stereotiplər dəsti ilə gəlmişdim: qara rasizm, Çinin müdaxiləsi, regionda Qərbin əsas mövqelərdən getməsi, demoqrafik partlayış və xaosa sapma. Demək artıqdır ki, bütün bunlar doğru olmayacaq….

Məni Bamakoya aparan cipin sürücüsü qəflətən əyləcə basdı və kənara sürdü. Qarşı xəttlə faralarını yandırıb söndürərək hərbi kolonna gəlirdi. Daha yaxın məsafədən kolonna çaşqınlıq yaratdı – Malidə belə şeylə qarşılaşmağı heç gözləmirdim: amerikan Xammerlərində sükanın arxasında və onlara bərkidilmiş pulemyotlarla amerikan ordusu patlarlarında baxımlı ağ insanlar oturmuşdu. “Bəli – bəli, bu amerikalılardır, indi onların Qaoda bazaları var” – mənim sualıma sürücümüz cavab verdi. Sonrakı sual – cavabdan məlum oldu ki, amerikan əsgərləri qonşu Nigerdə də mövcuddurlar, Malinin bütün şimal səhra hissəsi isə Malinin demokratik yolla seçilmiş hakmiyyətinin razılığı ilə mavritaniya ordusu tərəfindən işğal edilmişdir. Mən bu səyahətə hazırlıqlı gəlsəm də, burada amerikan əsgərlərinin olduğu barədə heç yerdə oxumamışdım. Bundan əlavə, regionda yaşayan ünsiyyətdə olduğum amerikanlar da Malidə ABŞ ordusunun olduğundan xəbərsiz idilər.

“Google” müəyyən etməyə imkan verdi ki, 2002 – ci ildə işə düşmüş “Pan – Sahel təşəbbüsü” amerikan ordusuna Malidə, Nigerdə, Çadda və Mavritaniyada qalmağa imkan verdi. 2004 – cü ildə “təşəbbüs” Tunis, Əlcəzair və Mərakeşdə də tətbiq edildi. Bu, belə əməliyyatların yeganə nümunəsi deyil.

Bamakodakı amerikalı əsgərlər

Afrikanın şərqində “terrora qarşı müharibə” Djibutidəki bazada məskunlaşmış 1200 dəniz kəşfiyyatçısı qüvvələri ilə aparılır. Orada, Djibutidə, fransız Xarici Legionunun – rəsmi Fransa müstəmləkə ordusunun ən iri bazası yerləşir, bu ordu indiyə qədər mövcuddur və öz iştirakını artırır – Qabon, Çad, Mərkəzi Afrika Redpublikası, Uqanda, Seneqal, Kamerun, Konqo və s. – 8 mindən çox insan qitənin istənilən ölkəsinə qısa bir zamanda yerini dəyişə bilər. Afrikadaxili münaqişələrin təcrübəsinin göstərdiyi kimi, hətta yaxşı təlimləndirilmiş və mütəşəkkil min əsgər də münaqişənin gedişini tamamilə dəyişməyə qadirdir.

Afrikadakı Fransa Xarici legionu

Afrikadakı Fransa Xarici legionu

Belə ki, əsgərlərin iştirakı, bir qayda olaraq, sadəcə evakuasiya məqsədi ilə lazımdır, əgər qəyyumluq altında olan ölkələrdən hər hansı birində vəziyyət narahat olsa. Və ya “öz köpək oğlunu” hardasa Prezident sarayında saxlamaq üçün, Xarici legionun bəzən etdiyi kimi.

Qalan hallarda köhnə, etibarlı iqtisadi mexanizmlərin olması kifayətdir. Bəzən qəzetlərin səhifələrində belə təzyiqin yalnız nəticələri haqqında məlumat düşür – “Zimbabvedə inflyasiya iki milyon faizi aşıb”, “Somalidə aclıq” və s. Malidə və Qərbi Afrikada ümumilikdə belə nəzarətin ən əsas alətlərindən biri FAM frank adlandırılan – regionun ümumi pul vahididir.

Hal – hazırda 14 afrika ölkəsi ilk zamanlar Fransanın Afrikadakı Müstəmləkələri kimi şifrələnən frankdan istifadə edirlər – onların demək olar ki, hamısı sabiq fransız müstəmləkələridir. Bu frank avroya 1:665 nisbətindədir, onun zamini isə (diqqət!) fransız xəzinəsidir. Zamin olmaq – bu nə deməkdir? Bu deməkdir ki, iştirak edən ölkələrin valyuta ehtiyatlarının 65% – i fransız xəzinəsinin sərəncamında olmalıdır, daha 20% isə həmin fransız xəzinəsində “maliyyə öhdəliklərinin ödənməsinə” getməlidir. Nəticə – FAM frankı ölkələrində qazanılan pullardan yalnız 15% qalır. Nəzərə alsaq ki, belə sistem 60 ildən artıq müddətdə mövcuddur, əlavə razılaşmalar və müqavilələrlə yüklənərək bu depozitlərdən hansılarının afrikan ölkələrə məxsus olduğunu yalnız… fransız xəzinəsi deyə bilər. Beləliklə, Fransanın öz (sabiq?) müstəmləkələri üzərində iqtisadi və maliyyə nəzarətinin dərəcəsini yalnız ehtimal etmək olar…

Biz istirahət etmək və çay içmək üçün kiçik bir şəhərdə dayandıq. Yolun kənarında qonşu Burkino – Fasodan gətirilmiş xırda bananlar satan qadınlar oturmuşdular. Mən onlardan almağa getdim – bir kiloqram bir avro yarım qiymətə idi. Mən düşündüm ki, Fransada o, həmin qiymətə olardı. Yeganə fərq ondadır ki, burada ixtisassız əmək üçün orta əmək haqqı 50 eurodan bir az aşağıdır, qiymətlər isə eynidir. Çay içdiyimiz kafedə televizorda hansısa fransız əyalət kanalında süpürgəçilərin həyatı haqqında veriliş verirdilər. Ekranda qüsursuz plitə üstündə onun iri nəm sabunlu fırça ilə yuyulan maşın gedirdi. Dörd yerli kişi məyus halda maşınların hərəkətini müşahidə edirdilər. Mən küçəyə baxdım – qırıq asfalt yolla paket və qəzet qırıqlarını fırladaraq tozlu köhnə maşın gedirdi. O, gil komaların yanından keçdi, kanalizasiya arxını keçdi və hansısa qabığı çeynəyən sahibsiz uzunqulağa dəydi. Biz həmin kafedə nahar edən fransızla göz – gözə gəldik. O başı ilə televizora işarə etdi, nəzərini qaçırdı və gülümsədi – deyəsən biz eyni şey haqqında fikirləşdik… Afrika ölkələrinin FAM zonasından çıxması və daxil olması xronologiyasına görə müstəmləkə sisteminin iflasını və geri dönüşünü – Afrikanın yenidən müstəmləkələşdirilməsini görmək olar:

Bamakoda Mərkəzi Bank

1949 – cu il – Fransız Somali (Djibuti) frank zonasını tərk edir və öz valyutasını buraxmağa başlayır;

1960 – cı il – Qvineya frank zonasını tərk edir;

1962 – cı il – Mali frank zonasını tərk edir;

1973 – cü il – Madaqaskar və Mavritaniya valyita ittifaqını tərk edirlər;

1984 – cü il – Mali öz valyutasından imtina edərək yenidən frank zonasına daxil olur;

1985 – ci il – Ekvatorial Qvineya zonaya daxil olur;

1994 – cü il – Komor adaları öz frankını fransız frankına, sonra isə – avroya bağlayır;

1997 – ci il – frank zonasına Qvineya – Bisau daxil olur.

Bəs niyə, nə məqsədlə Afrika ölkələrinin yuxarı dairələri öz monetar müstəqilliklərini əldən verirlər? Müstəmləkə elitasının loyallığı bir neçə üsulla təmin olunur: birincisi, bütün ali təhsil yalnız fransızca verilir, metropoliyaların mədəniyyəti və tarixinin öyrənilməsinə çox vaxt həsr olunur, fransız dili bilgisi istənilən bir qədər yaxşı işə qəbul olunmanın zəruri meyarına çevrilir. Bütün əsas qəzetlər – həmçinin fransızcadır. Beləliklə, hələ karyeranın başlanması mərhələsində sadiqliyin müəyyən dərəcədə təlimi aparılır.

Maraqlıdır ki, hətta bahalı kafelərdə olan televizorlarda da  – fransız televiziyasıdır. Burada qara camaatla ağalar arasında cizgilərdən biri keçir – onlar hətta fərqli dillərdə danışırlar. Qara camaat üçün Burkino – Fasodan ucuz seriallar və tazə kruasan ilə fransız xəbərləri – ağalar üçün. Bu ona gətirib çıxarır ki, stolonaçalniklər üçün metropoliyaların problemləri və məqsədləri öz ölkələrinin maraqlarından daha yaxın olur. Sürrealizmə qədər gəlib çıxır: həmin Dominik təfərrüatı ilə mənə teleproqramlardan öyrəndiyi Fransada sürücülük vəsiqəsinin alınmasının bütün incəliklərini başa salırdı və eyni zamanda bilmirdi ki, öz ölkəsində bütün şimal artıq çoxdandır ki, mavritan ordusu tərəfindən işğal edilib.

İkincisi, elitaların şəxsi aktivləri elə Qərbdədir – həm hesablar və villa şəklində olan maddi aktivlər, həm də fransız ali məktəblərində təhsil alan və valideyninin yerini tutmağa hazırlaşan uşaqlar – varislər kimi qeyri – maddi aktivlər. Aktivlərin həbsi, uşaqların deportasiyası və Aİ ərazisində pulların yuyulması ittihamları – ucadan deyilməyəcək təhdidlərdir.

Bamakonun mərkəzi

Üçüncüsü, hər bir afrika ölkəsində mütləq nüfuzlu müxalifət və ya separatistlər var (bəzən hər ikisi). Onlara ikimənalı siqnallar, olmayacaq ümidlər verilir və ümumiyyətlə qısa ipdə saxlanırlar ki, lazımi anda müstəqilliyini yada salmış rəhbəri qorxutmağa zəmin olsun. Malidə belə bir şey 90 – cı illərdə olmuşdu, bu zaman səhrada müstəqil taureq dövlətinin yaranması uğrunda tuareqlərin hərəkatı (onların sərhədləri təsadüfən perspektivli neft sahələrinin sərhədləri ilə üst – üstə düşürdü) hətta guya ərzaq şəklində silah göndərilməsi formasında Avropada qızğın təqdirlə qarşılandı. Amma fransızların tuareqlərlə eşq macərası uzun sürmədi – malilərlə konsensusa nail olunana qədər, bundan sonra tuareqlər əvvəlcə təhlükəli islamistlər, sonra isə “Əl – Qaidə” oldular. Təsadüfi deyil ki, indi Niger və Malidə insanların oğurlanması ilə məşğul olmaqla, tuareqlər böyük həvəslə fransızları seçirlər.

Dördüncüsü, müstəmləkə əsrində ağ insanın üstünlüyü ideyası afrikalıların təfəkküründə dərin kök salmışdır. Müsbət rasizm (bu zaman üstünlüklər və xüsusi münasibət sadəcə dəri rəngi faktına əsasən təqdim edilir) hər yerdə özünü biruzə verir: iri təşkilatlardan başlayaraq, harada ki, böyük iş təcrübəsi olan professional – afrikalılar hər xırda məsələyə görə indicə universiteti qurtarmış praktikant qızın yanına qaçırlar, yalnız ona görə ki, o ağ dərilidir – içəridə ağ adamın oturduğunu görərək saxladıqları maşını buraxan polislərə qədər. Burkino – Faso konsulu şikayətlənirdi ki, onun nəslində dəri rəngi – kifayət qədər ağ deyil və istərdi ki, onun oğlunun həyat yoldaşı tuareqlərdən olsun: uşaqları daha açıq dərili olacaqlar. Bəli, afrikalılarda dərinin qaralığı üzrə daxili qradasiya var – daha qara dəriyə malik olanlar sosial pilləkənin ən aşağısında yer alırlar. Mən, əlbəttə ki, gözləmirdim ki, konsul rep oxuyacaq və “Mən neqrəm və bu yaxşıdır!” deyə bağıracaq, amma növbəti nəsildə ağlara heç olmasa dəri rəngi ilə də yaxınlaşma istəyi – tam kapitulyasiya idi.

Beynəlxalq Cinayət Məhkəməsi

Əgər bütün bunlar kifayət deyilsə, beşinci amil də var: beynəlxalq cinayət ədliyyəsi. Axı hər bir afrikan liderinin öz gizli işləri – kiçik soyqırım, nümayişin güllələnməsi və ya ən azından siyasi rəqiblərin oğurlanması kimi işləri var. Bu kifayətdir ki, insanlığa qarşı cinayət ittihamı ilə həbs üçün beynəlxalq order verilsin və ya ən dəhşətli təhdidi – Haaqa məhkəməsinə verilmək təhlükəsi ilə tabe olmayan prezidenti “85% prinsipi” [1] fəaliyyəti illərində infrastrukturdan, təhsildən, ziyalı təbəqədən və müəyyən qədər fəal əhalidən məhrum edilmiş, zibilliyə çevrilmiş öz ölkəsində qıfıllamaq təhdidi realizə edilsin.

Yeri gəlmişkən, əhali haqqında. Yeni dünya düzəni memarları bunun da qayğısına qalıblar – qazmalarda yaşayan, yeməyi ocaqda hazırlayan insanlar şübhələnmirlər ki, onlar haqqında hər zaman düşünürlər, hesabatlar, qrafiklər tərtib edirlər, təqdimatlardan əyrilər çəkirlər. Axı cəmiyyətin üstünlüklü təbəqələri o zaman mənalıdırlar ki, onlar əhalini idarə edirlər, əhali isə – müstəmləkə kapitalizmin əsas elementidir (“Biz hamı üçün işləyirik” – xatırlayırsınız?)

Sakit kabinetlərdə büdcələr yazılır, proqram və layihələr tərtib olunur ki, onlar üzrə dünya on minlərlə insan işləyəcəklər. Afrikaya yardımın iri payı müstəmləkə idarəsinin ən müxtəlif ideyalarını gerçəkləşdirən ictimai təşkilatlarda çökür. Məsələn, “Population services international” (adı şəffafdır: tərcümədə “Demoqrafik xidmətlərin beynəlxalq cəmiyyəti) transmilli təşkilatı ildə yarım milyard dollar büdcəyə malikdir və əhalinin artımının qarşısını almaqla bütün “üçüncü dünya” üzrə fəaliyyət göstərir. “Qaralar həddən artıq çoxalıblar” ifadəsi çox pis səslənir, buna görə də evfemizm tapılıb: reproduktiv sağlamlıq. Qaradərililərin döldə məhvi…yəni reproduktiv sağlamlıq üzrə konfrans – daha yaxşı səslənir! Belə nəhəng büdcəli təşkilatın əsas şüarı – kontrasepsiyanın təbliğatında marketinq üsullarından istifadədir. Yalnız Malidə bu şirkətdə 60 nəfərdən çox insan işləyir, onlar “marketinq kanallarından” istifadə edərək “xidmətlərin son istehlakçısına” – həmin ocaqlı qazmadakı insana çatmağa çalışırlar. Onlar fokus – qruplar toplayırlar, testlər edirlər, yerli mədəniyyətlər üzrə mütəxəssislərlə seminarlar keçirirlər – bunlar hamısı qazmalı insana az uşağın – əla olduğunu başa salmaq üçündür! Bundan başqa – bu dəbdədir, “Cola” içmək kimi (“Cola”nın büdcəsi amma daha çoxdur).

Bu, yeganə kanal deyil. Bundan başqa, məsələn, kənd həkimləri üçün xüsusi kurslar təşkil olunur. Deyək ki, malili xəstə qadın həkimin (bu isə, bir qayda olaraq, uzaq yoldur və burada həkimlərə etibar edirlər – çox güman ki, o, qadının həyatında görəcəyi ən savadlı insandır) yanına gəlir, həkim isə kursda öyrəndiklərini ona deyəcək:” Bu, canım mənim, ona görə oldu ki, sən çox uşaq doğursan. Gəl mən sənə sterilləşməyə təyinnamə yazım. Üstəlik bu pulsuzdur”.

Amma “Population services” “Mary Stopes International” kimi qeyri – müəyyən adlı təşkilatla müqayisədə çox zərərsizdir. Londonda gərargahı olan, britaniyalı aristokratlar tərəfindən (başqa kim ola bilər ki?) əsası qoyulmuş “Mary Stopes” öz caynaqlarını bütün dünya üzrə uzadıb. Onlar ailə planlaşdırılması üzrə əsl əhl – səlibdirlər:

Ev şəraitində sterillışdirmə üçün cərrah dəsti istəyirsiniz? 10 dəqiqə – və hər şey hazırdır: dişi qadın reproduktiv cəhətdən təhlükəsizdir. Demək olar ki, Malinin bütün iri şəhərlərində “Mary Stopes” klinikaları və iki çağırış zonder – komandası var: onlar kəndlər üzrə sərəflər edərək, qadınları praktiki olaraq taburetlərdə öz manikür dəstləri ilə sterilləşdirirlər…

Bamakodakı son günümdə mən əsl Yutalı marmon olan amerikan jurnalistin qonağı idim. O Alman müstəmləkəsi adlanan yerdə – məhz Malinin müstəqillik qazandığı ildə almanlar tərəfindən tikilən villalar rayonunda yaşayırdı. Yaşına baxmayaraq, açıq planirovkalı və manqo və bananlar olan iri bağı olan iki mərtəbəli ən gözəl bunqalolardan biri ona məxsusdur. Artıq hava qaralıb. Biz terrasda oturmuşduq, çay içir və Mali haqqında söhbət edirdik. Sakit və sərin idi. Bəzən damdan küt səslər gəlirdi – manqonun meyvələri düşürdü. Ev sahibi fənərlə bağda gəzəndə onları yığırdı və tam yetişmələri üçün mətbəxə qoyurdu. Bir neçə dəfə bağın dərinliklərində tərpənişlər olurdu – qaradərili qulluqçu yatmağa hazırlaşırdı. Alman müstəmləkəsində təkcə ağdərililər – beynəlxalq təşkilatlarda işləyən xaricilər yaşayırdılar. Müstəmləkənin yüksək divarlarının arxasında qarovul postundan sonra kilometrlərlə uzanan, çürüyən zibillikləri olan, palma yarpaqlarından daxmaları və ucuz çirkli yeməkxanaları olan Bamakonun kasıblar məhəllələri başlayırdı. Elə gəlir ki, son 50 ildə burada heç nə dəyişməyib…

Sosializmin və SSRİ ilə dostluğun qısa dövrü Malidə tez başa çatdı və 1988 – ci ildən BVF və Dünya bankı ilə razılaşma ilə dövlət müəssisələri özəlləşdirildi. 1960 – da olduğu kimi, Mali indi ancaq kənd təsərrüfatı məhsulları və xammal ixrac edir.

Bu əlli ilin illüstrasiyası kimi Dakar – Bamako məşhur müstəmləkə dəmir yolunu misal göstərmək olar ki, o, fransızlar tərəfindən pambığın limana aparılması üçün tikilmişdi. Sosializm dövründə bu yol əsasən sərnişin daşınmaları üçün istifadə edildi. 2003 – cü ildə dəmir yolu Seneqal və Mali hökumətləri tərəfindən “Transray” fransız – kanada konsorsiumuna verildi. Razılaşmalara uyğun olaraq, yolların modernizasiyası və sərnişin rabitəsinin saxlanması nəzərdə tutulurdu. Amma “Transray” bir tərəfli şəkildə razılaşmaları pozdu və bütün sərnişin qatarlarını ləğv edərək və bir sıra stansiyalara bağlayaraq diqqəti (tapa bilməzsiniz!) pambıq və qızılın limanlara çıxarılmasına yönəltdi ki, bu da başqa heç bir rabitəsi olmayan təcrid olunmuş kəndlər üçün ciddi problemə çevrildi…

Şərnişin vaqonlarının bir hissəsi Bamako vağzalında tərk edilib

Dominik məni Bamako aeroportuna öz cipində gətirdi. Yolda biz amerikanlar və Mali haqqında danışdıq. O hirslənirdi və bağırırdı: “Bunlar ona görədir ki, seçkilərdə Obama qalib gəldi. Obama – bizim adamdır! Əgər Buş olsaydı, biz heç vaxt amerikanlara buraya silahla gəlməyə icazə verməzdik! Biz Buşa nifrət edirik! Biz – şərəfli insanlarıq, müstəmləkə deyilik.” “Axı amerikanlar buraya 2004 – də gəliblər…” – düşünmədən mən dedim. Dominik inciyərək susdu və gözlərini aşağı saldı. Mənim ona yazığım gəldi.

Bütün tərəflərdən qeydiyyata tələsən çemodanlı və taylı insanlar gəlirdilər. Mən də getməli idim. Mən Dominiklə sağollaşdım və son dəfə ətrafa baxdım. Şərqdə dan ağarırdı və çıxan günəşin işığında çöllərin üstündə çəhrayı tüstü asılı qalmışdı. Yolun kənarında əlvan parçalara bürünmüş qadınlar gedirdilər. Onlar başlarında odun üçün uzun ağac hissələri aparırdılar. Qarşıdakı mağazada küçədə qoyulmuş səsgücləndiricilərdə Bob Marley oxuyurdu. Meydanın və çöllərin üstündə, sanki Bamakoya da çataraq, onun qəmli çağırışı səslənirdi: Africa Unite, Afrika, birləş!

Mən bir anlıq onun möcüzəvi səsinə qulaq asaraq ayaq saxladım, sonra döndüm və aeroportun binasına daxil oldum.

Qeydlər:

1. Burada söhbət fransız xəzinəsi və FAM frankı ölkələrinin mərkəzi bankı ilə bağlanmış ikitərəfli razılaşmaya əsasən metropoliyaların xeyrinə ölkənin valyuta ehtiyatının 85% – nin müsadirə edilməsindən gedir. Bir tərəfdən, bu siyasət ölkənin kredit reytinqini və onun ödəmə vasitələrinin etibarlılıq dərəcəsini yüksəldir, digər tərəfdən isə monetar siyasətə nəzarəti Fransaya verir.

                                              (c)SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:13822