abunə ol: Yazılar | Şərhlər | Еmail

Anti-ixtisar yürüşü: 10 minlər London etirazlarında

Şərh

250.000-dən çox insan mərkəzi Londonda dövlət xərclərinin azaldılmasına qarşı yürüş və  mitinqlərdə iştirak edib.Leyborist lider Ed Millibend  Hayd parkda kütlə qarşısında çıxış etdi və Həmkarlar İttifaqı Konqresi (HİK) tərəfindən təşkil olunmuş yürüş dinc şəkildə bitdi.

Lakin kütlədən ayrılmış siyasi qruplar mağaza və banklara hücüm edib və Pikadillidə polislə qarşıdurmaya girib. Nəticədə burada 16  nəfər həbs edilib.

Bunun fonunda nazirlərin fikrincə isə bu ixtisarların edilməsi dövlət maliyyəsini tənzimləmək üçün gərəklidir.

2003-cü ildə İraq müharibəsinə qarşı etiraz aksiyalarından sonra ən böyüyü hesab edilən bu yürüşdə bütün B.Britaniyanı əhatə edən yürüşçülər Sahilboyu Viktoriyadan Hayd Parka doğru irəliləyiblər,  harada ki, HİK  baş katibi Brendan Barber yürüşün oratorları arasında ilk sırada idi:

“Biz hökumətə güclü və birlik içində olduğumuzu bildirmək üçün buradayıq”

“Biz amansız ixtisarlarla mübarizə aparacaq və xalqın rifahını, iş və həyatlarını məhv etməyə qoymayacağıq.”

Yürüş yerli vaxtla 12-də başladı və etirazçıların parlament binasından keçib Hayd parka doğru irəliləməsi 4 saatdan çox zaman aldı.

Təşkilatçı tərəf – HİK  250.000dən çox iştirakçının olduğunu bildirdi, london polisi bu rəqəmi təsdiqləyir.

BBC-nin siyasi müxbiri Brayan Viller Mərkəzi Londonda çoxlu ailə və yaşlı insanların da iştirak etdiyini bildirdi, ab-havanın xoş, lakin qəzəbin hiss ediləcək dərəcədə olduğunu əlavə etdi.

“Vayt holda səs-küy qulaqbatırıcı idi, belə ki, etirazçılar Trafalqar meydanına tərəf yavaş-yavaş yürüyərkən anti-ixtisar şüarları qışqırır, fit və təbillər çalınırdı. Kütlə 10 nömrəli küçədən  keçərkən fitə basmağa başladı, buna baxmayaraq nümayiş dinc və xoş xarakterli idi. Nümayışdə yüzlərlə həmkarlar ittifaqı bannerləri olsa da,öz səslərinin eşidilməsi üçün bura gələn dövlət sektoru işçiləri də vardı.”

Etirazçılar arasında Loustoftdan olan 54 yaşlı “Jobcentre Plus” işçisi Piter Kits: “Şəxsən fikirləşirəm ki, bizim  kasıb təbəqəni belə “vurmağımız” düzgün deyil.”

Nümayişçi Cristina Nugent – tədqiqat institutu əməkdaşının söylədiyinə görə “nümayişin həcmi və miqyası, insan əhatəsi mükəmməldir.”

Bunlardan başqa əsas yürüşdən kənarda əksəriyyətinin üzü şarfla bağlı olan bir çox etirazçıların cəlb edildiyi ayrı-ayrı insidentlər də baş verdi:

  • Oksford Sirki önündə etirazçılar tərəfindən tonqal yandırılmışdı, harada ki, polisin dediyinə görə, polis zabitlərinə ammiak tərkibli şarlar atılıb.
  • Pikadillidəki Fortnum&Mason ticarət mərkəzində B.Britaniya “Uncut” yürüşü qrupu tərəfindən oturma etirazı keçirildi. Bu qrup az əvvəl böyük biznesin vergidən yayınması hallarına qarşı etirazlarda iştirak etmişdi.
  • Oksford-stritdəki Topshop`un pəncərələri sındırılıb və boyalara bulanıb.
  • Pikadillidəki Ritz Otelə yanan raketlər atılıb.
  • Royal Bank da daxil olmaqla bank filialları boyalarla hücuma məruz qalıb və pəncərələri sındırılıb, o cümlədən HSBC və Santanderin fillialları.

Scotland Yardın bildirdiyinə görə, 5 polis əməkdaşı yaralanmış və 16 nəfər ictimai asayişin pozulması və kriminal xarakterli mülkiyyətə ziyan vurulması maddələri ilə həbs edilmişdir.

Polis komandiri Bob Brodherst: HİK-in əsas yürüşü yaxşı başa çatdı, 250.000-ə yaxın yürüş iştirakçısı ilə heç bir çətinlik olmadı, Oksford-stritdəki “Topshop”a və polisə boyalar atmaqla qarışıqlıq yaradan təxminən 500 nəfərlik “cinayətkar” qrup istisna olmaqla.

 

Mənbə: BBC

Tərcümə: Nigar Ərəbli

 

Oxşar yazılar:

Baxış sayı:7386