abunə ol: Yazılar | Şərhlər | Еmail

F.Engels “K.Marksın məzarı önündə”

Şərh

 

F.Engelsin Karl Marxın dəfn mərasimində  məzarı önündə nitqi :

Martın 14də, günorta üçə 15 dəqiqə qalmış, müasir mütəfəkkirlərdən ən böyüyü düşünməyi dayandırdı. İkicə dəqiqəlik tərk edilmişdi və biz qayıdanda onu qoltuğunda sakit və rahat yuxuya getmiş tapdıq, amma əbədi olaraq.

Bu insanın ölümü həm Avropa və Amerikanın militant (döyüşkən) proletariatı və həm də tarix elmləri üçün ölçüyəgəlməz itkidir. Div ruhun uçuşuyla buraxılmış bu boşluq (bu əzəmətli simanın vəfatından sonra əmələ gələn boşluq) ən yaxın zamanda özünü hiss etdirəcək.

Darvin orqanik təbiətdəki təkamül qanununu kəşf etdiyi kimi, Marx da bəşər tarixinin təkamül qanununu- indiyədək ideologiyaların pərdəarxası qalmış sadə bir faktı aşkarladı. Siyasət, elm, incəsənət, din və s. ilə məşğul olmazdan əvvəl, insan ilk öncə yeməli və içməlidir, sığınacaq bir yeri olmalı, geyinməlidir. Bunun nəticəsi olaraq, birinci dərəcəli maddi yaşayış vasitələrinin istehsalı və beləliklə müəyyən bir xalqın və ya dövrün qazandığı iqtisadi inkişaf səviyyəsi dövlət orqanlarının, hüquqi konsepsiyaların, mədəniyyətin və hətta həmin insanların dini fikirlərinin inkişafının əsasını yaradır ki, onlar da bunun işığında, təmələ söykənərək izah edilməlidir, indiyə qədər edildiyi kimi əksinə (” vice versa”nın əvəzinə ) deyil.

Bununla bitmir. Marx günümüzün burjua cəmiyyətinin yaratdığı və kapitalist istehsal tərzini tənzimləyən o xüsusi qanunları kəşf etdi. İzafi dəyərin açılışı ilə bu problemə aydınlıq gətirdi. Bu vaxtacan isə burjua iqtisadçıları, həm də sosialist tənqidçilərin bütün həll axtardığı araşdırmaları qaranlıqda azmışdı.

Bir ömürə iki bu cür kəşf bəs edər. Hətta bu kəşflərdən birini etmiş şəxs artıq xoşbəxtdi. Amma ki, Marx axtarış apardığı hər bir sahədə kəşflər edirdi və o bir çox sahələrdə müşahidə aparırdı, heç biri səthi deyildi- hər sahədə, hətta riyaziyyatda da müstəqil kəşflərini etmişdi.

Elm adamı olaraq belə idi. Ancaq onun fəaliyyətində əsl əhəmiyyətli olan, heç də bu deyildi. Elm Marx üçün dinamik, inqilabi bir qüvvə idi. Praktiki tətbiqinin öncədən görülməsi qeyri- mümkün olan nəzəri kəşfləri böyük sevinclə qarşılayan Marx, bu kəşflər sənayedə və ümumilikdə tarixi inkişafda inqilabi dəyişikliklərə səbəb olduqda yeni bir sevinc yaşayırdı. Məsələn, o elektrik sahəsində edilən kəşfləri və Marcel Deprez son dövrlərdəki elmi işlərini yaxından izləyirdi.

Çünki Marx hər şeydən öncə bir inqilabçı idi. Həyatda əsas məqsədi bu və ya digər şəkildə iştirakıyla kapitalist cəmiyyətin və onun yaratmış olduğu dövlət institutlarının devrilməsinə kömək etmək, şüurunu özünə ilk dəfə vermiş olduğu müasir proletariatı azadlıq şərtlərilə hali etmək idi. Mübarizə onun düşüncə tərziydi və o çox az rəqibin davam gətirəcəyi bir əzm və ehtirasla uğurlu mübarizə aparırdı. Onun əvvəl “Rheinische Zeitung”(1842) , sonra “Vorwarts!”(1844), “Deutsche-Brusseler-Zeitung” (1847), “Neue Reinische Zeitung” (1848-1849), “New York Tribune “(1852-61) qəzetlərində yazıları, əlavə olaraq militant pamfletləri, Paris, Brüssel ve London təşkilatlardakı işləri və ən nəhayət bütün bunların tacı, böyük bir International Working Men’s Association (Beynelxalq Fəhlə Assosiasiyası) təsis etməsi – bu həqiqətən də öz yaradıcısını başqa fəaliyyət göstərməsə belə məğrur edəcək bir nailiyyətdir.

Məhz buna görə də Marx, zəmanəsinin ən çox nifrət edilən və böhtan atılan adamı idi. Mütləqiyyətçi kimi respublikaçı hökümətlər də onu öz ölkələrindən qovmuşdular. Burjaziya, istər mühafizəkar olsun, istər ultra-demokratik, ona böhtan yağdırmaqda bir-biriylə rəqabət aparırdılar. Bütün bunları o hörümçək toru kimi silib qırağa atır, məhəl qoymurdu və yalnız son dərəcə fövqəladə zərurət məcbur etdikdə cavab verirdi.

Və o sevilərək, özünə həyatda hörmət qazanaraq dünyasını dəyişdi. Sibir mədənlərindən Kaliforniyayadək, Avropa və Amerikanı əhatə edən böyük bir ərazidə yaşayan milyonlarla inqilabçı tərəfdarı  yas saxladı.Və mən cəsarətlə deyə bilərəm ki, onun çoxlu sayda oponentləri olmasına baxmayarq şəxsi ədavəti heç kimlə yox idi.

Onun adı, fikirləri əsrlər boyunca yaşayacaq!

17.03.1883.   “Highgate” qəbirstanlığı.

İngilis dilində F.Engelsin bu  çıxışı ilk dəfə  “Der Sozialdemokrat” qəzetində  22 .03.1883 tarixində   dərc olunub.

 

(c) SOLFORNT.org


Oxşar yazılar:

Baxış sayı:10301