abunə ol: Yazılar | Şərhlər | Еmail

Polislər kimi qoruyur?

Şərh

Dövlət başçısına etiraz edən tələbərə göstərilən şiddət, xalqın düşüncəsində polis terrorunun ve “balanssız güc istifadəsi”nin mübahisə olunmasına səbəb oldu. Bəs,polis cinayət törədənlərə qarşı cəmiyyətin təhlükəsizliyini təmin etmək ücün qurulmuş bir təşkilatdırmı? Asayiş keşikçiləri, tətilə çıxan işçiləri, milli təzyiqə qarşılıq gösdərən insanları, öz hüquqları uğrunda sivil protestlər edən gəncləri qoruya bilərmi?
Məmurlar, əksər jurnalistlər, bir qrup insan polisin vəzifəsini icra etdiyini: günahkarların “asayişi” pozan bir qrup insan olduğunu deyir. Hakim təbəqəyə aid olan ve buna görə də hökumətin və burjuaziya mediasının ifadə etdiyi bu fikirlər, adi insanların da bir çoxu tərəfindən qəbul edilir.
Başqa bir tərəfsə polisin göstərdiyi şiddəti, mühafizəkar bir partiya olan YAP-ın anti-demokrat olmasıyla əlaqəndirərək, polis terrorunun YAP ilə birliktə artdığını iddia edir.
Bu fikirlərin hər ikisi səhvdir: bu səhvlərsə, yaşadığımız cəmiyyətin quruluşunu və polisin vəzifəsini qavraya bilməməyimizdən qaynaqlanır.

Nizam-intizamı qorumaq üçün qurulan silahlı güclər

İstehsal vasitələrinin sahibi olan xırda bir azlığın, cəmiyyətin böyük çoxluğunun əməyini sömürərək öz rifahlarını təmin etdiyi bir dünyada yaşayırıq. Sinifli cəmiyyət meydana gəldikdən sonra, cəmiyyəti idarə edən istismarçı azlıqlar, özlərini istismar edilən və təzyiq altında olan kütlədən qorumaq üçün ordu və ya polis kimi silahli qüvvələr qurmağa başladılar. Hökmdarların hakimiyyətlərini davam etdirməsini təmin edən dövlət strukturu (təşkilatı), bu qüvvələrin cəmindən ibarətdir.

Polis qüvvələrinin yaradılmasının tarixi, kapitalist cəmiyyətin ilkin vaxtlarına təsadüf edir. Ticarət sərmayəsi istehsal sərmayəsinə çevrilən zaman, milyonlarla kəndlinin köç etmək məcburiyyətində saxlanaraq böyük fabriklərdə işləməyə başlaması, şəhərlərdə işçi təbəqəsinin sürətlə böyüməsinə səbəb oldu. İşçilər kollektiv olaraq istehsalı həyata keçirən kütlələr olaraq güc qazanmağa ve siyasət səhnəsinə çıxmağa başlayan zaman, burjuaziya, nizami ordunu və şəhərlərdə “asayişi” təmin edəcək polis qurumunu qurmağa başladı. Tarixin ilk kütləvi işçi hərəkatı, İngiltərədəki Cartistler 1848-ci ildə 1820-ci illərdə qurulmuş olan və tarixin ilk polis təşkilatı kimi qəbul edilən London Polisi ilə qarşı-qarşıya gəldilər, 6 milyon işçinin imzasını daşıyan bəyanatı hökumətə təqdim etmək istəyən 150 minə yaxın işçi, qarşısında 100 min polis işçisini gördü.
O gündən bu günə işçilər, tələbələr, əzilənlər nə vaxt nümayiş etmək istəsələr qarşılarında hökumətin polis qüvvələrini gördülər. Polisin gücsüz olduğu vaxtlarda, dövlətin silahlı nizami gücü olan ordu meydana çıxır.

Kimin təhlükəsizliyi?

Bəziləri polisin “təhlükəsizliyi təmin etmə” məqsədiylə qurulmuş olan tərəfsiz təşkilatlanma olduğunu irəli sürür. Amma polisin vəzifəsi sistemi, hökmran təbəqənin hakimiyyətini qorumaqdır. Buna görə də polislər hər zaman və hökumətin mənafelərini qorumaq üçün hərəkətə keçirlər.
Azərbaycanda  bunu dəfələrlə görmüşük. 2003-cü ilin 15-16 oktyabr hadisələri, 2005-ci il mitinqləri və bundan sonrakı istənilən dinc mitinq, aksiya və ya yürüyüşlərin qarşısı polislər tərəfindən vəhşiliklə alınıb.

Bu ssenari hər yerdə belə davam edir. İngiltərədə filiz zavod işçiərinin 1984-1985-ci illərdə etdiyi böyük tətil zamanı çıxan toqquşmalarda, polis tək bir gösterişdə 10 mindən artiq işçini həbs etdi. 20-ci əsrin başlanğıcında Çar Rusiyasında polis təşkilatı inqilabçılara böyük bir təzyiq gösdərir, inqilabçı qrupların içinə casuslar salırdı. 1905 İnqilabındakı Qanlı Bazar nümayişini, bir polis agenti olan Keşiş Gaponun başında olduğu həmkarlar ittifaqı təşkilatlandırmışdı.
Beləliklə, problem polisin istifadə etdiyi güc və şiddətdə yox polis qüvvələrinin cəmiyyətin içində sahib olduqları vəzifədir.

Kapitalist cəmiyyətində məcburiyyətin rolu

Bəziləri isə polislərin sadacə “forma geymiş işçilər” olduğunu söyləyərək, ortaya çıxan şiddətin səbəbkarının nümayişçilər arasında olan “provokator” olduğunu iddia edirlər. Lakin polis şiddətinin səbəbi kapitalist cəmiyyətində məcburiyyətin roluyla əlaqədardır.
İdarə edən azlıq bir çox fərqli aparatla geniş kütlələri mövcud rejimin davamlılığına razı sala bilir. Ancaq yenə də hakimiyyətini qorumaq üçün bir yandan silahlı qüvvələrə də ehtiyac duyur. Karl Marks “Tənqid silahı, silahların tənqidinin yerini tutmaz; maddi güc maddi güclə məhv edilmək məcburiyyətindədir” dedikdə, rejimi dəyişdirmək üçün aparılan mübarizənin gücdən istifadəsinin labüdlüyünü vurğulayırdı.
Bəzi polislərin işçi və etirazçı təbəqə ilə əlaqəli bir keçmişi ola bilər; ancaq polis olduqları vaxtdan onlar artıq bizdən deyillər. Əksinə, işçilərdən, etirazçılardan və bütün əzilənlərdən nifrət etmək yönündə tərbiyə olunur, onlarla mübarizə aparmaq üçün silahlandırılırlar. Polis məmurları bu səbəbdən solçulara, müxalifçilərə, tətilə çıxan işçilərə hücüm edən faşitsləri qoruyurlar. Ona görə Elmar Hüseynovun qətlini açmayıb sadəcə tətiyi çəkəni tuturlar. Bu “ona görə”lər təəsüf ki, çoxdur.

Müqavimət hakimiyyət və onun keşikçilərini məğlubiyyətə məhkum edir

Digər tərəfdən, polisin cəmiyyətdəki rolu haqqında hakim sinfin fikirlərinə inanan milyonlarla adi insan, kollektiv mübarizədə bu fikirlərdən uzaqlaşır. Hüquqlarını müdafiə etmək üçün küçələrə çıxanlar qarşılarında əli silahlı polisləri gördükləri zaman asayiş keşikçilərinin “cinayətə qarşı” deyil “özlərinə qarşı” mübarizə apardıqlarını açıq aydın görürlər. Buna görə də 2003-cü ilin oktyabr ayında illərdir əzilən işçi və etirazçılar azadlıq meydanına gedən yolda və meydanda polislərlə, ordu ilə onların bizə davrandıqları kimi davranırdılar. Etirazçıların üstünə dubinka, rezin güllə və panzerlə gələn “asayiş keşikçilərini” əzilən təbəqə daşlarla qarşıladı. Faşist və burjuaziya mediası bunu “iğtişaş” və “barbarlıq” adlandırmasına baxmayaraq, bu hadisə əzilənlərin əzənlərə ilk müqaviməti idi.

22.03.2011

 

Hazırladı: Contained Freeman (c) www.solfront.org

Oxşar yazılar:

Baxış sayı:10738