abunə ol: Yazılar | Şərhlər | Еmail

Alen Badyu. Müasir obskurantizmə dair

Şərh

Bu qeyri–adi intellektual konstruksiyaları – Darvinin, Marksın və Freydin əsərlərini necə adlandıraq?

Onlar sözün əsl mənasında elmə aid deyillər, baxmayaraq ki, hətta müasir biologiya da darvinist çərçivələrdə düşünür. Onlar fəlsəfəyə də aid deyillər, baxmayaraq ki, dialektika – fəlsəfənin qədim platonik adı – Marks sayəsində yeni impuls qazanmışdır. Onlar işıqlandırdıqları təcrübəyə gətirilmirlər, baxmayaraq ki, eksperimantal tədqiqatlar Darvini təsdiqləməyə səy göstərir, inqilabi siyasət Marksın kommunist hipotezini yoxlamağa çalışır, psixoanaliz müalicəsi isə Freydi psixiatriyanın dayanıqsız sərhədlərinə sığdırır.

XIX əsri Böyük Fransa inqilabından Oktyabr inqilabına qədər olan vaxt kimi nəzərdən keçirəcəyik. O zaman mən bu üç dahiyanə cəhdi təfəkkürün dispozitivləri adlandıracağam və deyəcəyəm ki, müəyyən mənada bu dispozitivlər, XIX əsrin yeni qüvvə olaraq bəşəriyyətin xilası tarixinə nə töhfə verdiyini  müəyyən ediblər.

Darvindən sonra həyatın axışı və insanın növ kimi mövcudluğu istənilən dini transendensiyadan geri qaytarılmaz şəkildə uzaqdır, onun öz qanunlarının immanentlikləri geri qaytarılmışdır. Marksdan sonra insan kollektivlərinin tarixi– xüsusi mülkiyyət, ailə və Dövlət kimi istismarçı ətalətli qüvvələrin ilahi qüvvə dumanlığından qurtuldu. Freyddən sonra biz anlayırıq ki, bizi olduğumuz kimi edən, uşaqlığımızın keçdiyi ilkin arzulara müqavimət göstərən ruh (həmişə əxlaqi olan) mövcud deyil. Əksinə, məhz arzular içində, xüsusilə də seksual arzular içində subyektin mümkün azadlığı şiddətlənir, elə subyektdə ki, o, sıxılmış şəkildə simvolik sıranı hasil edən dilin təsiri altındadır.

Müxtəlif “konservatizmlər” çoxdan bəri bu üç görkəmli dispozitivə hücum edirlər. Bu, çox təbiidir. Məlumdur ki, ABŞ – da hətta bu gün də təhsil qurumları tez-tez darvinist mənada təkamüllə incilsayağı yaradılışı qarşılaşdırmağa məcbur edirlər. Antikommunizm tarixi praktiki olaraq bütün iri dövlətlərin hakim ideologiyalarının tarixi ilə üst – üstə düşür, harada ki, “demokratiya” adı altında kapital – parlamentarizm hökm sürür. Hər yerdə kimyəvi zorakılıqla düzəldilməli olan anomaliyalar və kənarlaşmalar görən normalaşdırıcı psixiatrik pozitivizm var qüvvəsilə sübut etmək istəyir ki, “psixoanaliz” – fırıldaqdır.

Amma bir dövr boyu, əsas etibarilə Fransada, Darvinin, Marksın və Freydin güclü azadedici təsiri qalib gəlirdi – əlbəttə ki, sərt mübahisələr, üzücü şişirdilmələr və yaradıcı tənqid yolu ilə. Bu dispozitivlərin hərəkatı intellektual səhnədə hakim idi. Konsertvatizmlər müdafiə mövqeyini tuturdular.

1980-ci illərdən sonra, ümumdünya  normalaşdırmasının başladığı zaman istənilən azadedici və ya sadəcə tənqidi fikir maneə olmağa başladı. Və o zamandan bəri bizim gözümüzdə bir – birinin ardınca ictimai şüurdan bu görkəmli dispozitivlərin bütün izlərini silmək cəhdləri edilir, bu məqsəd üçün onları “ideologiya” adlandırmışlar, halbuki onlar məhz ideoloji əsarətin rasional tənqididirlər. Təəssüf ki, “qırmızı onilliyin” (1965 – 1975) bir neçə xain dəstələrinin fəaliyyəti nəticəsində Fransa – Marksın fikrincə, nümunəvi sinfi mübarizə ölkəsi – bu irticanın avanqardına  çevrildi. Burada kommunizmin, psixoanalizin, tərəqqinin “qara kitabları” çiçəkləndi və son nəticədə, müasir axmaqlıqlar dəstindən olan: “istehlak et, işlə, səs ver və sus” dəsti inkişaf etdi.

“Müasirlik” pərdəsi altında 1820 – ci illərin liberal köhnə – kürüşü üzə çıxarılan bütün bu cəhdlər arasında, azadedici dispozitivləri, xüsuilə də psixoanalizi hauptvaxta (hərbi qulluqçular üçün dustaqxana – red.) göndərməyə  çağıraraq, həzzləri materializmə aid edən daha az dərəcədə ikrah doğuran cəhdləri saymaq olmaz. Heç bir azadlığa zərrə qədər da aidiyyəti olmayan “Həzz al!” imperativi – qərb adlandırılan cəmiyyətlərin bizə tabe olmağı tələb etdiyi əmrdir. Və bütün bunlar onun üçündür ki, biz özümüzə həqiqətən də vacib olanı – görkəmli fikir dispozitivlərinin keşiyində durduğu bir neçə sadə həqiqətlərinin azadlıq prosesini təşkil etməyə qadağan edək.

Biz, Darvinin, Marksın və Freydin əsərlərində olan, bəşəriyyətin rifahı naminə olan qüvvələrin təxribatı və məhv edilməsinin istisnasız olaraq bütün formalarını müasir obskurantizm adlandıracağıq.

 

7 may, 2010 – cu il

Le Monde jurnalında dərc edilmişdir

 (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:8908