abunə ol: Yazılar | Şərhlər | Еmail

My Lai Massacre

Şərh

Tarixi dəyişən müharibə fotoları və yüzlərlə kəndin oxşar tarixi.

Permanent müharibələr.

Vyetnam müharibəsi ABŞ-ın kommunizmə elan etdiyi açıq ideoloji müharibə idi. Minlərlə amerikan gənci buna görə keçilməz cəngəlliklərdə qurban verildi. Əvvəl “bu ola  bilməz, bu həqiqət deyil”  bağıran  ABŞ ordusu komandirləri- “yaxşı oğlanlar” bugün  cinayətlərinə  haqq qazandırır, iddia edirki, qəhrəman əsgərləri Patton, Makartura və Eyzenhauer babaları kimi borclarını yerinə yetiririb.

1967ci ilin dekabrı  Charlie Company of 1st  Battalion, 20th  Infantry Regiment,  11th  Brigade, 23rd Infantry Division  (the  Americal  Division) –  ABŞ hərbi kontingenti Cənubi  Vyetnama  soxulur. Onlar cənubi  Vyetnamda  azadlıq  ordusunun apardığı  partizan    müharibəsindəki  məğlubiyyətini ilk gündən anladı. Müqavimət  mümkünsüz  idi və hər  gün ordu itkilər  verirdi.

 

 

Amerkansayağı revanş.

 

16 mart gününü (1968 ci ildə) Serjant Kenneth Hodges belə   xatırlayır: “Nəhayətki, bizə hesabları ödəməyə vaxt çatdı. Revanş vaxtı gəldi, biz ölmüş dostlarımızın qisasını ala bilərik. Bizə dəqiq anlatdılar ki, əsirlər olmamalıdır. Kimsə bunun qadın və uşaqlara aid olub olmamasini soruşdu. Əmr kənddəki hər kəsə aid idi. Onlar amerikalılara düşmən gözü ilə baxırdılar. Aydın oldu ki, bu kənddə heç kəs bağışlanmağa layiq deyil.”

O gün fotoqraf  Ronald L. Haeberlenin üzərində iki fotoaparat vardı. Bunlardan biri, şəxsi sayılan (bu haqda  məlumat verməmişdi)  “rəngli” və ABŞ ordusuna məxsus, xidməti “ağ-qara” kamera idi.

Cənubi Çin dənizi sahilindəki Quang Ngai vilayəti, My Lai, My Khe və Son My  kəndələrində 504 (əksəriyyət uşaq, qadın və qocalar) nəfər öldürülür. Hadisəni-  qətliamı öz şəxsi fotoaparatı ilə gözdən yayınaraq Ronald L. Haeberle çəkə bilir.

Faktlar, sağ qalan bir neçə şahidlər olsa da, fotolarsız bugün dünya bəlkədə  xəbərsiz qalardı. Necəki bir ildən çox bu haqda heç kim, heç nə danışmadı. 1969-cu ilin 5 dekabrında qətliam haqda sol jurnalist Seymour Hershin “Life” jurnalında şok edici  məqaləsi dərc olunur. Jurnalist araşdırmasına görə nüfuzlu Pulitser mükafatına layiq görülür.

“Insan hüquqlarının müdafiəçisi” ABŞ-ın mövqeyini həmin gün birinci tağıma komandalıq etmiş, cavabdehlik daşıyan leytenant William Laws Calley şərh etdi: “Biz  Son Mya insanları öldürməyə girməmişdik. Biz ora kommunizmi məhv  etməyə getmişdik. Ona görə məni kabus izləmir. Kommunizmə münasibətim eyniylə cənubluların zəncilərə yanaşması kimidir.” Qətliama görə yalnız William Calley cəzalandırıldı, əgər 3 günlük türmədə saxlanılmanı cəza hesab etmək olarsa. 1971-ci ilin 29 avqustunda William Laws Calleyə amerikan məhkəməsi ömürlük azadlıqdan məhrumetmə və  katorqa cəzası hökmü çıxardır. O sakitcə  qulaq  asır. Çox keçmir. Elə bu arada da “humanist” prezident Nikson tərəfindən amnistiyaya düşür və sonucda William Laws Calley 500-dən çox adamın  qətlinə görə yalnız 3 illik ev dustağı olur. İndi də sağdır. 40 ildən sonra isə keçən il verdiyi müsahibədə riyakar şəkildə qətliamda rolu olduğunu boynuna alaraq bundan peşmançılıq hissi keçirdiyini bildirdi. Hazırda həblər qəbul edir, psixiatr məsləhəti alır.

 

 

(c) www.solfront.org

Oxşar yazılar:

Baxış sayı:12529