abunə ol: Yazılar | Şərhlər | Еmail

Fidel Kastro – “Natonun planı Liviyanı zəbt etməkdir”

Şərh


Neft iri amerikan transmilli şirkətlərin əlində əsas sərvətə çervilib; bu enerji mənbəyinə görə onların dünyadakı siyasi hakimiyyətini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək silahı əldə ediblər.  Bu, o zaman da əsas silah idi ki, onlar asanlıqla Kuba inqilabını, onu neftdən məhrum edərək məhv etmək istəyirdilər, bu zaman bizim Vətənimizdə ilk ədalətli və suveren qanunlar qüvvəyə minmişdi.

Bu enerji mənbəyinin əsasında indiki sivilizasiya inkişaf etmişdir. Venesuela bu yarımkürənin ən böyük bədəli ödəmiş ölkəsi idi.  Birləşmiş Ştatlar, təbiətin bu qardaş ölkəyə bəxş etdiyi nəhəng yataqların sahibi oldular.

Son dünya müharibəsi bitdikdən sonra İranın, həmçinin Səudiyyə Ərəbistanının, İraqın və onların ətrafında yerləşmiş ərəb ölkələrinin yataqlarında böyük həcmdə neft çıxarılmağa başlandı.  Bu ölkələr əsas neft ixracçılarına çevrildilər.  Dünya istehlakı tədricən artırdı və Birləşmiş Ştatların ərazisindən çıxarılan neft də daxil olmaqla, gündə təxminən 80 milyon barrelə qədər yüksəldi ki, gələcəkdə buna qaz, hidravlik və nüvə enerjisi də əlavə edildi. XX əsrin əvvəlinə kimi əsas enerji mənbəyi kömür idi, onun sayəsində sənayenin inkişafı o zamana qədər mümkün oldu ki, maye yanacaq istehlak edən milyardlarla avtomobil və mühərriklər istehsal edilməyə başlandı.

Neft və qazın israfı ilə bəşəriyyətin yaşadığı və hələ də öz həllini tapmadığı ən böyük faciələrdən biri əlaqədardır. İqlimin dəyişməsi.

Bizim inqilab başlayanda Əlcəzair, Liviya və Misir neft istehsalçıları deyildilər və Səudiyyə Ərəbistanın, İraqın və Birləşmiş Ərəb Əmirliklərinin nəhəng ehtiyatlarının böyük hissəsi hələ kəşf edilməmişdi.

1951 – ci il dekabr ayında Liviya İkinci Dünya müharibəsindən sonra müstəqillik əldə etmiş ilk Afrika dövləti oldu ki, bu zaman onun ərazilərində alman və ingilis orduları ilə, generallar Ervin Remmeli və Bernard Lou Montqomerini məşhur etmiş iri savaşlar gedirdi.

Liviya ərazisinin 95% – i  – səhradır. Texnologiya gündə 1.800.000 barrel neft və böyük təbii qaz ehtiyatları verən yüksək keyfiyyətli, asan əldə edilən neft yataqlarını kəşf etməyə imkan verdi.  Belə sərvət sayəsində ölkə 75 yaş həyat uzunluğuna və Afrikada adambaşına ən böyük gəlirə nail olmaq mümkün oldu.  Onun sərt səhrası Kubanın ərazisindən 3 dəfə böyük, qazıntı suyu olan nəhəng gölün üzərindədir ki, bu, bütün ölkəni əhatə edən geniş şəbəkəli şirin su kanalları tikməyə imkan vermişdir.

Müstəqillik anında bir milyon insanın yaşadığı Liviyada indi 6 milyondan çox insan yaşayır.

Liviya inqilabı 1969 – ci ildə baş verdi.  Onun əsas rəhbəri bədəvi hərbçi, gəncliyində misirli lider Qamal Abdel Naserin ideyaları ilə ilhamlanmış Muammar Qaddafi idi. Şübhəsiz, onun bir çox qərarları həm Misirdə, həm də Liviyada zəif və korrupsiya içində boğulan monarxiyanın devrilməsindən sonra baş verən dəyişikliklərlə əlaqədardır.

Bu ölkənin sakinlərinin minillik hərb ənənələri var.  Deyirlər ki, Hannibal Alplardan keçərək az qala Qədim Romanı darmadağın etdiyində onun ordusunda qədim liviyalılar daha iştirak edirdilər.

Qaddafi ilə razılaşmaq da olar, razılaşmamaq da.  Dünya, xüsusilə KİV vasitəsilə gələn bütün mümkün məlumatlarla doludur.  Müəyyən vaxt gözləmək lazımdır ki, onlarda Liviyadakı xaos haqqında nə qədər həqiqəti və  nə qədər yalan olduğunu bilmək olsun.  Mənə tamamilə aydın olan nədir? Odur ki, Birləşmiş Ştatlar hökumətini Liviyadakı sülh tamamilə maraqlandırmır və o tərəddüd etmədən bir neçə saat və ya yaxın günlərdə NATO – nun bu zəngin ölkəni zəbt etmsi haqqında qərar verəcək.

Dünən, 20 fevralda günün ikinci yarısında mənfur niyyətlə Qaddafinin Venesuelaya getməsi haqqında yalan uyduranlar bu gün Venesuelanın xarici işlər naziri Nikolas Madurodan layiqli cavab aldılar, o mətn olaraq bildirdi ki: “arzu edir ki, Liviya xalqı öz suverenliyini əldə edərkən, öz çətinliklərinə dinc yolla həll tapsınlar, Liviya xalqı ilə ölkə arasındakı birliyi imperializmin müdaxiləsi olmadan qorusunlar…”

Öz tərəfimdən, mən təsəvvür etmirəm ki, liviyalı rəhbər ittiham edildiyi şeylərə görə, bu faktların qismən və ya tamamilə riyakar olmasından asılı olmayaraq, məsuliyyətdən qaçaraq ölkəni tərk etmişdir.

Şərəfli insan həmişə istənilən xalqa münasibətdə yol verilən istənilən ədalətsizliyə qarşı çıxış edəcək və bu anda ən pis hərəkət NATO – nun Liviya xalqına qarşı etməyə hazırlaşdığı cinayətlər qarşısında sükutu qorumaq olardı.

Bu militar təşkilatın rəhbərliyi cinayəti törətmək üçün səbirsizlənir. Onu ifşa etmək lazımdır!

 

Fidel Kastro Rus

21 fevral 2011 – ci il

(c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:16412