abunə ol: Yazılar | Şərhlər | Еmail

Immanuel Wallerstein – “Səadət zənciri”

Şərh

Səadət zənciri – Immanuel Wallerstein

“Sənaye mənfəəti daha çox işçi çıxartmaqda tapır.” Bu, sənayenin daha çox məhsul satması anlamına gəlmir. Tam əksinə, satışlar daha aşağıdır. Yetəri qədər işçi çıxarırlarsa və qalanları daha sıx işlədilirlərsə, daha az satsalar belə, mənfəətlərinin daha yüksək olacağını düşünürlər.

Qəzetləri oxumaq bəzən ürküdücü olur. 26 iyulda ABŞ qəzetləri olduqca ziddiyətli iki hekayədən bəhs edirdilər. İlk xəbəri “USA Today”də iqtisadçıların 3 aylıq təxminlərinin yer aldığı guşədə dərc olundu. Başlıq belə idi: “İqtisadçıların yaxşılığı azalmaqdadır”. “Avropadakı çalxantının, işsizliyin, mənzil bazarının zəifliyinin və fabrik istehsalının ləngiməsinin” birləşməsi ABŞ-ın itirilən 8.5 milyon işi asanlıqla geriyə gətirə bilməyəcəyini göstərir. Bundan başqa, “qlobal bir iqtisadi qeyri-sabitlik”dən də qorxulur.

Yəni, pessimist olmaqları anlaşılmayacaq bir şey deyil. İqtisadçıların doğuşdan gətirdikləri optimizmi bu dəfə gerçəkliyin sərt divarına çırpdığı deyilə bilər. Bir çoxumuz bu nəticəyə çox daha erkən varmışdıq. Elədirsə, tam da eyni gün, “New York Times”ın ilk səhifədə verdiyi, ABŞ sənayesinin “yüksələn mənfəətlərindən” bəhs edən xəbərinə ne deməli?

Cavab yenə eyni başlıqda gizlənib: “Sanaye mənfəəti daha çox işçi çıxartmaqda tapır.” Bu, sənayenin daha çox məhsul satması anlamına gəlmir. Tam əksinə, satışlar daha aşağıdır. Kəsdikləri şey yalnız və yalnız xərclərdir. Yəni, işçi çıxardırlar.

Yetəri qədər işçi çıxarırlarsa və qalanları daha sıx işlədilirlərsə, daha az satsalar belə, mənfəətlərinin daha yüksək olacağını düşünürlər. Buna “məhsuladırlığın zəfəri” deyirlər. Amerikalı “Meryill Lynch Bank”ının baş iqtisadçısı Ethan Harris bu mövzuda çox açıq sözlüdür: “Şirkətlər əmək məhsuladlığını mənfəət əldə etmək üçün sıxışdırır.”

Necə ki, “Time”ın bildirdiyi kimi, “mənfəətlər iqtisadiyyatı inkişaf elətdirmək əvəzinə, şəriklərdə yığılmağına şərait yaradır”. Sənaye bunu müvəqqəti bir həll yolu olaraq da hazırlamış deyil. Mənfəətlərdə yüksəlmə olsa belə, məşğulluğu artırmağı planlaşdırmırlar. Tam əksinə, böyük bir şirkətin idarə heyəti başçısının dediyinə baxsaq, görərik ki, qayğılanacaqları ən son amilin məhz nə zaman tutum artımına gedəcəkləridir. Əksinə, “bütün müəssisə sistemini, daha çox elastikliyə uyğun olacaq tərzdə yenidən formalaşdırırlar”.

Belədirsə, ABŞ sənayesi (və dünyanın başqa yerlərindəki sənayelər) üçün gələcəkdə mənfəətlərini sonsuz genişlədəcək sehirli düsturu tapdılar deyə bilərikmi? Bu ancaq zarafat ola bilər. 1920-ci illərdə Henry Fordun işçilərinə, eyni zamanda müştəriləri olmaları üçün normadan daha çox ödəniş ödədiyini söylədiyini bilirik. Xələfləri isə son beş ildə Fordun Şimali Amerikadakı iş gücünü 50%-dən də artıq azaltdılar. Daha artıq mənfəət, lakin daha az müştəri…

Keynes və Kaleckinin effektiv tələb haqqında bəhs etdikləri kiçik problemdən danışıram. Hər hansı bir orta müddətli hesabda yetərincə müştərinin olmadığından danışırıqsa, yetərincə satış olmayacaq və mənfəətlər qısa zamanda azalacaqdır. İşçi qüvvəsini azaldaraq və qalan əməkçilərin xərclərini sıxışdıraraq mənfəətlərini yüksəldən şirkətlər çox qısa bir müddət mənfəət artımı əldə edə bilər. O zamana qədər ki, ciddi bir inflyasiyanın sərt divarına çırpılanadək. Bu da parça-parça olmaları deməkdir.

Bunu görə bilmirlərmi? Bəziləri əlbəttə görə bilir, lakin “ye, iç, şən ol, sabah olmaya da bilər” prinsipinə əsasən, hedonist davranmaqdan özlərini uzaq tuta bilmirlər. Bunu səadət zəncirinə oxşada bilərik. Səadət zəncirində idarəçi “kartdan ev” çökənə qədər digərlərini tovladır. Bernie Madoffun etdiyi kimi. Kartdan ev çökənədək özünü də aldadır. Adi bir səadət zəncirində investorların (potensial düşmənlər) çöküşün özlərinin mənfəət qazandıqlarından sonra baş verəcəyini umduqları kimi, oyunçular (sənayeçilər) bütün sənaye çökmədən öz mənfəətlərini götürərək qaça biləcəklərini düşünürlər. Özlərinə xoş şanslar!

Immanuel Wallerstein  1 avqust, 2010

[binghamton.edu ünvanındakı İngiliscə orijinalı‘ndan Aqşin Mahmudov tərəfindən SOLFRONT.org üçün hazırlanmışdır]

 

Oxşar yazılar:

Baxış sayı:7765