abunə ol: Yazılar | Şərhlər | Еmail

İngiltərə Lenini öldürməyə cəhd etdimi?

Şərh

V.İ.LeninBBC İngiltərənin təxminən 100 il əvvəl Lenini öldürməklə bolşevik rejimini devirmək planı qurduğu iddialarının yenidən gündəmə gəlməsinə səbəb olan sənədlər ələ keçirib

İngiltərə hökuməti bu iddiaları Sovet təbliğatı adlandırırdı.

SSRİ arxivlərində “Lokhart planı” kimi yer alan və rus məktəblərində öyrədilən bu hadisə bir çox filmdə oz əksini tapdı.

1918-ci ilin əvvəllərində Birinci Dünya Müharibəsinin son aylarında, Rusiyadakı yeni bolşevik hökuməti, Almaniya ilə sülh müqaviləsi müzakirələri aparır və gücləri tükənmiş hərbçilərini cəbhədən geri çəkirdi.

Bu vəziyyət rəsmi Londonu narahat edirdi. Çünki, iki cəbhədə döyüşən Almaniya bu müqavilə sayəsində Qərbdəki hərbi qüvvələrini artıra biləcəkdi.

Məqsəd Rusiyanı yenidən döyüşə cəlb etmək idi.

İngiltərə hökuməti rusların “Müttəfiq”lərin sıralarında döyüşdə qalması üçün hazırladığı plan çərcivəsində Robert Bruce Lockhart adlı bir nəfəri elçi olaraq Moskvaya gondərdi.

İsveç əslli olan Lockhart maraqlı insan idi. İçki, qadın və idman ehtirası olan bir insan kimi tanınır və eyni anda beş kitab oxuya bilməsi ilə öyünürdü.

İlk mərhələdə Lockhartın ona həvalə edilmiş vəzifəsini uğurla yerinə yetirdiyi zənn edilirdi. Amma həmin ilin mart ayında SSRİ Almaniya ilə Brest-Litovsk sülh müqaviləsi imzaladı. Almaniyanı “Müttəfiqlər”in sıralarına qaytarmaq umidləri artıq tükənirdi.

Amma Lockhartın təslim olmaq fikri yox idi.

Belə olan təqdirdə Lockhart bütün gücünü bolşevik rejimini devirib yerinə Almaniya ilə döyüşə girmək niyyətində olan bir hökumətin gəlməsinə səfərbər etdi.

BBC-də nümayiş olunan bir sənədli filmdə əldə olunmuş yeni sənədlərə görə, Lockhart iyul ayında Moskvadakı bolşevik əleyhdarı təşkilatlara pul vermək üçün Londondan vəsait istədi.

Xarici İşlər Nazirliyinin də Maliyyə Nazirliyindən bu müraciətə müsbət cavab verilməsini istədiyi bildirilir.

May ayında İngiltərə hökuməti, Şimali Rusiyadakı Arxangelsk vilayətinə kiçik bir hərbi güc göndərməyi qərarı aldı.

Bu hərbçilərin ruslara təslim edilmiş İngilislərə aid hərbi avadanlıqların almanların əlinə keçməsinin qarşısını almaqla vəzifələndirildikləri deyilir.

Ancaq son sənədlərə görə əslində bu 5 min nəfərlik qüvvənin Kremli qoruyan, lakin sonradan Bolşeviklərə qarşı çevrilə biləcəkləri ehtimal olunan 20 min nəfərlik zəif Litva birliyinə qoşulması planlaşdırılırdı.

Lockhart 1918-ci ilin yayında bolşeviklərə müxalif olan Savinkov adlı bir şəxslə görüşdən sonra Londona göndərdiyi teleqrafda belə yazırdı:
“Savinkov əksinqilab təklif edir. “Müttəfiq”lərin müdaxiləsi ilə Bolşevik liderlər öldürüləcək, hərbi diktatorluq qurulacaq.”

Bu teleqrafın altında o dövrdə döyüş kabinetində iştirak edən Lord Curzonun bir qeydi vardı. Bu qeyddə Savinkovun metodunun çox qəddar olduğu, müdaxilə barədə qəti bir qərar verilənə qədər nəsə etməyin mümkün olmayacaği ifadə edilir.

“Casuslar kralı Reilly”

Bu vaxt Lockhart Moskvada özü kimi maraqlı bir adamla – Sidney Reilly ilə tanış oldu. Əsl adı Rosenbloom olan rus vətəndaşı Reilly qısa bir müddət əvvəl ingilis kəşfiyyatında işə başlamışdı.

Çoxlarının fikrincə “casuslar kralı” kimi tanınan Reilly Lan Flemingin James Bond filmlərinin ilham mənbəyi idi. Ancaq çox keçmədi ki, Lockhart və Reilly böyük bir şok yaşadı.

1918-ci ildə yay fəslinin sonlarında Leninə sui-qəsd cəhdi oldu. Gənc bir rus qadın, yaxın məsafədən iki atəş açaraq Lenini yaraladı.

Bolşevik gizli polisi hadisədən bir neçə saat sonra Lockhartı saxlayaraq istintaq aparmaq üçün Moskvaya apardı.

Reilly o vaxt sovet polisindən qurtula bilsə də bir neçə il sonra SSRİ-yə qayıdanda öldürüldü.

Sovet polisinin qeydlərinə görə, Lockhart istintaqda İngiltərə tərəfindən hazırlanan və Leninin öldürülüb hökumətin devrilməsini nəzərdə tutan planda iştirak etdiyini etiraf edibmiş. 1918-ci ilin oktyabrında SSRİ ilə edilmiş bir mübadilə nəticəsində azad olan Lockhart 1930-cu ildə dərc edilmiş xatirələrində Leninin öldürülməsi cəhdində rolu olmadığını, sui-qəsdi Reillynin planlaşdırdığını iddia etmişdi. (BBC)

[material radical.com.tr ünvanındakı original yazıdan SOLFRONT üçün hazırlanıb.]

Hazırladı: Hüseyn Tədbirli

Oxşar yazılar:

Baxış sayı:8891