abunə ol: Yazılar | Şərhlər | Еmail

“Fukushima”da miqrant əməyi

Şərh

Yaponiyada zəlzələ və sunami nəticəsində Fukuşima nüvə stansiyasında yaranmış radioaktiv şüalanmanın zərərlərini aradan qaldırmaq məqsədilə stansiyanın hazırki istifadəçisi Tokio Elektrik Enerjisi Şirkətinin (TEPCO) əraziyə evsizləri və miqrantları yerləşdirdiyi xəbəri çıxdı.
Alman WDR telekanalının yayımladığı məlumata görə stansiyanın soyutma sistemində nasazlıqlar yarandığı zaman TEPCO, buraya evsizlərin və immiqrantların köçürməyə başlayıb. Köçürülən insanlar yüksək ölçüdə radiasyon şüalanmaya məruz qalıblar və onların xilas olma şansları yoxdur. Həmçinin Yapon mediasında yer alan xəbərlərdə stansiyada könüllü çalışanların çox az olduğu və bir çoxlarının burada şirkətin təyziqləri nəticəsində qaldığı bildirilir.

Süd və tərəvəz satışına qadağa
Bu arada hökümət Fukuşima nüvə stansiyası yaxınlığındakı dörd bölgədə 2 növ tərəvəz və süd satışına qadağa qoydu. Fukuşima ətrafında şüalanmanın izlərinin hələ onillərlə qalacağı bildirildi. Nüvə stansiyasını dəniz suyu vasitəsilə soyutmağa çalışan hökümət Sakit okeanda da şüalanmanın dərəcəsini ölçməyə hazırlaşır.

Yoxlama aparılmayıb
Yaponiya nüvə təhlükəsizliyi təşkilatının sunami fəlakətindən 9 gün əvvəl yayınladığı hesabatda TEPCO-nun lazımi yoxlamaları aparmadığı açıqlanıb. Hesabata görə TEPCO fəlakətdən bir neçə həftə əvvəl stansiya üçün çox mühim olan təchizatların yoxlanılmasından dəfələrlə boyun qaçırıb. Hesabatda həmçinin, TEPCO-nun 33 avadanlığın hissələrinin yoxlanışdan keçirmədiyidi də bildirilir. Bu arada, AFP agentliyindəki xəbərdə stansiya operatoru TEPCO-nun, Fukuşimadakı qəzadən bir neçə gün əvvəl mexanizmlərin yoxlanmasıyla bağlı sənədlərin dəyişdirildiyini etiraf etdiyi bildirildi. Yaponiyanın şimal-şərqini əhatəyə alan və Fukuşima 1 nüvə stansiyasına zərər verən zəlzələ və sunamidən 10 gün əvvəl TEPCO-nun səlahiyyətlilərə nəzarət qeydləri məlumatlarının dəyişdirilməsini qəbul edən bir sənəd verdikləri ortaya çıxdı. Soyutma sisteminə bağlı ünsürlərin da olduğu başqa parçaların da tam nəzarətdən keçmədiyi bildirilir.

 

(c) www.solfront.org

Oxşar yazılar:

Baxış sayı:7282